Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-965/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Xüsusi X1rşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Xüsusi X1rşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3603/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək, ona ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixədək Daxili İşlər və Ədliyyə polis orqanlarında (Penitensiar xidmətdə) qulluq keçmiş, xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi nəticəsində güzəştli şərtlərlə 32 il xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi kimi 17 il 11 ay 20 gün xidmət etmiş, xx.xx.2019-cu il tarixdə qulluqda olmanın son yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3603/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X4 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X4 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə görə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərclərinə görə yenidən hesablanır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarda qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunun bu maddəsində öz əksini tapmış qadağa kifayət qədər aydındır. İddiaçının hərbi xidmətini davam etdirməsi ona sonuncu təminat xərcliyi əsasında pensiya təyin edilməsini tələb etmək hüququ vermir. İddiaçının hərbi qulluqçu deyil, xüsusi rütbəli şəxs olması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin ona şamil edilməsini istisna etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ilkin mətnində 1.0.4-cü maddə “fərdi hesab” adlanırdı, çünki Qanunun ilkin mətnində “xüsusi rütbəli şəxs” anlayışı yox idi. “Xüsusi rütbəli şəxs” adlanan 1.0.4-cü maddə 184-İİİQ saylı Qanunla xx.xx.2006-cı il tarixdə əlavə edilmişdir. Həmçinin Qanuna 9.7-ci maddəsi də əlavə edilmişdir ki, məhz həmin maddədə ədliyyə oranlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrlə bağlı müddəalara yol verilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsindəki məhdudiyyətlər aid edilməklə Qanunun 3.3-cü maddəsi şamil edilməlidir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsininiştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Dünyamin Novruzov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-K saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.3 və 40.1.10-cu maddələrinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/63 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsində böyük icra məmuru vəzifəsində işləmiş İddiaçı son iki illik əmək haqqı 30053.50 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X4 İdarəsi tərəfindən verilmiş 2562 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 630.21 manat məbləğində pensiya alır. 504/1191 saylı aprel 2001-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Polisinin pensiya vəsiqəsinə görə İddiaçı xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçının əmək kitabçasına görə o, xx.xx.1979-cu il tarixdən xx.xx.2001-ci il tarixə kimi daxili işlər və ədliyyə polis orqanlarında xidmət etmişdir. Belə ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi Gəncə şəhəri Kəpəz rayon məhkəmə nəzarətçiləri və icraçıları bölməsi üzrə məhkəmə icraçısı vəzifəsinin müvəqqəti icraçısı, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Goranboy rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun məhkəmə nəzarətçisi, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixə kimi Gəncə şəhəri, Nizami rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin məhkəmə nəzarətçisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-ci il tarixə kimi X9 Məhkəməsi üzrə İcra qrupunun böyük icra məmuru (qrupun rəhbəri), xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Gəncə İnzibati-İqtisad Məhkəməsi üzrə İcra qrupunun böyük icra məmuru (qrup rəhbəri) vəzifəsində işləmişdir. xx.xx.2012-ci il traixdə Gəncə İnzibati-İqtisad Məhkəməsi üzrə İcra qrupunun böyük icra məmuru (qrup rəhbəri) vəzifəsindən azad edilərək sərəncama götürülmüş, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.3 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlqədar tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət X5 Gəncə-Kəpəz rayon şöbəsinin 001214 saylı pensiyaçının uçot vərəqəsinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən yaşa görə əmək pensiyası alır. İddiaçı qulluq etdiyi illər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X8 X4 İdarəsinin **********9 saylı xx.xx.2019-cu il tarixli və **********2 saylı xx.xx.2019-cu il tarixli məktublarından görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixdə Azrbaycan Republikası Ədliyyə Nazirliyi tərəfindən hərbi qulluçu kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 499 saylı xx xxxxxx 2006-cı il tarixli Fərmanının tələblərinə uyğun olaraq xx xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət X8 həyata keçirdiyindən ona əmək pensiyası həmin vaxtdan İdarə tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuya pensiya təyinatı onun təminat xərcliyindən hesablanaraq müəyyən edilir. Həmin Qanunun 1.0.5ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun 3.3-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qullluqçuların pensiya təminatı xüsusi rütbəli şəxslərə də şamil edilir. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Cavabdeh inzibati orqanın həmin imtina məktubu iddiaçını qane etmədiyi üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 499 saylı 2006-cı il 22 dekabr tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun preambulası ilə müəyyən edilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 33.4-cü maddəsinə görə hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və pentensiar müəssisələrdə saxlanılan şəxslərin müşaiyəti üçün təşkil edilmiş pensitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Göründüyü kimi, qanunvericilik Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab etmişdir. İşdə olan, qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-564/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarının iddiaçıya da şamil olunması, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarının qüvvəyə mindiyi tarixdən (xx.xx.2008-ci ildən) iddiaçıya əlavə haqqın hesablanaraq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət X7 Hərbi Qulluqçular və X6 İş Departamentinə həvalə edilmişdir. Həmin məhkəmə qərarına əsasən iddiaçının ədliyyə orqanının işçisi olması müəyyən edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1 inz(103)-595/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2inz(81)- 564/2013 saylı xx.xx.2013-cü il tarixli qərarın dəyişdirilmıədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 82.3.-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində təsbit edilmiş “Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etmiş əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” məhdudiyyəti iddiaçı hərbi qulluqçu deyil, ədliyyə işçisi olduğu üçün iddiaçıya şamil edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinə əsasən Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər—60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar—55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluqda olmaqla 2001-ci ildə təqaüdə çıxmış, xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilə qədər Ədliyyə Nazirliyi orqanlarında müxtəlif vəzifələrdə- məhkəmə nəzarətçisi, məhkəmə icraçısı və böyük icra məmuru vəzifələrində qulluq etmiş, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ona Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş müddəalar şamil edilmiş, bundan sonra iddiaçı qulluq etdiyi illərin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etmiş, lakin cavabdeh tərəf iddiaçının yenə də Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçu olmasına, yəni ədliyyə orqanının işçisi olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının pensiya işi tələb olunmuş və həmin pensiya işi nəzərdən keçirilərkən müəyyən olunmuşdu ki, iddiaçı 2001-ci ildən qulluq illərinə görə təqaüdə çıxıb, xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilə qədər Ədliyyə Nazirliyi orqanlarında qulluğunu davam etdirsə də və ona qanuni qüvvəsini almış xx.xx.2013-cü il tarixli məhkəmə qərarına əsasən Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş müddəalar şamil edilsə də, xx.xx.2019-cu il tarixdə qulluqda olmanın son yaş həddinə çatma ilə bağlı tutduğu vəzifədən azad edildikdən sonra onun pensiyası yenidən hesablanmamışdır. Bu halları təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hazırkı işdə iddiaçının ədliyyə orqanının xüsusi rütbəsi üzrə təqaüdə çıxmış pensiyaçı olmasını, Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarının iddiaçıya şamil edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı 2001-ci ildə pensiyaya çıxsa da, ədliyyə orqanlarında xüsusi rütbəli şəxs olaraq qulluğunu davam etdirdiyi üçün onun 2001-ci ildə təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən (işdən azad olunduğu vaxtdan) yenidən hesablanmasını tələb etmək hüququ vardır və buna görə də birinci instansiya məhkəməsi onun bu barədə iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi ““Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsindəki məhdudiyyət (təminat xərcliyinə görə yenidən hesablanmama) iddiaçıya aid edilməlidir” dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3603/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 X4 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3603/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-965/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-965/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver