Məhkəmə qərarları › İş №2-1(103)-965/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-965/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-965/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçını prosessual hüquqi varisi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC) “maddi və mənəvi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(112)-4244/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi kimi 300.000 (üç yüz min) manat civarında pulun ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ilin may ayında Cavabdeh, Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə "xxxx" Telekom MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" Telekom MMC-nin Baş ofisi ünvanı, Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdıqları 10 sot torpaqlarını və evlərini, 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. Şəhərsalma va Tikinti Məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 30 dekabr 2003-cü il tarixli Q-520/2 saylı İddiaçı ünvanladığı, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən evin sökülməsini təsdiqləyən rəsmi məktubu bunun təsdiqidir. Bu illər ərzində dəfələrlə Cavabdehnə müraciət olunmuşdur. İddiaçı 27.11.2020ci il tarixdə cavabdehə müraciət edərək, vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat, cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsini, yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məsuliyyətdən yayınaraq, məktuba cavab verməmişdir. Dəfələrlə iddiaçı müraciət etsə də, onun ailəsinə dəyən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh 13 mart 2002ci il Q-32 saylı məktubunda, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə yazdığı şikayətinə baxıldığını və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzil və ya torpaq sahəsi ilə təmin olunması ilə bağlı Cavabdehndə növbəyə götürülməsi ilə bağlı müraciətinin məqsədəuyğun olduğu bildirilmişdir. Bu günə kimi iddiaçının şikayəti təmin olunmamışdır. Yaşadıqları ərazi, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanı ünvan 4n Telekom LTD” şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır. Bu şirkət haqqında iddiaçının məlumatı olmamışdır. Yaşadığı əraziyə heç gəlməmiş, maraqlanmamışlar. Həmin ərazidə 17 ailənin yaşadığını görən “Cen Telekom LTD” şitkəti fikrindən dönmüşdür. İddiaçıya məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağacları, 17 ədəd məhsul verən qoz ağacları vardı. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti 17.03.1999-cu il tarixli 239 saylı sərəncamla “Cen Telekom LTD” şirkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini Azercell Telekom MMC-yə ayırmışdır. Bakı şəhər İcra Hakimiyyəti 12.09.2001-ci il tarixli 599 saylı sərəncamla “Cen Telekom LTD” şitkətinin müraciətinə əsasən şirkətə məxsus qalan ərazinin 1.0 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 1.8 ha ərazini 1999-cu ilin avqust ayında iddiaçının ailəsinin və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan, 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında onların evini və digər 16 evi dağıdaraq ailələrini çöllərə salmışlar. İddiaçının mülkünün dövlət tərəfindən məcburi özününküləşdirilməsinin, sökülməsinin, köçürməsinin nəticəsi olaraq ailəsi taleyin ümidinə buraxılmışdır. Həmin evdə 7 nəfər ailə üzvü yaşayırdı. Cavabdeh məkrli niyyətlərindən iddiaçı və onun ailəsi qaçqın kimi evsiz, eşiksiz qalmışdır. Bu gün də Cavabdeh ona və ailəsinə qarşı təcavüzündən əziyyət çəkir, təcavüz nəticəsində hüquqlarının kobud şəkildə pozulması faktı gözdən qaçmamalıdır. Günü bu gün də iddiaçı, oğlu X2 məxsus evdə qalır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Avropa insan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1, 3, 6, 8-ci maddələrinin heç birinə riayət etməmişdir. “Önəryıldız” Türkiyəyə qarşı (2002) məhkəmə işi, İvanova (İvanova) və Çerkezov (Cherkezov) Bolqarıstana qarşı 21.04.2016 tarixli qərar-ərizəçinin özbaşına tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq mülkiyyətə bərabərdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən "xxxx" MMCyə torpaq ayrılan zaman iddiaçı və ailəsinə məxsus evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan, polis gücünə sökülərək ailəsinin küçəyə atılması iddiaçının həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra ailəsi evsiz-eşiksiz qalmış, uçurulmuş evinin müqabilində cavabdehlər tərəfindən heç bir kompensasiya verilməmişdir ki, bunun da nəticəsi olaraq iddiaçı uzun illərdir ki, əziyyət çəkir. Cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədəki yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin "xxxx" MMC-yə ofis binasının tikilməsi üçün ayıran zaman evinin sökülməsi ilə əlaqədar ya yaşayış yeri ilə, ya da həmin evdən istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüququ pozulmuşdur. İddiaçı və ailəsi də uzun illərdən bəri evsizeşiksiz qaldığına görə Cavabdehndən bu vəziyyəti yaratmalarına cavab vermələrini, onların pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir. Bunun üçün qanunda nəzərdə tutulmuş formada məhkəmə müdafiəsindən istifadə edərək cavabdehlərin iddiaçıya vurduqları maddı və mənəvi zərərə görə həmin zərərlərin əvəzlərin ödənilməsi barədə qərar qəbul olunmasına zərurət yaranmışdır. İddiaçıya və onun ailəsinə vurulmuş mənəvi zərəri təqribən 150.000 (yüz əlli min) manat qədər qiymətləndirir, maddi zərəri isə Bakı şəhərinin mərkəzində bir mərtəbəli 1 otaq, mətbəx, sanitar qovşaq, dəhlizdən ibarət ümumi sahəsi 58 kv.m, eyni zamanda 10 sot həyətində 36 ədəd meyvə ağaclarının, yaşıllıq ağaclarının "xxxx" MMC tərəfindən hazır istirahət parkı kimi istifadə etdikləri nəzərə alınarsa, təxminən 150.000 (yüz əlli min) manat qiymətləndirir, Cavabdeh 13 mart 2002-ci il Q-32 saylı məktubunda, iddiaçının Bakı şəhər İcra hakimiyyətinə yazdığı şikayətinə baxıldığını və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzil və ya torpaq sahəsi ilə təmin olunması ilə bağlı Cavabdehndə növbəyə götürülməsi ilə bağlı müraciətinin məqsədəuyğun olduğunu bildirməsinə, lakin mənzil, yaxud torpaq sahəsi ilə təmin olunmaması nəzərə alınarsa, ümumilikdə Cavabdehndən 300.000 (üç yüz min) manat civarında məbləğin iddiaçıya ödənilməsi, yaxud Bakı şəhərində 4 otaqlı evlə, yaxud 12 sot torpaq sahəsi ilə təmin edilməsi barədə qərar qəbul olunması zərurəti yaranmışdir. Üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Azercell Plaza ofisinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı, ayrıc aktları əsasında ofis binasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış, müvafiq torpaq icarə müqavilələri bağlanmış, həmin müqavilələr qeydiyyata salınmaqla, “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” alınmışdır. Ərazidə tikinti işləri 25.08.2000-ci il tarixində başlamış və 10.05.2002-ci il tarixində bitmişdir. Bəhs edilən torpaq sahəsində mövcud olmuş tikililərin sökülməsi məsələsinə gəldikdə isə həmin tikililər torpağın "xxxx" MMC-nə təhvil verilməsindən daha öncə baş vermiş və tərəflərindən heç kimin evi dağıdılmamış və ya torpağı zəbt edilməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavininin İddiaçı ünvanladığı 30.12.2003-cü il tarixli Q520/2 saylı məktubundan da görünür ki, Tbilisi prospektində qanunsuz olaraq 3 otaqlı ev inşa edilmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədilə ev sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrılsa da, torpaq sahəsi yoldan aralı olduğu üçün o, başqa sahə ilə əvəz edilməsini tələb etmişdir. İddiaçı onlara qarşı qaldırdığı iddialara məhkəmələrdə baxılmış, heç bir sübut və hüquqi əsası olmadığı üçün iddia bütün məhkəmə instansiyalarında rədd edilmiş və bu barədə dövlətin adından çıxarılmış yekun məhkəmə aktı - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2011-ci il tarixli 2(102)-3803 saylı qərarı qanuni qüvvəyə minmişdir. X7 Hüquqları Məhkəməsinə verdiyi şikayət ərizəsi 08.06.2017ci il tarixli qərardadla mümkün hesab edilməməklə, rədd edilmişdir. İddiaçı həmçinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də onun məhkəmə iclasında iştirak edən nümayəndəsi X4 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmüşdür. Əlavə olaraq İddiaçı nəvələri X3 və X5 Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı eyni məzmunlu iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçıların subyektiv hüququ olmadığına görə məhkəmənin 04.03.2020-ci il tarixli 2- 1(112)-827/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmçinin İddiaçı nəvələri yenidən “maddi ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 26 noyabr 2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnamə ilə iddianı rədd etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14.04.2021 tarixli 2(103)-3508/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-5006/2021 saylı qərarı ilə iddia təmin olunmamışdır. İddiaçı oğlu Quliyev Cabir və gəlini Quluyeva Sevil “maddi ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə 2(004)-2131/2021 nömrəli işi üzrə 27.04.2021-ci il tarixli qətnamə ilə iddianı rədd etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(103)-6299/2021 qətnaməsi ilə təmin edilməmişdir, hazırda Ali Məhkəmənin icraatındadır. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(112)-4244/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının prosessual hüquqi varisi X4 iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı oğlu Quliyev Cabir və gəlini Quluyeva Sevil “maddi ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə 2(004)-2131/2021 nömrəli işi üzrə 27.04.2021-ci il tarixli qətnamə ilə iddianı rədd etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(103)-6299/2021 qətnaməsi ilə təmin edilməmişdir, Ali Məhkəmə də apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndələri məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Bakı şəhəri Cavabdeh başçısı tərəfindən məhkəməyə ünvanlanmış 12.03.2021-ci il tarixli 454/d saylı məktubda qeyd olunur: Sizin Cavabdehnə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətləriniz ilə əlaqədar olaraq bildiririk ki, icraatda olan 2- 1(112)-4244/2021 nömrəli inzibati iş üzrə İddiaçı tərəfindən iddia ərizəsində və müxtəlif orqanlara müraciətlərində göstərdiyi və ərizələrində qeyd etdiyi ünvan Bakı şəhəri Yasamal rayonu 3166-cı məhəllədə yerləşən yaşayış sahəsi Cavabdeh tərəfindən sökülməmişdir. İddiaçının qeyd etdiyi Bakı şəhəri Yasamal rayonu 3166-cı məhəllədə yerləşən yaşayış sahəsi ilə bağlı iddiaçının müraciəti əsasında rayon İcra Hakimiyyətində araşdırılma aparılmış və hər hansı bir sənəd aşkar edilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının17.03.1999-cu il tarixli, 239 saylı sərəncamına əsasən, “Cen Telekom LTD” müraciəti nəzərə alınaraq, Bakı şəhəri İcra Hakimiyyətinin 21.04.1997-ci il tarixli, 422 saylı sərəncamına əsasən həmin şirkətə Yasamal rayonu, Tbilisi prospektindəki 3166-cı məhəllədə özəl xəstəxana kompleksi tikintisi üçün ayrılmış ərazinin bir hissəsinin "xxxx" birgə müəssisəsinə ofis binasının layihələşdirilməsi və tikintisi üçün təhkim olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi ərazidə söküntü və tikinti işlərinin aparılması ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh qeyd olunan ərazi və orada aparılan söküntü, tikinti və köçürülmə işləri ilə hər hansı formada əlaqəsinin olmasını, habelə qeyd olunanlarla əlaqədar Cavabdeh tərəfindən hər hansı hərəkətin edilməsini və ya qərar qəbul edilməsini təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilmədi. Beləliklə, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(112)-4244/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar