Məhkəmə qərarları › İş №2-1(103)-965/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-965/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-965/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6577/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı xx.xx.1962-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış, xx.xx.1980 - xx.xx.1982-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun əyani şöbəsinə daxil olmuş, xx.xx.1987-ci ildə institutu bitirmişdir. xx.xx.1987-ci ildə “Neft Daşları" NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına elektrik montyoru vəzifəsinə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmişdir. Hal-hazırda X2nda növbə rəisi vəzifəsində işləyir. Bunu əmək kitabçasında aparılan qeydlər də təsdiq edir. İddiaçı xx.xx.2019-cu ildə 57 yaşı tamam olanda güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün lazımi sənədlərlə cavabdehə müraciət etmiş, Fond ona “əmək stajın çatmadığı üçün pensiya düşmür deyərək sənədləri qaytarmışdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” istehsalat Birliyinin “Neft Daşları" Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşları" NQÇİ-nin X2nda növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 19 gün (xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındaki dövr)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6577/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, xx.xx.2019-cu il tarixdən təyin olunması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: « Məhkəmənin qərarı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndinin (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri nəzərdə tutulmuşdur.İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin “Neft Daşlan” Neft və qazçıxarma İdarəsinin ona dair 22 fevral 2019-cu il tarixli PUŞ-02/04 nömrəli arayışında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Neft Daşları” NQÇİ-nin X2nda növbə rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Yeraltı istilik elektrik stansiyaları sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az ( 1 il 6 ay 19 gün (xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındaki dövr)) təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bağırlı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının işə əlavə olunmuş Azərbaycan Neft və Kimya institutu tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş 026034 saylı diplomun surətinə, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin xx.xx.2021-ci il tarixli 425 nömrəli arayışına, İİT-10417452 nömrəli xx.xx.1980-cı il tarixli əmək kitabçasının surətinə əsasən o, aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1979-xx.xx.1980: sovxozda əkinçilik işləri üzrə fəhlə - 10 ay 4 gün; xx.xx.1980-xx.xx.1982: həqiqi hərbi xidmət -2 il 1 gün; xx.xx.1982-xx.xx.1987: ali məktəbdə təhsil müddəti- 4 il 9 ay 20 gün; xx.xx.1987-xx.xx.1988: Qaz türbinli Elektrik Stansiyasının Baş işə İdarəetmə Lövhəsinin elektrik mantyoru (xx.xx.1988-ci ildə Sov.İKP-nin XXİİ qurultayı adına Neft və X5 Birliyi ləğv olunmuş, onun əsasında Neft-Qaz Çıxarma İdarəsi yaradılmışdır. xx.xx.1988-ci ildə X6, Qazturbinli və PAES-2500 vahid X2 kimi birləşmişdir(İES)) – 10 ay 19gün; xx.xx.1988-xx.xx.1989 X1 elektrik sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru – 8 ay : xx.xx.1989-xx.xx.2003: X1 növbə rəisi – 14 il 4 ay 18 (xx.xx.1992-ci ildə “X9 Qaz” İBnın “AzNeft” dövlət konserninin Sov.İKP-nın XXİİ qurultayı adına NQÇİ “Neft Daşları” NQÇİ adlandırılmış, xx.xx.1994-cü ildə “Azneft” Neft və Qaz Çixarma üzrə Baş İdarə ləğv olunmuş, “Dənizdə Neft və Qaz Çıxarma” İB yaradılmışdır.) xx.xx.2003-xx.xx.2005 həmin istehsalatda baş mühəndis - 2 il 8 ay 12 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 2006-cı ilə qədər 25 il 3 ay 14 gün iş stajı toplanır ki, həmin stajın da 12 il ay 6 aydan çoxunu o, 57 yaşından güzəştli pensiya hüququ verən işlərdə çalışmışdır . Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş “Azneft” istehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin 22 fevral 2019-cu il tarixli PUX-02/04 nömrəli, habelə, hazırkı mərhələdə təqdim edilmiş PUX-02/28 saylı xx.xx.2021-ci il tarixli izahlı arayışlarında təsbit olunur ki, iddiaçı: « Azərbaycan Republikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin a və b bəndlərinə müvafiq olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən aşağıdakı vəzifələrdə işləmişdir: -xx.xx.1987-xx.xx.1988-ci illərdə Qaz-turbin elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru - 00 il 07 ay 25 gün; - xx.xx.1988 - xx.xx.1989-cu illərdə Qaz-turbin elektrik stansiyasının qaz-turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru - 00 il 10 ay 24 gün,; -xx.xx.1989 - xx.xx.2003-cü illərdə X2nda növbə rəisi vəzifəsində işləyib - 14 il 04 ay 18 gün, xx.xx.2018-ci il tarixdən hal-hazıra qədər X2nda növbə rəisi vəzifəsində işləyir - 03 il 00 ay 11 gün. İddiaçının Azərbaycan Republikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsinin “a” və “b” bəndlərinə əsasən elektrik stansiyasının elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində və növbə rəisi vəzifəsində xx.xx.2021-ci ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 18 il 11 ay 18 gün təqşkil edir (Qeyd: “Neft Daşları” NQÇİ-nin X2 sahildən 110 km məsafədə dənizdə dəmir dirəklər üzərində yerləşir.) » Qeyd olunan Siyahının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin sözügedən bəndləri isə aşağıdakıları nəzərdə tutur: a) “fəhlələr” bəndiin 26-cı sətrində - “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri b) “rəhbərlər və mütəxəssislər” bəndinin 1-ci sətrində qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri - güzəştli pensiya hüququ verən göstəricilərə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının “21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində də eynilə : “ a) fəhlələr “ bəndinin 2140000a—18455 şriftində - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; “ b) rəhbərlər və mütəxəssislər” bəndinində - qazanxana, turbin (buxar-qaz turbini), qazanturbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri - 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ verən gösətricilərə aid edilmişdir. İşin sübutlaprla müəyyən olunan hallarından da göründüyü kimi, 2006-cı il tarixinədək iddiaçının 25 il 3 ay 14 gün ümumi stajının 1 il 6 ay 19 gününü Qaz türbinli Elektrik Stansiyasında qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə elektrik montyoru kimi - 1 il 6 ay 19 gün, İstilik Elektrk stansiyasında növbə rəisi kimi isə - 14 il 4 ay 18 gün işləmişdir. Belə olan halda, xx.xx.1962-cı ildə il təvəllüdlü iddiaçının 2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının müvafiq müraciətinə 21 iyun 2019-ci il və 20 yanvar 2020-ci il tarixli tarixli cavab məktubları ilə onun 25 il ümumi stajının mövcud olmaması əsası ilə, xx.xx.2021-ci il tarixli məktubunda, eləcə də, iddia ərizəsinə etirazında və hazırkı apellyasiya şikayətində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 24-cü deyil, bundan sonra gələn və aidiyyəti olmayan 24.1-ci “Yeraltı istilik elektrik stansiyaları” bölməsinin “a” və «b» yarımbəndlərinə istinad etməklə, açıq şəkildə mövqeyində düz olmadığını və imtinasının əsassız olduğunu bəyan etmiş olur. Beləliklə də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaradığı sübuta yetirilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin qeyd olun hallarından göründüyü kimi, iddiaçının 57 yaşından güzəştli pensiya hüququ cavabdeh müraciət etdiyi əvvəlki üç il çərçivəsində yaranır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin iddianın təmin olunması barədə qərarı işdə olan sübutlara və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6577/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6577/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar