Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-966/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12068/2022 saylı 21 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Az.SSR X11 STN trestin 16№ Tikinti İdarəsində 2-ci dərəcəli dülgər peşəsində işləmiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək sovet ordusunda xidmət etmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Az.SSR X11 STN trestin 16№ Tikinti İdarəsində 2-ci dərəcəli dülgər peşəsində işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 saylı Trestin 27№li Tİ-ndə izolyasiyaçı, briqadir izolyasiyaçı peşəsində işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək tarixədək Az.SSR STN 2 saylı trestin 28№-li Tikinti İdarəsində izolyasiyaçı, briqadir izolyasiyaçı peşəsində işləmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Az.SSR Tikinti Nazirliyi DSK 3№li Tikinti İdarəsində növbə rəisi, iş icraçısı peşəsində işləmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək BPO “Radiostansiya” nəzdində “Strimer” Kooperativində tikinti, maddi-texniki və təsərrüfat təminatı üzrə sədr müavini vəzifəsində işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Qlobus” Kommersiya firmasında direktor vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək sahə rəisi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Mərkəzdə mühəndis vəzifəsində işləmişdir. Azərbyacan SSR Tikinti Nazirliyinin 2 nömrəli Trestin 28 nömrəli Tikinti İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 2 nömrəli Trestin 28 nömrəli Tikinti İdarəsində izolyasiyaçı və usta vəzifəsində işləmişdir. “Strimer” SEİSin-nin 001 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək sahələrarası Elmi-İstehsalat Şirkətinin texniki və təsərrüfat təminatı üzrə vitse-prezident vəzifəsində işləmişdir. "xxxx" İstehsalat – Kommersiya Firması tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Qlobus” Kommersiya firmasında direktor vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarım bölməsinin b) bəndinə əsasən “iş icraçıları” vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 noyabr 1974-cü il tarixli əmək kitabçasında qeyd olunan 3 fevral 2005-ci il tarixdən 3 sentyabr 2006-cı il tarixədək və 1 aprel 2017-ci il tarixdən 3 sentyabr 2018-ci il tarixədək olan dövrlər ərzində müvafiq olaraq “Xəzər” GETYM-də işlədiyi “baş iş icraçısı” və “mühəndis” vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il taxirli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 7 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək, yəni 3 il 3 ay, 8 gün “Azərsənayetikinti” SC- nin 2 saylı müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının **********520 kodu üzrə güzəştli pensiya şərtlərlə pensiya hüququ yaranmışdır. Bu barədə arayış da mövcuddur. İddiaçı 13 iyun 1988-ci il tarixdən 18 yanvar 1996-cı il tarixədək “Xəzər” Gənclərin X1 baş iş icraçısı vəzifəsində, 1 dekabr 2014- cü il tarixdən 1 aprel 2017-ci il tarixədək “Xəzər” GETYM-in tikintisində iş icrası vəzifəsində işləmişdir. Bu vəzifələr isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXVİİ bölməsinin “b” bəndində sadalanan güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd olunanlardan da görünür ki, iddiaçı 1978-ci ildən 2017-ci ilədək müxtəlif işlərdə işləmiş, stajının kifayət qədər hissəsini zərərli iş şəraitində həyata keçirmişdir. Bu səbəbdən də stajının bir hissəsinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrdə işləmişdir. Stajının digər hissəsi isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 1 nömrəli siyahıda sadalanan güzəştli vəzifələrdə işləmişdir. O, 4 mart 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzbati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. O, hesab edir ki, cavabdehin imtinası onun hüquqlarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməli və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, həmin dövrdən indiyədək ödənilməmiş pensiya məbləği ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2059/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2056/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2059/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1121/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12068/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12068/2022 saylı 21 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ona xx.xx.2017-ci tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 04 noyabr 1974-cü il tarixli əmək kitabçasında qeyd olunan xx.xx.2005- xx.xx.2006 və xx.xx.2017-xx.xx.2018 tarixləri arasındakı dövr ərzində müvafiq olaraq “Xəzər GETYM”-də işlədiyi baş iş icraçısı və mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “məhkəmə qərarının əsaslandırması zamanı iddiaçınn zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az olması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 13 il 11 ay 17 gün güzəştli stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Lakin hazırki işdən göründüyü kimi, iddiaçının stajı onun 60 yaşının tamam olduğu tarixə tamamlanır. Odur ki, iddiaçı haqlı olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını 60 yaşdan tələb etmişdir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin olunması üçün onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Həmin maddənin əvvəlki redaksiyasında isə deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana xx.xx.2020-ci ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajının tamamlanması cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Əmək kitabçasına əsasən iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə onun ümumi iş stajı 38 ildən çoxdur. İddiaçının 60 yaşının tamam olduğu tarixə güzəştli iş stajının mövcudluğu məsələsi araşdırılarkən məlum olur ki, o, 1978-ci ildən 1981-ci ilədək izolyasiyaçı, 1981-ci ildən 1986-cı ilədək briqadir izolyasiyaçı, 1986-cı ildən 1988-ci ilədək usta, xx.xx.2005xx.xx.2006-cı illərdə baş iş icraçısı, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək və xx.xx.2014cü ildən xx.xx.2017-ci ilədək iş icraçısı vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarında olan “Xəzər” GETYM-nin 03 saylı 10 yanvar 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 3 fevral 2005-ci il tarixdən 3 sentyabr 2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, 9 mart 2006-cı il tarixdən 22 iyun 2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, 1 dekabr 2014cü il tarixdən 1 aprel 2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlərlə pensiya almaq hüququ verir. “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin 09/16 saylı xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 7 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 22900000-12520 şifri (kodu) üzrə ona güzəştli şərtilə pensiya təyin olunması hüququ verilir. Öz hesabına məzuniyyətdə olmamışdır. Qeyd: Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 nömrəli sərəncamı ilə “Azərsənayetikinti” SC-nin tərkibinə daxil edilmiş, “Sənayekommunaltikinti” Birliyinin bütün filialları 3 nömrəli Sumqayıt filialına birləşdirilmişdir. 2 sentyabr 1999-cu il tarixli 09/1 saylı əmrə əsasən “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli Filialı “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi adlandırılmışdır. Hazırki işdə iddiaçının güzəştli iş stajı, xüsusilə də “izolyasiyaçı” və “briqadir izolyasiyaçı” işlədiyi vəzifənin zərərli olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirildiyi üçün işin apellyasiya baxışı zamanı həmin məsələ bir daha araşdırılmışdır. Bu məqsədlə İddiaçı Azərbaycan Respublikası “Xəzər” Gənclərin X1 xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər işlədiyi “briqadir-izolyasiyaçı” və xx.xx.2005-ci ildən xx.xx.2006-ci ilə qədər işlədiyi “baş iş icraçısı” vəzifələrinin funksiyaları göstərilməklə aydınlıq gətirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısİ”nda nəzərdə tutulan hansı vəzifənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan vəzifəyə uyğun olması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası “Xəzər” Gənclərin X3, həmçinin “Azərsənayetikinti” səhmdar cəmiyyəti 2 №-li müəssisəsində xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi “izolyasiyaçı” peşəsinin funksiyaları göstərilməklə aydınlıq gətirilməsi, həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində nəzərdə tutulan 2290000a—12520 izolyasiyaçılar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr: izolyasiyaçılar peşəsinə uyğun gəlməsi barədə, o cümlədən iddiaçının 2 nömrəli Trestin 28 №-li Tikinti İdarəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi “briqadir-izolyasiyaçı” peşəsinin funksiyaları göstərilməklə aydınlıq gətirilməsi, həmin peşənin funksiyalarının “izolyasiyaçı” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi barədə, həmçinin “briqadir-izolyasiyaçı” peşəsinin yuxarıda qeyd olunan Siyahılarda hansı kod altında olan peşəyə uyğun olması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası “Azərsənayetikinti” səhmdar cəmiyyəti 2 №-li müəssisəyə məhkəmə sorğuları göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası “Xəzər” Gənclərin X2 03 saylı xx.xx.2020-ci il tarixli arayışının məzmunu iş materiallarında olan “Xəzər” GETYM-nin 03 saylı 10 yanvar 2020-ci il tarixli arayışının məzmunu ilə eynilik təşkil edir. Azərbaycan Respublikası “Azərsənayetikinti” səhmdar cəmiyyəti 2 №-li müəssisinin 09/59 saylı xx.xx.2023-cü il tarixli arayışının məzmunu “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin 09/16 saylı xx.xx.2020-ci il tarixli arayışının məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, “briqadir izolyasiyaçı” peşəsi də izolyasiya funksiyalarını yerinə yetirir və bu da zərərli peşə sayılmaqla, AR Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında 2№-li siyahısının ******* bina qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) bölümündə izolyasiyaçı koduna uyğun gəlir və 2290000a- 12520 kodu üzrə güzəştli şərtlərlə pensiya hüququ yaradır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının xx.xx.1978-xx.xx.1981-ci illərdə “izolyasiyaçı”, xx.xx.1981-xx.xx.1986-cı illərdə “briqadir-izolyasiyaçı” vəzifəsi (cəmi 8 il 5 ay 23 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 22900000-12520 şifri (kodu) üzrə “izolyasiyaçılar” vəzifəsinə uyğundur. Həmin vəzifələr həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində olan a) fəhlələr: “izolyasiyaçılar” peşəsinə uyğun gəlir. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci illərdə “usta” vəzifəsində işlədiyi dövr (cəmi 1 il 6 ay 14 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000b— 23419 şifri (kodu) üzrə yeni tikinti və quraşdırma işlərinin ustaları vəzifəsinə uyğundur. Həmin vəzifə həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində olan “ustalar” vəzifəsinə uyğundur. xx.xx.2005-xx.xx.2007, xx.xx.2014-xx.xx.2016-cı illərdə “iş icraçısı”, “baş iş icraçısı” vəzifələrində işlədiyi dövr (cəmi 3 il 11 ay 10 gün) isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndində 2290000b—24441 şifri (kodu) üzrə “iş icraçıları”, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 29-cu bənddə Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində nəzərdə tutulan “iş icraçısı” vəzifəsinə uyğun gəlir. Qeyd edilmiş hallar nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur. Cavabdeh isə iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşı tamamlanan tarixə onun qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajı tamamlanmadığı üçün o, haqlı olaraq ƏPQnun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən 60 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarix 2016-cı ilə düşdüyü üçün, yəni xx.xx.2017-ci il tarixədək olan dövrə təsadüf etdiyindən ona həmin tarixdən qanunla tələb olunan pensiya kapitalı şərti şamil oluna bilməz. Ona görə ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə o, artıq 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını qazanmışdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12068/2022 saylı 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12068/2022 saylı 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-966/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-966/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver