Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-967/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri Səriyyə Seyid qızı Seyidova (sədrlik edən); Valeh Məmməd oğlu Ağayev və X5 ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2648/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin xx.xx.2019-cu il tarixli **********19 nömrəli imtinasının qanunazidd hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1072 saylı bağ sahəsinin mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Novxanı qəsəbəsi ünvanında yerləşən 1072 saylı bağ sahəsi mərhum X1 qanuni istifadəsində olmuşdur. Belə ki, uzun illər həmin bağ sahəsi müvafiq icarə müqavilələri ilə mərhumun ailəsinin istifadəsinə rəsmiləşdirilmişdir. Sonuncu dəfə sahəsi 0,25 ha olan 1072 saylı bağ sahəsinə dair X2 və İstismarı Birlliyi ilə X6 arasında xx xxxx 1998-ci il tarixli 1406 saylı “Bağın icarəyə verilməsinə dair müqavilə” bağlanılmışdır. Bundan sonra mərhum bağ sahəsini ailə üzvləri arasında bölmək qərarına gəlmişdir. Bunun üçün o, 2002-ci ildə X2 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək, bağ sahəsini üç yerə bölünməsini xahiş etmişdir. Onun ərizəsi əsasında bağ üç yerə bölünmüş, digər iki hissəyə aid olan yeni müqavilələr bağlanaraq, ailə üzvlərinə verilmişdir. Mərhumun özünün adına bağın 0,09 ha hissəsinə dair xx xxxxxx 2002-ci il tarixdə müqavilə tərtib edilmişdir. Lakin həmin müqavilənin Bakı şəhər İcra Hakimiyyətinin X2 və İstismarı Birliyi tərəfindən müvafiq möhür və imza ilə təsdiqlənərək mərhuma verilməsi ləngidilmiş, nəticədə mərhum həmin müqaviləni almamışdır. xx xxxxxx 2008-ci il tarixdə X6 vəfat etmişdir. Mərhum vəfatına qədər bağ sahəsinə fasiləsiz sahiblik edərək, ondan istifadə etmişdir. Mərhumun vəfatından sonra isə onun oğlu tərəfindən bəhs edilən bağ sahəsinə sahiblik edilmişdir və bağ sahəsi hal-hazıra qədər də onun tərəfindən istifadə edilməkdədir. xx xxx 2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 2186 saylı Sərəncamı ilə bəhs edilən bağa dair icarə müqaviləsinin tərtib edilməsinə məsul olan dövlət qurumu - Bakı şəhəri İcra Hakimiyyətinin X2 və İstismarı Birliyi ləğv edildi. Bundan sonra bağ icarə müqaviləsini almaq faktiki olaraq mümkünsüz oldu. 2016-ci ilin may ayında vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı mərhumun birinci növbə vərəsəsi olduğu üçün iddiaçının adına Bakı şəhəri 27 saylı Notariat Kontorunda vərəsəlik işi açılmışdır. Mərhum X1 istifadəsinə verilmiş Novxanı qəsəbəsi 1072 saylı bağ sahəsinə dair çıxarış verilməsi barədə cavabdehə müraciət edilmişdir. Həmin ərizəyə cavabdeh xx xxx 2019-cu il tarixli **********19 saylı məktubla iddiaçıya hüquqmüəyyənedici sənədlərin əlavə olunmadığından qeydiyyat aparılmasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq bağ sahəsinə dair dövlət reyestrindən çıxarış almaq məqsədilə İdarəyə xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1072 saylı bağ sahəsi 1406 nömrəli, xx.xx.1998-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən X3 icarəyə verilmişdir. X1 və ailə üzvlərinin razılıq ərizələri əsasında sözügedən bağ sahəsi üç hissəyə bölünmüşdür. Binəqədi rayonu, Novxanı qəsəbəsi, 1406 nömrəli bağ sahəsinin 0.09 ha-dan ibarət hissəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx xxxxxx 2002-ci il tarixli, 01 nömrəli protokoluna əsasən X6 ilə X2 və İstismarı Birliyi arasında xx xxxxxx 2002-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Lakin müqavilə keçmiş X2 və İstismarı Birliyinin səlahiyyətli nümayəndəsinin imzası ilə və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Cavabdeh apellyasiya şikayətində İnzibati Prosessual Məcəllənin 28.1, 81, 82, 83, 85, 87-ci maddələrinə Torpaq Məcəlləsinin 55, 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1-ci maddələrinə istinad etmişdir. İşə apellyasiya qaydasında baxılarkən xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2648/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalıdır. İşin materialları ilə müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1072 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən **********19 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, X2 və İstismarı birliyi ilə X6 arasında imzalanmış xx xxxx 1998-ci il tarixli, 1406 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Novxanı qəsəbəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi, 19,93 kv.metr olan 2 otaqdan ibarət bina Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatı məsələləri üzrə Komissiyasının xx xxxx 1998-ci il tarixli Sərəncamının 04 nömrəli protokoluna əsasən X1 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 309 nömrəli, xx xxx 2016-cı il tarixli məktubda qeyd edilir ki, X1 adında qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X1 xx xxxxxx 2008-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Novxanı qəsəbəsi ünvanında 0,25 ha torpaq sahəsi olan 1072 saylı bağ sahəsinə çıxarış verilməsi xahiş olunur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. (8.0.7) "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, X1 istifadəsinə verilən torpaq sahəsinin bölünməsi nəticəsində mərhumun özünə 0,09 ha torpaq sahəsinin hissəsinin verilməsinə dair tərtib edilmiş xx xxxxxx 2002-ci il tarixli müqavilə səlahiyyətli şəxs tərəfindən imzalanmamış və lazımi qaydada təsdiq edilməmişdir. Cavabdehin şikayətinin dəlili üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2002-ci il tarixli, 1406 saylı müqavilənin Arxivdə saxlanılan nüsxəsi ilə eyni olan surətindən görünür ki, X2 və İstismarı birliyi ilə X6 arasında imzalanmış xx xxxxxx 2002-ci il tarixli, 1406 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Novxanı qəsəbəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi sahəsi, 19,93 kv.metr olan 2 otaqdan ibarət bina Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatı məsələləri üzrə Komissiyasının xx xxxxxx 2002-ci il tarixli Sərəncamının 01 nömrəli protokoluna əsasən X1 icarəsinə verilmişdir. Lakin müqavilə X2 və İstismarı birliyi adından Allahverdiyev T.T soyadlı şəxs, “İcarədar” adından X6 arasında tərtib olunmasına baxmayaraq, sözügedən şəxslər tərəfindən imzalanmamış və X2 və İstismarı birliyinin möhürü ilə təsdiq olunmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mərhum atası X1 istifadəsində olan torpaq sahəsi ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər; dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına və qanunvericilik normalarının tələblərinə əsasən cavabdehin apellyasiya şikayətinin dəlili ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Göstərilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2648/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2648/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Səriyyə Seyidova
Məhkəmə qərarları › İş №2-1(103)-967/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-967/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver