Məhkəmə qərarları › İş №2-1(103)-967/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-967/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-967/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10063/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Akkreditasiya Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 27 may 2022-ci il tarixli, “Uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya attestatının ləğv olunması barədə 0688-22 UQQ AL №-li qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10063/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə digər inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi "xxxx"nın və “Akkreditasiya sahəsi”nin hansının üstün hüquqa malik olduğunu düzgün müəyyən etməmişdir. Cavabdeh tərəfindən müəssisəmizin sertifikatlaşdırma fəaliyyətinin təşkili üçün ilk olaraq "xxxx"nın təsdiq edilməsi tələb edilir. "xxxx" qüvvədə olmadığı təqdirdə “Akkreditasiya sahəsi”nin heç bir əhəmiyyəti olamayacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan: - İddiaçı MMC-yə aid təsis sənədlərindən (nizamnaməsinin və kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətləri) müəyyən olunur ki, cəmiyyət 29 yanvar 2015-ci il tarixdə Azərbaycan Respulikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeyiyyat nömrəsi ilə qeydə alınmışdır. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə ünvan 1lunmuşdur. Nizamnamənin 3.1.1-ci bəndinə əsasən məişət, mebel, rabitə və yüngül sənaye məhsullarının sertifikatlaşdırılması və uyğunluq sertifikatlarının verilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərinə daxil edilmişdir. - Cavabdehnin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə” xx.xx.2022-ci il tarixli 0688-22 UQQ AL №li Qərarının surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin fəaliyyətə başladığı dövrdən hazıradək verdiyi uyğunluq sertifikatları ilə bağlı təqdim edilən aylıq hesabatlara baxaraq aşağıdakılar qərara alınmışdır: İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı, materiallarının sertifikatlaşdırılması üzrə orqanına vermiş 14 iyul 2021-ci il tarixli AZ 02.0567.01.21 nömrəli akkreditasiya attestatı ləğv edilsin. Mərkəzin akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrindən “AZSERTCENTER" MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanına dair məlumatların çıxarılması həyata keçirilsin. - Mərkəzin rəsmi internet səhifəsində bu qərarın nəticə hissəsinə dair məlumatların yerləşdirilməsi təmin edilsin. -Qərarın surəti İddiaçı MMC-yə çatdırılsın və qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək hüququ izah edilsin. İşdə olan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3245/2022 №li xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması, cavabdeh tərəfindən vurulmuş ziyana görə 541.500,00 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı MMC apellyasiya şikayəti vermiş və qeyd olunan iş hazırda 2-1(103)-3278/2022 nömrə ilə Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən iş yekunlaşana qədər hazırki iş üzrə icraatın dayandırılmalı olması nəticəsinə gəlmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi icraatın dayandırılmasına dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... mübahisələndirilən qərarın iddiaçının uyğunluq sertifikatlarının verilməsi sahəsində həyata keçirdiyi fəaliyyətlə bağlı qəbul edildiyini və qeyd olunan fəaliyyətin cavabdeh inzibati orqan tərəfindən təsdiq edilməli olan "xxxx" nə əsasən həyata keçirildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki işə baxılması İddiaçı MMC-nin Cavabdehnə qarşı cavabdehin üzərinə 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənək mümkün deyil.” AR İPM-in 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Qeyd edilən normanın mənasına görə inzibati iş üzrə icraatın dayandırılması üçün məhkəmənin qəbul edəcəyi qərarın digər icraat qaydasında baxılan iş üzrə məsələnin həllindən asılılığı müəyyən olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC-nin adına verilmiş 05 aprel 2018-ci il tarixli, № AZ 02.0299.01.18 saylı "xxxx"nın qüvvədə olma müddətinin 05 aprel 2021-ci il tarixində bitməsini nəzərə alaraq 15 fevral 2021-ci il tarixində təkrar akkreditasiyanın keçirilməsi məqsədi ilə Cavabdehnə müaciət edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”nın 3.2. bəndində qeyd edilmiş sənədləri həmin inzibati orqana təqdim etmiş, Cavabdeh 14 iyul 2021-ci il tarixində, “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə 0688-2 lUQQA” №li qərar qəbul etmiş və İddiaçı MMC-nin “Əsasnamə”sini təsdiq edərək müəssisənin adına 14 iyul 2021-ci il tarixli, № AZ 02.0567.01.21 saylı "xxxx"nı rəsmiləşdirmişdir. İddiaçı MMC tərəfindən 07 aprel 2021-ci il tarixli AR/052 №-li məktubla Cavabdehnə təqdim edilmiş 2 nüsxə olmaqla hər biri 16 vərəqdən ibarət “Akkreditasiya sahəsinin layihəsi” cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş "xxxx" internet saytında yerləşdirilmişdir. Qeyd olunan "xxxx" ilə razı olmayan İddiaçı MMC müvafiq iddia ərizəsi (iş № 2-1(112)-3245/2022) ilə məhkəməyə müraciət etmişdir. Hazırki inzibati mübahisə üzrə iş materiallarından isə aydındır ki, Cavabdehi “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının ləğv olunması barədə” 27 may 2022-ci il tarixli, 0688-22 UQQ AL №li Qərar qəbul edərək İddiaçı MMC-nin adına verilmiş 14 iyul 2021 -ci il tarixli, № AZ 02.0567.01.21 saylı "xxxx"nı ləğv etmişdir. Cari inzibati iş üzrə həmin 27 may 2022-ci il tarixli qərar iddiaçı tərəfindən mübahisələndirilir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-İVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyul 2015-ci il 252 №li Qərarının: 5.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 5.2. Akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 (iki) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. Qeyd edilən qaydalarla aydın tənzimlənmişdir ki, uyğunluğu qiymətləndirilən qurumun akkreditasiyasi barədə qərar qəbul edildikdən sonra, ilk addım akkreditasiya attestatının verilməsidir. Məhz həmin attestat uyğunluğu yoxlanılan qurumun sertifikatlaşdırma fəaliyyətini təsdiq edir. Belə aydın olur ki, ilk öncə müvafiq attestat verildikdən sonra təqdim edilmiş layihə əsasında qurumun akkreditasiya sahəsi təsdiq edilir. Hazırki işin halları üzrə, Akkreditasiya Mərkəzi 14 iyul 2021-ci il tarixində İddiaçı MMC-nin adına № AZ 02.0567.01.21 saylı, 14 iyul 2021-ci il tarixli "xxxx"nı rəsmiləşdirilmiş və müəssisənin “Əsasnamə”sini təsdiq etmişdir. 30 sentyabr 2021-ci il tarixində isə iddiaçının adına "xxxx" təsdiq edilmiş və cavabdehin internet saytında yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının adına verilmiş akkreditasiya attestatının qüvvəsi ilə bağlı mübahisənin həllini, akkredaditasiya sahəsinin təsdiqi ilə bağlı məhkəmə icraatının yekun nəticəsindən asılı hesab edərək, icraatı dayandırmışdır. Halbuki, sadalananlardan aydın olur ki, akkreditasiya attestatı qüvvədə olmadığı təqdirdə akkreditasiya sahəsinin təsdiq edilməsinin heç bir əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi hər iki icraat qaydasında baxılan işlərin asılılığını düzgün müəyyənləşdirə bilməmiş, nəticədə prosessual hüquq normasını mübahisəyə səhv tətbiq etmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin icraatın dayandırılması barədə mübahisələndirilən qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10663/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar