Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-968/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli İQ-06/1 nömrəli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarının ləğv edilməsi və ona qaçqın statusunun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 31 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, İQ-06/1 nömrəli "Qaçqın statusnun verilməsindən imtina edilməsi haqqında" qərarı ilə ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Aşağıda şərh edəcəyi hallara görə hesab edir ki, cavabdehin qəbul etdiyi bu qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və ona qaçqın statusunun verilməsi öhdəliyi cavabdehə havalə edilməlidir. O, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur, milliyətcə azərbaycanlıdır. 1975-ci ildə Bakı şəhərinin 160 nömrəli orta məktəbini bitirmişdir. 1980-ci ildə Azərbaycan Neft-Kimya institunu bitirmiş, mühəndis kimi Bakı şəhərinin ərazisində müxtəlif müəssisələrdə işləmişdir. 80-ci illərdə Politexnik İnstitunda müəllim olaraq dərs demişdir. 1990-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində ailə həyatı qurmuş, SSRİ-nın dağılmasından sonra orada pasport qeydiyyatında olması ilə əlaqədar Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Həmin vaxtdan parfumeriya və kosmetika sahəsində işləməyə başlayaraq, 2005-ci ildə "xxxx" MMC adlı şirkəti təsis etmişdir. Bu Firmanın nəzdində Moskva şəhərinin ərazisində tikdirdiyi 14 hektar sahədə yerləşən zavod fəaliyyət göstərirdi. Şirkəti tərəfindən RF-nın bir çox şəhərlərində Filiallar açmaqla, parfumeriya və kosmetika istehsalını həyata keçirərək, 1000 nəfərdən çox insanı işlə təmin etmişdir. MDB ölkələrində parfumeriya sahəsində qanunvercilik aktların təkmiləşdirilməsi, bu sahədə çalışan sahibkarların hüquqlarının müdafiəsi məqsədi ilə, bu ölkələrin parfumeriya şirkətlərinin assosasiyası təsis edilmiş və o, həmin assosiyanın prezidenti seçilmişdir. Bu sahədə olan təcrübə və bacarığını nəzərə alaraq, qanunvercilik aktlarının hazırlanması zamanı Rusiya Federasiyasının əsas ekspertlərindən biri olmuşdur. Bu sahədə fəaliyyət göstərən sosial bir qrupun rəhbəri kimi onların hüquq və maraqlarının müdafiə edilməsi ona həvalə edilmişdir. O da, bu sahədə olan bütün bürokratik maneələrin aradan qaldırılması üçün zəruri tədbirləri həyata keçirmişdir ki, həmin insanların qanuni maraqları təmin edilsin. 2010-cu ildə Rusiya Federasında "alkoqol bazarının tənzim edilməsi" xidməti təsis edilmişdir. 2010-cu ildə həmin xidmətin rəhbəri erməni mənşəli İqor Çuyan adlı şəxs təyin edildikdən sonra, həmin şəxsin və ətrafına topladığı erməni millətindən olan müavinlər və digər yaxın adamlarının müəyyən maraqlarının təmin edilməsi üçün işlərinə qanunsuz təsirlər edilməyə başlanılmışdır. Buna səbəb ondan ibarət olmuşdur ki, parfumeriya sahəsi daxil olmaqla, bütün spirt tərkibli məhsullarla əlaqəli fəaliyyət göstərən sahələrin monopoliyasını ələ keçirmək üçün, həmin xidmət daxilində hüquqi aktlar müəyyənləşdirməyə başlanılmışdır. Yəni, lisenziyalaşdırılan fəaliyyət növü kimi gördüyü işlə əlaqədar lisenziyanın alınması üçün həmin bürokratlar tərəfindən əlavə maneəedici tələblər müəyyənləşdirilməyə başlanılmışdır. Burada məqsəd bu sahədə işləyərək istehsalla məşğul olan sahibkarların lisenziyalarının ləğv edilməsi ilə, onların fəaliyyətinin süni şəkildə dayandırılması idi. Həmin sahədə fəaliyyət göstərən sahibkar və qanunvericiliyi bilən ekspert kimi, o, İqor Çuyanın və onu himayə edən hakimiyyətə yaxın "toxunulmaz" şəxslərin bu qanunsuz tədbirlərinə qarşı çıxdığından sonra artıq təqib edilərək, müxtəlif cür maneələrlə üzləşməyə başlamışdır. Belə ki, ilkin olaraq şirkətində qanunsuz vergi yoxlamaları təşkil edilmiş, həmin yoxlamalar 6 (altı) ay ərzində aparılsa da, heç bir qanun pozuntusu aşkar edilməmişdir. Lakin, fəaliyyətinə qarşı olan maraqlı şəxslərin istəyi ilə şirkətdə yenidən 2 il 6 ay müddətində vergi yoxlaması aparılmışdır ki, biznesindən, ən başlıcası porfumeriya sahəsində çalışan çoxsaylı qrupların mövqeyini bir ekspert kimi Rusiya Federasiyasının Dövlət Dumasında müdafiə etməkdən xoşluqla əl çəksin. Əslində ona qarşı edilən bütün bu təqiblərin səbəbi bu sahədə fəal ictimai-siyasi fəaliyyətini neytrallaşdırmaq və son nəticədə illər boyu əziyyətlə qurduğu gəlirli bir sahədə olan biznesindən onların xeyrinə imtina etmək olmuşdur. Lakin, sonda məsələlər təxmin etdiyindən daha dərin məcralara keçərək, onun üçün gözlənilməz və olduqca xoşagəlməz hallarla nəticələnmişdir. Hətta vəziyyət o yerə çatmışdır ki, onların qanunsuz tələblərinə boyun əymək üçün onu qorxudmaq və zərər yetirmək məqsədi ilə kriminal ünsürlər üzərinə göndərilmişdir. Lakin, o, özünə cangüdən tutmaqla bütün qanuni vasitələrlə müdafiə olunmağa çalışmış və onların hədələrinə məhəl qoymadan, mübarizə aparmağı davam etdirmişdir. Onlara qarşı bu qətiyyətli mübarizəsindən sonra 23 avqust 2014-cü il tarixdə gecə saat 00:30 radələrində Moskva şəhərinin mərkəzində, Profsoyuznaya küçəsi, 129 ünvanında yerləşən "Prints Plaza" ticarət mərkəzinin qarşısında avtomobilinə oturarkən ona odlu silahdan atəş açılmaqla həyatına siu-qəsd olunmuşdur. Atəş açılmazdan əvvəl cangüdəninin çevikliyi ilə aşağı əyilməsi nəticəsində açılan iki atəşdən yalnız biri həyat üçün təhlükəli olmayan çiyin-kürək nahiyyəsini zədələmişdir (odlu silahdan aldığı zədə ilə bağlı fakt hazırkı ərizəyə əlavə olunmuş tibbi sənədlərlə təsdiq edilir). Şok vəziyyətində yaralı halda yaxınlıqda yerləşən və onun tanış həkimlərinin işlədiyi 7 nömrəli Moskva Xəstəxanasına müraciət etmişdir. Rentgen nəticəsində bədənində çoxsaylı qəlpələrin olması müəyyən edilmiş, bir çox qəlpələr çıxarılmış və sarğı edilərək, ilkin tibbi yardım göstərilmişdir. Münasibəti olduğu həkimdən xahiş etmişdir ki, məsələni özü araşdırmadan polis orqanlarına xəbər verilməsini və Moskva şəhərinin hüquq-mühafizə orqanlarında işləyən yüksək rütbəli dostuna zəng edərək, başıba gələnləri ona bildirmişdir. Həmin adam ona bildirmişdir ki, evə gedib səhər tezdən yaşadığı yerin polis orqanına məlumat vermişdir. Səhər yaşadığı Moskva vilayəti, Aprelevka qəsəbəsinin polis əməkdaşları onu dinləyərkən, kimlərdən şübhələndiyini soruşmuşlar. Bildirmişdir ki, iş fəaliyyəti ilə əlaqədar hakimiyyətə yaxın olan adamlar biznesini əlindən almaq istəyirlər və bununla əlaqədar o, bu şəxslərin ona qarşı qanunsuz təyziqləri ilə bağlı prokurorluğa, hətta federal təhlükəsizlik xidmətinə də, şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin, hadisədən göründüyü kimi, həmin orqanlar da ona təyziq göstərən şəxsləri himayə etdiyinə görə bu cinayətkarlar heç kimdən çəkinməyərək, Moskva şəhərinin mərkəzində onun həyatına sui-qəsd etmişlər. O, təfərrüatı ilə hadisənin baş verdiyi ərazini izah etmiş, bildirmişdir ki, həmin ərazidə çoxsaylı müşahidə kameraları quraşdırılıb və bu ona qarşı suiqəsd edən cinayətkarların şəxsiyyətini müəyyən etməyi asanlaşdırar. Daha sonra polis əməkdaşları ona bildirmişlər ki, onların gördüyü müvafiq tədbirlər nəticəsində cinayətkarı müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, anlamışdır ki, polis əməkdaşları cinayətkarı tapmaq istəmirlər. Vəzifədə olan dostu ona bildirmişdir ki, o, polislərlə danışacaq. Bundan sonra polis əməkdaşları sanki ona qayğı göstərərək, qeyri-rəsmi şəkildə bildirmişlər ki, bu məsələdən artıq yuxarıların da, xəbəri var, lakin rəqibləri hakimiyyətə bağlı dairələrdən olduğu üçün onlarla nəinki polisin, hətta başqa orqanların da, gücü çata bilməz, onlar öz məqsədlərinə çatana qədər ondan əl çəkməzlər, sağ qalmışdırsa bu böyük uğurdur və o, artıq burada qalmaqla həyatını risk altına qoyur. Onlar ona, sanki dostcasına bildirmişlər ki, həyatda qalmaq istəyirsə tezliklə buraları tərk etməlidir. Yenidən dostuna zəng etdikdə, o, ona məsələni eyniylə izah etmişdir. Bundan sonra artıq düşünmüşdür ki, bir ölkənin paytaxtının mərkəzində, ictimai yerdə həyatına odlu silahla bu tərzdə sui-qəsd edilməsi məsələlərin son həddidir ki, dövlət tərəfindən müdafiə olunmayaraq həyatı üçün təhlükələr davam etdiyi halda, həyatını xilas etmək üçün o, artıq bu ölkəni dərhal tərk etməlidir. Bundan sonra köməksiz vəziyyətini başa düşüb, 2005-ci ildə təsis edərək işlətdiyi "xxxx" MMC adlı şirkətinin üzərində idarəçiliyi etibar etdiyi başqa bir şəxsə verərək, Rusiya Federasiyasının ərazisini birdəfəlik tərk etməklə, 26 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Rusiya Federasiyasının ərazisini tərk etdikdən sonra onu təqib edən şəxslər ondan sonra şirkətdə qalan idarəçiyə də, qanunsuz təyziqlər göstərərək, təyin etdiyi şəxsi işdən kənarlaşdırmaqla, əvəzində yeni idarəçi təyin edərək, "xxxx" MMC-nin fəaliyyətini ifliç etmiş, şirkətin əmlakını ələ keçirməklə, onun müflis edilməsi üçün bütün tədbirlər görmüşlər. Artıq 2014-cü ilin oktyabr ayında şirkətinin iyirmi iki filialı bağlanılmışdır. O, şirkətini başqa şəxsin idarəçiliyinə verən zaman şirkətin məhsul qalığı və debitor borcları 1.500.000.000 rubl (56.000.000 ABŞ dollarından yuxarı) olduğu halda, onu təqib edən şəxslərin göstərişi ilə əmlakının hamısı qanunsuz olaraq ələ keçirilmiş, şirkətinin fəaliyyəti ilə bağlı götürülmüş kreditlərin təmini üçün girov qoyduğu və bazar dəyəri təqribən 4.000.000 ABŞ dolları olan Moskva vilayəti, Aprelevka qəsəbəsində yerləşən yaşadığı evi də, bu şəxslər tərəfindən əlindən alınmışdır. Göründüyü kimi, onun var-dövləti tamamilə əlindən zorla alınmışdır. Şirkətin bütün əmlakı mənimsənildikdən sonra bu qanunsuzluğun ört-basdır edilməsi və onun giriş-çıxışının məhdudlaşdırılması məqsədi ilə şirkətə qarşı gülünc bir rəqəm təşkil edən 509.000 rubl (11.800 manat) məbləğində vergidən yayınmaya dair, formal olaraq, vergi araşdırılması başlanmışdır. Halbuki, şirkətin tək nizamnamə kapitalı 6.000.000 rubl (139.000 manat) təşkil edirdi. Azərbaycanda olarkən də, bütün bu qanunsuzluqlarla qarşı Rusiyadakı vəkili vasitəsilə mübarizə aparmağa çalışmışdır. Lakin, hüquqlarını müdafiə edən vəkili ona bildirmişdir ki, onun etdiyi şikayətlər heç bir müsbət nəticə vermir, əmlakının qaytarılmasmın ehtimalı yoxdur, vəkil belə bir vəziyyətdə onu müdafiə etmək iqtidarında deyildir. Rusiya Federasiyasında həyatına qarşı artıq sui-qəsd olunduğu halda bunu heç kim araşdırmaq iqtidarında və marağıda deyildirsə, o zaman ona qarşı edilən qanunsuz və cinayətkar əməllərin araşdırılmamasının ən asan yolu onun fiziki olaraq aradan götürülməsidir və buna görə də, onun Rusiyaya qayıtması həyatı üçün təhlükəlidir. Digər tərəfdən, ona məxsus xüsusi ilə külli miqdarda əmlakı artıq talandığı halda, həmin əmlakın davasının tərəfindən aparılmasının qarşısının alınmasının ən asan yolu bir dəfə cəzasız qalmış sui-qəsdin təkrarlanmasıdır. Məlumat üçün bildirir ki, ona qarşı edilən qanunsuz və cinayətkar əməllərdən sonra ürək və şəkər xəstəliyinə tutulmuşdur. Azərbaycana gəldikdən sonra ürəyində olan ağrıların şiddətlənməsi ilə bağlı X4 müraciət etmişdir. xx.xx.2015-ci ildə həmin Xəstəxanda müayinə zamanı angioqrafiyada koronar damarlarda ciddi daralmalar aşkar olunmuş, kardioloji və kardiocərrahi konsiliumun rəyinə əsasən cərrahi əməliyyat məsləhət görülmüş və xx.xx.2015-ci ildə Aort-koronar şuntlama + Aorta qapağının (bioprotez) protezləşdirilməsi + "Nick" üsulu ilə aorta kökü genişləndirilməsi əməliyyatı olunmuşdur (ərizəyə müvafiq tibbi sənədlər əlavə edilir). Bundan başqa Arterial Hiportaniya İİ m. Şəkərli diabet İİ tip. kolit, psöriaz xəstəyindən də, əziyyət çəkməsi müəyyən edilmişdir). Ürək əməliyyatından qabaq çoxsaylı müayinələrdən keçməsinə və xx.xx.2015-ci il tarixdə X2 kompyuter tomoqrafiyası müayinəsi protokolunda bel nahiyyəsində, daha çox sayda çoxsaylı dərialtı yad cisimlər (qəlpələr) aşkar edilmişdir. xx.xx.2015ci il tarixli rentgen müayinə protokolunda döş qəfəsi üzərində qəlpələr və divarlığı üzərində metal tikişlərin kölgəliyi qeyd edilir, eləcə də, xx.xx.2017-ci il tarixli rentgen müayinə protokolunda döş qəfəsinin hər iki tərəfində güllə qəlpələrinin kölgəliklərini qeyd edilir. Bu tibbi faktlar da, bir daha onu təsdiq edir ki, Rusiya Federasiyasında ona qarşı odlu silahdan istifadə edilməklə sui-qəsd edilmiş və onun Rusiyaya qayıtması həyatı üçün olduqca təhlükəlidir. Hal-hazırda, ağır ürək xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyində olan ağrılar, təngənəfəslik, umumi halsızlıqla bağlı hərəkətləri məhdudlaşmış və xx.xx.2022-ci ildə həkimə müraciət etmişdir. X5 verilmiş tibbi arayışa əsasən ağır fiziki işdən çəkinməli və daimi olaraq kardioloq müayinəsində, müşahidəsində olması məsləhət görülmüşdür (xx.xx.2022-ci il tarixli tibbi arayışın əsli ərizəyə əlavə olunur). Azərbaycan Respublikasına qayıtdıqdan sonra burada yaşayan əvvəlki ailəsi ilə münasibətlərini bərpa edərək, 28 sentyabr 2021-ci ildə X9 ilə nikahları rəsmiləşdirərək, yenidən onunla ailə həyatı qurmuşdur. X9 ilə ümumi nikahlarından olan xx.xx.1982-ci il təvəllüdlü qızları Bağırova (Riçards) İrana Eminovna Azərbaycan Respublikasının vətəndaşıdır. Hal-hazırda, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rusiya Federasiyasına aid xarici pasportunun vaxtının qurtarması ilə əlaqadar yeni pasport almaq üçün Azərbaycan Respublikasında yerləşən Rusiya səfirliyinin Konsulluq bölməsinə müraciət etmişdir. Konsulluq Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Rusiya Federasiyasından çıxması müvəqqəti qadağan qoyulduğu üçün pasport verilməkdən ona imtina edilmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdə xarici pasportunun vaxtı qurtarmışdır (pasport verilməsindən imtina barədə xəbornamə ərizəyə əlavə edilir). X11 Petroviç 1973-ci ildə, anası X6 isə 2006-cı ildə Bakı şəhərində vəfat etmişlər. Yeri gəlmişkən, bildirmək istəyirə ki, anası X1 atası X13 Azərbaycanın İrəvan xanı olan Əli Abbas xan İrəvanskinin oğludur. Göründüyü kimi, onun indiki halı da, dərin kökləri də, Azərbaycana bağlıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.1957-ci il təvəllüdlü İddiaçı P tipli 72 ******* nömrəli pasporta əsasən Rusiya Federasının vətəndaşıdır. - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı ******* nömrəli icazə vəsiqəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək müvəqqəti yaşamaq icazəsi verilmişdir. - AZ-İİ seriyalı 418128 nömrəli “Nikah haqqında” şəhadətnaməyə əsasən xx.xx.1957-ci ildə doğulmuş İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş X9 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqına akt qeydləri kitabında xx.xx.2021-ci ildə 114 nömrə ilə qeyd edilmişdir - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2137/2017 nömrəli 24 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilmiş, onun xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olması, atasının X7, anasının isə X6 olduğu faktı müəyyən edilmiş və doğum haqqında akt qeydi aparılaraq müvafiq məlumatları əks etdirən doğum haqqında şəhadətnamənin verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli MŞ-125-2022 nömrəli arayış – müvəqqəti şəhadətnamə xx.xx.1957-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı İddiaçı verilmişdir, ondan ötrü ki, o, həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 31 oktyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2023-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. - Rusiya Federasiyası “Opora Rossii” Kiçik və Orta Sahibkarlıq üzrə X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1468 nömrəli arayışa əsasən 27 dekabr 1957-ci il təvəllüdlü İddiaçı 2006-cı ildən 2014-cü ilə qədər müddətdə “Opora Rossii” Kiçik və Orta Sahibkarlıq üzrə X3 İdarə Heyətinin üzvü və “Opora Rossii” Kiçik və Orta Sahibkarlıq üzrə X3 Parfumeriya və Kosmetika Komitəsinin sədridir. 2012-ci ildən 2014-cü ilə qədər o, Rusiya Federasiyası Dövlət Dumasının, İqtisadiyyat və Turizm üzrə Komitənin ekspert mütəxəssisi olmuş və parfumeriya və kosmetika sahəsində qanunların işlərin hazırlanmasında fəal surətdə iştirak etmişdir. - xx.xx.1957-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı olan, Azərbaycan Respulikası, Bakı şəhərində şəhərində anadan olmuş İddiaçı “Qaçqın statusunun verilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir. - İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Azərbaycan Respublikasının Bakı şəhərində anadan olduğunu, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Bakı şəhəri 160 saylı orta məktəbdə 10 il təhsil aldığını, 1975-ci ildə məktəbi bitirdiyini, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olduğunu, Energetika fakültəsində təhsil aldığını, 1980-ci ildə universiteti bitirdiyini, 2003-cü ildə Moskvada 2 il qiyabi təhsil aldığı Ali İdarəetmə məktəbini bitirdiyini bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərək 1980-1983-cü illərdə “Azərelektroterm” Zavodunda metaləritmə sobalarının mühəndis konstruktoru, 1983-1985-ci illərdə Binəqədi rayonunda poladəritmə zavodunda mühəndisenergetik, 1985-1987-ci illərdə dövlət əhəmiyyətli binaların tikintisi ilə məşğul olan Bakı Montaj İdarəsi Triestində mühəndis işlədiyini, 1987-1988-ci illərdə Azərbaycanda Politexnik Universitetində dərs dediyini, 1987-1990-cı illərdə Bakı şəhərində yerləşən və Azərbaycanın kompüterləşməsi ilə məşğul olan Sovet-Hind-İngilis birgə müəssisəsi - “Elen” şirkətində müdir vəzifəsində işlədiyini, 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə köçdüyünü, 1990-2003-cü illərdə Rusiya və Ukraynada çoxsaylı kosmetika mağazalarının tikintisi ilə məşğul olan “Broka” Alman holdinqində idarəedici rəhbər vəzifəsində işlədiyini, 2003-2005-ci illərdə “Novoselye” adlı özəl şirkət açaraq daşınmaz əmlak satışı ilə məşğul olduğunu, 2005-2014-cü illərdə parfumeriya istehsalı ilə məşğul olan distribyüter şirkəti - “OOO Triumf’ şirkətinin təsisçisi və baş direktoru olduğunu, 2014-cü ildə Bakıya gəldiyini, 2017-ci ilin yanvar-sentyabr aylarında “İdeal” şirkətinin kommersiya departamentinin müdiri vəzifəsində işlədiyini qeyd etmişdir. O, hazırda səhhəti ilə bağlı problemi olduğu üçün işləyə bilmədiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verərək valideynlərinin vəfat etdiyini, bir bacısı olduğunu, bacısının hazırda Bakı şəhərində yaşadığını, özünün 2 dəfə evli olduğunu, 1981-ci ildə X9 adlı Azərbaycan vətəndaşı ilə evləndiyini, 1985-ci ildə boşandığını, 1991ci ilin yanvar ayında X14 adlı Rusiya vətəndaşı ilə evləndiyini, 2021-ci ildə ondan boşandığını, 2021-ci ildə yenidən Azərbaycan Respublikasının vətəndaşı Bağırova Yaqut ilə evləndiyini, hazırda onunla evli olduğunu və birlikdə yaşadıqlarını bildirmişdir. Ərizəçi ilk evlilikdən bir qızı olduğunu, onun hazırda İngiltərədə yaşadığını qeyd etmişdir. Ölkəsini tərk edərək sığınacaq əldə etmək məqsədilə Azərbayan Respublikasına gəlmə səbəbi haqqında danışarkən 23 avqust 2014-cü ildə gecə saatlarında Rusiyada “Prins” istirahət mərkəzinin qarşısında ona qarşı silahlı sui-qəsdə cəhd olunduğunu, silahla açılan atəş nəticəsində yaralandığını, bu hadisədən sonra ölkəsini tərk edərək 27 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini, ölkədə müvəqqəti yaşamaq üçün icazə sənədi ilə yaşadığını, lakin pasportunun etibarlılıq müddətinin bitdiyindən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən pasportunun etibarlılıq müddətinin uzadılmadığı üçün qaçqın statusunun verilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini bildirmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-06/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarına əsasən, Rusiya Federasiyasının vətəndaşı (Pasport № 7********), hazırda ünvan 2 ünvanında müvəqqəti yaşayan, 27 dekabr 1957-ci il təvəllüdlü Emin Bagirov 31 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 125- 2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Emin Bagirov Azərbaycan Respublikasının Bakı şəhərində anadan olduğunu, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Bakı şəhəri 160 saylı orta məktəbdə 10 il təhsil aldığını, 1975-ci ildə məktəbi bitirdiyini, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olduğunu, Energetika fakültəsində təhsil aldığını, 1980-ci ildə universiteti bitirdiyini, 2003-cü ildə Moskvada 2 il qiyabi təhsil aldığı Ali İdarəetmə məktəbini bitirdiyini bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərək ərizəçi 1980- 1983-cü illərdə “Azərelektroterm” zavodunda metaləritmə sobalarının mühəndis konstruktoru, 1983- 1985-ci illərdə Binəqədi rayonunda poladəritmə zavodunda mühəndis-energetik, 1985-1987-ci illərdə dövlət əhəmiyyətli binaların tikintisi ilə məşğul olan Bakı Montaj İdarəsi Triestində mühəndis işlədiyini, 1987-1988-ci illərdə Azərbaycanda Politexnik Universitetində dərs dediyini, 1987-1990-cı illərdə Bakı şəhərində yerləşən və Azərbaycanın kompüterləşməsi ilə məşğul olan Sovet-Hind- İngilis birgə müəssisəsi - “Elen” şirkətində müdir vəzifəsində işlədiyini, 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə köçdüyünü, 1990-2003-cü illərdə Rusiya və Ukraynada çoxsaylı kosmetika mağazalarının tikintisi ilə məşğul olan “Broka” Alman holdinqində idarəedici rəhbər vəzifəsində işlədiyini, 2003-2005-ci illərdə “Novoselye” adlı özəl şirkət açaraq daşınmaz əmlak satışı ilə məşğul olduğunu, 2005-2014-cü illərdə parfumeriya istehsalı ilə məşğul olan distribyüter şirkəti - “OOO Triumf” şirkətinin təsisçisi və baş direktoru olduğunu, 2014-cü ildə Bakıya gəldiyini, 2017-ci ilin yanvar-sentyabr aylarında “İdeal” şirkətinin kommersiya departamentinin müdiri vəzifəsində işlədiyini qeyd etmişdir. O, hazırda səhhəti ilə bağlı problemi olduğu üçün işləyə bilmədiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi valideynlərinin vəfat etdiyini, bir bacısı olduğunu, bacısının hazırda Bakı şəhərində yaşadığını, özünün 2 dəfə evli olduğunu, 1981ci ildə X9 adlı Azərbaycan vətəndaşı ilə evləndiyini, 1985-ci ildə boşandığını, 1991-ci ilin yanvar ayında X14 adlı Rusiya vətəndaşı ilə evləndiyini, 2021-ci ildə ondan boşandığını, 2021-ci ildə yenidən Azərbaycan Respublikasının vətəndaşı Bağırova Yaqut ilə evləndiyini, hazırda onunla evli olduğunu və birlikdə yaşadıqlarını bildirmişdir. Ərizəçi ilk evlilikdən bir qızı olduğunu, onun hazırda İngiltərədə yaşadığını qeyd etmişdir. Ölkəsini tərk edərək sığınacaq əldə etmək məqsədilə Azərbayan Respublikasına gəlmə səbəbi haqqında danışarkən ərizəçi 23 avqust 2014-cü ildə gecə saatlarında Rusiyada “Prins” istirahət mərkəzinin qarşısında ona qarşı silahlı sui-qəsdə cəhd olunduğunu, silahla açılan atəş nəticəsində yaralandığını, bu hadisədən sonra ölkəsini tərk edərək 27 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini, ölkədə müvəqqəti yaşamaq üçün icazə sənədi ilə yaşadığını, lakin pasportunun etibarlılıq müddətinin bitdiyini və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən pasportunun etibarlılıq müddətinin uzadılmadığı üçün qaçqın statusunun verilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini bildirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı özü barədə söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi təsdiq edilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Emin Bagirov ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı Rusiya Federasiyasında Alkoqol bazarının tənzimlənməsi xidmətinin rəhbəri İqor Çuyan adlı şəxs tərəfindən Rusiyada təqib olunduğunu, ona qarşı sui-qəsd təşkil olunduğunu, şirkətinin iflasa uğradıldığını və vergi borcundan yayınması ittihamı ilə 19000 ABŞ dolları məbləğində cərimə olunduğunu qeyd etmişdir. Ona qarşı olunan sui-qəsd cəhdi ilə bağlı məlumat verən ərizəçi bu suiqəsdin təşkilatçılarının hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilmədiyini, lakin özünün bu sui-qəsdin İqor Çuyan tərəfindən təşkil olunduğuna əmin olduğunu qeyd etmişdir. Aparılan araşdırma zamanı X16 Federasiyasında Alkoqol bazarının tənzimlənməsi xidmətinə 2009- 2018-ci illərdə rəhbərlik etdiyi, 2018-ci ildən etibarən Rusiyada yaşamadığı, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən hal-hazırda axtarışda olduğu məlum olmuşdur. Ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı pasportunun etibarlılıq müddəti bitdiyi üçün Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət etdiyini, səfirlik tərəfindən verilən məlumata əsasən pasportunu yemləməsi üçün Rusiya Federasiyasına getməli olduğunu qeyd etmişdir. Emin Bagirovun üzləşdiyi təhdidlərlə əlaqədar ölkəsinə qayıtmaqdan imtina etməsinə baxmayaraq, aparılan araşdırma nəticəsində, hazırda bu təhdid faktorlarının aradan qalxdığı məlum olmuşdur. Emin Bagirovun müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Emin Bagirovun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin 1-ci hissəsinin 1 -ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edimləsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxıması üzrə Komissiyanın 24 yanvar 2023-cü il tarixli 02 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Rusiya Federasiyasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. “Qaçqın” – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrup mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək isəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edibetməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir Hazırkı işin hallarından görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. O, 31 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir. Yəni, iddiaçının özü ilə cavabdeh tərəfindən müsahibə keçirilmişdir, başqa sözlə onun dinlənilmə hüququ təmin edilmişdir İş materiallarından göründüyü kimi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Azərbaycan Respublikasının Bakı şəhərində anadan olduğunu, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Bakı şəhəri 160 saylı orta məktəbdə 10 il təhsil aldığını, 1975-ci ildə məktəbi bitirdiyini, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olduğunu, Energetika fakültəsində təhsil aldığını, 1980-ci ildə universiteti bitirdiyini, 2003- cü ildə Moskvada 2 il qiyabi təhsil aldığı Ali İdarəetmə məktəbini bitirdiyini bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərək 1980-1983-cü illərdə “Azərelektroterm” Zavodunda metaləritmə sobalarının mühəndis konstruktoru, 1983-1985-ci illərdə Binəqədi rayonunda poladəritmə zavodunda mühəndis-energetik, 1985-1987-ci illərdə dövlət əhəmiyyətli binaların tikintisi ilə məşğul olan Bakı Montaj İdarəsi Triestində mühəndis işlədiyini, 1987-1988-ci illərdə Azərbaycanda Politexnik Universitetində dərs dediyini, 1987-1990-cı illərdə Bakı şəhərində yerləşən və Azərbaycanın kompüterləşməsi ilə məşğul olan Sovet-Hind-İngilis birgə müəssisəsi - “Elen” şirkətində müdir vəzifəsində işlədiyini, 1990-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə köçdüyünü, 1990-2003- cü illərdə Rusiya və Ukraynada çoxsaylı kosmetika mağazalarının tikintisi ilə məşğul olan “Broka” Alman holdinqində idarəedici rəhbər vəzifəsində işlədiyini, 2003-2005-ci illərdə “Novoselye” adlı özəl şirkət açaraq daşınmaz əmlak satışı ilə məşğul olduğunu, 2005- 2014cü illərdə parfumeriya istehsalı ilə məşğul olan distribyüter şirkəti - “OOO Triumf’ şirkətinin təsisçisi və baş direktoru olduğunu, 2014-cü ildə Bakıya gəldiyini, 2017-ci ilin yanvar-sentyabr aylarında “İdeal” şirkətinin kommersiya departamentinin müdiri vəzifəsində işlədiyini qeyd etmişdir. O, hazırda səhhəti ilə bağlı problemi olduğu üçün işləyə bilmədiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verərək valideynlərinin vəfat etdiyini, bir bacısı olduğunu, bacısının hazırda Bakı şəhərində yaşadığını, özünün 2 dəfə evli olduğunu, 1981-ci ildə X9 adlı Azərbaycan vətəndaşı ilə evləndiyini, 1985-ci ildə boşandığını, 1991-ci ilin yanvar ayında X14 adlı Rusiya vətəndaşı ilə evləndiyini, 2021ci ildə ondan boşandığını, 2021-ci ildə yenidən Azərbaycan Respublikasının vətəndaşı Bağırova Yaqut ilə evləndiyini, hazırda onunla evli olduğunu və birlikdə yaşadıqlarını bildirmişdir. Ərizəçi ilk evlilikdən bir qızı olduğunu, onun hazırda İngiltərədə yaşadığını qeyd etmişdir. Ölkəsini tərk edərək sığınacaq əldə etmək məqsədilə Azərbayan Respublikasına gəlmə səbəbi haqqında danışarkən 23 avqust 2014-cü ildə gecə saatlarında Rusiyada “Prins” istirahət mərkəzinin qarşısında ona qarşı silahlı sui-qəsdə cəhd olunduğunu, silahla açılan atəş nəticəsində yaralandığını, bu hadisədən sonra ölkəsini tərk edərək 27 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini, ölkədə müvəqqəti yaşamaq üçün icazə sənədi ilə yaşadığını, lakin pasportunun etibarlılıq müddətinin bitdiyindən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən pasportunun etibarlılıq müddətinin uzadılmadığı üçün qaçqın statusunun verilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini bildirmişdir. Həmçinin iş materiallarından görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Emin Bagirov ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı Rusiya Federasiyasında Alkoqol bazarının tənzimlənməsi xidmətinin rəhbəri İqor Çuyan adlı şəxs tərəfindən Rusiyada təqib olunduğunu, ona qarşı sui-qəsd təşkil olunduğunu, şirkətinin iflasa uğradıldığını və vergi borcundan yayınması ittihamı ilə 19000 ABŞ dolları məbləğində cərimə olunduğunu qeyd etmişdir. Ona qarşı olunan suiqəsd cəhdi ilə bağlı məlumat verən ərizəçi bu sui-qəsdin təşkilatçılarının hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilmədiyini, lakin özünün bu sui-qəsdin İqor Çuyan tərəfindən təşkil olunduğuna əmin olduğunu qeyd etmişdir. Aparılan araşdırma zamanı X16 Federasiyasında Alkoqol bazarının tənzimlənməsi xidmətinə 2009- 2018-ci illərdə rəhbərlik etdiyi, 2018-ci ildən etibarən Rusiyada yaşamadığı, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən hal-hazırda axtarışda olduğu məlum olmuşdur. Ərizəçi ərizə-anketinin qeydiyyatı zamanı pasportunun etibarlılıq müddəti bitdiyi üçün Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət etdiyini, səfirlik tərəfindən verilən məlumata əsasən pasportunu yenilənməsi üçün Rusiya Federasiyasına getməli olduğunu qeyd etmişdir. Emin Bagirovun üzləşdiyi təhdidlərlə əlaqədar ölkəsinə qayıtmaqdan imtina etməsinə baxmayaraq, aparılan araşdırma nəticəsində, hazırda bu təhdid faktorlarının aradan qalxdığı məlum olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı Emin Bagırovun müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə isə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7195/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-968/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-968/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver