Məhkəmə qərarları › İş №2-1(103)-969/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-969/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-969/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Bakı şəh., Xətai ray., Məzahir Rüstəmov küçəsində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi) qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2476/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsi, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xəstəliyi ilə əlaqədar 1994-cü ildə əlillik dərəcəsi verilmiş və həmin ildən DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin olunan zaman hərbi biletində olan texniki səhvlərlə əlaqədar olaraq 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövr əmək stajına daxil edilməmişdir. İddiaçı daha sonra aidiyyəti qurumlara müraciət etdikdən sonra hərbi biletində 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu barədə müvafiq qeydlər aparılmışdır. O, hərbi bileti cavabdeh orqana təqdim edərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq, 1994-cü ildən ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmiş, lakin Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsi yalnız son 3 il üçün əmək pensiyasını ödəmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə təkrarən yazılı formada ərizə ilə DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan heç bir səbəb gətirmədən əvvəlki illər üzrə pensiyanın ödənilməsindən əsassız olaraq imtina etmişdir. X9 Nazirliyinin Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 265877 saylı arxiv arayışı ilə 1968-ci il təvəllüdlü İddiaçı Məhəmməd oğlunun xx.xx.1987ci ildən xx.xx.1989-cu ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu müəyyən edilir. Müvafiq qeyd iddiaçının hərbi biletində də aparılmış, soyad və ata adının dəyişilməsi də təsdiq edilmişdir. Əlillik kitabçasında aparılmış qeydə əsasən xx.xx.1994-cü ildə iddiaçıya əlillik təyin edilmiş, 2018-ci ildən isə əlillik ömürlük hesab edilmişdir. İddiaçının pensiya almaq hüququ yaranan zaman qüvvədə olan qanunvericiliyə əsasən, hərbi xidmət dövrü əmək stajı hesab olunurdu. Bundan əlavə cavabdeh orqan iddiaçıya pensiya hesablanan zaman 2000-2009-cu illərdə X3 gözətçi vəzifəsində işlədiyi dövrü də əmək stajı olaraq qəbul etməmişdir. İddiaçının əmək kitabçasında bu barədə müvafiq qeyd aparılmışdır. Əmək kitabçasının surəti DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə təqdim edilmiş, cavabdeh orqan iddiaçının 1987- 1989-cu illərdə hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 1994-cü ildən yaranmış pensiya fərqini, həmçinin 2000-2009-cu illərdə işlədiyi dövrü əmək stajına daxil edərək əmək pensiyasının yenidən hesablanaraq ödənilməsindən imtina edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2476/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2476/2019 nömrəli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin tabeliyində olan Dövlət X14 Məhkəmə Mübahisələri ilə X17 Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavə təqdim edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, əvvəlki vəsiqəsində X7 və 1969-cu il doğum tarixi kimi qeyd edildiyini, Sovet rejimində doğum tarixinin düzgün qeyd edilmədiyini, 1994-cü ildə yeni doğum haqqında şəhadətnaməsi aldığını, 1989-cu ildə verilən hərbi biletini itirdiyini, 1987-ci il tarixdə Balakən rayon hərbi komissarlığı tərəfindən xidmətə çağrıldığını, 1997-ci ildə Xətai rayonunda qeydiyyata düşdüyünü, X3 gözətçi vəzifəsində işlədiyi illərdə İsmayıllıda mərkəzdə yaşadığını bildirdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan: - AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1968-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Bakı şəh., Xətai ray., Məzahir Rüstəmov küçəsində qeydiyyatdadır. - İddiaçıya məxsus AT-Vİ №1722996 seriya və nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X7 M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işə daxil olanadək əmək stajı olmamış, 1984-cü ildən 1987-ci ilədək Bakı şəhər 10 saylı Peşə texniki məktəbində təhsil almış, 100-K saylı xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdən Azərbaycan Dövlət Xor kapellasına səhnə quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, 14-K saylı xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.1998-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 32 saylı xx.xx.2000-ci il tarixli əmrlə xx.xx.1996-cı il tarixdən Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində 1996-cı ildən xx.xx.2000-ci ilədək “Opera kamera müğənnisi” ixtisası üzrə təhsil almışdır. 06 saylı xx.xx.2000-ci il tarixli əmrlə xx.xx.2000-ci il tarixdən İsmayıllı Fermer təsərrüfatına gözətçi vəzifəsinə qəbul edilmiş, 81 saylı xx.xx.2009-cu il tarixli əmrlə xx.xx.2009-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş (direk Quliyev ad və ata adı göstərilməmişdir) 3745/15 saylı xx.xx.2015-ci il tarixli əmrlə xx.xx.2015-ci il tarixdən “Mc Donald”xxxxxxxxxxxx” MMC “Mc Donald”s Restoranına briqada üzvü vəzifəsinə qəbul edilmiş, 280 saylı xx.xx.2015-ci il tarixli əmrlə xx.xx.2015-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - İşə əlavə edilmiş pensiya qovluğunun surətindən müəyyən olunur ki, Dövlət X14 Xətai rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.1994-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. - AO seriyalı ******* nömrəli xx.xx.1997-ci il tarixdə doldurulmuş hərbi biletindən surətindən müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X7 Bakı şəhəri Xətai RHK tərəfindən xəstəliyinə görə ehtiyata daxil edilmişdir xx xxxx 1994-cü il (7-ci qrafa), xidmət etməyib (11-ci qrafa), hərbi hazırlığı yoxdur, qeyri-sıravi xidmətə yararlıdır (23-cü qrafa), Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qeyri-sıravi xidmətə yararlıdır (16-cı qrafa). Hərbi biletin 22-ci qrafasında DX/05 xx.xx.2019-cu il tarixdə edilmiş qeydə görə, RF-nin MN-nin Mərkəzi Arxivin arayışına əsasən: 1968-ci il təv. İddiaçı Məhəmməd oğlu, xx.xx.1987-ci ildə Balakən RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, N saylı hərbi hissəyə daxil olmuş, hərbi xidmətini N saylı hərbi hissənin tərkibində davam etdirmiş, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə tərxis edilmişdir. - X9 Nazirliyinin Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 265877 saylı arxiv arayışından müəyyən olunur ki, 1968-ci il təvəllüdlü X8 xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin 1987-ci il üzrə əmrləri arxiv filialına təhvil verilməmişdir. - İddiaçı DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı həmin ərizəsində 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək 1994-cü ildən əlilliyə görə təyin edilmiş əmək stajına fərqin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. - Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinin həmin ərizəyə cavab olaraq İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X3 gözətçi vəzifəsində işlədiyi faktı yerində araşdırmaq mümkün olmadığından və həmin təsərrüfat fəaliyyət göstərdiyi müddət ərzində fondun müvafiq şöbəsinə heç bir sosial sığorta ayırmaları üzrə ödəniş edilmədiyindən həmin illəri sığorta stajı kimi nəzərə almaq mümkün deyil. - xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi Dövlət X16 tərəfindən məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(820)-2476/2019 saylı sorğusuna cavab olaraq İddiaçı pensiya işindən sənədlərin surətləri məhkəməyə göndərilmişdir (X13). Pensiya işində olan X7 tərəfindən ünvanlanmış xx.xx.1994-cü il tarixli ərizədə iddiaçının XX-JQ- 580801 seriya və nömrəli xx.xx.1987-ci il tarixdə Bakı şəhərində verilən şəxsiyyət vəsiqəsinə əsasən qeydiyyat ünvanı Qaçaq Nəbi küç., 6 № yataqxana qeyd edilmişdir. Əlillərin əmək hüququ, məşğulluğu X1 xx.xx.1999-cu il tarixli arayışında X7, doğum tarixi 1969-cu il; xx.xx.1996-cı il tarixli arayışda X7, doğum tarixi 1969-cu il; xx.xx.2001-ci il tarixli arayışda X7, doğum tarixi 1969-cu il qeyd edilmişdir. - Pensiya qovluğunun surətində olan 23/334 saylı avqust 2002-ci il tarixli, 2600 saylı, 07.2005-ci il tarixli yaşayış yerindən verilən arayışlara əsasən X7 həqiqətən BT və ŞİD MKİ-nin Xətai rayon M.Rüstəmov küçəsi 4/6 7 saylı yataqxanada pasport qeydiyyatı var və yaşayır. İİ qrup əlildir, AT-Vİ №1722996 saylı əmək kitabçasına əsasən heç bir yerdə işləmir. xx.xx.1998-ci ildən işləmir. - Pensiya qovluğunun surətində olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin Sosial Təminatı Siyasəti İdarəsinə ünvanlanmış 3609№-li , 09.2000-ci il tarixli arayışına əsasən X7 uşaqlıqdan ikinci dərəcəli əlildir. - Pensiya qovluğunun surətində olan 2002 saylı, xx.xx.2001-ci il tarixli müayinə aktına əsasən verilmiş arayışda iddiaçının əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxıl-ması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi öhdəliyi cavabdeh Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək 1994-cü ildən əlilliyə görə təyin edilmiş əmək stajına fərqin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının hazırkı iş üzrə tələbi isə 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsi, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi olmuşdur. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini qismən təmin edərək, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi onun müraciətinə yenidən baxılması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh tərəfindən yenidən baxılması qənaətinə gəldiyi təqdirdə iş üzrə mahiyyəti üzrə qəbul etmək yerinə, iddiaçının müraciətinə yenidən baxılması ilə əlaqədar cavabdeh inzibati orqana müəyyən müddət təyin etməli idi. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə yenidən baxılaraq, müvafiq cavab verildikdən sonra birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmalı idi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 №-li qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Həmin Qərarın 6.8-ci bəndinə əsasən Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. 9.1-ci bəndə əsasən iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsi, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi olmuş, birinci instansiya məhkəməsi iddia tələbini qismən etsə də, yuxarıda qeyd edilən tələbin hansı hissədə təmin olunduğu və hansı hissədə rədd edildiyini göstərməmişdir. Eyni zamanda, yuxarıda qeyd edildyi kimi, Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və cavabdehin üzərinə “İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması, həmin müraciət üzrə müvafiq qərar qəbul edilməsi və ya müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verilməsi” öhdəliyini qoymuşdur. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsi imperativ deyil, dispozitiv formada yazılmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək X3 gözətçi vəzifəsində işlədiyi faktının yerində araşdırılması mümkün olmadığını və həmin təsərrüfat fəaliyyət göstərdiyi müddət ərzində fondun müvafiq şöbəsinə heç bir sosial sığorta ayırmaları üzrə ödəniş edilmədiyindən həmin illəri sığorta stajı kimi nəzərə almaq mümkün olmadığı qeyd edilmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən cavabdeh orqanın iddia tələbini hansı hissədə qəbul edib-etmədiyi müəyyən edilməlidir. Həmçinin, iş materiallarında olan AO seriyalı ******* nömrəli xx.xx.1997-ci il tarixdə doldurulmuş hərbi biletinin surətində iddiaçının ad, soyad və ata adı X7, AT-Vİ №1722996 seriya və nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, X7, X9 Nazirliyinin Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 265877 saylı arxiv arayışında İddiaçı Məhəmməd oğlu kimi qeyd edilmişdir. İddiaçıya məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Eyni zamanda, X9 Nazirliyinin Dövlət Arxivinin arayışında iddiaçının 1968-ci il təvəllüdlü olması qeyd edilmişdir. Eyni zamanda, iddiaçıya məxsus AO seriyalı ******* nömrəli xx.xx.1997-ci il tarixdə doldurulmuş hərbi biletinin surətində iddiaçının xidmət etmədiyi, hərbi hazırlığının olmaması, qeyri-sıravi xidmətə yararlı olması, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qeyri-sıravi xidmətə yararlı olduğu qeyd edilmiş, daha sonra hərbi biletin 22-ci qrafasında DX/05 xx.xx.2019-cu il tarixdə edilmiş qeydlə X4 Nazirliyinin Mərkəzi Arxivin arayışına əsasən iddiaçının hərbi xidmətdə olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsinin protokollarında iddiaçının yuxarıda qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirməsi müəyyən edilmədiyindən, işin təkrar birinci instansiya icraatı zamanı qeyd edilən hallar araşdırılmalı, eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən və BalakənRayon İdarəsindən iddiaçının həqiqətən hərbi xidmətdə olub-olmaması dəqiqləşdirmə aparılması üçün müvafiq sorğular ünvanlanmalıdır. Eyni zamanda, iddiaçının AT-Vİ №1722996 seriya və nömrəli əmək kitabçasının surətinə əsasən 06 saylı xx.xx.2000-ci il tarixli əmrlə xx.xx.2000-ci il tarixdən İsmayıllı Fermer təsərrüfatına gözətçi vəzifəsinə qəbul edilmiş, 81 saylı xx.xx.2009-cu il tarixli əmrlə xx.xx.2009-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyi qeyd edilsə də, iddiaçının pensiya işində olan 23/334 saylı avqust 2002-ci il tarixli, 2600 saylı, 07.2005-ci il tarixli yaşayış yerindən arayışlara əsasən X2 AT-Vİ №1722996 saylı əmək kitabçasına əsasən heç bir yerdə işləmir. xx.xx.1998-ci ildən işləmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən arayışların verilməsi üçün müraciət etdiyi zaman hansı səbəbdən X3 işlədiyini bildirmədiyi araşdırılmalıdır. Həmçinin, AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1968-ci il tarixdə Balakən rayonunda anadan olduğu qeyd edilsə də, AO seriyalı ******* nömrəli xx.xx.1997-ci il tarixdə doldurulmuş hərbi biletindən surətinə əsasən iddiaçının anadan olduğu yer Bakı şəhəri qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən ziddiyyətli hallara aydınlıq gətirə bilməmiş və izahatı inandırıcı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya məxsus AT-Vİ №1722996 seriya və nömrəli əmək kitabçasının surətindən xx.xx.1969-cu il təvəllüdlü X21984-cü ildən 1987-ci ilədək Bakı şəhər 10 saylı Peşə texniki məktəbində təhsil aldığı qeyd edilsə də, iş materiallarına onun təhsil almasını təsdiq edən diplomun təsdiq edilmiş surəti əlavə edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin yenidən mahiyyəti üzrə baxılması zamanı qeyd edilən ziddiyyətli məqamlar – iddiaçıya məxsus sənədlərdə onun doğum tarixi, adı, soyadı, ata adı arasında olan fərqliliklər, onun 2000-2009-cu illərdə işləyib-işləməməsi, müəssisənin qeydiyyatdan keçib-keçməməsi, sosial sığorta haqlarının ödənilib-ödənilməməsi,iddiaçının işə daxil olması və çıxması barədə əmrlərin surətləri, hərbi xidmətdə olub-olmaması araşdırılmalı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə və BalakənRayon İdarəsinə müvafiq sorğular ünvanlanmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə əhəmiyyətli olan faktları araşdırmamış, yuxarıda qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirməmiş və əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2476/2019 nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2476/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı onun1987-1989-cu illərdə hərbi xidmətdə olduğu dövrün əmək stajına daxil edilərək pensiya məbləğində yaranmış fərqin 1994-cü ildən 2016-cı ilə kimi təyin edilmiş əlilliyə görə əmək pensiyasına əlavə edilərək ödənilməsi, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar