Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-969/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(82)-4215/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(82)-4215/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı "iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağmassiviünvanında yerləşən, 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsi hüququolmuşİddiaçı mərhum atası X6 adına müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə həmin tələbi icraata qəbul etmişdir Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-664/2020 saylı 21.05.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4215/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən, 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsinə hüququ olmuş İddiaçı mərhum atası X6 adına müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınməşdıər (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər X.Cəmilova və M.Tağızadə). Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-1728/2020 saylı 29.09.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2-1(103)-664/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və K.Bədəlov). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1622 saylı bağ sahəsi bağın icarəyə verilməsi haqqında 07.09.1990-cı il tarixli 17737 saylı müqavilə ilə onun mərhum atası X6 istifadəsinə verilmişdir. İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə 22.06.2019-cu il tarixdə İdarəyə poçt vasitəsilə müraciət etmişdir. aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. bundan əlavə sözügedən ünvanda yerləşən bağ sahəsinə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, bölgü-sxeminə əsasən 1622 saylı bağ sahəsi əvəzinə başqa bir bağ sahəsinin ərazisi göstərilmişdir və 1622 saylı sahəsi göstərilən ərazidən 2450 metr cənubda yerləşir. Həmçinin göstərilən ərazi Hidrometrologiya və Zoologiya instutuna ayrılmış bağçılıq əraziləridir və 1622 nömrəsinin həmin əraziyə aidiyyəti yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar əsassız olaraq nəzərə alınmamış, ekspertiza keçirilməmiş və qanunsuz olaraq iddiaçının iddia tələbi təmin edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsinin 12.07.2019-cı il tarixli, **********07 saylı məktubunda qeyd olunmuşdur ki, bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bağ sahəsi ilə bağlı 2 saylı BİİM-si 2-1(82)-2583/2019 saylı inzibati işi üzrə qanuni qüvvəyə minmiş yekun qərarı idarəyə daxil olmamışdır. İş materiallarında olan AZ-T seriyalı, 002930 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ata adı X3 qeyd olunmuşdur. İşə əlavə edilmiş bağın icarəyə verilməsi haqqında 07.09.1990-cı il tarixli. 17737 nömrəli müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət 1622 saylı bağ sahəsi X6 istifadəsinə verilmişdir. İşdə olan Bakı şəhəri 39 saylı notariat ofisinin 13.06.2019-cu il tarixli, 187 saylı məktubunda X6 03.07.1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında 08.05.2018-ci il tarixdə tərəflərindən vərəsəlik işi açıldığı və vərəsələrin dairəsinin müəyyən edildiyi, qanunvericiliyin tələblərinə əsasən İddiaçı miras qoyanın vərəsə olduğu və ünvan 3 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə dair çıxarış verilməsi Azərbaycan Respublikası ƏMDK yanənda DƏDRX Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum atası X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edərək haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı heç bir araşdırma aparmadan, inzibati orqanın imtina səbəblərini aydınlaşdırmadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı prosessual pozuntuları ilə qəbul edildiyindən, ləğv edilməli və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılaraq bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluğun mövcud olub-olmaması, göstərilən ərazinin digər bağçılıq ərazilərinə düşüb-düşməməsini aydınlaşdırmalıdır. Eyni zamanda, işdən görünür ki, iddiaçı apelyasiya instansiya icraatı zamanı təqdim etdiyi iddianın dəqiqləşdirilməsinə dair ərizədə yuxarıda adı çəkilən Qanunun 22.2-ci maddəsinə istinad edərək, bağ sahəsinə hüququ olmuş iddiaçı mərhum atasının adına müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-664/2020 saylı, 21.05.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən, 0.25 ha torpaq sahəsi olan 1622 saylı bağ sahəsinə hüququ olmuş iddiaçının mərhum atası X6 adına müvafiq arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar kassasiya instansiya məhkəməsinin 29.09.2020-ci il tarixli, 2-1(102)- 1728/2020 saylı qərarı ilə ləğv edilmiş və həmin qərarda iddiaçının apellyasiya məhkəməsi icraatında yeni məzmunda iddia ərizəsinin verildiyi, apellyasiya instansiya dəyişdirilmiş tələb üzrə qərar qəbul etsə də, iddianın dəyişdirilməsi ilə bağlı İPM-in 54-cü maddəsinin tələblərinin təmin olunmadığı qeyd etmişdir. İPM-nin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İPM-nin 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. İPM-nin 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən iddiaçının dəqiqləşdirilməsinə deyil, dəyişdirilməsinə dair məsələni iddiaçıya hüququ yardım göstərməklə həll etməlidir İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2-1(82)-4215/2019 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-969/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-969/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver