Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-969/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4541/2021 saylı, 21.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məburetmə haqqında (İPM m.33.1) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 07.09.1981-ci il tarixindən 17.10.2000-ci il tarixinə kimi keçmiş «Alüminium-Yayama Zavodu»nda (indiki Şüvəlan» ASC) hazır məhsulların bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun nəzarətçisi vəzifəsində işləməsini nəzərə alaraq, güzəştli şərtlərlə 52 yaşından pensiya təyinatına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 10.11.2020-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 13.01.2021-ci il tarixdə **********8 saylı məktubu ilə ona imtina cavabı gəlmişdir. İddiaçı hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verir (İmtinanın əsaslarına görə iddiaçının güzəştli pensiya hüququ verən stajı yoxdur və tələb olunan pensiya kapitalı yoxdur) Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericiliyə əsasən yaş, staj və pensiya kapitalı tələb olunur. İddiaçı qeyd olunan tələblərdən ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 42.000.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19010.46 manat təşkil edir. Bundan əlavə, təqdim edilən güzəştli arayışda Nazirlər Kabinetinin müvafiq siyahısındakı 2092400a- 13041 koduna istinad olunmuşdur. Həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində 2) bərk ərintilərin və çətin əriyən metalların istehsalında 3) isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçisi peşəsində çalışmalı idi. İddiaçının arayışında isə onun yalnız metaləridici sexdə nəzarətçisi olduğu qeyd olunmuş və digər tələblərə cavab verdiyi müəyyən olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4541/2021 saylı, 21.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinadən aşağıdakılarla əsaslandırılmışdır. “İddiaçının əmək stajı, fəaliyyəti və yaşı Qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verir. Belə ki, həmin məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, yalnız cavabdehin nümayəndəsinin izahatlarına əsasən qəbul etmişdir. O,07.09.1981-17.10.2000-ci illərdə keçmiş «Alüminium-Yayama Zavodu»nda indiki (Şüvəlan» ASC) hazır məhsulların bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun nəzarətçisi vəzifəsində işləmişdir. 07.09.2981-ci il tarixində zavodun «Metal konstruksiya» sexinə fəhlə-anbardar vəzifəsinə qəbul edilmiş, 16.12.1983-cü ildə Texniki nəzarət şöbəsinə (TNŞ) nəzarətçi keçirilmiş, 17.10.2000-ci il tarixində tutduğu 5-ci dərəcəli nəzarətçi vəzifəsindən azad edilmişdir. Ərizəsinə zavodun arayışlarını da əlavə edir. Çalışdığı həmin vəzifələr Azəbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıya əsasən güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verir. Bundan əlavə o, 19.02.2013-cü ildə «Şüvəlan ASC-də baş vermiş yanğın nəticəsində zavodun arxiv sənədləri, əmək haqqı cədvəlləri, əmrlər və T-2 kartoçkası da yanmış, bu səbəbdən ona əlavə sənədləri təqdim edilə bilinmir. Həmin fakt üzrə cinayət iş üzrə qərarın surəti işə əlavə olunur. O, daha sonra da işləmişdir. Belə ki, 03.11.2000-01.04.2012-ci illərdə «Bəhram A» şirkətində operator, 01.05.2014-cü il tarixinə kimi «Kapital» firmasında xadimə, 07.09.2017-ci il tarixindən isə «Karvan Palase» otelində xadimə vəzifəsində işləməkdədir…». Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qərarı çıxarılmalıdır. Cavabdehin imtina məktubuna və onun iddia ərizəsinə etirazına əsasən müəyyən olunur ki, iddiaçının 07.09.1981-17.10.2000-ci illərdə keçmiş «Bakı Alüminium-Yayma Zavodu»nda (indiki “Şüvəlan» ASC) hazır məhsulların bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun nəzarətçisi vəzifəsində iş stajı güzəştli staja aid edilmədiyinə və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının toplanmadığını əsas tutularaq mübahisəlndirirlir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi qərarında cavabdehin mövqeyi ilə faktiki olaraq razılaşaraq, məhkəmə "xxxx" ASC-nin 1 iyun 2021-ci il tarixli 7 №-li arayışında 19.02.2013-cü il tarixində zavodda yanğın başverdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlərin yandığını, işçilərin əmək haqlarının, əmrlərinin və T- 2 kartoçkalarının yandığını, həmçinin İddiaçı da sənədləri yandığı üçün zavodun ona heç bir sənəd verə bilmədiyini qeyd edərək göstərmişdir ki: “...İddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Vİİİ bölməsində (Metallurgiya istehsalatı (əlvan metallar)) nəzərdə tutulan “isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçiləri” (2090100a—13041) vəzifəsinə uyğunluğu müəyyən edilmir. Belə olan halda iddiaçı üçün tələb olunan 10 il güzəştli iş stajı tamamlanmır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının nə əvvəllər qüvvədə olan, nə də ki hazırkı qanunvericilik normalarına müvafiq olaraq tələb olunan güzəştli stajı olmadığından iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlı deyildir.” Birinci instansiya məhkəməsi qeyd olunan mövqeyi ilə əslində, iddiaçının əmək kitabçasının 07.09.1981-17.10.2000-ci illəri həatə edən keçmiş «Bakı Alüminium-Yayama Zavodu»nda işlədiyi dövrü onun əmək stajı kimi nəzərə alınmasını faktiki olaraq mümkünsüz sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan əsasla iddianın rədd olunması tamamilə əsassızdır. Belə ki, qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını 01.01.2006-cı il tarixinə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsi təşkil edir. Belə olan halda, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndləri də nəzərədə tutur ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş materiallarına əlavə olunmuş və məhkəmə kollecgiyası tərəfindən əslinə baxış keçirilmiş «İT-İ ******* nömrəli əmək kitabçasının surətinə (1-ci səhəifəsinə) əsasən müəyyən olunur ki, onun əmək kitabçası 14.09.1981-ci il tarixdə açılaraq doldurulmasına başlaınılmışdır. Kitabçanın 1-ci səhifəsində iddiaçı barədə məlumatlar onun imzası və işəgötürənin məsul şəxsinin imzası və müəsisəsinin gerbli dairəvi möhürü ilə ilə təsdiq olunmuş, kitabçanın iddiaçını əmək fəaliyyətini əks etdirən növbəti səhifələrinin bütün qeydləri sıra ardıcılığı ilə nömrələnmiş, işə girmə və azad edilmə tarixləri, müvafiq əmrlərin nömrəsi və tarixi təsbit olunmaqla, həmin dövrün əlifba (Kirill) yazısı ilə doldurulmuş, yazılarda qaralamalar, digə pozuntular m yoxdur, kitabçanın vərəqlərinin tamlığı pozulmamışdır. Kitabçanın ikinci vərəqinin birinci («01») qeydinə görə iddiaçı 07.09.1981-ci il tarixində «Bakı Alüminium-Yayama Zavodu»nda metal-konstruksiyalar sexinə anbardar kimi iəşə qəbul olunmuşdur. Həmin vaxt qüvvədə olan Azərbaycan respublikasının “Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır. İddiaçı zavadda işə götürüldüyü 1981-ci ilin sentyabr ayının 7-dən 5 gün sonrakı gün istirahət (şənbə) gününə (12.09.1981-ci il tarixinə) düşür. Növbəti həftənin məhz 1-ci iş günü (bazar ertəsinə) 14.09.1981-ci il tarixində ona «Bakı Alüminium-Yayama Zavodu»nda əmək ekitabçası açılmışdırdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, sənədlərin düzgünlüyü prezumpsiyası baxımından, iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatları işandırıcı və sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirir. «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, "xxxx" ASC-də baş verən yanğın nəticəsində zavodun arxiv sənədlərinin yanmasına istinadən iddiaçının həmin zavodda işlədiyi dövrün nəzərə alınmasını mümkünsüz hesab etmişdir. Halbuki, birincisi, zavodun sənədlərinin yanması iddiaçının hüquqlarını məhdudlaşdırılmasına səbəb ola bilməz. Digər tərəfdən cavabdehin özü belə iddiaçının əmək kitaçasının qeydləri üzrə, hər hansı bir müəssisədə, o cümlədən «Bakı Alüminium-Yayama Zavodu»nda (indiki "xxxx" ASC) çalışdığı dövrü mübahisələndirməmişdir. Əmək kitabçasının qeydlərinjə isə iddiaçının 01.01.2006-cı il tarixinə qədər aşağıdakı kimi iş stajı müəyyən olunmuşdur: 07.09.1981 - 16.12.1982 «Bakı Alüminium-Yayama Zavodu»nda metal konstruksiya sexinə fəhlə-anbardar ( 1 il 3 ay 9 gün); 16.12.1982 - 05.05.1983 həmin şöbədə çəkici-nəzarətçi (4 ay 19 gün); 05.05.1983 - 17.10.2000 – Texniki nəzarət bölməsində nəzarətçi ( 13 il 5 ay 12 gün) . 05.08.1986-cı il tarixdə AZ.SSR Nazirlər Sovetinin 19.06.1986-cı il tarixli 205 saylı qərarı əsasında BTMEZ və BAPZ birləşdirilmişdir və onların bazasında Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır (05.08.1986-cı il tarixli əmr № 92/k) . 01.01.1990-cı il tarixdə SSRİ Metallurgiya Nazirliyinin 12.08.1989-cu il tarixli 118 saylı əmri əsasında BRMEZ yenidən təşkil edilmişdir və 2 zavoda-BRMEZ və BAPZ bölünmüşdür (31.01.1990-ci il tarixli əmr № 11) 29.09.2000-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasına "xxxx" ASC yaradılmışdır. 03.11.2000-31.12.2005 “Bəhram A” şirkətində operator ( 5 il 1 ay 28 gün). Beləliklə də 2006-cı ilə qədər mövcud olan iş stajı ümumiləşdirildikdə, iddiaçının həmin tarixə 20 ildən çox (20 il 3 ay 8 gün) ümumi iş stajı müəyyən olunur. Həmin stajın da 10 ildən də çox hissəsini (13 il 5 ay 12 gün) «Bakı Alüminium-Yayma Zavodu»nda xüsusilə zərərli iş şəraitində nəzarətçi vəzifəsində çalışmışdır. Belə ki, Bakı Alüminium Yayma zavodunun bazasında yaradılmış "xxxx" ASC-nin hazırkı mərhələdə məhəməyə təqdim olunmuş 28 oktyabr 2020-ci il tarixli güzəştli və 12 may 2022-ci il tarixli 9 N-li arayışlarına əsasən müəyən olunur ki, iddiaçının 07.09.1981- 17.10.2000-ci illərdə zavodda məhsulların isti bərk ərintilərin və çətin əriyən metallardan hazırlanan məhsulun metaləridici sexində nəzarətçi vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Vİİİ bölməsinin “2092304a- 13041” koduna görə ona güzəştli şərtlərlə təqaüdə çıxmaq imkanı verir. Eyni zamanda, hazırkı mərhələdə "xxxx" ASC-nin məhkəməyə təqdim olunmuş 22 may 2022-ci il tarixli 14 No-li digər bir arayışında bildirilmişdir ki, AR İqtisadiyyat Nazirliyinin 29.09.2000-ci il tarixli sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin əsas fəaliyyət sahəsi əlvan metalların isti və bərk məftillərin istehsal olunmasından ibarət olmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının 2 nömrəli Siyahıda göstərilən həmin kod göstəricisinə uyğun olaraq “Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən olunan hüququ, yəni, 52 yaşından (yəni 05.03.2016-cı il tarixindən) güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır (İşdə olan ******** nömrəli şəxssiyət vəsiqəisinə əsasən (Bakı şəhər Xəzər RPİ, 15.10.2015) xx.xx.1964-cü il təvəllüdlüdür) Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi staja malikdir. Cavabdeh tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının mövcud olmadığını mübahisələndirməsinə gəldikdə isəhazırkı mübahisənin qanuni əsasını 2Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi təşkil edir. Həmin norma isə pensiya kapitalı yımını tələb etmir. Belə olpan halda, cavabdehin həmin əsasa söykənən mövqeyi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından əsassızdır. Beləliklə də sübuta yetirilir ki, cavabdeh əsassız olaraq qanunla üzərinə düşən öhdəliyini icra etməmişdir. Belə olan halda, iddiaçı 52 yaşından ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını tələb etməkdə haqlıdır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının əmək pensiyaları haqqında qanunvericiliklə qorunan hüquqları cavabdeh tərəfindən pozulmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, idə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, bütün bunların nəticəsi olaraq da iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət edilən, düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4541/2021 saylı, 21.10.2021-ci il tarixli qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının tələbi (dəqiqləşdirilmiş) təmin olunmalı və 52 yaşından (05.03.2016-cı il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi 10.11.2020-ci il tarixindən əvvəlki 3 il üçün, yəni, 10.11.2017-ci il tarixindən hesablanaıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 52, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4541/2021 saylı, 21.10.2021-ci il qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın müraciət etdiyi 10.11.2020-ci il tarixindən əvvəlki 3 il üçün, yəni, 10.11.2017-ci il tarixindən hesablanaıb ödənilməsi öhdəliyi cavabdeh Azərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-969/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-969/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver