Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-969/2025 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Azərelektromaş” EİB-nin tərəfindən İddiaçı verilmiş ##.##.1990-cı il tarixli üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya Nardaran-Ləiş qəsəbəsi ərazisində ** saylı sahədə 0.05 ha torpaq sahəsi ayrılmışdır.
2. “Azelektromaş” EİB-nin ##.##.1990-cı il tarixli ** saylı protokoldan çıxarışından görünür ki, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının sədri M.N.Mürsəlovun birliyin işçilərinə Bakı şəhəri X2 İcraiyyə Komitəsinin ## #### 1989-cu il tarixli */*** saylı qərarı ilə Nardaran-Ləhiş kəndində, “Azərelektromaş’' bağçılıq yoldaşlığının 102 üzvünə 5.96 ha torpaq sahəsi ayrılmışdır. Protokolda “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağ sahəsi ayrılması ilə bağlı Bakı şəhəri X2 İcraiyyə Komitəsinin ## #### 1989-cu il tarixli */*** saylı qərarına istinad edilmişdir. Həmin qərar və “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısı əldə edilmişdir. Həmin siyahı üzrə 93 sıra nömrəsi ilə qeyd edilmiş şəxs olan iddiaçıya ** saylı bağ sahəsi ayrılmışdır.
3. “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığı təsərrüfatının torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemindən müəyyən olunur ki, Nardaran-Ləiş kəndində ** saylı bağ sahəsi mövcuddur.
4. İddiaçı qeyd olunan sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2020-ci il tarixli vətəndaşların müraciətindən imtina edilməsi barədə bildiriş məktubundan müəyyən olunur ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərelektromaş” EİB-nin ##.##.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən ona ayrılmış ünvan 1 ünvanında yerləşən 5,96 ha torpaq sahəsindən ibarət olan ** saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
6. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azərelektromaş” EİB-nin ##.##.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən ölçüsü 0,05 ha olan ** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin Bağçılıq Yoldaşlığı tərəfindən iddiaçıya, ünvan 2 ünvanında yerləşən 5,96 ha torpaq sahəsindən ibarət olan ** saylı bağ sahəsi ayrılmışdır. Bu barədə “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlığının iclasının protokolundan ##.##.1990-cı il tarixli çıxarışı da mövcuddur (sözügedən çıxarışın surəti iddia ərizəsinə əlavə edilir). Ona ayrılmış sözügedən torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sözügedən qurumdan ona ##.##.2020-ci il tarixli imtina məktubu verilmişdir.
8. Cavabdeh orqan tərəfindən iddiaya dair hər hansı bir münasibət bildirilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı verilmiş, “Azərelektromaş” EİB-nin ##.##.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən ölçüsü 0,05 ha olan ** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qanuni əsaslarla ona ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Belə ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri hesab olunur. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
11. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşir. Həmçinin sözügedən bağ sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin icarəsinə verilmiş ərazi daxilində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən bir neçə dəfə texniki baxış keçirilməsinə baxmayaraq hasara alınmış ümumi ərazinin daxili hissəsinə baxış keçirmək mümkün olmamışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16.Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
18. İddiaçı iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
27. Belə ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ölçüsü 0,05 ha olan ** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb edir.
28. Cavabdeh orqan isə sözügedən bağ sahəsinin bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerinin müəyyən edilməməsini bildirərək, imtina cavabı vermişdir.
29. Belə ki, işdə olan “xxxx” ASC-nin ##.##.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçının adı torpaq sahəsi ayrılan “Azərelektromaş” bağçılıq yoldaşlığının siyahısında var və ona ** nömrəli bağ sahəsi ayrılmışdır. Həmçinin məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2020-ci il tarixli məktubda “Azərelektromaş” bağçılıq yoldaşlıq birliyinin üzvlük siyahısında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ** nömrəli bağ sahəsinin Babaşova Tərgül Eyyub qızına, ** nömrəli bağ sahəsinin X3 ayrılmasına dair məlumatın olduğu, lakin sözügedən bağ sahələrinə dair sənəd İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Qeyd edilmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən ##.##.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda birliyin üzvlərinə ayrılmış torpaq sahəsinə dair sxematik xəritə (bölgü sxemi) aşkar edilməmişdir.
30. İşdə olan cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyində “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin Bağçılıq Yoldaşlığının nəzdində olan “34” saylı bağ sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən bir neçə bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşdiyi qeyd edilmişdir. “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin Bağçılıq Yoldaşlığına dair İdarənin arxiv qovluğunda yerləşmə sxemi aşkar olunmamışdır. Bu səbəbdən də İddiaçı ayrılmış ünvan 2 ünvanında yerləşən ** saylı bağ sahəsinin koordinatlarını təyin etmək mümkün olmamışdır.
31. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, “Azərelektromaş” bağçılıq yoldaşlığının nəzdində olan və iddiaçıya ayrılmış ** saylı bağ sahəsi elektron baza məlumatlarına əsasən digər bir neçə bağ sahələri də daxil olmaqla digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşir. Sözügedən ümumi ərazinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMCyə ayrılmış torpaq sahələri olub-olmmaması barədə mülki iş materiallarında hər hansı bir məlumat aşkar edilməmişdir.
32. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **/*** saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri X2 İcraiyyə Komitəsinin ## #### 1989-cu il tarixli */*** nömrəli qərarı əsasında Nardaran-Ləhiş kəndində, “Azərelektromaş” bağçılıq yoldaşlığının 102 üzvünə ayrılmış 5.96 ha torpaq sahəsinin, həmçinin İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahələrinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, tək koordinatla verilmiş (X-411810 Y-4492845), mişar daşı ilə hasarlanmış ərazinin xxxx” MMC-nin icarəsinə verilmiş ərazinin sərhədləri daxilində yerləşdiyi müəyyən edildi.
33. Həmçinin, iş materiallarından müəyyən olunur ki, ****** saylı ##.##.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, şimal hissəsində yerləşən 168,94 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə **** nömrəli ##.##.2023-cü il tarixli Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmişdir.
34. Göründüyü kimi iddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri təqdim etsə də, həmin torpaq sahəsinin konkret olaraq harada yerləşdiyini göstərə bilməmiş, təxmini göstərdiyi ərazinin isə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə ayrılan ərazidə yerləşdiyi müəyyən olunmuşdur.
35. Belə ki, işdə olan ekspert rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin ümumilikdə 3-cü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin adına icarə hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən olunur. Belə olan halda 3-cü şəxsin adına icarə hüquqlarının qeydiyyatı ilə bağlı müvafiq sənəd (reyestrdən çıxarış) hal-hazırda qüvvədə olduğundan, ləğv və ya etibarsız sayılmadığından bu hal həmin torpaq sahəsi üzərində həm də iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz edir
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətlərini və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2023-cü il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı verilmiş, “Azərelektromaş” EİB-nin ##.##.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən ölçüsü 0,05 ha olan ** saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.