Məhkəmə qərarları › İş №2-1(103)-97/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-97/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-97/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı1 (X2 nümayəndəsi) və onun vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-394/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və X10 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, S.Dadaşov küçəsi, ev binasının qarşısında yerləşən iki dəmir (3.0x8.0 və 3.0x4.0) qarajların qanunsuz sökülməsinə görə 20000 (iyirmi min) manat pul kompensasiya verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayında iddiaçı Bakı şəhəri Cavabdehnə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İH) 1967-ci ildə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən binanın qarşısında iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların quraşdırılması üçün qaynatası X1 adına ərizə verilmişdir. Həmin vaxtdan bu iki qarajlar ailəsinin istifadəsində olmuşdur. 1994-cü ildə İddiaçı1 qaynatası vəfat etmişdir. Onun ölümündən sonra iki qaraj iddiaçının və qızı Nağdəliyeva Aydan (indi Əbabil) Sadiq qızının istifadəsinə keçmişdir. Bununla əlaqədar dəmir qarajların iddiaçıların istifadəsinə verilməsi barədə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər. İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 21 iyun 2004-cü il tarixli sərəncamı ilə Yasamal rayonu, H.Cavid pr-ti, 518-ci məhəllə, ev 2 ünvanında yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi fakt təsdiq edilmişdir. Həmin Sərəncama əsasən qarajın yerləşdiyi 24,0 kv.m. torpaq sahəsi icarəsinə verilmişdir. Yuxarıda qeyd edilmiş sərəncamlar əsasında Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi bir tərəfdən, vətəndaş İddiaçı1 digər tərəfdən aralarında 21 iyun 2004-cü il tarixdə 247 №li torpaq sahəsinin icarəyə verilməsinə dair Müqavilə bağlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Yasamal Bələdiyyəsinin 20 oktyabr 2005-ci il tarixli 195 saylı torpaq icarəsi müqavilə əsasında qızı Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızının istifadəsinə qarajın altında olan torpaq sahəsi verilmişdir. O vaxtdan bu iki qarajlar qanuni əsasla ailəsinin istifadəsində olmuşdur. 2018-ci ilin iyun ayında ailəsinin istifadə etdiyi iki qaraj heç bir xəbərdarlıq olmadan Yasamal rayonu İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülmüşdür. Qarajların qanunsuz və xəbərdarlıq olmadan sökülməsi ilə bağlı dəfələrlə Yasamal rayonu İcra Hakimiyyətinin Başçısına şikayəti ilə müraciət etmişdir. Şikayətində istifadə etdiyi qarajların sökülməsi ilə bağlı dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişlər. Eyni zamanda, ünvan 2 binanın qarşısında yerləşən iki dəmir (3.0x8.0 və 3.0x4.0 kv.m.) qarajların qanunsuz sökülməsinə görə pul kompensasiyasının verilməsini, eyni zamanda, iddiaçılara dəymiş maddi ziyanı müəyyən etmək üçün komissiya yaradılmasını xahiş etmişlər. Bu ərizəni 13 iyul 2020-ci ildə İcra Hakimiyyətinə göndərmişlər. Alınmış poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə görə, 15 iyul 2020-ci ildə müraciəti cavabdehə təhvil verilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X4 ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-394/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəraitinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin iyun ayında Yasamal rayonu, 518-ci məhəllədə S.Dadaşov küçəsi, ev 2 ünvanında abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd edilən park ətraf binaların sakinləri tərəfindən rəğbətlə qarşılanmış və bəyənilmişdir. Qeyd edilən ünvanda yerləşən iddiaçıların istifadəsində olan qarajlara mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlər mövcud olmadığından abadlıq işləri ilə əlaqədar olaraq götürülmüşdür. ünvan 3 ünvanında yerləşən iddiaçılara məxsus olması barədə qeyd olunan qarajlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməmiş və mülkiyyət hüquqları barədə sənəd verilməmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, iş üzrə qarajların qiymətinə dair verilmiş mütəxəssis rəyi həddindən artıq şişirdilmişdir. Çünki iş üzrə mütəxəssis rəyi ekspertiza rəyini əvəz edə bilməz. Digər tərəfdən yuxarıda qeyd edildiyi qarajların həqiqi qiymətini müəyyən etmək üçün ekspert rəyinə ehtiyac olmuşdur. Lakin birinci instansiya məhkəməsi qarajların real qiymətinin ekspertiza rəyinə əsasən göstərilməsini təmin etməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-394/2022 nömrəli qərarı dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsi sədrinin xx.xx.2004-cu il tarixli 186/06 saylı Sərəncamından görünür ki, ünvan 4 ünvanda yaşayan İddiaçı1 Hüseyinbala qızı öz vəsaiti hesabına yaşadığı məhəllədə quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən dəmir qarajın yerləşdiyi 24,0 kv.m torpaq sahəsi vətəndaş İddiaçı1 Hüseyinbala qızına icarəyə verilmişdir. - Bakı şəhəri Yasamal Bələdiyyəsi ilə X14 arasında bağlanmış xx.xx.2004-cü il 247 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 24 kv.m torpaq sahəsi qarajdan istifadəsi üçün İddiaçı1 Hüseyinbala qızına verilmişdir. - Bakı şəhəri Yasamal Rayon Rayon Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 186/06 saylı Sərəncamından görünür ki, ünvan 5 ünvanda yaşayan X7 yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0 x 4.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilmiş, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən qarajın yerləşdiyi 12,0 kv.m torpaq sahəsi X11 icarəyə verilmişdir. - Bakı şəhəri Yasamal Bələdiyyəsi ilə X14 arasında bağlanmış 20 oktyabr 2005-ci il tarixli 195 saylı torpaq icarəsi müqaviləsindən görünür ki, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə ünvanında yerləşən 12 kv.m torpaq sahəsi qarajdan istifadəsi üçün Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızına verilmişdir. - Yasamal rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 026725 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, Nağdəliyeva Aydan (Əbabil) Sadiq qızının adı Aydan-dan Əbabilə dəyişdirilmişdir. - Yasamal rayon Bələdiyyəsi tərəfindən verilmiş situasiya planından görünür ki, İddiaçı1 Hüseyn qızına məxsus qaraj 6-cı Xrebtovıy küçəsində yerləşən bina 2-nin qarşısında yerləşir, ölçüləri 24.0 kv. (3.0 x 8.0). - Yasamal rayon Bələdiyyəsi tərəfindən verilmiş situasiya planından görünür ki, iddiaçı X8 məxsus qaraj 518-ci məhəllədə yerləşən bina 2- nin qarşısında yerləşir, eni 3.0, uzunlugu 4.0 metrdir. - Yasamal rayon Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 250 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 6 ünvanında yaşayan İddiaçı1 yaşadığı məhəllədə ona məxsus öz vəsaiti hesabına quraşdırdığı 18 kv.m. dəmir qarajın yerləşdiyi 24 kv.m. torpaq sahəsi xx.xx.2005-ci ildə 166/06 saylı X13 tərəfindən torpaq icarə müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Torpaq istifadəsi ilə bağlı Sərəncam 2005-ci ildə bağlandığı üçün Bələdiyyə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv idarəsinə təhvil verilmişdir. Həmin ərazidəki İddiaçı1 və digərlərinə məxsus qaraj yerləri rayon ərazisində quruculuq - abadlıq işləri aparılan bölgələrə düşdüyündən onlara məxsus müvəqqəti istifadəyə verilmiş torpaq (qaraj) istifadə müqaviləsinə xitam verilmişdir. - Yasamal rayon Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 676 saylı məktubu ilə bildirilmişdir ki, ünvan 7 ünvanında yaşayan İddiaçı1 öz vəsaiti hesabına quraşdırdığı sahəsi 18 kv.m. olan dəmir qarajın yerləşdiyi 24 kv.m. torpaq sahəsi üçün xx.xx.2005-ci ildə 166/06 saylı X6 tərəfindən torpaq icarə müqaviiəsi və Nağdəliyeva Ədabil (Aydan) Sadiq qızının H.Cavid pr-ti, 518-ci məhəllə, ev 2 ünvanında yaşadığı məhəllədə ona məxsus 12 kv.m. dəmir qarajdan istifadə etdiyi barədə xx.xx.2005-ci il tarixdə bağlanmış 186/06 saylı Sərəncam ilə onun icarəsinə verilmişdir. Həmin icarə müqavilələrinin müddəti xx.xx.2008-ci il və xx.xx.2005-ci ilə qədər olsa da tərəflər icarə haqlarını vaxtlı-vaxtında ödədiklərinə görə müqavilənin müddəti uzandılmış hesab edilmişdir. Həmin ərazidəki İddiaçı1 və digərlərinə məxsus olan qarajların yerləşdiyi ərazidə quruculuq və abadlıq işləri aparılaraq abad həyət yaradılmışdır. Ona görə də həmin qaraj sahibləri ilə bağlanmış və vaxtı bitmiş müqavilələrə xitam verilmişdir. - “X17 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 40 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən binanın qarşısındakı iki dəmir (3x8 və 3x4) qarajların söküldüyü 2018-ci ilin iyun ayı üçün olan orta bazar qiyməti - 3x8 ölçülü qaraj 25000 (iyirmi beş min) manat, 3x4 metr ölçülü qaraj 13000 (on üç) min manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100.-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2004-cu il tarixli 186/06 saylı Sərəncamı ilə Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6-cı Xrebtovı küçəsi, (hazırda 518-ci məhəllə, S.Dadaşov küçəsi) ev 2, mənzil 4 ünvanda yaşayan İddiaçı1 Hüseyinbala qızının öz vəsaiti hesabına yaşadığı məhəllədə quraşdırdığı (3.0x8.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilərək tərəflər arasında həmin tarixdə baglanmış 247 saylı torpaq icarəsi müqaviləsinə əsasən «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən dəmir qarajın yerləşdiyi 24,0 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Həmçinin də Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 186/06 saylı Sərəncamı ilə ünvan 5 ünvanda yaşayan iddiaçı X5 yaşadığı məhəllədə öz vəsaiti hesabına quraşdırdığı (3.0x4.0) metr ölçülü dəmir qarajdan istifadə etməsi faktı təsdiq edilərək tərəflər arasında həmin tarixdə bağlanmış 195 saylı torpaq icarəsi müqaviləsinə əsasən dəmir qarajın yerləşdiyi 12 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Hər bir qarajın situasiya planları təsdiq edilərək ölçüləri qeyd olunmuşdur. Qarajlar uzun müddət iddiaçıların istifadəsində olmuşdur. Bu faktı həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş qonşuları təsdiq etmişdir. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçılara maddi zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçılar zərərin əvəzini tələb etmək hüququna malikdirlər. İddiaçıların cavabdehin qanunsuz hərəkətinə görə hüquqlarının pozulması, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdikləri xərc mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçıların vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut oldugundan cavabdeh mülki hüquq məsuliyyəti daşıyır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyrimümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X3rşı, 9 Dekabr 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “1. ünvan 8 ünvanında iddiaçılar X5 və İddiaçı1 istifadəsində olmuş 3.0x4.0 və 3.0x8.0 kv.m ölçülü dəmir qarajların (söküldüyü 2018-ci il və həmin ərazidə yerləşən qarajların müqayisəli şəkildə qiyməti nəzərə alınmaqla) hazırkı bazar qiyməti nə qədər təşkil edir?” xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş 10/1797-9/1913 №-li ekspert rəyində qeyd edilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, internet saytlarınd aolan məlumatlardan və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə mövcud olmuş qarajların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 2018-ci il tarixə: 12 kv.metr dəmir metaldan qaraj – 12000, 00 manat; - 25 kv metr dəmir metaldan qaraj – 19000,00 manat. 2023-cü il tarixə: - 12 kv.metr dəmir metaldan qaraj – 15000,00 manat; - 25 kv.metr dəmir metaldan qaraj – 22000.00 manat. Qeyd tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna ediılmir.” Göründüyü kimi sökülmüş qarajların hazırkı orta bazar qiymətləri müvafiq olaraq – 15000 manat və 22000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar dəqiqləşdirilmiş iddia tələbində 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 25000 (iyirmi beş min) manat və 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə isə 13000 (on üç) min manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişlər. Ekspert rəyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ünvan 2 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə İddiaçı1 22000,00 (iyirmi iki min) manat, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə iddiaçı X4 isə 13000,00 (on üç min) manat məbləğində kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-394/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-394/2022 nömrəli qərarı dəyişdirilsin. ünvan 2 ünvanında yerləşən 3x8 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 22000 (iyirmi iki min) manat məbləğində kompensasiyanın İddiaçı1, 3x4 metr ölçülü qarajın qanunsuz sökülməsinə görə 13000 (on üç) min manat məbləğində kompensasiyanın X4 ödənilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar