Məhkəmə qərarları › İş №2-1(103)-97/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-97/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-97/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-725/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 20 oktyabr 2021-ci il tarixli 21480 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi rəisinin xx.xx.2021-ci il tarixli 35 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli, 200/30 nömrəli travma haqqında arayış). İlk tibbi yardım göstərildikdən sonra Akademik M.A.Topçubaşov adına X9 göndərilmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək “Sol döş qəfəsinin daxilə keçən güllə yarası. Hematoraks. Sol İX qabırğa cismin qəlpə fonunda fraqmentasiyalı sınığı" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). 21 10.2020- ci il tarixdə MN МНР-da şəhadətləndirilərək 20 (iyirmi), xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə isə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 12263 nömrəli arayış). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsi rəisi tərəfindən hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-ın torakoabdominal cərrahı ilə konsultasiya olunmuşdur. xx.xx.2020-xx.xx.2020cu il tarixlərdə Akademik M. A. Topçubaşov adına X7, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020,xx.xx.2021-ci il tarixlərdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dəri örtüyü və görünən selikli qişaları adi rəngdədir. Periferik limfa vəziləri böyüməmişdir. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada zəifləmiş sərt eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 78 vurğudur, A/T 110/70 mm.cv.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısızdır. Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Status localis: döş qəfəsinin sol yarısında əməliyyatdan sonrakı dəri çapıqları qeyd edilir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: .DQOF (xx.xx.2021): ürək, ağciyərlər norma daxilindədir. Döş qəfəsinin sol yarısında və sağ yarısının aşağı payının yumşaq toxumalarında çoxsaylı kiçik ölçülü metal qəlpə izlənilir. Solda İX qabırğanın kafi bitişmiş sınığı izlənir. X12 Xəstəliklər İnstitutunda aparılmış spirometriya (xx.xx.2021): FVC-4,85, FEVİ-2,96, MMEF-3,85, PEF-4,91, MEF75-2,33, MEF50-4,28. Nəticə: obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Partlayış travması (xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəflı torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə. Bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişin dən müəyyən olunur ki, iddiaçıya “X2: xx sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => y35-y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => y36 hərbi əməliyyatlar => y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması(xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obustruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə; diaqnuzu qoyulmuşdur. Həmin göndəriş əsasında iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır.(səbəb: diaqnoz əlillik əlaməti təyin etmir). Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi” kimi dəyişdirilməklə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərə alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci il Vətən müharibəsinin könüllü iştirakçısı olmuşdur. Sabunçu rayon Hərbi Komissarlığından hərbi toplanışa çağrılmışdır. Azərbaycan Respublikası ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixində “sol döş qəfəsinin daxilə keçən güllə yarası, sol 9-cu qabırğanın qəlpə fonunda sınığı” xəsarətləri almışdır. İlk tibbi yardım göstərildikdən sonra ağır vəziyyətdə Bakı şəhəri Akademik Topçubaşov adına X9 göndərilmişdir. Burada müayinə nəticəsində ağ ciyərlərdə partlayış travması nəticəsində əmələ gələn hemotoraks (ağciyər (plevra) membranlar arasında qan yığılması və ya plevranın plevral fibrozu), döş qəfəsinin sol və sağ yarısında yumşaq toxumalarda çoxsaylı metal qəlpələr aşkar olunmuşdur. İddiaçı xx.xx.2021-ci tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Komissiyasına əlilliyi ilə bağlı müraciət etmişdir (forma 88). xx.xx.2021-ci il tarixində əlillik verilməsinə imtina cavabı gəlmişdir. xx.xx.2021-ci il tarixində təkrar komissiya müayinəsinə ərizə yazmağına baxmayaraq hazırki dövrə qədər iddiaçının ərizəsinə baxılmamışdır. İddiaçı Hərbi Həkim Komissiyasının verdiyi qərara (şəhadətnamə 21480) və iddiaçının yeriməyini və dik durmasını çətinləşdirən çoxsaylı qəlpələrin verdiyi ağrı və maneələr, nəfəs çatışmazlığına əsasən hesab edir ki, imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında baxılmış və “X2: xx sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => y35-y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => y36 hərbi əməliyyatlar => y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması(xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obustruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay hnüddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edim. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh orqanın nümayəndəsi qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-725/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qlan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının və “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Qanunun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişin dən müəyyən olunur ki, iddiaçıya “X2: xx sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => y35-y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => y36 hərbi əməliyyatlar => y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması(xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obustruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə; diaqnuzu qoyulmuş və həmin göndəriş əsasında iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır.(səbəb: diaqnoz əlillik əlaməti təyin etmir). Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15 tərəfindən İddiaçı Əliəsgər oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 276/2022 saylı ekspert rəyində bildirilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün (Forma 088) göndərişdə qeyd edilən (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilib-göstərilməməsindən asılı olmayaraq) diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün 15 (on beş) gün müddət təyin edilmiş, əyani müayinə zamanı İddiaçı halhazırda hansı xəstəlik və qüsurların (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunması göstərilməsi və qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinənin nəticəsi barədə məhkəməyə məlumat verməsi həvalə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla birinci instansiya məhkəməsinə bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş xəstəlik və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi müəyyənləşdirilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Birinci instansiya məhkəməsi qərardadı ilə qoyulmuş suallar tam əhatə olunmadığından məhkəmə tərəfindən təkrarən cavavdeh qurumdan əyani müayinə zamanı İddiaçı (FİN xxxxxxx) X2 10-cu baxışa uyğun olaraq müəyyən olunan xəstəlik haqqında və həmin xətəliyin kodu barədə ətraflı məlumatın verilməsi üçün vaxt təyin edilmiş, lakin məhkəmə sorğusu təkrarən cavablandırılmamışdır. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-cil tarixdə aldığı yaralanmanın nəticəsinə görə xx.xx.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən “Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşaiyət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yuimşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə" diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli"nin 83 c maddəsinin İİ qrafasına əsasən şəhadətləndirilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş 'Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş, qərar xx.xx.2021-ci il tarixli 21480 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Yuxarıda təyin edilmiş xəstəlik X1 (XBT 10) kodu aşağıdakı kimi təyin edilir: Y 36.2, S 21.8, S 27.1, S 22.3, M 79.5, L90.5. İddiaçıda aşkar olunan xəstəlik kodları barədə məlumatlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilərək bildirilmişdir ki, təyin edilmiş xəstəliklər kodu Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) uyğun olaraq aşağdakı kimi təyin edilir: Y36.2, S21.8, S27.1, S22.3, M79.5, L90.5 31. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr; Döş qəfəsinin travmaları (S20–S29) S21.8 Döş qəfəsinin digər şöbələrinin açıq yarası S22.3 Qabırğanın sınığı S27 Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması Növbəti yarımrubrikalar (beşinci rəqəm) sınıq və ya açıq yaranın müəyyənləşməsi üçün çoxsaylı kodlaşdırma aparmaq mümkünsüz olduqda və məqsədəuyğun olmadıqda bu halların əlavə xarakteristikası verilən zaman fakültətiv istifadə üçün verilir. Əgər sınığın "açıq" və ya "qapalı" olması barədə məlumat yoxdursa, onu "qapalı" kimi təsnif etmək lazımdır: 0 – döş boşluğuna işləyən açıq yara olmadan 1 – döş boşluğuna işləyən açıq yara ilə S27.1 Travmatik hemotoraks M79.5 Yumşaq toxumalarda qalmış yad cisim L90 Dərinin atrofik zədələnmələri L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Bitişən çapıq (dərinin) Çapıq (yara yeri) Çapıq qüsuru (“eybəcər” çapıq) ƏGO çapıq. Buna görə də iş üzrə birinci instansiya məhkəməsi iddiaçıda aşkar olunan xəstəliklər və ağırlaşmaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də, həm də 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulduğuna istinad edərək iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş “X14”ndə tərtib edilmiş stasionar xəstənin (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət etmiş və ona “J20.8-xroniki bronxitin kəskinləşməsi. F07.8-Baş beynin üzvi xəstəliyi nəticəsində kobud davranış xəstəliyi. F32.8-psixoloji simptomlarsız gedən ağır dərəcəli depressiv epizod, F62.0-fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuşdur. Xəstə hava çatmamazlığı, çətin ifraz olunan bəlğəm, öskürək və ümumi zəiflik şikayətləri ilə X11 daxil olmuşdur. Xəstənin huşu aydın, suallara adekvat cavab verir. Dəri və görünən selikli qişalarının rəngi avazımışdır. Cor tonları sərbəstdir. A/T-120/80 mm civə sütununa bərabərdir. Ağciyərlər üzərində zəifləmiş tənəffüs fonunda orta kalibrli yaş xırıltılar eşidilir. Epiqastral nahiyə ağrılıdır. Qarnı köpdür. Diurez sərbəstdir, az miqdardadır. Defekasiya aktı requlyardır. USM: Qaraciyər sağ pay-138 mm, sol pay-55 mm. Öd kisəsi-durğun öd var. Mədəaltı vəzi-exogenliyi orta. Dalaq-123 mm. Böyrəklər- ölçüləri N. KLS-də 2 mm duz kristalları var. Prostat vəz-31x30x33 mm. EKQ-sinus bradikardiyası. Aparılan müalicə əsasında xəstənin şikayətləri nisbətən azalmışdır, xəstə ambulator şəraitdə xx.xx.2023-cü il tarixdə sahə həkiminin nəzarətinə yazılır. ET X3 tərtib edilmiş ambulator xəstənin 15383 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət etmiş və ona “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə və qəlpə yaralanmasına görə aparılmış əməliyyatdan sonrakı vəziyyət, xroniki bronxit, mötədil ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Üç ilə yaxındır ki, bu vəziyyətdə olduğunu qeyd edir. Hərbi döyüşlərdə yaralanıb və cərrahi əməliyyat olunub. Şikayəti boğulmadan, təngənəfəslikdəndir. Auskultasiyada ağciyərdə quru xırıltılar eşidilir. Rentgen müayinə: (xx.xx.2023) Hər iki tərəfdə peribronxit görünür. Sol ağciyərdə və qarın boşluğunda qəlpələr qeyd edilir. SPQ: (xx.xx.2023) Restruktiv tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. 3 saylı ŞKX-na göndərilir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab edərək, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasının təyin olunmasını qərara almışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X8” X15 tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli T870/2023 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suala uyğun komissiya belə nəticəyə gəlir ki, vətəndaş İddiaçı 2 saylı X4 xx.xx.2023-cü il tarixdə xəstəxanaya müraciət edərkən ona “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, baş beynin üzvi xəstəlik nəticəsində (travma mənşəli) kobud davranış pozuntuları, psixotik simptomlarsız gedən ağır dərəcəli depressiv epizod” diaqnozu qoyulmuşdur. Onun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tİbbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu”ndan əziyyət çəksə də, onun əyani müayinəsi zamanı aşkar edilən patomorfoloji dəyişikliklər ona hər hansı əlillik dərəcəsininin təyininə əsas vermir. Göründüyü kimi, ekspert rəyi ilə də iddiaçıya barəsində göndərilmiş forma 88-də olan diaqnozlar təsdiqlənmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu” xəstəlik və əlamətləri göndərişin rəmiləşdirildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, S20-S29 Döş qəfəsinin travmaları; S21.8 Döş qəfəsinin digər şöbələrinin açıq yarası S22.3 Qabırğanın sınığı S27 Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması Növbəti yarımrubrikalar (beşinci rəqəm) sınıq və ya açıq yaranın müəyyənləşməsi üçün çoxsaylı kodlaşdırma aparmaq mümkünsüz olduqda və məqsədəuyğun olmadıqda bu halların əlavə xarakteristikası verilən zaman fakültətiv istifadə üçün verilir. Əgər sınığın "açıq" və ya "qapalı" olması barədə məlumat yoxdursa, onu "qapalı" kimi təsnif etmək lazımdır: 0 – döş boşluğuna işləyən açıq yara olmadan 1 – döş boşluğuna işləyən açıq yara ilə; S27.1 Travmatik hemotoraks M79.5 Yumşaq toxumalarda qalmış yad cisim L90 Dərinin atrofik zədələnmələri L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Bitişən çapıq (dərinin) Çapıq (yara yeri) Çapıq qüsuru (“eybəcər” çapıq) ƏGO çapıq” olaraq nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi aparılan zaman məhz yeni qaydalar qüvvədə olduğu üçün onda aşkar olunan xəstəliklər və ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda da öz əksini tapmışdır. Belə ki, qeyd olunan xəstəlik ağırlaşması Meyarların “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bəndində (13-cü bənd) L90 Dərinin atrofik zədələnmələri diaqnozu (13.6.) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 725/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-725/2023 saylı 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar