Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-97/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı ŞİH X1 və İstismarı Birliyinin Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivindəki 22 saylı BTK tərəfindən verilmiş 17 saylı orderlə iddiaçının atası X2 istifadəsinə Türkan bağlar massivində 233 q/8 saylı bağ sahəsi ayrılmışdır.
2. X6 25 iyun 2016-cı il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarından alınmış Türkan bağ massivində 22 saylı BTKnın bağlarının yerləşmə sxemində 223 q/8 saylı bağ sahəsi əks olunmuşdur. Həmin sxematik xəritədə sözügedən bağın həmsərhəd olduğu bağlar, habelə müvafiq yoldan sonrakı sırası göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, müvafiq bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, Bakı Şəhər XDS İK-nın 30 sentyabr 1988-ci il tarixli 9/549 nömrəli qərarı ilə iddiaçının atası X4 Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) rayonu, Türkan bağlar sahəsində ümumi ərazisi 0,12 ha olan 223 q/3 nömrəli torpaq sahəsi ayrılmışdır. Bu barədə X1 və X5 bağlar sahəsindəki 22 nömrəli kooperativ tərəfindən 17 nömrəli order verilmişdir. Məjməddin Hüsetnov 25 iyun 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin bağ sahəsini mərhum atasından qalmış miras əmlak kimi həmin qanun üzrə, həm də vəsiyyət üzrə vərəsə olaraq, öz adına (mülkiyyətinə) keçirmək istəyir. Lakin cavabdeh bu günədək məsələ ilə bağlı heç bir münasibət bildirməmişdir. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 34.1, 35.1-ci maddələrinə əsaslanaraq, həmin bağ sahəsinə hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur.
6. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətdə (28 oktyabr 2023-cü il tarixli məktubda) bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 13 aprel 2021-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, bağ sahəsinin nömrəli bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan başqa, iddiaçı bağ sahəsinin yerini tapmadığından İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Göründüyü kimi, torpaq sahəsi İddiaçı qanuni istifadəsində deyildir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır və iddiaçıya 4 may 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.1, 8.0.7, 11.1- ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrnin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərıncamının, «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının atasına bağ sahəsinin ayrılması barədə 22 saylı BTK-nın 17 saylı orderinin nüsxəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (1 saylı Bakı Ərazi İdarəsinin) arxivində aşkar olunmaması, bir tərəfdən iddiaçının və onun mərhum atası X2 iradəsindən aslı olmamış, digər tərəfdən də həmin orderin mötəbərliyini təkzib edən xüsusat kimi qiymətləndirilə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən X1 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə, iddiaçı bağ sahəsinin yerini tanımadığından İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasımümkün olmamışdır. Göründüyü kimi torpaq sahəsi İddiaçı qanuni istifadəsində deyildir. Bakı İnzibati Məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sənədlərin İdarənin arxivində aşkar edilməməsini nəzərə almamış, bununla bağlı ətraflı araşdırılma aparılmamışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
12. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
17. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir.
23. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
24. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderləri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
25. Hazırkı işin hallarına görə Bakı ŞİH X1 və İstismarı Birliyinin Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivindəki 22 saylı BTK tərəfindən verilmiş 17 saylı orderlə iddiaçının atası X2 istifadəsinə Türkan bağlar massivində 233 q/8 saylı bağ sahəsi ayrılmışdır. X6 25 iyun 2016-cı il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəsəlik işində hazırkı İddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. Bağ sahəsinə hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, lakin həmin inzibati orqan məsələnin həllindən imtina etmişdir. İdarə imtinasını onunla əsaslandırmışdır ki, 1) təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. 2) bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. 3) iddiaçı bağ sahəsinin yerini tapmadığından İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır, torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyildir.
26. Məhkəmə inzibati mübahisə üzrə tərəflərin dəlillərinə münasibətdə aşağıdakıları diqqətə çəkir:
27. Bakı şəhəri, Türkan bağlar massivində yerləşən 223 q/8 saylı bağ sahəsinin (22 saylı BTK nəzdində) hazırkı İddiaçı mərhum atası X4 ayrılması barədə Bakı Şəhər XDS İK X1 və İstismarı Birliyinin 22 saylı BTK tərəfindən verilmiş 17 saylı order həmin bağ sahəsinin adıçəkilən şəxsin qanuni istifadəsinə verilməsini təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin order ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X6 həmin bağın qanuni istifadəçisi olmuşdur və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən bağın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətinə keçmişdir.
28. Həmçinin nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarından alınmış Türkan bağ massivində 22 saylı BTK-nın bağlarının yerləşmə sxemində 223 q/8 saylı bağ sahəsi əks olunmuşdur. Həmin sxematik xəritədə sözügedən bağın həmsərhəd olduğu bağlar, habelə müvafiq yoldan sonrakı sırası göstərilmişdir.
29. Cavabdehin imtinasında və eyni zamanda apellyasiya şikayətində göstərilən dəlilərlə bağlı qeyd olunmalıdır ki, bağ sahəsinin nömrəsinin bağların bölgüsü üzrə sxematik xəritəsində əksini tapmaması iddiaçının və ya onun mərhum atası X2 iradəsindən asılı hal olmamış və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nə və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə birbaşa inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir.
30. Eləcə də, iddiaçının atasına bağ sahəsinin ayrılması barədə 22 saylı BTK-nın 17 saylı orderinin nüsxəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (1 saylı Bakı Ərazi İdarəsinin) arxivində aşkar olunmaması, bir tərəfdən iddiaçının və onun mərhum atası X2 iradəsindən aslı olmamış, digər tərəfdən də həmin orderin mötəbərliyini təkzib edən xüsusat kimi qiymətləndirilə bilməz.
31. Yuxarıda göstərilənlərdən əlavə, həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin cavabdehə 2-1(103)- 2080/2024 saylı, 30 iyul 2024-cü il tarixli sorğusunda bildirilmişdir ki, “yuxarıda qeyd edilən mübahisə ilə bağlı cavabdehin apellyasiya şikayətində iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada yerini göstərə bilmədiyi bildirilir.Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarından alınmış Türkan bağ massivində 22 saylı BTK-nın bağlarının yerləşmə sxemində 223 q/8 saylı bağ sahəsi əks olunmuşdur. Həmin sxematik xəritədə sözügedən bağın həmsərhəd olduğu bağlar, habelə müvafiq yoldan sonrakı sırası göstərilmişdir.Göstərilənlərə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarından alınmış Türkan bağ massivində 22 saylı BTK-nın bağlarının yerləşmə sxemində göstərilən 223 q/8 saylı bağ sahəsinin və həmin bağ sahəsinə qonşu bağ sahələrinin arxiv qovluqlarının məhkəməyə təqdim olunması xahiş olunur.”
32. Sorğuya cavab olaraq təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Türkan bağ massivində 22 saylı BTK-nın üzvlərinin siyahısında iddiaçının mərhum atasının adı 17ci siyahı nömrəsində göstərilmişdir.(i/v-124)
33. Həmçinin, Sorğuya cavab olaraq təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, daşınmaz əmlakın reyestrində qeydə alınmış qonşu bağ sahələrinin planında iddiaçının iddia etdiyi 223 q/8 saylı bağ sahəsi X7 bağ sahəsi ilə qonşu olması göstərilmişdir. (i/v-154)
34. Apellyasiya məhkəməsinin qərardadı əsasında təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin (əslində 1 saylı Bakı Ərazi İdarəsinin) 24 oktyabr 2024-cü il tarixli məktubuna əsasən qeyd olunur ki, bağ sahəsinin nömrəsi Türkan bağ massivinin ümumi sxematik xəritəsində əks olunmamışdır.Həmçinin, 22 saylı BTK-nın bağlarının yerləşmə sxemində bağ sahəsinin ölçüləri və\ bağa gedən yolların məsafələri göstərilməmişdir.Bundan əlavə bağ sahəsi koordinat sistemində yerləşməmişdir.Bu səbəbdən suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
35. Halbuki, yuxarıda göstərildiyi kimi, cavabdehin məhkəmənin sorğularına cavab məktubuna əsasən arxiv materiallarından alınmış Türkan bağ massivində 22 saylı BTK-nın bağlarının yerləşmə sxemində 223 q/8 saylı bağ sahəsi əks olunmuşdur. Həmin sxematik xəritədə sözügedən bağın həmsərhəd olduğu bağlar, habelə müvafiq yoldan sonrakı sırası göstərilmişdir.Bundan başqa daşınmaz əmlakın reyestrində qeydə alınmış qonşu bağ sahələrinin planında iddiaçının iddia etdiyi 223 q/8 saylı bağ sahəsi X7 bağ sahəsi ilə qonşu olması göstərilmişdir.
36. Odur ki, mməhkəmə Kollegiyası ekspert rəyini digər yuxarıda sadalanan sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmır.
37. Digər tərəfdən iddiaçı bağ sahəsinin mərhum atasına məxsusluğu barədə arayış verilməsini xahiş edir.
38. Həmin bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq sənədləşdirilməsi cavabdehin vəzifəsidir.
39. Beləliklə, göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış hüququnu qeydə aldırmaq üçün iddiaçının hazırkı tələbi haqlı olmuşdur.
40. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
41. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2301/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.