Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-970/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması və tutulması barədə qərarın ləğv edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü-cü il tarixli, 2-1(112)- 10200/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********3 saylı xx.xx.2022-ci il tarixli məktubunda istinad etdiyi qərarın təsdiq edilmiş nüsxəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması; Azərbaycan Respublikası Ali Məhkəmənin qanuni qüvvədə olan 2-1(102)- 550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının icrası ilə əlaqədar Ənvərli (Məmmədov) Mayıl Ənvər oğluna ödənilmiş pensiyanın 2020-ci ilin avqust ayından dayandırılması, həmçinin Ənvərli (Məmmədov) Mayıl Ənvər oğlunun pensiyasından hər ay 48,00 manat tutulması və s. barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd edilən (**********3 saylı xx.xx.2022-ci il tarixli məktubunda istinad edilən) qərarının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qanunazidd qərarı və hərəkətləri nəticəsində dəymiş maddi ziyanın tam məbləğdə ödənilməsinin təmin edilməsi; Azərbaycan Respublikası Konstitusiyasının və milli qanunvericiliyin müvafiq maddələrinin tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol vermiş vəzifəli şəxslər barəsində “xüsusi qərar” çıxarılaraq aidiyyəti üzrə qanunla müəyyən edilmiş qaydada müzakirə edilməsi üçün göndərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Məmmədov Mayıl Ənvər oğlunun iddiası təmin edilmiş və ona 2004-2005ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş dövr üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüstəm Kərimlinin imzaladığı 17 mart 2017-ci il tarixli 2-1(82)-715/2016 saylı məktub ilə, icra edilməsi üçün inzibati orqana (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə) göndərilmişdir. Bundan sonra Ali Məhkəmənin 2-1(102)-550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı icra edilərək, Məmmədov Mayıl Ənvər oğluna həmin qərara uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmişdir. Qeyd edilənlərə və Ali Məhkəmənin 2-1(102)-550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının qanuni qüvvədə olmasına baxmayaraq, sonrakı mərhələdə (2020-ci ilin avqust ayından) Məmmədov Mayıl Ənvər oğluna ödənilən pensiya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əsassız olaraq dayandırılmışdır. Həmin məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə 2-1(102)-550/2017 saylı rəsmi məktub göndərilmiş və bu məktubda aşağıdakılar qeyd edlmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının icrasını təcili surətdə təmin edərək, 2020-cl ilin avqust ayından dayandırılmış pensiya təyinatının həmin tarixdən bərpa edilməsi və bu barədə 15 gün müddətində Bakı İnzibati Məhkəməsinə məlumat verilməsi tələb olunur. Göstərilən tarixədək qərar icra olunmadığı halda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunması məsələsinə baxılacaq.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərdiyi 2-1(102)- 550/2017 saylı məktubdakı tələblərə, o cümlədən “2020-ci ilin avqust ayından dayandırılmış pensiya təyinatının qeyd edilən tarixdən bərpa edilməsinə dair tələblərə” əhəmiyyət verilməmişdir. Əksinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli cavab məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyasının ödənişi dayandırılmışdır. ...Adıçəkilən şəxsə sonradan qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması səbəbindən 02 noyabr 2021-ci il tarixdən 248,16 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mayıl Əhmədliyə artıq ödənilmiş 141684,71 manat pul vəsaiti adıçəkilən şəxsin əmək pensiyasından hər ay 48,00 manat çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd edilən (xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubda istinad edilən) qərarı səbəblərə görə əsassız və qanunsuz hesab edilməli, həmçinin ləğv edilməlidir: Azərbaycan Respublikası Konstitusiyasının “hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”ndan, “məhkəmə hakimiyyətinin həyata keçirilməsi”ndən, “məhkəmə qərarlarının icrası”ndan, “Azərbaycan Respublikasının Ali Məhkəməsindən bəhs edən 60-cı, 125-ci, 129-cu və 131ci maddələrinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ var. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (maddə 60). “Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (mad. 125); Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (mad. 129) Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir (mad. 131); Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (mad. 129) və s. Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun “məhkəmələrin qərarlarından bəhs edən 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 21.1-ci, 30.1-ci, 31.1-ci maddələrinə, müvafiq Qaydaların 3.1.1-ci, 3.4-cü və s. istinad edilməklə məhkəmənin gəldiyi nəticələr tam əsaslandırılmışdır. Bu və digər əsaslara görə cavabdeh tərəfindən məhkəmə kollegiyasının qərarına şübhə ilə yanaşması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən “hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ var. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ var. Dövlət dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır (mad. 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə (İnzibati mübahisələrin məhkəmə aidiyyəti) bu kimi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Adıçəkilən şəxsin sonradan qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması səbəbindən 2 noyabr 2021-ci il tarixindən 248,16 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının 2016cı ilin aprel ayınadək Sabunçu rayonunun qeydiyyatında olduğu dövrdə Fondun Sabunçu rayon şöbəsinə qarşı 2015-ci ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış, məhkəmə proseslərinin davam etdiyi müddət ərzində, yəni 2016-cı ilin aprel ayında Suraxanı rayonuna qeydiyyata düşmüş, məhkəmə prosesləri barədə heç bir məlumat təqdim edilmədən və cavabdeh şöbənin apellyasiya şikayətinə baxıldığı dövrdə saxtalaşdırılmış iş stajı və əməkhaqqı nəzərə alınmaqla Fondun Suraxanı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı yüksək məbləğdə pensiya təyinatı aparılmış və ötən dövrlərə görə hesablanmış külli miqdarda pul vəsaiti birdəfəlik ödənilmişdir. Belə ki, pensiya işinə tikilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-715/2016 №-li xx.xx.2016-cı il tarixli qərarında qeyd olunanlara əsasən iddiaçı Məmmədov Mayıl Ənvər oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2004-2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla ona xx.xx.2008ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləği üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair müraciət etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinad etmişdir. Həmin dəlillərə görə 257 saylı Təmir Tikinti İdarəsinin xx.xx.2003-xx.xx.2005-ci illərdə fəaliyyəti olmamış və əmək haqqı hesablanmamış, iddiaçının qanunvericiliyə uyğun tərtib olunmuş əmək kitabçası yoxdur. Qərarda apellyasiya şikayətinin dəlilləri barədə ətraflı məlumat verilməsə də, 257 saylı Təmir Tikinti İdarəsinin iş qovluğuna tikilmiş sənədlərdən məlum olmuşdur ki, Sabunçu rayon şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx-2423 №-li məktubu ilə Fondun keçmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinə sorğu göndərilərək şöbəyə xx.xx.2015-ci ildə pensiya təyin edilməsi ilə əlaqədar müraciət etmiş vətəndaş Məmmədov Mayıl Ənvər oğlunun stajının müəyyən edilməsi üçün işləmiş olduğu 257 saylı Təmir Tikinti İdarəsinin (VÖEN **********) xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödəyib-ödəməməsi (işçi sayı qeyd edilməklə) barədə məlumatın verilməsi xahiş edilmiş, departamentdən daxil olmuş cavab məktubunda 257 saylı Təmir Tikinti İdarəsinin departamentə təqdim etdiyi rəsmi arayışlarına əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək fəaliyyəti olmadığı və əmək haqqının hesablanmadığı bildirilmişdir. Ehtimal edilir ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən dəlil departamentin qeyd edilən cavab məktubu olmuş, məhkəmə kollegiyası həmin dəlilə əsaslanmaqla apellyasiya şikayəti ilə razılaşaraq əvvəlki instansiyanın qərarını ləğv etmişdir. Giriş-çıxış və X1 X11 (İAMAS) əsasən məlum olmuşdur ki, iddiaçının soyadı 2017-ci ilin mart ayına kimi Məmmədov olmuş, həmin tarixdən vətəndaş Məmmədov soyadını “Ənvərli”-yə dəyişdirmiş, hazırda həmin soyadı daşıyır. Mayıl Məmmədovun adından Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarından verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılaraq xx.xx.2017-ci il tarixli qərarı ilə (iş № 2-1(102)-550/17) vətəndaşın kassasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)- 1334/2016 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, iddiaçı X9 2004- 2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş dövr üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Fondun Sabunçu və Suraxanı rayon şöbələri, habelə vətəndaş və onun vəkili olmuş Y.İsmayılov tərəfindən iddia üzrə prosesləri həyata keçirmiş hər hansı məhkəmə orqanına Mayıl Məmmədova məhkəmə proseslərindən əvvəl yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi və ödənildiyi barədə heç bir məlumat təqdim edilməmiş, eyni zamanda məhkəmələr tərəfindən qeyd edilən məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Ehtimal olunur ki, bu işdə maraqlı olmuş vətəndaş, onun vəkili, Fondun Sabunçu və Suraxanı rayon şöbələrinin məsul əməkdaşları yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi faktını rəsmi qaydada məhkəmə orqanlarına bilərəkdən təqdim etməmişdir. Müvafiq instansiya məhkəmələri tərəfindən vətəndaşın xeyrinə qəbul edilmiş qərarların araşdırılması nəticəsində məlum olur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ müəyyən olunarkən, o cümlədən məhkəmə aktları çıxarılarkən məhkəməyə həlledici materiallar təqdim edilməmişdir. Belə ki, İddiaçı iddiasında onun adına əmək kitabçasının əvəzində verilmiş arayışa istinad etməklə xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan ərazisində yerləşən Arpaçay-Sevan Tunel Tikinti İdarəsində şpur qazmaçı işlədiyini bildirmişdir. Həmin arayışda qeyd olunanlardan məlum olur ki, Mayıl Məmmədov İdarənin xx.xx.1974-cü il tarixli 105 №-li əmri ilə qazmaçı köməkçisi işinə qəbul edilmiş, xx.xx.1974cü il tarixli 185 №-li əmri ilə şpur (dəlik) qazmaçısı işinə keçirilmiş, xx.xx.1988-ci il tarixli 220 №-li əmri ilə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi, qeyd olunan dövr ərzində xx.xx.1956-cı il təvəllüdlü Mayıl Məmmədov 18 yaşı tamam olduğundan məcburi qaydada həqiqi hərbi xidmət keçməli idi. Eyni zamanda, vətəndaşın pensiya işinə tikilmiş arayışlarda qeyd olunan mühəndis kimi və digər yüksək vəzifələrdə işləməsi faktı onun ali təhsil aldığını, müvafiq olaraq diplom və attestata malik olduğunu təsdiq edir. Lakin araşdırma dövründə Nazirliyə dəvət edilmiş İddiaçı hərbi biletini, diplomunu və ya hərbi xidmət keçməsi və ali təhsil alması barədə müvafiq sənədləri təqdim etməkdən imtina etmiş, vaxtilə uçotunda olmuş hərbi komissarlıq və təhsil aldığı müəssisə barədə yazılı və şifahi qaydada məlumatları təqdim etməkdən yayınmış, əmək fəaliyyətini və əməkhaqqı almasını təsdiq edən arayışlarının əslini deyil, özündə olan məhkəmə qərarlarının surətlərini əsas göstərməklə yüksək məbləğdə təyin edilmiş və ödənişi aparılmış əsassız pensiyasının bərpasını tələb etmişdir. Qeyd edilən sənədlərin təqdim edilməməsi 1974-1988-ci illərin (“Arpa-Sevan” Tunel-Tikinti İdarəsi) iş stajı dövrünü təsdiq edən arayışın bütövlükdə saxtalaşdırıldığını təsdiq edir. Bunlardan başqa, Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı zamanı 25 №-li Təmir-Tikinti Trestinin Bakı şəhəri 257 №-li Təmir-Tikinti İdarəsinin möhürü ilə təsdiq edilmiş 2003-2005-ci illərin əməkhaqqı arayışında qeyd olunmuş məbləğlər əsas götürülmüşdür. 257 №-li Təmir-Tikinti İdarəsi barədə qeyd olunanlar, həmçinin araşdırma zamanı aşkar edilmiş faktlar İddiaçı adına həmin idarənin möhürü ilə təsdiq edilərək verilmiş iş stajı və əməkhaqqı arayışlarının saxtalaşdırıldığını sübut edir. İş stajı barədə arayış idarənin müdiri F.M.Paşayevin, əməkhaqqı arayışı idarənin müdiri F.M.Paşayev və baş mühasibi G.S.Əliyeva adlı şəxslərin imzaları ilə təsdiq edilmişdir. Qeyd edildiyi kimi idarədə heç vaxt F.M.Paşayev və G.S.Əliyeva adlı müdir və baş mühasib işləməmiş, 1997ci ildən başlayaraq iş qovluğuna tikilmiş kağız hesabat məlumatlarına əsasən 2011-ci il tarixədək idarənin rəisi və baş mühasibi müvafiq olaraq X6 və X2muşdur. Qeyd olunanlara əsasən məhkəmə qərarları istisna olunmaqla qanunvericiliklə tələb olunan güzəştli iş stajı toplanmadığından İddiaçı 50, 52, 57, 60 yaşından və ya ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığı, onun ümumi əsaslarla 65 yaşından, yəni Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququnun olduğu müəyyən edilmişdir. Göstərilənlərdən əlavə, araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiya təyinatı zamanı əsas götürülmüş saxtalaşdırılmış sənədlərə vurulmuş möhürdən istifadə etməklə digər şəxs üçün məhkəmə qərarlarının alınmasına, həmin qərarlara və saxtalaşdırılmış sənədlərə əsasən pensiya təyinatının aparılmasına və ödənilməsinə nail olunmuşdur. Beləliklə, ötən dövrlərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda məhkəmə qərarları və saxtalaşdırılmış sənədlər (iş stajları və əməkhaqqı arayışları) əsas götürülməklə İddiaçı Fondun keçmiş Bakı şəhəri Suraxanı və Sabunçu rayon şöbələri tərəfindən yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 141684,71 manat (50647,42 + 91037,29) təşkil etmişdir. İddiaçı artıq ödənilmiş 141684,71 manat pul vəsaiti adıçəkilən şəxsin əmək pensiyasından hər ay 48,00 manat çıxılmaqla tutularaq büdcəyə bərpa edilir. Eyni zamanda araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı ona dair məhkəmə qərarının icrasını tələb edir. Həmin qərar vaxtı ilə icra olunub, iddiaçıya pensiya təyin edilmiş və ödənilmişdir. Lakin inzibati orqan öz səlahiyyəti çərçivəsində pensiya ödənişini dayandırmağa haqlıdır. Xüsusən o halda ki, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Sözügedən maddədə “qanunda başqa hallar nəzərdə tutulmamışdırsa” ifadəsindən istifadə edilir. Yəni inzibati orqan qanunla birbaşa nəzərdə tutulan hallarda maraqlı şəxsləri və ya onun nümayəndələrini dinləməkdən imtina edə bilər. Həmin hallar “İnzibati icraat haqqında” Qanunun 21.3-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin tələblərinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: - maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; - ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; - dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; - ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; - barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; - inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Qeyd edilən hallardan ikisi, yəni ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti və ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi sosial münasibətlər sferasının bir qolu olan pensiya hüquq münasibətlərinin təminatını həyata keçirən inzibati orqanların praktikasında bir qayda olaraq rast gəlinən hallardır. Bu baxımdan nəzərə alınmalıdır ki, ictimai və dövlət maraqlarının qorunması cəmiyyətin və dövlət hakimiyyəti strukturlarının başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv toplum üçün vacib əhəmiyyət daşıyır. İctimai maraq konkret fərdin deyil, çoxluğun marağını üstün sayan anlayışdır, bu maraq da dövlət maraqları ilə birbaşa bağlı olmaqla dövlət orqanları tərəfindən müdafiə olunmalıdır. Həmçinin, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsində yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Sözügedən işdə məhkəmə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Qanunsuz əlverişli inzibati aktın ləğvi ilə əlaqədar: “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görünür ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər: həmin inzibati akt başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən aşağıdakı hallarda da maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Eyni zamanda, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, məhkəmələr əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanması (pensiya məbləğinin azaldılması ilə nəticələnmiş yenidən hesablama qərarının qəbul edilməsi) ilə bağlı işlərə baxılması zamanı “etimadın qorunması” prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən qeyd edilənləri nəzərə almalıdırlar. Belə ki, dövlətin maraqlarına toxunan qanunsuz inzibati aktın hüquqi nəticələrinin ömürlük bərpa edilməsi haqqında nəticəyə gəlinməsi düzgün yanaşma kimi qəbul olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü-cü il tarixli, 2-1(112)-10200/2023 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü-cü il tarixli, 2-1(112)-10200/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini, ərizəsinə mahiyyəti üzrə yenidən baxılıb qanunla müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü-cü il tarixli, 2-1(112)-10200/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 3-17-1/2-190700/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. 2 sayİı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-715/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən Məmmədov Mayıl Ənvər oğluna 2004 – 2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş dövr üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 876 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən Məmmədov Mayıl Ənvər oğluna xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 114 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası (1056,76 manat) təyin edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən (ömürlük) pensiya verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-1334/2016 saylı qərarına əsasən 2 sayİı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-715/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Azəbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 550/17 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən Mayıl Ənvər oğlu Məmmədovun kassasiya şikayəti təmin edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-1334/2016 saylı qərarı ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilmişdir. İddia tələbi təmin edilərək X9 2004-2005-ci illərdə aldığı əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının - təyin olunması və ödənilməmiş dövr üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə ünvanlanmış 2-1(82)-715/2016 saylı, xx.xx.2017-cı il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 yanvar 2017-ci il tarixli 2-1(102)-550/2017 saylı qərarı 07 aprel 2017-ci il tarixədək icra olunması üçün göndərilmişdir. Göstərilən tarixədək qərar icra olunmadığı halda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə oluna bilər. Müvafiq qərarın icrası barədə təxirəsalınmadan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məlumat vermək tələb edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 88/xx/xx-3905 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, 25 №-li Təmir-Tikinti Trestinin Bakı şəhər 257 №-li Təmir-Tikinti İdarəsi xx.xx.1997-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsində 09-00739 sayla uçota alınmışdır. Uçota durma haqqında ərizədə təşkilatın hüquqi ünvanı Azadlıq prospekti 161 göstərilmişdir, İdarənin rəisi X6, baş mühasibi isə X3muşdur. İdarənin təqdim etdiyi rəsmi arayışlara əsasən xx.xx.2003-xx.xx.2006-cı illərdə fəaliyyəti olmamış, əmək haqqı və buna uyğun olaraq sosial sığorta haqqı hesablanmamış və ödənilməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinə ünvanlanmış 02-20411-16 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə X7 şikayət ərizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. İşdə olan xx.xx.2006-cı il tarixli 13\5 saylı arayışdan görünür ki, Məmmədov Mayıl Ənvər oğlu xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Respublikası 25 nömrəli Təmir- Tikinti Trestinin Bakı şəhər 257 nömrəli Təmir Tikinti İdarəsində mühəndis vəzifəsində işləmişdir. Yaranmış zərurəti nəzərə alaraq Azərbaycan Respublikası 25 nömrəli Təmir- Tikinti Trestinin Bakı şəhər 257 nömrəli Təmir-Tikinti İdarəsi adlı hüquqi şəxsin mövcudluğu, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə qədər fəaliyyəti, sosial sığorta ödənişlərinin edilməsi, Məmmədov Mayıl Ənvər oğlunun həmin İdarədə işləməsi və əmək kitabçası, əmək haqqının həcmi, həmçinin hüquqi şəxsin qeydiyyatda olduğu və fəaliyyət göstərdiyi ünvan, həmin dövr üzrə İdarənin müdiri, baş mühasibi vəzifəsində işləmiş şəxslər barəsində məlumatların (təsdiqedici sənədlərin surəti əlavə olunmaqla) Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, ona xx.xx.2021-ci il (65 yaşının tamam olduğu) tarixdən təyin edilmiş aylıq 248 manat pensiya məbləğindən hər ay 48 manat tutularaq 200 manat ödənilir. İddia ərizəsinə əsasən iddia tələbi 5 hissədən ibarətdir: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********3 saylı xx.xx.2022-ci il tarixli məktubunda istinad etdiyi qərarın təsdiq edilmiş nüsxəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması; 2. Azərbaycan Respublikası Ali Məhkəmənin qanuni qüvvədə olan 2-1(102)-550/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının icrası ilə əlaqədar Ənvərli (Məmmədov) Mayıl Ənvər oğluna ödənilmiş pensiyanın 2020-ci ilin avqust ayından dayandırılması barədə qərarının (**********3 saylı xx.xx.2022-ci il tarixli məktubunda istinad edilən) əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, 3. Ənvərli (Məmmədov) Mayıl Ənvər oğlunun pensiyasından hər ay 48,00 manat tutulması və s. barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd edilən (**********3 saylı xx.xx.2022-ci il tarixli məktubunda istinad edilən) qərarının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, 4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qanunazidd qərarı və hərəkətləri nəticəsində dəymiş maddi ziyanın tam məbləğdə ödənilməsinin təmin edilməsi;
5. Azərbaycan Respublikası Konstitusiyasının və milli qanunvericiliyin müvafiq maddələrinin tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol vermiş vəzifəli şəxslər barəsində “xüsusi qərar” çıxarılaraq aidiyyəti üzrə qanunla müəyyən edilmiş qaydada müzakirə edilməsi üçün göndərilməsi. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir və qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanunazidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin birinci, ikinci, dördüncü və beşinci hissələrinə münasibətdə iddiaçı (tələbkar) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən bu barədə məhkəmə iclasında iddiaçıya və onun vəkilinə hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı iddia tələbini müdafiə etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 3-cü hissəsinə münasibətdə isə haqlı olaraq qeyd etmişdir ki, İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, ona xx.xx.2021-ci il (65 yaşının tamam olduğu) tarixdən təyin edilmiş aylıq 248 manat pensiya məbləğindən hər ay 48 manat tutularaq 200 manat ödənilir. Belə olan halda “təyin edilmiş həmin pensiya məbləğindən tutmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbi ilə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya və onun vəkilinə təklif edilmiş, lakin iddiaçı iddia tələbinin həmin hissəsinə münasibətdə əsl olmayan cavabdehlərin əsl cavabdehlə əvəz olunmasına etiraz etmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırıldığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 21 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(112)-10200/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə