Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-971/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-249/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarını əhatə edən ərazidə xx.xx.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində onun evinin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı “zəlzələ nəticəsində evin zəlzələdən zərər görmüş evlər sırasına daxil edilməsi” tələbinə dair iddiası cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinə aid hissədə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-249/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 üzərinə qoyulmuşdur. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Komissiyalar zəlzələdən sonra bir neçə ay ərzində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yerləşən yüzlərlə kəndə və minlərlə tikiliyə baxışlar keçirmişdir. Komissiyalar fəaliyyət göstərən müddətdə İddiaçı tərəfindən məsələ ilə bağlı aidiyyəti üzrə hər hansı müraciət edilməmişdir. İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən İddiaçı məxsus yaşayış evin qəzalı vəziyyətini və zəlzələ ilə əlaqəsi olub-olmamağını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza nəticəsində verilmiş 25 iyul 2022-ci il tarixli, 10/1820 nömrəli ekspert rəyində aşkar olunan qeyri dəqiqliklər: 1. Evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu və X6 məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə bağlı təyin edilmiş ekspertizanın nəticəsi bu işə heç bir aidiyyəti olmayan X6 qarşı aparılmışdır. Ekspert rəyində Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X4 Agentliyinin müvafiq əməkdaşları tərəfindən guya ki, İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən İddiaçı məxsus yaşayış evinə baxış keçirilərək, yaşayış evində qusurlar əmələ gəldiyi müəyyən edilmiş və həmin evin bərpa olunması qənaətinə gələrək xx.xx.2019-cu il tarixli texniki baxış aktı tərtib edilməsi qeyd olunmuşdur. Halbuki, vətəndaşın adı siyahıda olmadığından evinə hər-hansı baxış keçirilməmişdir, Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini əsassız edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X4 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin, zəlzələ nəticəsində evinizə ziyan dəyməsi barədə Cavabdeh1nə ünvanladığınız ərizə araşdırılmışdır. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində evlərinə ziyan dəymiş vətəndaşların rayon icra hakimiyyətinə etdikləri müraciətlər əsasında siyahılar tərtib olunur. Tərtib olunmuş siyahılar üzrə Cavabdeh1 komissiyaları tərəfindən həmin evlərə baxış keçirilir və müvafiq aktlar tərtib olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq evinizə zəlzələ nəticəsində ziyan dəyməsi ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etməyiniz məqsədəuyğundur. - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Gəraybəyli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 27 nömrəli İsmayıllı rayon İcra Hakimiyyətinə arayışında qeyd edilir: Məlumat üçün bildirmək istəyirəm ki, ərizə ilə RİH-ə müraciət etmiş Xəlili kənd sakini İddiaçı evinə mən və bələdiyyə sədrinin müavini birgə baxış keçirdik. Məlum oldu ki, yaşayış evi 1950-ci ildə inşa olunmuşdur. 84 kvadrat metr (7*12) ümumi sahəsi olan yaşayış evi 2(iki) otaqdan və l(bir) eyvandan ibarətdir, divarları çiy kərpic, dam örtüyü isə qədim (cır) kirəmitlə örtülmüşdür. Göründüyü kimi və ərizəçinin etirafına görə yaşayış evi və mal tövləsi zəlzələ nəticəsində deyil, baxımsızlıq ucbatından, yəni dam ötüyünün damması nəticəsində evin tavanı və divarları zədələnmiş, çatlar əmələ gəlmişdir. Həqiqətən evin və tövlənin cari təmirə ehtiyacı vardır. İddiaçı bildirdi ki, vahid gəlir yeri pensiya olduğundan kömək üçün İsmayıllı RİH-ə müraciət etmişdir. Tərəfimizdən İddiaçı izah olundu ki, xx.xx.2019-cu ildə baş vermiş zəlzələ ilə bağlı fövqəladə hallar komissiyası bir ay müddədində bütün müraciət olunmuş ünvanlarda olmuş, baxış keçirmiş və mövcud vəziyyətlə bağlı qərar vermişdir. Ərizəçiyə o da izah olundu ki, həmin vaxt icra nümayəndəliyinə müraciət olunsaydı, komissiya onun da evinə baxış keçirərdi. Tərəfimizdən ev sahibinə evini təcili sığorta etdirməsi tövsiyə olundu. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində Sizə məxsus yaşayış evinə ziyan dəyməsi və müvafiq komissiya tərəfindən baxış keçirilərək dəymiş ziyanın müəyyənləşdirilməsinə köməklik göstərilməsi barədə İsmayıllı rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi ilə birgə baxıldı. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələdən dərhal sonra yaşadığı evə ziyan dəyməsi barədə müraciət etmiş vətəndaşların siyahısı tərtib edilmiş və həmin evlərə Azərbaycan Respubikası Cavabdeh1 müvafiq komissiyası tərəfindən baxış keçirilməsi başa çatdırılmışdır. Əlavə olaraq onu da bildiririk ki, gec müraciət etdiyiniz üçün evinizə dəymiş ziyanın müəyyənləşdirilməsi imkan xaricindədir. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin, İsmayıllı rayon icra Hakimiyyətinə ünvanladığınız eyni məzmunlu müraciətinizə cavab göndərilmişdir. Təkrar bildiririk ki, 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələdən dərhal sonra yaşadığı evə ziyan dəyməsi barədə müraciət etmiş vətəndaşların siyahısı tərtib edilmiş və həmin evlərə Azərbaycan Respubikası Cavabdeh1 müvafiq komissiyası tərəfindən baxış keçirilməsi başa çatdırılmışdır. Əlavə olaraq onu da bildiririk ki, gec müraciət etdiyiniz üçün evinizə dəymiş ziyanın müəyyənləşdirilməsi imkan xaricindədir. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizə məxsus yaşayış evinə və təsərrüfat tikililərinə 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəyməsini nəzərə alaraq təmir edilməsinə köməklik göstərilməsi barədə İsmayıllı rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizənizə baxıldı. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yaşadığı evə ziyan dəyməsi barədə müraciət etmiş vətəndaşların siyahısı tərtib edilmiş və həmin evlərə Azərbaycan Respublikası Cavabdeh1 müvafiq komissiyası tərəfindən baxış keçirilməsi başa çatmışdır. Komissiya rayon ərazisində fəaliyyətini başa vurduqdan sonra müraciət etdiyiniz üçün evinizə baxış keçirilməsi və dəymiş ziyanın səbəblərinin müəyyənləşdirilməsi imkan xaricindədir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun Xüsusi bölməsinin 2-ci fəslinin 35.2-ci maddəsinə əsasən (35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir) onu da bildiririk ki, vətəndaşların daşınmaz əmlaklarının sığortalanması icbaridir. Qanuna əsasən fiziki və hüquqi şəxslər əmlaklarını icbari qaydada sığorta etdirməyə borcludurlar. Belə olduğu halda hər hansı təbii fəlakət nəticəsində daşınmaz əmlaka dəymiş ziyan müvafiq sığorta şirkətlərinin ayırdığı vəsait hesabına aradan qaldırılır - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin 06 oktyabr 2021-ci il tarixli 2-1(112)-8956/2021 nönrəlı məktubunuzla bağl bildiririk ki, 05 fevral 2019- cu il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar sosial proqramın icrası zamanı rayonun Xəlilli kəndindən İsmayıllı Rayon İcra Hakimiyyətinə hər hansı müraciət daxıl olmamış, komissiya tərəfindən Xəlilli kəndində yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirilməmişdir. Həmin məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli 142 nömrəli arayışında qeyd olunur: Bildiririk ki, İsmayıllı rayonunda xx.xx.2019-cu il tarixındə baş vermiş zəlzələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına məlumat verilmiş, Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən mütəxəssislərdən ibarət yaradılmış komissiya İsmayıllı rayonuna ezam edilmişdir. Komissiya tərəfindən Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətləri əsasında evlərə baxış keçirilmiş, yaşayış evlərinin dayanıqlığı barədə müvafiq qərarlar qəbul edilmişdir. Sözügedən sosial proqramın icrası zamanı rayonun Xəlilli kəndindən İsmayıllı Rayon İcra Hakimiyyətinə hər hansı müraciət daxil olmamış, həmin komissiya tərəfindən Xəlilli kəndində yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirilməmişdır. - Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X4 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Cavabdeh1nə ünvanladığınız 06 oktyabr 2021-ci il tarixli, İş № 2-1(112)-8956/2021 nömrəli müraciətə baxılmışdır. Bildiririk ki, 05 fevral 2019-ci il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Cavabdeh1 komissiyaları tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında rayonun Xəlilli kəndində yeganə olaraq vətəndaş X3 ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən vətəndaşın fərdi yaşayış evində bərpa işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Bununla bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1820 nömrəli nömrəli ekspert rəyində qeyd olunur: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən İddiaçı məxsus yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatların, döşəmə örtüyünün aşağı doğru çökməsinin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə 2019-cu ilin fevral ayında zəlzələ baş verdiyini nəzərə alaraq, yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçı Babayeva X1 rayonu, Xəlilli kəndində yerləşən ona məxsus yaşayış evinin xx.xx.2019-cu ildə baş vermiş məlum zəlzələ nəticəsində zəlzələdən zərər görmüş evlərin sırasına daxil edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə iddiaçıya məxsus həmin yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu, yaşayış evində əmələ gəlmiş qüsurların 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar sosial proqramın icrası zamanı rayonun Xəlilli kəndindən İsmayıllı Rayon İcra Hakimiyyətinə hər hansı müraciət daxıl olmadığı, komissiya tərəfindən Xəlilli kəndində yaşayış evlərinin texniki vəziyyətinə baxış keçirilmədiyi bildirilsə də, Azərbaycan Respublikası Cavabdeh1 Tikintidə X4 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda 05 fevral 2019-ci il tarixdə İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Cavabdeh1 komissiyaları tərəfindən İsmayıllı rayonu Xəlilli kəndində vətəndaş X3 ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinə baxış keçirildiyi və müvafiq akt tərtib edildiyi, həmin akta əsasən vətəndaşın fərdi yaşayış evində bərpa işlərinin aparılmasının məqsədəuyğun hesab edildiyi göstərilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli 142 nömrəli arayışından da görünür ki, İsmayıllı rayonunda xx.xx.2019-cu il tarixındə baş vermiş zəlzələ ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumlarına məlumat verilmiş, Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən mütəxəssislərdən ibarət yaradılmış komissiya İsmayıllı rayonuna ezam edilmiş, Komissiya tərəfindən Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətləri əsasında evlərə baxış keçirilmiş, yaşayış evlərinin dayanıqlığı barədə müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Cavabdeh1 haqqında Əsasnamə»nin: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cavabdeh1 (bundan sonra - Nazirlik) mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra - fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. 7-ci bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; 7.2. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. 8-ci bəndinə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 8.3. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyasının və digər dövlət proqramlarının yerinə yetirilməsini təmin etmək; 8.31-3. əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları və üsullarını, eyni zamanda mülki müdafiə tədbirləri barədə maarifləndirilməsini təşkil etmək; 8.35. mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən mülki müdafiə, yanğın təhlükəsizliyi, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək; 8.74. fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə müvafiq dövlət orqanları ilə birgə fəaliyyət planı tərtib etmək və həyata keçirilməsi zamanı onların fəaliyyətini əlaqələndirmək. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.2-ci, 3.15.10-cu və 3.15.11-ci bəndlərinə istinad edərək, iddiaçının evinin icra hakimiyyəti tərəfindən siyahıya alınmalı olduğunu qeyd etmiş, siyahıya alınmadığından cavabdeh tərəfindən iddiaçının evinə baxış keçirilmədiyini bildirmişdir. Digər tərəfdən isə mövqeyini onunla əsaslandırmışdır ki, zəlzələ sonrası müddətdə cavabdehin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən, iddiaçının evi ilə bağlı hər hansı müraciəti olmamışdır. Məhkəmə kollegiyası cavabdehin mövqeyini ziddiyyətli hesab edərək bildirir ki, cavabdeh orqan vətəndaşın siyahıya alınmasının icra hakimiyyəti orqanının səhvi ucbatından baş tutmadığına əsaslandığı təqdirdə, orqanın səhvi üçün zərərçəkmiş vətəndaşın cavabdehlik daşımalı olmadığını nəzərə alımalı idi. Cavabdeh orqanın digər dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, inzibati orqan mövqeyini əsaslandırarkən zərərçəkmiş vətəndaşın zəlzələ nəticəsində dağılmış və ya zədələnmiş evinin siyahıya alınması üçün müraciət etməli olması öhdəliyini müəyyənləşdirən hər hansı imperativ normalalara əsaslanmamışdır. Eyni zamanda iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı tərəfindən dəfələrlə siyahıya alına üçün müraciətlər edilmiş, lakin imtina cavabı alınmışdır. Həmçinin, cavabdeh özü şikayətində əməkdaşları tərəfindən dəfələrlə zərərçəkmiş əraziyə baxış keçirildiyini bildirmişdir. Kollegiya hesab edir ki, bu halda vətəndaşın evinin zədəli olmasının müəyyən edilməsi cavabdehin əməkdaşlarının vəzifəsi olduğu təqdirdə lazımi hərəkətlər edilməmişdir. Cavabdeh həmçinin, apelyasiya şikayətində 10/1820 saylı ekspert rəyinin qeyridəqiqlikləri olduğunu qeyd etmişdir. AR İPM-in 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasəən, məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında dindirilən 10/1820 saylı ekspert rəyi tərtib edən ekpert izahatında bildirmişdir ki, rəy tərtib edilərkən texniki yalnışlıq səbəbindən X6 məxsus yaşayış evi ilə bağlı akta istinad edilmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçıya məxsus evi yaşayışa yarasız olmaqla, evdə meydana gəlmiş zədələr şərait baxımından yalnız zəlzələdən qaynaqlanan zədələr olmuşdur. Beləliklə, iddiaçıya məxsus yaşayış evinin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu, yaşayış evində əmələ gəlmiş qüsurların 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Qeyd olunan hallarda isə zəlzələdən zərər görmüş evlərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 vəzifələrinə daxil olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğundan müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə formal xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(112)-249/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-971/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-971/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver