Məhkəmə qərarları › İş №2-1(103)-971/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-971/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-971/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « kirayə müqaviləsinin bağlanması») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11653/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. “Asan 5” tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyata haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

3. ünvan 2i Tyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1166 №-li arayışda göstərilmişdir ki, İddiaçı 1981-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, B.Məmmədkərim (Kotovski) küçəsi 9 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır.

4. "xxxx" NQÇİ MTK tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 100 №-li rəyin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan rəy vətəndaş İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35,9 kv. m-dən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqını ödəmək üçün 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) maliyyə vərəqinin açılması və bununla bağlı MKT-nın mühasibatlığında müvafiq dəyişiklik edilməsi barədə verilmişdir.

5. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 985640 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 12-ci ayının 24-cü günündə 2466 № ilə qeyd edilmişdir.

6. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərfindən verilmiş **********77 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 5, mənzil 4-ün qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinin 14- 2-10/2-278/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35.9 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqı ödəmək üçün 2 nəfər ailə tərkibi ilə maliyyə hesabat vərəqəsi açılması barədə "xxxx" NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 №-li rəyi və onun verilməsi üçün əsas olan hər hansı sənəd İdarədə tapılmadı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri onlara aid sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.

8. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 283 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin sənədlərşdirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Hər hansı təşkilatın balansında olan yaşayış sahəsi yalnız həmin təşkilatda əmək münasibətləri olan işçilərinə verilirdi. ünvan 3 ünvanda yerləşən dövlət mənzil fonduna aid olan 9 saylı mənzilin alqı-satqı ilə əldə etməyi tam olaraq qanuna ziddir. 23 aprel 2002-ci il tarixli, 100 saylı rəyin arxiv sənədləri (həmkarların protokolu və s.) aidiyyəti MKİS-nin arxivində olmadığından qeyd olunan arxiv sənədlərini (alqı-satqı müqaviləsi, həmkarların təşkilatı və s.) təqdim etdikdən sonra müraciətinə baxıla təkrar bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra mətndə Bakı şəhər MKTD) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 saylı evin 4 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 4 saylı evin 4 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin Bakı şəhər MKTD-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 saylı evin 4 saylı mənzili 07 oktyabr 1959-cu ildə verilmiş 01869 saylı order əsasında X3 istifadəsinə verilmişdir. Həmin orderin əsli onda mövcuddur. Həmin mənzilə dair X5 ilə onun aasında alqısatqı həyata keçirilmiş və mənzilin dəyərini tam olaraq ödəmişdir. Mənzil "Suraxanı Neft və Qazçıxarma” İdarəsinin balansında olduğundan, 23 aprel 2002-ci il tarixdə verilmiş 100 saylı rəy əsasında mənzilin alqı-satqısı həyata keçirilmiş və ona 2 nəfər ailə tərkibi ilə qeyd olunan mənzildə qeydiyyata alınmaqla, həmin mənzilin şəxsi hesab vərəqəsinin onun adına açılması müəyyən edilmişdir. 2002-ci ildən hal-hazırkı vaxtadək mənzilin dəyərini tam olaraq ödədiyindən, bununla bağlı aralarında hər hansı mübahisə olmamışdır. Lakin həmin vaxtlar orderin onun adına dəyişdirilməsi, hər hansı formada onunla müqavilə bağlanması mümkün olmamışdır. Orderdə adı qeyd olunan şəxslər heç biri həmin ünvanda qeydiyyatda deyildir və 30 ildən artıq müddətdir ki, həmin ünvanda yaşamırlar. Qeyd olunan mənzildə yalnız o, qeydiyyatdadır. O, daimi olaraq ünvan 4 saylı evin 4 saylı mənzildə yaşayır və mənzilə dair kommunal xidmətləri o təkbaşına ödəyir. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti xx.xx.2023-cü il tarixli -21-3- 30/2-M-l 748-8/2022, **********25 saylı imtina məktubu ilə təmin edilməmişdir.

12. Cavabdeh inzibati orqan Bakı şəhər MKTD-nin iddia tələbinə dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən sorğuda qeyd edilən ünvan 4 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 139 saylı MKİS-nin xidmət dairəsindədir. İddiaçı tərəfindən dövlət mənzil fonduna aid Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı binanın 4 saylı mənzilinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənədi (order, sərəncam, qərar və s.) təqdim edilməmişdir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 50- ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli (hazırda qüvvədə olan) qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 14-cü bəndinə görə, iş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə, kirayə müqaviləsinin bağlanması mənzil hüquq münasibətlərində orderdən sonrakı mərhələdir. Həmin normaya əsasən “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır.” İddiadan və əlavə edilən sənədlərdən görünür ki, "xxxx" NQÇİ-nin 100 saylı xx.xx.2002-ci il tarixli rəyi ilə ünvan 4 saylı evin, yaşayış sahəsi 35,9 kv. metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün açılmış maliyyə hesab vərəqəsi də, heç bir rəsmi hüquqmüəyyənedici sənəd olmadan, iddiaçya qanunla müəyyən edilmiş qaydada ayrılmayan mənzilə dair açılmışdır. İddiaçı əvvəlcə qeyd edilən ünvanda yerləşən evin 4 saylı mənzilində heç bir hüququ əsas olmadan məskunlaşmış, qeydiyyata alınmışdır. Hazırki iddia ilə isə heç bir hüququ əsas olmadan məskunlaşdığı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. "xxxx" NQÇİ-nin xx.xx.2002-ci il tarixli 100 saylı rəyi ilə bağlı arxiv sənədi təqdim edilmədiyindən, həmin sənədin verilməsi və həqiqiliyi şübhə doğurur. İddiaçının sözügedən mənzildə qeydiyyatda olması da mənzil üzərində hüquqlarının yaranmasına, onun hüquqi statusuna təsir göstərmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11653/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunması, ünvan 5 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv. metr olan 4 saylı mənzilinə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən sorğuda qeyd edilən ünvan 4 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 139 saylı MKİS-nin xidmət dairəsindədir. İddiaçı dövlət mənzil fonduna aid Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı binanın 4 saylı mənzilinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) aşkar edilməmişdir. Bakı inzibati Məhkəməsinin qərarından görünür ki, "xxxx" NQÇİnin 100 saylı xx.xx.2002-ci il tarixli rəyi ilə ünvan 4 saylı evin, yaşayış sahəsi 35,9 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün açılmış maliyyə hesab vərəqəsi də, heç bir hüquqmüıyyınedici sənəd olmadan, iddiaçya qanunla müəyyən edilmiş qaydada ayrılmayan mənzilə dair açılmışdır. İddiaçı qeyd edilən ünvanda yerləşən evin 4 saylı mənzilində heç bir hüququ əsas olmadan qeydiyyata alınmış və heç bir hüququ əsas olmadan qeydiyyata alındığı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Suraxanıneft" NQÇİ-nin xx.xx.2002-ci il tarixli 100 saylı rəyi ilə bağlı arxiv sənədi təqdim edilmədiyindən, həmin sənədin verilməsi və həqiqiliyi şübhə doğurur. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli (hazırda qüvvədə olan) qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Həmin Qaydaların 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. iş materiallarında olan, “Asan 5” tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyata haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" NQÇİ MTK tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 100 №-li rəyin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan rəy vətəndaş İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35,9 kv. m-dən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqını ödəmək üçün 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) maliyyə vərəqinin açılması və bununla bağlı MKT-nın mühasibatlığında müvafiq dəyişiklik edilməsi barədə verilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial inkişaf idarəsinin 14-2-10/2-278/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35.9 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqı ödəmək üçün 2 nəfər ailə tərkibi ilə maliyyə hesabat vərəqəsi açılması barədə "xxxx" NQÇİnin xx.xx.2002-ci il tarixli, 100 №-li rəyi və onun verilməsi üçün əsas olan hər hansı sənəd idarədə tapılmamışdır. Göstərilən rəyin mövcud olması ağılabatan deyildir. Belə ki, məhkəmə qərarının 1-ci səhifəsinin 3-cü abzasında göstərilmişdir ki, qeyd edilən mənzil xx.xx.1959-cu il tarixli, 01869 saylı order əsasında X3 istifadəsinə verilmişdir. Onların arasında alqı-satqı həyata keçirilmiş və mənzilin dəyəri tam ödənildikdən sonra xx.xx.2002-ci il tarixli, 100 №-li rəy verilmişdir. Qərarın 5-ci səhifəsinin 1-ci abzasında göstərildiyi kimi 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 283 saylı məktubu ilə belə bir halın tamamilə qanunazidd olduğu bir mənalı şəkildə qeyd edilmişdir. Müəssisə ilə İddiaçı özü və həyat yoldaşı əmək münasibətlərində olmadıqlarından onlara qeyd edilən rəy verilə bilməzdi. Əgər verilmiş olsaydı qanunazidd olsa da arxiv sənədləri mövcud olardı. Bundan başqa məhkəmə qərarının 4-cü səhifəsinin 2-ci abzasında göstərilmişdir. “xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə iclası baxışının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gələdikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər” xx.xx.2023-cü il tarixdə obyektiv səbəbdən keçirilən şifahi məhkəmə baxışı iclasında iştirak etməmişik. Lakin xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməmişik. 2 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 13 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1066 saylı arayış qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə bir tərəfli baxmış, iddia tələbi üzrə hər tərəfli, tam və obyektiv araşdırma aparmadan tələsik qərar qəbul etmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər.

18. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. 21. 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. 49-cu maddəsinin tələbinə əsasən mənzil şəraitini yaxşılaşdırılmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.

20. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli (hazırda qüvvədə olan) qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nın: 14-cü bəndinə görə, iş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanması Qaydalarının: 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

26. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.

27. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 19-21-cü bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.

28. Belə ki, işin faktiki hallarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən sorğuda qeyd edilən ünvan 4 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 139 saylı MKİS-nin xidmət dairəsindədir.

29. Hazırkı iş üzrə iddiaçının sərəncam verilməsi öhdəliyi qoyulması tələb etdiyi ünvan 5 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv. metr olan 4 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla iddiaçının həmin mənzilə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) aşkar edilməmişdir.

30. Bakı inzibati Məhkəməsinin qərarından görünür ki, "xxxx" NQÇİ-nin 100 saylı xx.xx.2002-ci il tarixli rəyi ilə ünvan 4 saylı evin, yaşayış sahəsi 35,9 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün açılmış maliyyə hesab vərəqəsi də, heç bir hüquqmüıyyınedici sənəd olmadan, iddiaçya qanunla müəyyən edilmiş qaydada ayrılmayan mənzilə dair açılmışdır. İddiaçı qeyd edilən ünvanda yerləşən evin 4 saylı mənzilində heç bir hüququ əsas olmadan qeydiyyata alınmış və heç bir hüququ əsas olmadan qeydiyyata alındığı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

31. Bundan başqa “Suraxanıneft" NQÇİ-nin xx.xx.2002-ci il tarixli 100 saylı rəyi ilə bağlı arxiv sənədi təqdim edilmədiyindən, həmin sənədin verilməsi və həqiqiliyi də təsdiq olunmur.“Suraxanıneft" NQÇİ-nin xx.xx.2002-ci il tarixli 100 saylı rəyi Bu Qərarın 20-21ci bəndində istinad olunan hüquq normaların tələblərinə uyğun olmamışdır.

32. Belə ki, Məhkəmənin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial inkişaf idarəsinin 14-2-10/2-278/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35.9 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqı ödəmək üçün 2 nəfər ailə tərkibi ilə maliyyə hesabat vərəqəsi açılması barədə "xxxx" NQÇİnin xx.xx.2002-ci il tarixli, 100 №-li rəyi və onun verilməsi üçün əsas olan hər hansı sənəd idarədə tapılmamışdır.

33. “Suraxanıneft" NQÇİ-nin xx.xx.2002-ci il tarixli 100 saylı rəyinin həqiqiliyi birinci instansiya məhkəməsində araşdırma zamanı da təsdiqini tapmamışdır.

34. Belə ki, məhkəmə qərarının 1-ci səhifəsinin 3-cü abzasında göstərilmişdir ki, qeyd edilən mənzil xx.xx.1959-cu il tarixli, 01869 saylı order əsasında X3 istifadəsinə verilmişdir. Onların arasında alqı-satqı həyata keçirilmiş və mənzilin dəyəri tam ödənildikdən sonra xx.xx.2002-ci il tarixli, 100 №-li rəy verilmişdir.

35. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 283 saylı məktubu ilə belə bir halın qanunazidd olduğu bir mənalı şəkildə qeyd edilmişdir. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, müəssisə ilə İddiaçı özü və həyat yoldaşı əmək münasibətlərində olmadıqlarından onlara qeyd edilən rəy verilə bilməzdi.

36. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11653/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11653/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar