Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-971/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "Laza” Firmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsininə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli **********232200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və xx.xx.2022-ci il tarixli **********765000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Laza” Firması iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********600000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını xahiş etmişdir. Sonradan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********232200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və xx.xx.2022-ci il tarixli **********765000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi qərarların ləğv edilməsi və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********765000 saylı qərarı ilə hüquqi şəxs "xxxx" Firması (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmişdir. 2022-ci il Mənfəət dövrü üzrə xx.xx.2024-cü il tarixli **********600000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqan tərəfindən kameral vergi yoxlaması əsasında hesbalanmış əlavə vergi məbləğinə səbəb kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəştinin tətbiq olunmadığı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli kameral uyğunsuzluq məktubunda müvafiq bəndlərdə 1629.02 manat kənarlaşma olduğu göstərilmişdir. Bu kənarlaşma məbləğinə vergi orqanı 8954.4 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 52,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Xalça Loqa qerb 0.8*1.2, Xalça üçün üzlüy, Rusiya xalçası 1.0*1.5, Ərəb xalçası 1.0*1.5 və s." qeyd olunsa da, sözügedən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Təhlil zamanı iddiaçının fəaliyyətininin müvəqqəti dayandırıldığı, təsərrüfat subyektinin (obyektinizin) bağlı olduğu, həmçinin iddiaçı tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturanın ləğv edilmədiyi), eyni zamanda təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi aşkar edilmişdir. Odur ki, iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirir ki, iddiaçı riskli vergi ödəyicisi olmasına baxmayaraq onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun, eyni zamanda riskli əməliyyatlarla bağlı əldə edilmiş elektron qaiməfakturalara əsasən xərc məbləğinin qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda, habelə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz vergi güzəşti tətbiq olunmur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, cavabdeh İqtisadiyyat Nazirliyi yanında yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********232200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və xx.xx.2022-ci il tarixli **********765000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərarından cavabdeh İqtisadiyyat Nazirliyi yanında yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri X6 üzrə Baş İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi "Laza” Firmasının fəaliyyət növünün “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” olduğu müəyyən edilmişdir. Yəni, vergi ödəyicisinin fəaliyyət sahələri içərisində ticarət fəaliyyətinin olduğu aşkarlanmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 2022-ci il üzrə X1 Əlavə 1-də 1.3 Ehtiyatlar sətrində “Hesabat dövrünün əvvəlinə” ümumiyyətlə mal qalığı bəyan edilməmişdir. Bu da sübut edir ki, vergi ödəyicisinin 2022-ci ilin əvvəlinə mal qalığı olmamışdır. Hesabat dövrü ərzində əldə etdiyi elektron qaimə-fakturaları təhlil etdikdə isə müəyyən olur ki, vergi ödəyicisi 2022-ci il ərzində 22800 manat dəyərində mal (Ərəb xalçası 1.0*1.5, Xalça Loqa qərb 0.8*1.2, Rusiya xalçası 1.0*1.5) əldə etsə də, həmin il ərzində tərəfindən 52500 manat dəyərində mal (Ərəb xalçası1.0*1.5, Rusiya xalçası 1.0*1.5, Xalça LKoqa qərb 1.0*1.5, Xalça üçün üzlük, Portret toxunma bitki toxumlarından, Xalça Loqa 1.0*1.5, Xalça 0.8*1.2, Xalça Loqa qerb 0.8*1.2) təqdim etmişdir ki, bu da alınmış və satılmış malların həcmində uyğunsuzluq olduğunu, alınandan daha çox mal satıldığını sübut edir. Qeyd olunan hal da vergi ödəyicisinin riskli vergi ödəyicisi olduğunu bir daha sübut edir. Vergi ödəyicisinin 22800 manat dəyərində elektron qaimə-faktura əsasında aldığı mallar vergi ödəyicisi X3 (VÖEN: **********) alınmışdır. Hansı ki, həmin vergi ödəyicisinin fəaliyyəti “restoranlar tərəfindən xidmətlərin göstərilməsi” ilə bağlıdır və həmin malların satışını həyata keçirə biləcəyi vergi orqanında uçotda olan hər hansı təsərrüfat subyekti (obyekti) yoxdur. Eyni zamanda R.Səfərlinin fəaliyyətinin təhlili zamanı elektron qaimə-faktura əsasında təqdim etdiyi görünən 22800 manat dəyərində malın alışı və ya idxalı uçot-baza məlumatlarında aşkar edilməmişdir. Bu hal da tərəflər arasında olan əməliyyatın riskli olduğunu sübut edir. Vergi ödəyicisinin məhkəməyə sübut qismində təqdim etdiyi aktlara münasibətdə isə bildirik ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilən halı vergi ödəyicisinin 2022-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi də sübut edir. Belə ki, vergi ödəyicisi 2022-ci il üzrə X1 Əlavə 1-də 1.3 Ehtiyatlar, 1.3.2 Mallar sətrində “Dövr ərzində daxil olmuşdur” sütununda cəmi 22800 manat qeyd etmişdir ki, bu hal da sübut edir ki, məhkəmənin qərarında da istinad etdiyi aktlarla “təsdiq olunan” 46.489.65 manat dəyərində qeyd olunan mallar vergi ödəyicisi tərəfindən alınmamışdır. Bu səbəbdən də vergi ödəyicisinin özü tərəfindən dəfələrlə dəqiqləşmə verilməklə təqdim olunmuş bəyannamə ilə məhkəməyə təqdim olunmuş sənədlər arasında ziddiyyət olduğundan həmin sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməli, qeyd olunan hal araşdırılaraq hüquqi qiymət verilməli idi. Belə ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. İndiki halda isə həmin malların alışına dair hər hansı elektron alış aktı tərtib edilməmişdir. Məhkəmənin vergi ödəyicisinin fəaliyyət göstərməsinə baxmayaraq, vergi orqanında aktiv təsərrüfat subyektinin (obyektinin) olmaması barədə əsaslandırdığı İddiaçı firması ilə F.R.Səfərov arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi (icarə müddəti: xx.xx.2016xx.xx.2021) icarə müddəti bitdiyi tarixdən dayandırılmış və icarə haqqı ödənilməmişdir, xx.xx.2023-cü il tarixdən isə yenidən bərpa edilmişdir” fikrinə münasibətdə bildirilir ki, əməliyyatın həyata keçirildiyi xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin faktiki olaraq vergi orqanında aktiv təsərrüfat subyekti olmamışdır. Məhkəmənin qeyd etdiyi icarə müqaviləsi Laza Firması ilə X4 arasında bağlanmışdır. İddiaçının fəaliyyəti şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə bağlıdır və həmin icarə müqaviləsi də bu faktı təsdiq edir. Vergi ödəyicisi ərizə təqdim edərək fəaliyyətini xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırsa da faktiki olaraq fəaliyyət göstərmişdir ki, bunu 2022-ci il ərzində əldə etdiyi və təqdim etdiyi elektron qaimə-fakturalar da sübut edir. Məhkəmə isə qeyd olunan halları kifayət qədər araşdırmayaraq yekun qərar qəbul etmişdir. Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasından alınmış məlumata əsasən vergi ödəyicisinin əməliyatın həyata keçirildiyi dövrdə aktiv əmək müqaviləsi müəyyən edilməmişdir. Yuxarıda sadalanan faktlar bir daha iddiaçının riski əməliyyatları aparan şəxs olduğu aydın göstərir. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarının 2.1-ci bəndində qərarda qeyd edilən meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Bundan əlavə, iddiaçı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********765000 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar xx.xx.2022-ci il tarixdə saat 11:39:25-də vergi ödəyicisinin elektron kabinetinə lazımı qaydada çatdırılmış və vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 12:07:18-də oxunmuşdur. Bundan əlavə İddiaçı Firmasının icra orqanının rəhbəri X2 tərəfindən xx.xx.2023-cü il tarixdə (AVİS: xx.xx.2023-cü il tarixdə **********683300 nömrəli) Bakı şəhəri X6 üzrə Baş İdarəsinə müraciət edərək İddiaçı Firmasının riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmişdir. Baş İdarənin xx.xx.2023-cü il tarixli **********963300 nömrəli cavab məktubu ilə riskli əməliyyatların aradan qaldırılmadığından riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Həmin məktubun xx.xx.2023-cü il tarixdə saat 14:02:16-da vergi ödəyicisinin elektron kabinetinə lazımi qaydada çatdırılmış və vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:11:48-də oxunmuşdur. Qeyd edilən müraciətlər mübahisələndirilən qərarlar barədə vergi ödəyicisinin məlumatlı olmasını sübut etməklə bərabər iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsini təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin qərarında istinad edilən qarşı tərəfin təqdim etdiyi qaimə-fakturalar və aktlara münasibətdə bildirilməlidir ki, 2018-ci ildən qaimə-fakturaların elektron formada tətbiqinə keçirilib. 2020-ci ilin yanvar ayından etibarən isə alış aktları da elektron formada təqdim edilməlidir. Həmin sənədər, ümumiyyətlə, mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki həmin sənədlər elektron formada tərtib edilməmişdir. Hətta sənədlərdə qeyd olunmuş tarixlərdə belə saxtaşma faktı vardır. Əvvəl tarix olaraq 2022-ci il kimi qeyd olunub, sonradan isə 2021-ci il kimi dəyişdirilmişdir. 2021ci ilə nəzər salınsa müəyyən edilir ki, vergi ödəyicisi tərəfindən elektron formada təqdim edilmiş heç bir qaimə-faktura sənədi yoxdur. Vergi ödəyicisi həmin dövr üzrə vergi orqanına hər hansı bir bəyannamə də təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********765000 nömrəli qərarına əsasən, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixlərində cəmi 52500 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda " Xalça 0.8* 1.2, Xalça Loqa qerb 0.8* 1.2, Xalça üçün üzlüy, Rusiya xalçası 1.0* 1.5, Ərəb xalçası 1.0* 1.5 və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları’nın 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla). Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024- cü il tarixli **********600000 nömrəli qərar onunla əsaslandırılmışdır ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədbri üçün gəlirlər və xərclər Vergi Məcəlbsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlbsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024- cü il tarixli **********232200 nömrəli qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. - İddiaçının cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, İddiaçı firması tərəfindən 2022-ci il ərzində 52.500 manat dəyərində elektron qaiməfaktura təqdim olunmuşdur. İl ərzində xərclər: e-qaimə əsasında 22.918,65 manat, satıcı tərəfindən təqdim olunmuş 12 ədəd qaimə faktura və 10 ədəd alış aktları əsasında isə 46.489.65 manat, cəmi 69.408.3 manat təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Firma tərəfindən 2022-ci il üzrə təqdim olunan dəqiqləşdirilmiş X1 və təsdiqedici xərc sənədlərinin nəzərə alınması xahiş edilmişdir. - İddiaçının cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, İddiaçı Firması ilə F.R.Səfərov arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi (icarə müddəti: xx.xx.2016-xx.xx.2021) icarə müddəti bitdiyi tarixdən dayandırılmış və icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinin ləğvinə dair müqavilə əlavə edilir. Eyni zamanda bildirilir ki, 2022-ci il üzrə dəqiqləşdirilmiş əmlak vergisi bəyannaməsi təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Firma tərəfindən 2022ci il üzrə təqdim olunan dəqiqləşdirilmiş Mənfəət vergi Bəyannaməsini nəzərə alınması xahiş edilmişdir. - İddiaçının cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktublarında qeyd edilmişdir k, İddiaçı firması ilə F.R.Səfərov arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi (icarə müddəti: xx.xx.2016-xx.xx.2021) icarə müddəti bitdiyi tarixdən dayandırılmış və icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsinin ləğvinə dair müqavilə əlavə edilir. Yuxarıda qeyd olunanlara əsasən Firma tərəfindən 2023-cü il üzrə təqdim olunan dəqiqləşdirilmiş Mənfəət vergi Bəyannaməsini nəzərə alınması xahiş edilmişdir. - İddiaçının cavabdehə ünvanlandığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli məktublarında qeyd edilmişdir k, İddiaçı firması ilə F.R.Səfərov arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi (icarə müddəti: xx.xx.2016-xx.xx.2021) icarə müddəti bitdiyi tarixdən dayandırılmış və icarə haqqı ödənilməmişdir. - İddiaçının qeyd edilən dövr üzrə daxil olmasının 52.500,00 manat olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdeh qurum gəlirin əldə edilməsi ilə bağlı yalnız 366.50 manat xərci nəzərə almış (gəlirdən çıxılan xərc), belə olan təqdirdə vergiyə cəlb olunan gəlir 52.500,00 manat olmaqla mübahisələndirilən qərarla cəmi 8954,40 manat gəlir vergisi ((52500-366,5 x20%)-1472.30) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: “ ... 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla). 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə”. 03 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir. Yuxarıda qeyd olunan meyarların 3.1.1-ci bəndi iddiaçının fəaliyyətinə tətbiq edilərək riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Halbuki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir. Belə ki, qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaiməfakturalarda satışında “Xalça 0.8* 1.2, Xalça Loqa qerb 0.8* 1.2, Xalça üçün üzlüy, Rusiya xalçası 1.0* 1.5, Ərəb xalçası 1.0* 1.5 və s” deyil, başqa mal olsun. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı firması tərəfindən 2022-ci il ərzində 52.500 manat dəyərində elektron qaimə-faktura təqdim olunmuşdur. İl ərzində xərclər e-qaimə əsasında 22.918,65 manat, satıcı tərəfindən təqdim olunmuş 12 ədəd qaimə faktura və 10 ədəd alış aktları əsasında isə 46.489.65 manat, cəmi 69.408.3 manat təşkil etmişdir. Həmçinin iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı firması ilə F.R.Səfərov arasında qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi (icarə müddəti: xx.xx.2016-xx.xx.2021) icarə müddəti bitdiyi tarixdən dayandırılmış və icarə haqqı ödənilməmişdir, xx.xx.2023-cü il tarixdən isə yenidən bərpa edilmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir. Qaydaların 3.1.1-ci bəndinə əsasən alınan və təqdim edilən mal çeşidləri əlaqəsiz olduqda, əvvəlkinin emalının nəticəsi olmadıqda və ya vergi ödəyicisi qeyd edilən halı ağlabatan şəkildə əsaslandıra bilmədikdə vergi ödəyicisi üçün məsuliyyət yarada bilər. Satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Bu, yalnız ödəyicinin xərc(lər)ini təsdiq etməməsi ilə nəticələnə bilər. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Əgər müvafiq təqdimetmə əmtəəsiz hesab edilirsə, o zaman həmin əməliyyatdan əldə edilmiş gəlir də vergitutma obyekti kimi nəzərə alınmamış olmalıdır. Vergi məsuliyyəti müəyyən edən qərara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir. Bununla əlaqədar birinci instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin buraxılmış müddətlə bağlı dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan mübahisələndirilən qərarın müvafiq qaydada vergi ödəyicisinə çatdırılmasını sübuta yetirə bilmədi. Qərarın elektron qaydada oxunması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2159/20 saylı, 04 noyabr 2020-ci il tarixli və 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarları). Apellyasiya şikayətinin dəlillərinə elektron kabinetə göndərilmiş qərarın elektron imza ilə təsdiq edildiyi və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmasını təsdiq edən sübutlar əlavə edilməmiş, həmçinin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən müvafiq sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, müddətin ötürülməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7201/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-971/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-971/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver