Məhkəmə qərarları › İş №2-1(103)-972/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-972/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-972/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1411/2019 saylı 09 dekabr 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 07 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Simihov Əmrulla Kəbir oğlunun adına olan torpaq sahəsinin faktiki 400 m2, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.03.2019-cu il tarixli qərardadına əsasən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli 21(81)1411/2019 saylı qərardadı ilə (hakim Ş.Süleymanova) İddiaçı mərhum həyat yoldaşı Simihov Əmrulla Kəbir oğlunun adına olan torpaq sahəsinin faktiki 400 m2, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17.07.2019-cu il tarixli 2-1(103)-1566/2019 saylı qərardadı ilə (Hakimlər: A.Nuriyeva, V.Ağayev, C.Yusifov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli 2-1(81)1411/2019 saylı qərardadının ləğv edilərək işin təkrar baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı 09.10.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 3 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 m2 texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 m2) çıxarışın X3 adına mərhum həyat yoldaşının adına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 28.11.1958-ci ildə Yasamal rayonu Zaur Kərimov küçəsi 162 evə dair X9 Oktyabr (indiki Yasamal) rayonu ispolkomu ilə icarə müqaviləsi bağlamışdır. Mərhum həyat yoldaşı X10 24.06.1995-ci ildə rəhmətə getmişdir. ünvan 3 ünvanda yerləşən evə mərhum həyat yoldaşı X3 adına çıxarış almaq üçün o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə və 1 saylı Bakı Ərazi idarəsinə çıxarış verilməsi barədə göstəriş verilməsinə dəfələrlə sənədlərlə birlikdə müraciət etsə də, sənədləri ondan qəbul etməyərək bildirmişlər ki, mərhum həyat yoldaşı X3 ölüm haqqında şahadətnaməsi ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportakı adam eyni adam deyil. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli 2-1(81)1411/2019 nömrəli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin qismən təmin edilməsi, ünvan 4 ünvanda yerləşən evin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna uyğun olaraq 300 m2 çıxarışı (arayışı) X3 adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, 300 m2 torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşının istifadəsinə qanuni əsaslarla ayrılmışdır. Lakin o, həmin əmlak üzərində qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etsə də, bu hüququ rəsmiləşdirmək üçün müraciət etməmişdir. Belə olan halda, iddiaçının mərhum həyat yoldaşının vəfat edənə qədər qanuni əsaslarla həmin ünvana mülkiyyət hüququ əldə etdiyindən, lakin həmin hüququ təsdiq edən çıxarış almadan vəfat etdiyinidən, onun qanun üzrə vərəsəsi İddiaçı qanunvericiliyə əsasən həmin ev üzərində mülkiyyət hüququnun ölmüş şəxs X5 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ var. Buna görə də iddia 300 m2 torpaq sahəsinə dair hissədə əsaslıdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli, 2-1(81)-1411/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli 2-1(81)-1411/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, 24.07.1995-ci il tarixdə vəfat etmiş X2 miras əmlakına dair vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Bakı şəhəri 19 saylı Notariat Kontoruna müraciət etmişlər. 11.06.2012-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Lakin sənədləşdirmə aparılması və vərəsəlik şəhadətnaməsi verilməsi üçün ünvan 5 ünvanında yerləşən həyət evinə dair çıxarış olmadığı üçün imtina edilmişdir. Mərhumun miras əmlakına dair sənədlərdə uyğunsuzluq və evə dair çıxarış almaq üçün düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər, lakin məhkəmə iddianı mümkünsüz hesab etmişdir. Əsas kimi isə mülkiyyət hüququnun tanınaraq çıxarış alınmasından əvvəl vərəsəlik hüququnun tanınmasını qoymuşdur. Notariat kontorundan onlara verilən 22 dekabr 2018-ci il tarixli 696 saylı cavab məktubundan da aydın görünür ki, 11.06.2012-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Şəhadətnamə vermək üçün onlar çıxarış təqdim etməlidir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən arxiv arayışına əsasən torpaq sahəsi 300.0 kv.m göstərilib, lakin faktiki olaraq torpaq sahəsi yol hissəsindən genişləndirilərək 400.0 kv.m təşkil edir və əlavə tikililər inşa edilmiş, layihədə göstərilən tikililər faktiki ölçülərlə uyğunsuzluq təşkil edir. Bundan başqa fərdi yaşayış evin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Məhkəmələrin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.08.2020-ci il tarixli 21(103)- 842/2020 nömrəli qərardadına əsasən iddiaçının apellyasiya şikayətinin rədd edilməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli 2-1(81)-1411/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Yasamal rayonu ev 162 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 m2 texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 m2) mərhum həyat yoldaşı X3 adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilk öncə qeydiyyat orqanına arayış verilməsi üçün müraciət etməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına çıxarış verilməsi üçün müraciət etməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2211/2020 saylı 08 dekabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.08.2020-ci il tarixli 21(103)-842/2020 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qızı) Nümayəndə öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətlərinə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, X1 Mələk Qulu qızı ilə 23.10.1955-ci il tarixində evlənmişlər və arvadı Simihova familiyasını götürmüşdür. Oktyabr rayon Xalq Deputatları Sovetinin 28.11.1958-ci il tarixli 53 saylı protokolu ilə 2-ci Xrebtovıy küçəsi ev 12 ünvanında yaşayan X6 3154 kvartalda, 1-ci ünvan 6i yaşayış evinin tikintisi üçün sahəsi 300,0 m2 olan 938 saylı torpaq sahəsi ayrılmışdır. Oktyabr rayon X9 28.11.1958-ci il tarixli 53 saylı qərarına əsasən X4 4 kvartalda, 1-ci Yasamal ev 162,938 saylı torpaq sahəsində fərdi yaşayış evinin işi üzrə işlərin aparılması Bakı şəhər İcraiyyə Komitəsinin İnşaat və Memarlıq İşləri şöbəsi tərəfindən 16.03.1959-cu ildə 157 saylı icazə verilmişdir. X11 24.06.1995-ci il tarixində ölmüşdür. İddiaçı cavabdehə dəfələrlə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən evə dair onun adına müvafiq çıxarış verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətlərini təmin etməkdən imtina etmişdir. Belə ki, cavabdeh 23.01.2019-cu il tarixli imtinasını belə əsaslandırmışdır ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən arxiv arayışına əsasən torpaq sahəsi 300,0 m2 göstərilib, lakin faktiki olaraq torpaq sahəsi yol hissəsindən genişləndirilərək 400,0 m2 təşkil edir və əlavə tikililər inşa edildiyindən, layihədə göstərilən tikililər faktiki ölçülərlə uyğunsuzluq təşkil edir. Bundan başqa fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, ünvan 7 ünvanına dair mərhum X3 adına mülkiyyət hüququ daşınmaz əmlak dövlət reyestrindən qeydiyyata alınmalıdır və həmin əmlak ilə bağlı vərəsəyə çıxarış verildikdən sonra qanunvericiliyə uyğun təqdim edilmiş sənədlər əsasında ərizəyə yenidən baxıla bilər. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia və onun dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının verilmiş tələbi ilə bağlı qərar qəbul etməkdə haqlı olmamışdır. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2211/2020 saylı 08 dekabr 2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının təhlilindən aydın olur ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən isə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərinə mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin qanunvericilik hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarışın və hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsinə aid hüquqi əsasları fərqləndirməmiş, əksinə Qanunun 8-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara dair vahid siyahı müəyyən etmişdir. Başqa sözlə, həm hüquqların dövlət qeydiyyatına alınması barədə çıxarış, həm də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış yalnız Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslara görə verilə bilər və istər çıxarışın, istərsə də arayışın verilməsinə dair iddia tələblərinə qiymət verilməsi zamanı Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğu yoxlanılır. Hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yuxarıda göstərilənlərlə bağlı, yəni onun mərhum şəxsin adına müvafiq arayışın verilməsi ilə bağlı iddia tələbini dəqiqləşdirmək üçün hüquqi yardım göstərilməmişdir. Halbuki İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Hazırkı iş üzrə iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən yardım edilsə də, iddiaçı tələbinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq ərizəni təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının mərhumun adına daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi barədə dəqiqləşdirilmiş iddia vermək hüququ olduğu halda, onun səhvən qoyduğu- adına daşınmaz əmlaka müvafiq çıxarışın verilməsi ilə bağlı tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Bu baxımdan Kollegiya yuxarıda göstərilən qaydada iddiaçının tələbinin dəqiqləşdirilməsi yolu ilə iddia tələbinə məhkəmədə baxılmasının mümkünlüyünü və bu hüququn hələ itirilmədiyini nəzərə alaraq hesab edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən təkrarən baxılarkən məhkəmə onun “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və ya dəyişdirilməsi barədə ərizə verə biləcəyini təklif etməli, yalnız bundan sonra işə mahiyyəti üzrə baxmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 09 dekabr 2019-cu il tarixli qərar ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1411/2019 saylı 09 dekabr 2019cu il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar