Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-972/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10224/2022 saylı 17 noyabr 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı ərizə ilə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və İQ-01/1 saylı xx.xx.2022-ci il tarixli qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: CY 1886731), hazırda ünvan 3 ünvanında müvəqqəti yaşayan, 28 may 1988-ci il təvəllüdlü İddiaçı 30 mart 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 07-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində dünyaya gəldiyini, dini etiqadına görə xristian (katolik) olduğunu, orta məktəbi bitirdikdən sonra mühasibatlıq ixtisası üzrə təhsil aldığını, müxtəlif şirkətlərdə menecer vəzifəsində çalışdığını bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi 2013-cü ildə ailə həyatı qurduğunu, bu evlilikdən övladının olmadığını, bir bacısının olduğunu, valideynlərinin və bacısının hazırda Lahor şəhərində yaşadıqlarını bildirmişdir. İddiaçı Barret Hodgson adlı şirkətdə işlədiyini, xristian olmasına baxmayaraq vəzifədə irəli çəkildiyini, lakin müsəlman həmkarlarının bundan narazı qaldıqlarını, 22 may 2021-ci il tarixdə naməlum şəxslər tərəfindən oğurlandığını, azadlığa buraxılması müqabilində ailə üzvlərindən müəyyən məbləğdə pul alındığını, eyni zamanda məcburi şəkildə dininin dəyişdirildiyini, islam dininə keçdiyini və müsəlman qadınla nikahının kəsildiyini söyləmişdir. O, azadlığa buraxıldıqdan sonra naməlum şəxslərin ondan bir neçə dəfə pul tələb etdiklərini, əks halda barəsində polisə şikayət edərək onu küfr etməkdə günahlandıracaqlarını (islamı qəbul etdiyi halda kilsəyə getməsinə görə) bildirmişdir. Ərizəçi üç dəfə həmin şəxslərin tələb etdikləri məbləği (ümumilikdə 900.000 rupi) ödədiyini, lakin növbəti məbləği ödəməkdən imtina etdiyini, 27 fevral 2022-ci il tarixdə barəsində polisə şikayət edildiyini, bundan sonra Lahoru tərk edərək Karaçi şəhərinə getdiyini (xx.xx.2022), bir neçə gün orada qaldıqdan sonra ölkəsini tərk edərək 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizəçi hazırda Pakistana qayıtmaq istəmədiyini, qayıdacağı təqdirdə barəsində polisə edilmiş şikayət nəticəsində həbs ediləcəyindən və küfr etməkdə günahlandırılacağından ehtiyat etdiyini söyləmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı özü barədə söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı Pakistanı tərk etməsinə səbəb olmuş maddi faktların təhlili və inandırıcılığın qiymətləndirilməsi zamanı onun söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilmiş və o, bunun səbəblərini əsaslı şəkildə izah edə bilməmişdir. Belə ki, ərizəçi naməlum şəxslər tərəfindən oğurlandığını, sonradan ondan bir neçə dəfə pul tələb etdildiyini desə də, onun hüquq mühafizə orqanlarına heç vaxt şikayət etməməsi söylədiklərini şübhə altına almışdır. Bundan başqa, ərizəçinin ölkəsində daxili yerdəyişmə alternativi olduğu halda o bundan cəmi bir neçə gün istifadə etmiş, Lahoru tərk edərək Karaçi şəhərinə getmiş və orada olduğu müddət ərzində heç vaxt təhdid və təqibə məruz qalmamışdır. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü bəndinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın’’ statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 16 iyun 2022-ci il tarixli, 10 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-ci bəndini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 1988-ci il mayın 28-də Pakistanın Lahor şəhərində xristian ailəsində anadan olmuşdur. Atasının adı Asif Sadiq, anasının adı Ruqiyyə Asifdir. Kıran Asif adlı böyük bacısı vardır. Ailəlidir və ailəsi ilə birlikdə yaşayır. Təhsilini başa vurduqdan sonra əczaçılıq şirkətində tibb nümayəndəsi kimi işləməyə başlamış, 9 sentyabr 2013-cü ildə valideynləri onu X6 adlı xristian qızla evləndirmişdirlər. Onlar xoşbəxt həyat keçirmiş və hər ikisi Dubay-BƏƏ-yə köçmək qərarına gəlmiş və orada işə başlamışdırlar. Ancaq 2016-cı ildə ərizəçinin anasının xəstəliyi ilə əlaqədar olaraq, onlar tezliklə Pakistana qayıtmaq qərarına gəlmiş və valideynlərinə də baxmağa başladılar. Xaricdə iş təcrübəsi olduğu üçün yenidən yaxşı maaş paketi ilə daha yaxşı işə düzəlmiş, Çalışqan və fədakarlığını sayəsində Əczaçılıq Şirkətində sahə meneceri vəzifəsinə yüksəlmiş və onu avtomobillə mükafatlandırmışdırlar. Bütün həmkarları onun vəzifəsini görüb hədsiz dərəcədə qısqanırdılar. Onlar ərizəçinin dininə görə ona qarşı son dərəcə qərəzli idilər. Bir neçə dəfə müxtəlif yollarla ərizəçiyə təklif etdilər, məcbur etdilər və İslamı qəbul etməyinə təzyiq etdilər. 22 may 2021-ci ildə həmkarları onu şam yeməyinə gətirdilər və nahar etdikdən sonra ərizəçi tamamilə huşunu itirmişdir. Gözünü açan zaman, naməlum yerdə qaranlıq otaqda, əl-ayağı kəndirlə bağlanmışdır. Davamlı olaraq naməlum şəxslər tərəfindən ona qarşı mənəvi və fiziki işgəncələr verilirdi. Onların ərizəçini öldürmək planı var idi, onu valideynləri ilə danışmağa məcbur etdilər ki, onlara fıdyə pulu ayırsın. Hətta valideynlərindən pul aldıqdan sonra, onların fikrincə, ərizəçinin azad olmağının yeganə şərti islamı qəbul etmək və naməlum müsəlman qızla evlənmək təklifi istisna olmaqla idi. O zaman ərizəçinin xilas olmaq və azadlığını geri qaytarmaq üçün başqa seçimi yox idi. Nəhayət, ərizəçini İslam dinini qəbul etdirməyə məcbur etdilər, həm də onu zorla müsəlman bir qızla evləndirdilər. Fiziki işgəncələrin, mantel işgəncələrinin, zorla İslamı qəbul etmələrinin və həmçinin naməlum müsəlman qızla zorla evləndirilməsinin səbəbi ərizəçinin ailəsini şantaj etmək, ailəsinin onlara qarşı hər hansı qanuni tədbir görməsinə mane olmaq idi və onlar da hədəqorxu gəlmək planı qurmuşdular: Şəriət qanunlarına əsasən ərizəçinin və onun ailəsindən daha çox Fıdyə pulu toplamaq. Onlar ərizəçini küfr ittihamı ilə ittiham etməyi planlaşdırmışdılar. X10 zorla qəbul etdikdən sonra müsəlman qadınla evlənməyə məcbur oldu. Pakistanın şəriət qanunlarına görə, müsəlman olmayan kişilərin müsəlman qadınla evlənməsinə icazə verilmir. İslam şəriət qanunlarına əsasən iki ağır cinayət törətdikdən sonra ərizəçini ölüm cəzası və ciddi həyat təhdidləri gözləyir. Ərizəçi həyatını xilas etməli idi, ona görə də fövqəladə vəziyyətdə Lahordan Karaçiyə qaçıb Bakıya uçmalı oldu. Ərizəçi 04 mart 2022-ci ildə Azərbaycana gəlib. 30 mart 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 07-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, Pakistan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. 16 iyun 2022-cu ildə DMX İQ-01/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaş olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdırlar. Ərziəçi qeyd edilən qərarla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı 25 may 2022- ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 07-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, İddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində dünyaya gəldiyini, dini etiqadına görə xristian (katolik) olduğunu, orta məktəbi bitirdikdən sonra mühasibatlıq ixtisası üzrə təhsil aldığını, müxtəlif şirkətlərdə menecer vəzifəsində çalışdığını bildirmişdir (həmçinin Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi 2013-cü ildə ailə həyatı qurduğunu, bu evlilikdən övladının olmadığını, bir bacısının olduğunu, valideynlərinin və bacısının hazırda Lahor şəhərində yaşadıqlarını bildirmişdir). Barret Hodgson adlı şirkətdə işlədiyini, xristian olmasına baxmayaraq vəzifədə irəli çəkildiyini, lakin müsəlman həmkarlarının bundan narazı qaldıqlarını, 22 may 2021-ci il tarixdə naməlum şəxslər tərəfindən oğurlandığını, azadlığa buraxılması müqabilində ailə üzvlərindən müəyyən məbləğdə pul alındığım, eyni zamanda məcburi şəkildə dininin dəyişdirildiyini, islam dininə keçdiyini və müsəlman qadınla nikahının kəsildiyini söyləmişdir. O, azadlığa buraxıldıqdan sonra naməlum şəxslərin ondan bir neçə dəfə pul tələb etdiklərini, əks halda barəsində polisə şikayət edərək onu küfr etməkdə günahlandıracaqlarını (islamı qəbul etdiyi halda kilsəyə getməsinə görə) bildirmişdir. Ərizəçi üç dəfə həmin şəxslərin tələb etdikləri məbləği (ümumilikdə 900.000 rupi) ödədiyini, lakin növbəti məbləği ödəməkdən imtina etdiyini, 27 fevral 2022-ci il tarixdə barəsində polisə şikayət edildiyini, bundan sonra Lahoru tərk edərək Karaçi şəhərinə getdiyini (xx.xx.2022), bir neçə gün orada qaldıqdan sonra ölkəsini tərk edərək 04 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizəçi hazırda Pakistana qayıtmaq istəmədiyini, qayıdacağı təqdirdə barəsində polisə edilmiş şikayət nəticəsində həbs ediləcəyindən və küfr etməkdə günahlandırılacağından ehtiyat etdiyini söyləmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, yuxarıda qeyd olunan halları əsaslı şəkildə izah edə bilməmişdir. Belə ki, ərizəçi naməlum şəxslər tərəfindən oğurlandığını, sonradan ondan bir neçə dəfə pul tələb etdildiyini desə də, onun hüquq mühafizə orqanlarına neç vaxt şikayət etməməsi söylədiklərini şübhə altına almışdır. Bundan başqa, ərizəçinin ölkəsində daxili yerdəyişmə alternativi olduğu halda o, bundan cəmi bir neçə gün istifadə etmiş, Lahoru tərk edərək Karaçi şəhərinə getmiş və orada olduğu müddət ərzində heç vaxt təhdid və təqibə məruz qalmamışdır. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10224/2022 saylı 17 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK. Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi. 51-ci bəndi). Bu ehtimal ağlabatandır ki, Pakistana qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır. Beləliklə, Pakistana qayıdacağı təqdirdə onun İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ona qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan anti-həzara silahlı birləşmələridir. Ərizəçi təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Bundan əlavə, o, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-m Təlimatına əsasən (77-79-cu paraqraflar) "müəyyən sosial qrup" bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq. din və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Onun təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. O, əvvəllər xrsitian olmuşdur. MÖM göstərir ki, xristianlar qeyri-adekvat mühitdə yaşayırlar. Öz ölkəsindən himayə edə bilməmə və alternativ yerdəyişmə imkanının olmaması. O, qeyrirəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Pakistan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Pakistana dair Mənşə Ölkəsi məlumatlarına əsasən, qeyridövlət nümayəndələri tərəfindən təhdid olunana zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK. 2018): “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Pakistanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Pakistan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir. Yüksək səviyyədə korrupsiya, səmərəsiz idarəetmə və cəzasızlıq mühiti müşahidəçilər tərəfindən qanunun aliliyinin zəiflədilməsi və dövlətin insan hüquqlarının pozulmasından qorunma qabiliyyətini zəiflədirən amillər kimi təqdim olunur. Hökumətin insan hüquqlarının qorunması imkanları bir çox rayonlarda təhlükəsizliyə və anti-hökumət qüvvələri tərəfindən çox sayda hücumlar səbəbindən səmərəsiz olur". Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı etnik və dini əqidəsinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Pakistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hiiquqi əsasları mövcuddur. Cavabdeh İİQ-in 21-ci maddəsini pozaraq onun dinlənilmə hüququnu təmin etməyib. Onun müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması stibut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda onun iştirakını nəzərdə tutur. Bu baxımdan onun mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh onun izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasma uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, onun izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməmiş və araşdırılmamışdır. Eləcə də cavabdeh onun müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməmişdir. Bununla da İİQ-nin 10 və 26-cı maddələrinin pozuntusuna yol verilmişdir. Həmçinin cavabdeh ona lazımi hüquqi məsləhətləri verməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh onun dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozmuş, eləcə də cavabdehin qərarı əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmamış və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, xx.xx.1988-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçılə xx.xx.2022-ci il tarixdə müsahibə aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə ölkəsini qanuni yolla tərk edərək təyyarə ilə qanuni yolla Azərbaycan Respublikasına gəldiyini, ünvan 4 ünvanda yaşadığını və həmin ünvanda qeydiyyata alındığını, başqa ölkədə heç vaxt olmadığını, qaçqın statusu almaq məqsədilə beynəlxalq təşkilata və ya səfirliyə müraciət etmədiyini, “Pakistanı niyə tərk etmisiniz?” sualına “Mən 2013-cü ildə Nabeela adlı xristian qızla ailə həyatı qurdum və biz 2014-cü ilin fevral ayında Dubayda işləməyə getdik. Mən “Du telecom” şirkətində, arvadım isə “Medi clinic city hospital”da tibb bacısı işləyirdi”, “X7 nə vaxt və nə səbəb qayıtdınız?” sualına “Biz 2016-cı ilin iyul ayında anamın halı pisləşdiyindən geri Pakistana qayıtmalı olduq. Bacım ərə getdikdən sonra anam tək qalmışdı”, “Bəs atanız orada deyildi?” sualına “Atam tək xəstə anama baxa bilmirdi”,“Pakistana qayıtdıqdan sonra nə işlə məşğul idiniz?” sualına “X11 Pakistan adlı farmsevtika şirkətində, arvadım isə xəstəxanada işə düzəldik. Mənim işlərim yaxşı gedirdi. O qədər yaxşı idi ki, məni işdə vəzifədə irəli çəkdilər. Xidməti maşın verdilər. Mənim belə irəli getməyim iş yoldaşlarımmın xoşuna gəlmirdi. Onlar mənə qibtə edirdilər və hətta mənə xristian olduğumu da bildirib dinimi dəyişməyimi təklif edirdilər. xx.xx.2021-ci il tarixdə iş yoldaşlarımla bir ziyafət zamanı mənim içkimin içinə nəsə qatdılar və mən ayılandan gördüm ki, qaranlıq bir yerdəyəm, ayaqlarım bağlıdır. Bir neçə şəxsin səsini eşidirdim, çünki gözlərim və ağzım bağlı idi. Bu şəxslər məni işgəncə edib döyürdülər”, “Onlar Sizə necə işgəncə verirdilər?” sualına “Əl-ayaq və taxta ilə vururdular”, “Onlar Sizdən nə istəyirdilər?” sualına “Mənim girov götürdükdən 1-2 gün sonra evdəkilərə zəng edib 500000 rupi (təqribi 2800 dolla) pul tələb ediblər”, “Onlar pulu kimdən istəyiblər?” sualına “Atamdan”, “Siz onlara tələb etdikləri pulu verdiniz?” sualına “ Bəli atam onlara pulu çatdırdı”, “Atam pulu onlara necə çatdırdı?” sualına “Onlar Lahor şəhərində Barkat market yanında bir yerə pulu qoymağı tapşırdılar, atam da oraya apardı pulu”, “Siz bu qədər pulu hardan tapdınız?” sualına “Mən və arvadım işləyəndə yımışdıq”, “Pulu onlara çatdırandan sonra nə oldu?” sualına “Onlar məni buraxmazdan əvəl zorla islamı qəbul etdirdilər. Bir müsəlman qızla nikahımı kəsdilər və sonra məni bir boşluq yerdə buraxdılar”, “Bu necə baş verdi?” sualına “Onlar bir molları oraya çağırdılar və mənim gözümü açmışdılar və həmin mollanın sifətini gördüm, amma məni oğurlayan iki şəxsin üzündə maska var idi”, “Sizi neçə nəfər oğurlamışdı?” sualına, “Dəqiq deyə bilmərəm, 2-3 nəfər olardı”, “Bəs Sizi kimlə evləndirdilər?” sualına, “Məni tanımadığım bir başı-üzü bağlı qızla evləndirdilər”, “Sizi buraxdıqdan sonra nələr baş verdi?” sualına, “Onlar məni 5 gün girov saxlayıblar və sonra evimizin 1 km-liyində buraxıblar”, “Siz evə qayıtdıqdan sonra həmin şəxslərə qarşı polisə şikayət etdiniz?” sualına, “Onlar hələ pul tələb edəndə atama dedilər ki, polisə şikayət etsən oğlunu öldürəcəyik. Buna görə də biz polisə şikayət etmədik, Atam gedib dövlət idarəsindən bu nikahın həqiqi olub-olmamasını yoxladı və məlum oldu ki, nikah qeydə alınıb və əslidir”, “Bəs o müsəlman qızla nə baş verdi?” sualına, “O, qızın qardşı da məni girov saxlayanlardan biri idi və məni evə buraxandan sonra da onlar bizdən yenə bir aydan sonra 100000 rupi pul istədilər, “Bu pulu Sizdən niyə istəyirdilər?” sualına, “Onlar dedilər ki, mən artıq müsəlman olmuşam, amma xristianlığı atmamışam və pulu isə həmin qız üçün tələb edirlər. Bundan sonra bir dəfə 10000 rupi və bir dəfə məni buraxdıqdan 2.5 ay sonra 300000 rupi istədilər və biz bunu tapıb verdik”, “Onlar pulları Sizdən hər dəfə hansı səbəblə alırdılar?” sualına, “Onlar deyirdilər ki,Sizin oğlunuz bizim qızla evlidir, amma hələ də xristian olaraq qalıb, baxmayaraq ki, İslamı qəbul edib və bizim qızın da qayğısına almır”, “Onlar hər dəfə pulu tələb edəndə Siz də aparıb verirdiniz?” sualına, “Bəli. Əgər verməsəydik məni ölümlə hədələyie, müsəlman anunları pozmada ittiham edirdilər. Onlar sonuncu dəfə məni buraxdıqdan 4.5 ay sonra ******* rupi istədilər və biz verə bilmədik. Ona görə də onlar polisə mənə qarşı şikayət etdilər ki, mən islam qanunları pozuram, müsəlman olaraq klsəyə getməyi davam edirəm və xürufiliklə məşğulam. Mənim tanımadığım Anvar Uİ Haq adlı şəxs məhkəməyə vermişdir”, “Bu qədər Sizə iftitarlardan sonra Siz yenə də polisə şikayət etmədiniz?” sualına, “Xeyr, etmədim. Qorxdum ki, polis əksinə məni tutacaq, çünki onlar hamısı əlbir idi və mənə qarşı üstəlik cinayət işi açılmışdı”, “Bəs Siz nə etdiniz?” sualına, “Mən bilet alıb Kəraçiyə, ordan da Bakıya gəldim”, “Sizin arvadınız və valideynləriniz hardadır?” sualına, “Onlar Lahordakı evdən çıxıb başqa evə getdilər və sonra da mənimlə Kəraçiyə gəldilər və mən oradan Bakıya gəldim, onlar isə orada qaldırlar”, “Sizin zorla müsəlmanlığıa keçməyinizə arvadınız, ata və ananızın münasibəti necə oldu?” sualına, “Onlar belə bir vəziyyətdə yalnız mənim sağ-salamat qalmağımı arzulayırdılar və bu səbəbdən mənim ölkəni tərk etməyimim tərəfdarı idilər”, “Yəni Sizin Azərbaycana gəlməyinizi qohumlarınız məsləhət bildi?” sualına “Xeyr, mən internetdən öyrəndim ki, o vaxt yalnız Azərbaycan və Misirə e-viza almaq olur. Həm də BMT QAK ofisinin yerini öyrəndim. Bakıya gələndə də əvvəl sığınacaq üçün BMTQAF ofisina getdim və onlar məni Sizin İdarəyə göndərdilər”, “Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi?” sualına, “Məni girov saxlayanlar ailə üzvlərimə məni öldürməklə hədələyirdilər”,“Pakistanda Kəraçidə və ya başqa bir şəhərdə qala bilmirdiniz. Ailənizin digər üzləri ilə birlikdə. Onlar indi Kəraçidə qalırlar, onları kimsə təhdid edirmi?” sualına, “Xeyr, əsas təhdid olunan şəxs mən idim və mən artıq ölkədən getmişəm və həmin adamlar da artıq heç kimi təhdid etmir”,“Siz də başqa bir şəhərdə rahat yaşaya bilərdiniz?” sualına, “Pakistanda mən işləməli idim və bunun üçün şəxsiyyət vəsiqəsi və mobil telefonun qeydiyyatı lazım olacaqdı. Mənimi axtaranlar da bunlar vasitəsilə məni asan tapa bilərdirlə”, “Siz hazırda ailə üzvlərinizlə əlaqə saxlayırsınız?” sualına, “Arvadımla danışıram, Whatsapla”, “Bəs burda hansı pulla qalırsınız, işləyirsiniz?” sualına, “Xeyr, işləmirəm. Evdəkilər hərdən pul göndərir”, “Pakistanı tərk etməyinizin hər hansı başqa bir səbəbi varmı?” sualına, “Xeyr, başqa səbəb yoxdur. Mən orada qalsa idim məni yalandan xürüfilikdə ittiham edib həbs edərdilər. Daim pul tələb edərdilər”, “Pakistana qayıtmaq istəyirsinizmi?” sualına, “Xeyr, indi qayıtmaq çətindir”, “Əgər Pakistana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına, “Məni həbs edərlər və ya öldürərlər”, “Siz Dubaya niyə getmədiniz, Axı orada işləmisiniz?” sualına, “Dubaya viza almaq asan deyil. Orada əvvəl iş tapmaq lazımdır”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına, “Mən həyatımı xilas etmək üçün buraya gəlmişəm. Bir iş tapıb burada qalmaq istəyirəm”,“Yənu ümumiyyətlıə geri qayıtmaq fikriniz yoxdur?” sualına, “Mən inanmıram ki, məni təqib edənlər məndən belə tez əl çəksinlər”, “Urdu dilində verilən sualları başa düşdünüzmü?” sualına, “Bəli, cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Pakistan İslam Respublikasına qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X2rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd edilmiş “qərəzsiz tərcüməçinin iştirakının təmin olunmaması” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizə-anketin) 40-ci bəndindən görünür ki, iddiaçıdan Urdu dilində verilən sualları başa düşüb-düşməməsi soruşulmuş və o da “Bəli” deyərək cavablandırmışdır. Apellyasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10224/2022 saylı 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10224/2022 saylı 17 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-972/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-972/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver