Məhkəmə qərarları › İş №2-1(103)-972/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-972/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-972/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X26 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X16 və X7 ibarət tərkibdə, X21-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “3-cü şəxs X23 və digərlərinin mənzildən qeydiyyatdan çıxarılması” barədə tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7445/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarından 3cü şəxs Məmmədova Nəzakət Həsən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: **********77-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixdə ¼ hissədə X12 adına; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə ¼ hissədə İddiaçı Cəbrayil qızının adına; ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixdə 2/4 hissədə X4 adına paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə Bakı şəhər 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 2V-69 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında ¼ hissə paydan ibarət olmaqla İddiaçı Cəbrayil qızının adına qeydiyyata alınmış, ona paylı mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Paylı mülkiyyətçilər olan X27 və X8 mülkiyyət hüququ üzrə onlara məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X23 və digər şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddia tələbi ilə razı olduqlarına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri məhkəməyə təqdim edilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, ona məxsus mənzildə qeydiyyatda olan X23, Məmmədova Nəzakət Həsən qızı, X28 və onların himayələrində olan yetkinlik yaşına çatmayan övladları olan X29, X30, X9, X24, X36, X17 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Onun müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu və 5-ci maddəsinin maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X23, Məmmədova Nəzakət Həsən qızı, X28 və onların himayələrində olan yetkinlik yaşına çatmayan övladları olan X29, X30, X9, X24, X36, X17 və X2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X34 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra ünvan 3 ünvanında yerləşən mənzil vərəsəlik qaydasında adına keçmişdir. Həmin əmlak İddiaçı mülkiyyətinə keçməmişdən öncə X23, X24, X36, X9, X28, Məmmədova Nəzakət Həsən qızı, X30, X29, X17, X5 qeydiyyata düşmüşlər. 3-cü şəxslər uzun müddətdir ki, İddiaçı məxsus mənzildə yaşamadıqları və istifadə etməmələri səbəbi ilə İddiaçı tərəfindən onlara qarşı “mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdehlər X10, Məmmədova Nəzakət Həsən qızının, X13, yetkinlik yaşına çatmayan övladları olan X29, X30, X9, X24, X36, X17 və X5 ilə birlikdə ünvan 6 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Nəsimi Rayon Polis İdarəsinə yuxarıda adları qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması barədə müraciət edilmişdir. Həmin müraciətə baxılaraq imtina edilmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 082- 6538A saylı imtina məktubu poçt vasitəsi ilə xx.xx.2022-ci ildə iddiaçıya çatdırılmışdır. Hal-hazırda adları qeyd olunan şəxslərin İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüququndan həyata keçirilməsinə maneələr yaradır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7445/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən X23, Məmmədova Nəzakət Həsən qızı, X1 Zaur Səbuhi oğlu, X30, X9, X24, X36, X17 və X5 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7445/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X43 oglu və X8 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7445/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, X23, Məmmədova Nəzakət Həsən qızı, X28, X29, X30, X9, X24, X36, X17 və X2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs Məmmədova Nəzakət Həsən qızı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qərarda Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı qətnaməsinin qanuni qüvvəsini alması qeyd olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və iş hal hazırda da Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin bu hallar Bakı İnzibati Məhkəməsi tərəfindən nəzərə alınmadan qərar çıxarılmışdır. İddiaçı heç bir sübut göstərmədən iddia tələbində qeyd etmişdir ki, guya o və digərləri mübahisəli mənzildə uzun müddətdir ki yaşamır. Bununla bağlı qeyd etmək istəyir ki, mübahisə predmeti olan fərdi yaşayış evində atası X37 1936-cı ildə həmin ünvanda doğulmuş və ölən günə kimi orada yaşamışdır. Həmin mülk atasının nənəsi və babasının evi olmuşdur. Ata babasının vəfatından sonra Bakı şəhəri 5 saylı DNK-da ona məxsus hissəni atasının xalası və dayısı öz aralarında mülkü yalnız onlara məxsus olması barədə həmin paya vərəsəlik hüquqları tanınmışdır. Lakin, atası və anasının payı müəyyən edilməmişdir. Buna baxmayaraq, atası həmin mənzildə uzun müddət, vəfat edənə kimi təsərrüfat aparmaqla yaşamışdır, ikinci mərtəbəni tikmişdir, nənəsinə qulluq etmişdir. O və digər bacıları həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Bu faktı yaxınlıqda yaşayan qonşular da təsdiq edirlər. Göründüyü kimi iddiaçı evdə yaşamadıylarını qeyd etsə də, həmin evdə faktiki yaşamadıqlarını göstərən hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, ünvan 6 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması tamamilə əsassızdır. Qeyd olunan bu halların məhkəmə tərəfindən araşdırılmaması və qərarda qeyd olunmaması inzibati məhkəmə prosesində işin hallarının araşdırılmaması prinsipinin kobud şəkildə pozulmasını təsdiq edir. Həmçinin mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı qərarı qanunsuz və əsassız hesab edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı tərəflər və 3-cü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat veriməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs Məmmədova Nəzakət Həsən qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7445/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarından yalnız 3-cü şəxs Məmmədova Nəzakət Həsən qızı tərəfindən apellyasiya şikayəti verildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı yalnız ona münasibətdə yoxlanılır. Belə ki, digər şəxslər məhkəmə qərarından apellyasiya şikayəti verməmiş və birinci instansiya məhkəməsinin qərarı həmin şəxslərə münasibətdə artıq qanuni qüvvəsini almışdır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı tələbi “X23, Məmmədova Nəzakət Həsən qızı, X28 və onların himayələrində olan yetkinlik yaşına çatmayan övladları olan X29, X30, X9, X24, X36, X17 və X2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə üçüncü şəxslərin sözügedən mənzildə qeydiyyatda olsa da, qeyd edilən mənzilə dair əmlak hüquqlarının olması barədə hər hansı bir sübutun təqdim edilməməsi, qeydiyyatın formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalmalarının iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırmasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məmmədova Nəzakət Həsən qızına münasibətdə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X14, X15, X31, X6, X18, Məmmədova Nəzakət Həsən qızına, X19, X20, X11 və X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması” barədə iddia tələbi təmin edilərək, cavabdehlər X10, Məmmədova Nəzakət Həsən qızının, X13, yetkinlik yaşına çatmayan övladları olan X29, X30, X9, X24, X36, X17 və X5 ilə birlikdə ünvan 6 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı Məmmədova Nəzakət Həsən qızının cavabdehlər İddiaçı, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35rşı “10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRXnin **********77-10301 nömrəli çıxarışın ləğv olunması, Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 143 saylı evin üzərində vərəsəlik hüquqlarının tanınması barədə” iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş və e-2(006)- 1599/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Məmmədova Nəzakət Həsən qızının hər iki məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi və e- 2(006)-1599/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Məmmədova Nəzakət Həsən qızının kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1798/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1798/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi cavabdeh N.Məmmədovanın İddiaçı mülkiyyətində olan evə istifadə hüququnun olmasını mübahisəsiz hal kimi qiymətləndirsə də, N.Məmmədovanın 2005-ci ildə ailə həyatı quraraq, ailəsi ilə birlikdə 2016-cı ilə qədər Masazırda kirayədə yaşamasını, mübahisəli evlə hüquqi bağlılığının qalmamasını müəyyən etmişdir.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni z0amanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin istifadə hüququ olmadığı halda mülkiyyətçinin inzibati orqana müraciəti əsasında sonuncu tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evə qeydiyyatı üçün zəruri olan şərt (istifadə hüququ) mövcud deyildir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxs Nəzakət Məmmədovanın iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə və həmçinin Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1798/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilənlərə uyğun olaraq hesab edir ki, iddiaçı 3-cü şəxs Nəzakət Məmmədovanın ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Nəzakət Məmmədovaya münasibətdə təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar həmin şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs Məmmədova Nəzakət Həsən qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7445/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs Məmmədova Nəzakət Həsən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7445/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qərarı 3-cü şəxs Məmmədova Nəzakət Həsən qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X39 Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar