Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-973/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Üçüncü şəxs X3, Üçüncü şəxsin vəkili X15 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 28.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X1rşı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 27 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhəmənin MK-nın 11.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MKnın 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdrilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhəmənin MK-nın 11.02.2020-ci il tarixli qərarında Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvandakı yaşayış sahəsinin “özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddianın inzibati məhkəməyə verilməsi izah edilmişdir. Ona görə də dərhal inzibati məhkəmədə bu iddianı qaldırmışdır. O, Nizami Rayon Məhkəməsində iddia qaldıraraq ğöstərmişdir ki, o, lal-kar olmaqla sərbəst yazıb oxuya bilmir. Vəkili X9 adından yazdığı iddia ərizələrinin mahiyyətini başa düşməmişdir. Onun mənzilinin özəlləşdirlməsini bilməmiş, bu mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. Məhkəmənin 29.03.2018-ci il tarixli sorğusuna əsasən AR ƏMDKY DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli məktub ilə göndərilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilə dair ilkin sənədlər alınan zaman ona məlum olmuşdur ki, 15.06.2001-ci ildə guya o, Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsi vermişdir. O, adından yazılmış həmin ərizəyə məhkəmə iclasında baxmış və dərhal məhkəmə iclasına sədrlik edən hakimə bu ərizənin onun tərəfindən yazılmadığını və orada olan imzanın tərəfindən icra edilmədiyini göstərmişdir. Vəkilinə-nümayəndəsinə rəsmi vəsatət yazıdıraraq onun adından 15.06.2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazısının və bu ərizədə olan xəttin onun tərəfindən icra edilmədiyini təsdiq edilməsi üçün məhkəmə-xətşunaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin, məhkəmə bu vəsatəti qəbul etməmişdir. Onun adından 15.06.2001-ci ildə guya Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisinin adına Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsinin yazılması tarixi 15.06.2001-ci il göstərilmiş, lakin bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-ıtın 96 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən 22.06.2001-ci ildə təsdiq edilmişdir. Birinci, əgər həmin ərizədəki imza onun olsaydı, bu imza notariat hərəkəti olmaqla notariusda təsdiq edilməli idi. İkincisi, həmin ərizədəki imzanın həqiqətən onun olmasını təsdiq edilməsi üçün o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında olmalı idi. Həmin “vəzifəli şəxs” onun iştirakı ilə imzanın onun tərəfindən icra olunmasını yoxladıqdan sonra onu təsdiq etməi idi. İmzanın təsdiqi zamanı bu fakt göstərilməli idi ki, o, bu imzanı onu təsdiq edən vəzifəli şəxsin yanında şəxsən imza etmişdir. İmza təsdiqi notariat hərəkəti olmaqla bu notariat hərəkətini yerinə yetirən şəxs onun iştirakını şəxsən yoxladıqdan sonra onu təsdiq etməli idi. Lakin, 15.06.2001-ci ildə yazılmış bu saxta ərizə və bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MKnın 96 saylı X/R JKU-nun vəzifəsi göstərlməyən N.A.Abdulov tərəfindən 22.06.2001-ci ildə təsdiq etmişdir. Göründüyü kimi saxta ərizə və bu ərizəyə qoyulmuş imza ərizənin yazılmasından 7 gün sonra onu yazanın iştirakı olmadan, imza sahibinin iştirakı olmadan təsdiq edilmişdir. Belə olan halda iş üçün əhəmiyyətli olan bu sübutun həqiqiliyi yoxlanılmadan, yəni ekspert rəyi almadan ona istinad edilərək iddia tələbinin rədd edilməsi tam qanunsuzluqdur. Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmiş, məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Ondan yazı xətt nümunələri götürülmüşdür. Məhkəmə-xətşunaslıq ekspertizasının 19 iyun 2019-cu il tarixli 10135 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı, yəni onun adından olan 22 iyun 2001-ci il tarixli ərizədə “Tumanov C.H” yazısı önündəki imzaİddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında vəkili izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzildə valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 11 avqust 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sənədlər toplanan zaman iddiaçı da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanması şərtilə razılıq verməmişdir. Mənzil özəlləşdirilməsindən xəbəri olmamışdır. Bütün bunlar barəsində ən çox gec məlumatı olmuşdur. Bir il sonra atası Nikolay Tumanov X8 tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə atası Nikolay Tumanovun adından ərizə verərək onun həmin yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)- 2679/2012 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2otaqlı mənzilin özəlləşdirilməsi zamanı vermiş olduğu razılığa əsasən mənzilin özəlləşməsini həyata keçirən və bu barədə mülkiyyət haqqında sənəd əldə edən atası Nikolay Tumanovun adından etibarnamə ilə çıxış edən Raxmanina Marina hüquqdan suiistifadə edərək onun digər yaşayış sahəsi olmadığı halda, istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə əldə etməyə nail olmuşdur ki, bu da Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Vəkili X12 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, hazırkı mübahisədə İddiaçı illər boyu valideynləri ilə bir ailə üzvü kimi qeydiyyatda olmaqla yaşadığı mənzilin iddiaçının xəbəri və razılığı olmadan iddiaçının imzasını saxtalaşdırmaq yolu ilə yeganə yaşayış yerinin özəlləşdirilməsini “təşkil edən” X8 valideynlərini aldadaraq onları iddiaçıya qarşı qoymuş, iddiaçının adından öz adına etibarnamə alaraq iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı ikiotaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına məhkəmə yolu ilə nail olmuş, bununla da, iddiaçının Konstitutsiya ilə təsbit olunmuş mənzil hüququnu pozan məhkəmə qətnaməsi əldə etmişdir.İddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının mübahisələndirdiyi yaşayış sahəsinin sahibi olmuş atasının yeganə vərəsəsi ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsinə və bu hüququn məhkəmə qaydasında təmin olunmasına yönələn subyektiv hüququm mövcuddur. Deməli hazırki məhkəmə mübahisəsində iddiaçının iddia ərizəsi verməklə bu hal iddiaçını özünümüdafiəyə sövq edir və o da iddiaya dəqiqləşdirmə verməklə subyektiv hüququnu reallaşdırır. 2001-ci ilin yanvar ayının əvvəllərində İddiaçı Moskva şəhərində müvəqqəti işləmək üçün olduğu zaman yaşadıqları mənzilin icarə müqaviləsinin babası X13 adından atası X10 adına keçirilməsi üçün onun yazılı razılıq yazıb göndərməsi barədə evlərindən xəbər gəlmiş, o, babasının adına olan mənzilin icarə müqaviləsini babası öldükdən sonra atasının adına keçirilməsini qanuni hal hesab edərək, bu barədə razılıq ərizəsi yazdıraraq (o, belə bir ərizə yazmamış, belə bir ərizəyə imza etməmişdir) Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanına göndərmişdir. Sonralar mənzillərinin xalası qızı X5 bağışlanması barədə məlumat almış və Bakı şəhərinə gəlib, qeyd edilən Bakı şəhəri, Nizami rayonunun B.Nuriyev küçəsindəki 33 saylı evin 2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə qətnaməsinin mövcudluğunu dəqiqləşdirmiş və həmin qətnaməni əldə edib hüququnun itirilməsinə əsas olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə mübahisəsini açmışdır. Sonrakı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarlar və qətnamələr çıxarılan zaman iddiaçı hələ mənzilin X10 adına özəlləşdirilməsi barədə yazılı razılığının olub-olmadığını bilməmişdir. Bu yaxınlarda Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənziin atası X10 adına özəlləşdirilməsini əsassız hesab edərək, həmin özəlləşmənin ləğvi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda özəlləşmənin ilkin sənədlərinin DƏDRXdən tələb olunması barədə məhkəmə sorğusuna əsasən alınmış cavabdan göründü ki, guya o, 15 iyun 2001-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atası X10 adına özəlləşdirilməsinə razılığa dair ərizə ilə müraciət etmişdir. Lakin iddiaçı həmin ərizənin mətni ilə tanış olan zaman yəqin etmişdir ki, həmin ərizəni o, yazmamış və ərizənin sonunda edilən imza onun tərəfindən icra edilməmişdir. Beləliklə, 15 iyun 2001-ci il tarixli ərizə ilə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atası X10 adına özəlləşməsi barədə vermiş olduğu ərizədəki iddiaçının imzasına oxşayan imzanı kimsə etmişdir. İddiaçı qəti olaraq bildirmişdir ki, 2001-ci ilin iyun ayında və ümumiyyətlə, həmin ərəfədə o, Bakı şəhərində olmamış, müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə getmişdir. Onun adından saxta razılıq ərizəsi tərtib olunduğunu, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin sorğusuna uyğun olaraq DƏDRX-nin Bakı ərazi idarəsinin tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli cavabı ilə tanış olan zaman bilmiş və iddia müddətinin axımı da 09 aprel 2018-ci il tarixdən başlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı mənzilin atam X10 adına özəlləşdirilməsinə dair guya onun adımnan vermiş olduğu, əslində isə saxtalaşdırılmış ərizəyə dair xətşunaslıq ekspertizasının təyin olunması, müvafiq rəy alındıqdan sonra bu ərizəyə əsasən həyata keçirilmiş özəlləşmənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh X8 iddianı qəbul etməyib etirazında göstərmişdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, 11 avqust 2001-ci il tarixdə ünvan 1 ünvanındakı mənzilin özəlləşdirilməsi zamanı həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanılması şərti ilə “razılıq” vermişdir. İddiaçının bu dedikləri əvvəlki məhkəmə instansiyaları tərəfindən işə baxılarkən də öz təsdiqini tapmışdır. Bu faktın özü İddiaçı qeyd olunan mənzilə dair mülkiyyət hüququndan məhrum edir. Belə ki, “Özəlləşdirmə haqqında” Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli Qanunun 5-ci maddəsinin tələbi imkan verir ki, İddiaçı özəlləşmə zamanı mülkiyyət sahibi ola bilərdi. Lakin nə qədər ki, o öz payını atası N. Tumanovun xeyrinə vermişdir, belə olan halda onun mülkiyyətə payçı olmasından söhbət gedə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 28.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs və vəkili iş materialların uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 28.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin və vəkilinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2021 № li iş üzrə çıxartdığı 01.04.2021ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı 03.06.2020-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına özəlləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ünvanındakı 2 otaqlı mənzilin atası X10 adına xüsusi mülkiyyət kimi dövlət reyestrindəki qeydiyyatının və verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilmədiyindən mümkün sayılmamışdır. - 2-1(112)-1052/2021 № li iş üzrə məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********02 №li 18.12.2020-ci il məktubdan və məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi. ev 33. 2 nömrəli mənzil ilkin olaraq X10 adına qeydiyyatdan keçmişdir. 23 saylı DNK-nun 12.03.2013cü il tarixli 4Ə-01-194 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı şəhəri X6 İcraiyyə Komitəsi tərəfindən X13 adına verilmiş 05 sentyabr 1968-ci il tarixli 56377 nömrəli orderə əsasən Bakı şəhəri 8-ci kilometr qəsəbəsində 813 saylı keçiddəki 33 saylı evin 2 saylı 2 otaqlı mənzili (hazırda Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 33, mənzil 2 ) X16, ailə üzvləri X14, X17, İddiaçı olmaqla verilmiş, Nizami rayon İcra Hakimiyyətinin Başçısının 22 yanvar 2001-ci il tarixli 46 saylı sərəncamı ilə həmin mənzilin kirayə müqaviləsi dəyişdirilərək, X14 ilə bağlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-922/2020 №li iş üzrə qəbul etdiyi 17.02.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh X2rşı “özəlləşdirmənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(007)-1729/2018) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-274/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarında göstərilmişdir: “...apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 02 oktyabr 1979cu ildən mübahisəli mənzildə daimi qeydiyyatda olsa da, 2001-ci ildən həmin mənzildə yaşamamış, daimi yaşamaq üçün digər yaşayış məntəqəsinə (Rusiya Federasiyasına) köçmüşdür. Rusiya Federasiyası, Moskva şəhəri, Alekseyevski rayon mühəndis xidmətinin 19 oktyabr 2010-cu il tarixli arayışlarına əsasən İddiaçı Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin, 35-ci mənzilində qeydiyyatda olmaqla, orada daimi yaşaması, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi, 11 mart 2001-ci ildən 01 oktyabr 2010-cu illər üzrə sözügedən mənzilin kommunal xidmətlərinə görə borcunun olmaması, Rusiya Federasiyasının vətəndaşı kimi adına 02 iyun 2011 -ci il tarixdə Rusiya Federasiyasının pasportu verilməsi, cavabdehin iş yeri kimi Rusiya Federasiyasında "xxxx" QSC-də ağackəsən vəzifəsində işləməsi müəyyən olunmuşdur. İddiaçı mübahisəli mənzilə istifadə hüquqlarını itirmişdir. Yəni, iddiaçı mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin kirayə müqaviləsindən irəli gələn hər hansı vəzifəni yerinə yetirməmişdir. Bundan əlavə, mübahisənin yarandığı dövrdə İddiaçı artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur ki, belə olan halda onun statusu xarici vətəndaş kimi müəyyən olunur. Bu isə cavabdeh üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun hüquqi taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və s.) yaratmır. İddiaçı sonradan Bakı şəhərinə gəldikdə xarici vətəndaş kimi başqa ünvana (ünvan 3diyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 2 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Nikolay Tumanovun adına qeydə alınmış, sonuncu 12 mart 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili Marina Raxmaninaya bağışlamışdır. Sonradan İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016cı il tarixii qətnaməsi ilə iddia rədd edilmişdir...” Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarını, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 12.1, 16, 23-cü maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 140-cı maddələrini, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5, 12-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, qanuni qüvvədə olan məhkəmə aktları ilə mübahisəli mənzil özəlləşdirilərkən iddiaçının mübahisəli mənzildə faktiki yaşamaması müəyyən edildiyinə görə məhkəmə hesab edir ki, onun mübahisəli mənzilin özələşdirilməsi ilə bağlı razılığına ehtiyac olmamışdır. Ona görə də, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən isə mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı 02 oktyabr 1979-cu ildən mübahisəli mənzildə daimi qeydiyyatda olsa da, 2001-ci ildən həmin mənzildə yaşamamış, daimi yaşamaq üçün digər yaşayış məntəqəsinə (Rusiya Federasiyasına) köçmüşdür. Rusiya Federasiyası, Moskva şəhəri, Alekseyevski rayon mühəndis xidmətinin 19 oktyabr 2010-cu il tarixli arayışlarına əsasən İddiaçı Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin, 35-ci mənzilində qeydiyyatda olmaqla, orada daimi yaşaması, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi, 11 mart 2001-ci ildən 01 oktyabr 2010-cu illər üzrə sözügedən mənzilin kommunal xidmətlərinə görə borcunun olmaması, Rusiya Federasiyasının vətəndaşı kimi adına 02 iyun 2011 -ci il tarixdə Rusiya Federasiyasının pasportu verilməsi, cavabdehin iş yeri kimi Rusiya Federasiyasında "xxxx" QSC-də ağackəsən vəzifəsində işləməsi müəyyən olunmuşdur. İddiaçı mübahisəli mənzilə istifadə hüquqlarını itirmişdir. Yəni, iddiaçı mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin krayə müqaviləsindən irəli gələn hər hansı vəzifəni yerinə yetirməmişdir. Bundan əlavə, mübahisənin yarandığı dövrdə İddiaçı artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur ki, belə olan halda onun statusu xarici vətəndaş kimi müəyyən olunur. Bu isə cavabdeh üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun hüquqi taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və s.) yaratmır. İddiaçı sonralan Bakı şəhərinə gəldikdə xarici vətəndaş kimi başqa ünvana (ünvan 3diyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 2 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Nikolay Tumanovun adına qeydə alınmış, sonuncu 12 mart 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili Marina Raxmaninaya bağışlamışdır. Sonradan İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixii qətnaməsi ilə iddia rədd edilmişdir. Eyni zamanda, İddiaçı cavabdeh X2rşı “özəlləşdirmənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(007)-1729/2018) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-274/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyasının iclaslarında 3-cü şəxs M.Raxmanina tərəfindən bildirilmişdir ki, iddiaçının anaı onun xalasıdır, həmin qadın indiyədək mübahisəli mənzildə M.Raxmanina ilə birlikdə yaşayır. İddiaçı uzun illərdir ki, anası ilə marağlanmamış, onunla heçbir əlaqə saxlamamışdır. Beləliklə, mübahisəli mənzil özəlləşdirilərkən iddiaçı mübahisəli mənzildə faktiki yaşamaması müəyyən edildiyinə görə məhkəmə hesab edir ki, onun mübahisəli mənzilin özələşdirilməsi ilə bağlı razılığına ehtiyac olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6997/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-973/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-973/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver