Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-973/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə X5 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya N N-li hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli əmri ilə verilmiş, lakin 2019-cu ilin dekabr ayında keçirilən sınaq imtahanlarından sonra saxlanılmamış 2-ci məharət dərəcəsinin bərpa olunması, N N-li hərbi hissədə 2019-2020-ci illərdə xidmət edərkən xidməti məzuniyyətdə olduğu 187 ezamiyyət gününə görə ezamiyyət xərclərinin (pullarının) və hüquqi yardıma görə ödədiyi 100 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında “İddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olduğu dövr üzrə ezamiyyət xərclərinin iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olduğu dövr üzrə ezamiyyət xərclərinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X3”na əsasən tənzimlənir. "X3”na əsasən: - işçilərin tabeçilik qaydasında yuxarı təşkilata xidməti ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud yuxarı təşkilatın dəvəti əsasında həyata keçirilir: -işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla); -işçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır; -ezamiyyət müddətinin, işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir; -özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Qaydalardan göründüyü kimi işçilərin ezamiyyət müddəti 40 gündən yuxarı ola bilməz. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X4”nın, maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, məhkəmə qərarının qauni və əsaslı olduğunu bildirərək qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 377 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olmuşdur. N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə yuxarıda sadalanan tarixlərdə ezamiyyətdə olduğu müddətlər üçün ezamiyyət xərcləri ödənilməyib. Göründüyü kimi, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olması və ezamiyyətdə olduğu müddətdə isə ezamiyyət xərclərinin ödənilməməsi qeyd edilən məktubla, eyni zamanda cavabdehin nümayəndəsinin kollegiyanın iclasında verdiyi izahatı ilə təsdiqlənmişdir. Lakin, cavabdehin mübahisələndirdiyi məsələ odur ki, X3na əsasən işçilərin ezamiyyət müddəti 40 gündən yuxarı ola bilməz. İddiaçının isə ezamiyyətdə olduğu müddət 40 gündən artıq olduğundan, həmin müddətə görə xərclərin ödənilməsi qanunvericiliyə ziddir. Qeyd olunanlarla bağlı Kollegiya bildirir ki, cavabdeh inzibati orqanın müvafiq vəzifəli şəxsinin vaxtında tədbir görməməsi nəticəsində (Sərəncamla ezamiyyət müddətinin uzadılması və s.) iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq ezamiyyətdə olması, iddiaçının təqsiri nəticəsində baş verən hal deyildir. Cavabdeh inzibati orqanın öz səhlənkarlığı nəticəsində yaranan ziddiyətli məqamın neqativ nəticələrinin tabelilik münasibətlərinə əsasən hərbi hissə komandirininin müvafiq əmrini yerinə yetirən sabiq hərbi qulluqçusunun üzərinə qoyaraq həll etməyə çalışması qəbuledilməzdir və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 137-ci maddəsinə əsasən hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; ə) ordenlər və medal almaq üçün; z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün; idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün. Həmin Əsasnamənin 138-ci maddəsinə əsasən ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X3”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.1-ci yarımbəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Beləliklə, Kollegiyanın qənaətinə görə, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olduğu və qeyd edilən dövrlərdə ezamiyyət xərclərinin ödənilməməsi iş materialları və məhkəmə araşdırması ilə təsdiqləndiyindən birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2838/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-973/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-973/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver