Məhkəmə qərarları › İş №2-1(103)-973/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-973/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-973/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyə görə əmək pensiyasının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının xx.xx.2018ci il tarixli qərarından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) həmin tarixdən gözdən əlillik səbəbindən “astiqmatizm, mürəkkəb hpermetropik astiqmatizm, sağda H4.0 və 6.0 oxlarla, solda H 1.0 və 2.0 oxlarla.OD-cərrahi əməliyyat olunmuş, resiaivli daxili çəpgözlü, ambliopiya, VİSOD=0.02 k/etmir(yüzdə iki), VİSOS = 0.6 k/etmir (onda altı) = 0.8(onda səkkiz).TOD = 24 mm c.s.TOS=21mrn c.s” diaqnozu təyin olmuş və müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Diaqnozun öz təsdiqini tapmaması səbəbindən xx.xx.2024-cü il tarixində həmin qərarın ləğv edilməsi qərara alınmışdır.

2. Dövlət Sosial Müdafiə Fondunun Qaradağ şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli, 307 nömrəli qərarından görünür ki, iddiaçıya “Əmık pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 11-14 maddələrinə müvafiq olaraq 3-cü qrup əlilliyə görə xx.xx.2018-ci il tarixindən ömürlük 763,49 manat pensiya təyin edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli, 3-17-1/2-137256/2024 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə adıçəkilən şəxs xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət edilsə də, müayinədə iştirak etmədiyindən və mövcud sənədlər əsasında aparılan araşdırmanın nəticəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixli müayinə zamanı diaqnozun öz təsdiqini tapmadığı qərarı qəbul edilmişdir. Bu səbəbdən İddiaçı əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır.

4. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2018ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 8217/2023 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8217/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almışdır.

6. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra edilərək vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş İİİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir.

7. Cavabdeh tərəfindən təqdim edilmiş “Pensiya” altsistemndən çıxarışdan görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2020-ci il tarixdə ödənilmiş, daha sonra ödəniş olmamış, həmin tarixdən sonra ilk ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

10. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Həmin təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlillik xx.xx.2019-cu il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8217/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdə bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilə məhkəmə qətnaməsi həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tərixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edimişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2020-ci ildən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qimən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş bir müddət həmin pensiyanı almaqda davam etmiş daha sonra reablitasiya agentliyinin qanunsuz hərəköətləri nəticəsində onun əliliyi etibarsız hesab edilmiş həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçının pensiyasının 3 il 3 ay ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Bu əsasdan cavabdeh inzibati orqanın hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında’’ AR Qanununun 32.1.1-ci maddəsinə istinad etməsi məntiqli olmamışdır. Qeyd edilən faktlardan görünür ki, iddiaçıya ödənilməli olan pensiya məbləği xx.xx.2020-ci ildən ödənilməli olduğu halda xx.xx.2020-ci ildən ödənilməsinə başlanmışdır.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsinə etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, İddiaçı 18 aprel 2018-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (İİİ dərəcəli) əlilliyi müəyyən olunmuş şəxs kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə ki, İddiaçı əlilliyi yenidən qiymətləndirildiyi üçün pensiyasının ödənişi aydınlaşma səbəbindən xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq məktubuna və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-8217/2023 nömrəli qərarına əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (İİİ dərəcəli) əlilliyi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən, onun xx.xx.2006-cı il tarixədək 13 il 03 ay 10 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən 01.04 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55053,45 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvəl) 920,06 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 1024,95 manata, xx.xx.2022-ci il tarixdən 1059,80 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2023-cu il tarixdən) hesablanmış məbləğ və 2022-ci il üzrə ödənilməli olan maddi yardım (200 manat) İddiaçı pensiyasının üzərinə əlavə edilməklə 2023-cü ilin sentyabr ayından ödənilir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ƏPQ-nin 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

16. İşdən görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2019-cu ildə ona təyin edilmiş əlillik etibarsız hesab edilmiş, buna görə də xx.xx.2018-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2020-ci il tarixdə dayandırılmışdır.

17. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, Agentlik tərəfindən həmin qərar icra edilmiş, iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixində ləğv edilmişdir.

18. Deməli, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əlilliyi olan şəxs olmuşdur.

19. ƏPQ-nin 32-ci maddəsinə əsasən şəxsə əlilliyə görə əmək pensiyası onun bütün əlillik dövrü üçün təyin edilməklə ödənildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır, buna görə də təmin edilməlidir.

20. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 41. əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

27. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

38. İşin faktiki hallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertiza Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçıya həmin tarixdən gözdən əlillik səbəbindən “astiqmatizm, mürəkkəb hpermetropik astiqmatizm, sağda H4.0 və 6.0 oxlarla, solda H 1.0 və 2.0 oxlarla.OD-cərrahi əməliyyat olunmuş, resiaivli daxili çəpgözlü, ambliopiya, VİSOD=0.02 k/etmir(yüzdə iki), VİSOS = 0.6 k/etmir (onda altı) = 0.8(onda səkkiz).TOD = 24 mm c.s.TOS=21mrn c.s” diaqnozu təyin olmuş və müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Diaqnozun öz təsdiqini tapmaması səbəbindən xx.xx.2024-cü il tarixində həmin qərarın ləğv edilməsi qərara alınmışdır.

39. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-137256/2024 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə adıçəkilən şəxs xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət edilsə də, müayinədə iştirak etmədiyindən və mövcud sənədlər əsasında aparılan araşdırmanın nəticəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixli müayinə zamanı diaqnozun öz təsdiqini tapmadığı qərarı qəbul edilmişdir. Bu səbəbdən İddiaçı əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır.

40. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

41. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 8217/2023 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, İddiaçı xx.xx.2018-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8217/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almışdır.

42. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8217/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra edilərək vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin edilmiş İİİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “Pensiya” altsistemndən çıxarışdan görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2020-ci il tarixdə ödənilmiş, daha sonra ödəniş olmamış, həmin tarixdən sonra ilk ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. İşdən görünür ki, cavabdeh iddiaçıya əlilliyin bərpa edilməsi ilə bağlı ödənilməyən keçmiş dövr üçün ödəniş edərkən xx.xx.2020-ci il tarixdən, yəni məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvəldən ödəniş etmişdir.

43. İş materiallarına əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2019-cu ildə ona təyin edilmiş əlillik etibarsız hesab edilmiş, buna görə də xx.xx.2018-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıya təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilmiş, Agentlik tərəfindən həmin qərar icra edilmiş, iddiaçının əlilliyi xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. Deməli, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əlilliyi olan şəxs olmuşdur.

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən şəxsə əlilliyə görə əmək pensiyası onun bütün əlillik dövrü üçün təyin edilməklə ödənildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır, buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.

45. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

46. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar