Məhkəmə qərarları › İş №2-1(103)-974/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-974/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-974/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidmət illərinin düzgün hesablanması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli, 2-1(82)-N1N4/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli, 2-1(82)-N1N4/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab edilməsi, iddiaçı X9 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınında Dövlət Sosial X10qçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın N0.07.2020-ci il tarixli 2-1(10N)-7N6/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli, 2-1(82)-N1N4/2020 saylı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər M.Tağızadə və X.Cəmilova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 25.11.2020-ci il tarixli 2-1(102)- N9/2020 qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın N0.07.2020-ci il tarixli 2-1(10N)-7N6/2020 saylı qərarı ləğv edilmiş, iş iddiaçının xidmət illərinin bir gününün üç gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, iddiaçının xidmət illərinin bir gününün iki gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində iddiası təmin edilməmişdir. (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər Z.Quliyev və İ.Şəfiyev). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, hərəkətlərini qanunsuz hesab etməklə onun 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanması, 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-in 1N-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək onun 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınında Dövlət Sosial X10qçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Ordusunda zabit kimi 2N ildən artıq qüsursuz hərbi xidmət keçərək, N9-cu ilin may ayında, polkovnikleytenant rütbəsində, xəstəliklə əlaqədar Ordu sıralarından təxris olunmuş, müharibə veteranıdır. 1987- 1989-cu illər ərzində Sovet Ordusu sıralarında 08.08.1992-ci il tarixdən 04.12.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə, 15.02.1996-cı il tarixdən - aprel N0-cu il tarixədək döyüş bölgələrindəTərtərQarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi, aprel N0-cu il tarixdən NN-cü ilin sentyabr ayına qədər döyüş bölgələrindəFüzuli Regional MəhkəməX12 rəisi, NN-cü ilin sentyabr ayından N8-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəsinin Komission və X5 rəisi, N8-ci ilin fevral ayından N9-cu ilin may ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsinin Müalicə və Profilaktika Bölməsinin baş zabiti vəzifəsində xidmətdə olmuşdur. Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu laboratoriya döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissənin tibb məntəqəsində yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xidmət keçən həkimlərlə eyni şəraitdə xidmət edərək onlar kimi ikiqat aylıq məvacib almışdır. 01.09.2009-cu il tarixdən N0-cu ilin aprel aymdadək N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. N0-cu ilin aprel ayında Füzuli Regional Məhkəmə X12 rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu bölmə döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xüsusi xidmət edən həkimlərlə eyni şəraitdə xidmət edərək, onlar kimi ikiqat aylıq məvacib almışdır. Belə ki, 01.07.1997-ci ilə qədər Bakı şəhərində dislokasiya olunan hərbi hissələrdə xidmət illəri N (bir) gün 2 (gün) olmuşdur. İddiaçının 08.08.1992-ci ildən 04.12.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə xidməti N (bir) gün N (üç) gün, 15.02.1996-cı ildən 14.09.2004-cü il tarixədək xidməti N (bir) gün N (üç) gün və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək N (bir) günü 2 (iki) gün olmuşdur. Buna baxmayaraq iddiaçının döyüş bölgələrindəki 17 il güzəştli xidmət illəri cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Bu da onun və himayəsində olan şəxlərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan təminatından məhrum edir, bütün digər kateqoriyalı şəxslərlə qeyri bərabər vəziyyətə salır. İddiaçı xidmət dövrləri ərzində dəfələrlə şəxsi işiylə tanış olarkən, şəxsi işində də xidmət illərinin üçqat və ikiqat hesablanması barədə qeydlər olmuş və bu qeydlər möhürlə təsdiq edilmişdir. Şəxsi işi Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq yoxlanılmış, xidmət illərinə görə heç bir irad tutulmamışdır. Lakin, ordu sıralarından təxris olunarkən xidmət illəri cəbhə bölgəsində onunla eyni şəraitdə və eyni hərbi hissədə xidmət edən zabitlər kimi deyil, xidmət illəri günəgün, güzəştsiz hesablanmış və bu da pensiya təminatının həddindən artıq aşağı olmasına səbəb olmuşdur. İddiaçı kimi cəbhə bögəsində məhkəmə tibb eksperti kimi xidmətdə olan zabit yoldaşı ondan əvvəl təxris olunarkən onun xidmət illəri iddiaçıkından fərqli olaraq güzəştli hesablanmışdır. Təxris ərəfəsində cəbhə bölgəsində xidmətdə olduğu barədə əmrlər, arayışlar və digər sənədlər şəxsi işinə əlavə olunmuşdur. İddiaçı təxris olunduqdan sonra xidmət illərinin hesablanması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ərizə ilə müraciət etmiş, müraciətinə 18.07.N9-cu il tarixli 12/22N0 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun xidmət illərinin hesablanmasına baxılmış və məlum olmuşdur ki, hesablanmada heç bir səhvə yol verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının ilkin iclasında izahat verən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı 27.06.1987-ci il tarixdən 24.05.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində 01 il 10 ay 27 gün müddətli həqiqi hərbi xidmətdə, 08.08.1992-ci il tarixdən 04.12. 1992-ci il tarixədək 0N ay 26 gün, habelə 15.02.1996-cı il tarixdən 15.05.N9-cu il tarixədək 2N il 0N ay, cəmi 2N il 06 ay 26 gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 25 il 05 ay 2N gün, ali təhsil dövrünün xidmət illərinə əlavə olunmalı olan müddəti - 02 il 0N ay 08 gün, güzətli qaydada xidmət illərinə əlavə olan müddət - 02 il 01 il 26 gün, ümumi xidmət illəri isə 29 il 10 ay 14 gün təşkil edir. İddiaçı 15.02.1996-cil tarixdən 10.09.NN-cü il tarixədək xidmətdə olduğu, yəni 15.02.1996-cı tarixdən 01.04.N0-cu il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyasınınn rəisi vəzifəsində xidmətdə olduğu dövrdə 15.02.1996-cı il tarixdən N0.08.2009-cu il tarixədək Tərtər rayonunda yerləşmiş N nömrəli hərbi hissənin qazan (ərzaq) təminatında, 01.09.2009-cu il tarixdən 01.04.N0-cu il tarixədək isə Ağdam rayonunun Sarıcalı kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında, habelə 01.04.N0-cu il tarixdən 10.09.NN-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyasının rəisi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyasının rəisi və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-X12 rəisi vəzifələrində xidmətdə olduğu dövrdə 12.04.N0-cu il tarixdən 10.09.NN-cü il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında olduğu müddətlər güzəştli qaydada (bi gün üç gün kimi, bir gün iki gün kimi) sayılmır. Belə ki, İddiaçı yuxarıda qeyd etdiyimiz 70N, N və N nömrəli hərbi hissələrdə xidmət etməmiş, həmin hərbi hissələrə ezam edilməmiş, yalnız ərzaq təminatında olmuşdur. "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdət artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinitinin 6N1 nömrəli 2N noyabr 199N-cü" il tarixli Qərarı əsasında Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq "Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında" verilmiş əmrlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə xidmət edən, habelə bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidməti iilərinin güzəştli qaydada hesablanması qərara alınmışdır. Bundan başqa bu əmrlərdə Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi "döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan" hərbi hissələrin siyahısında qeyd edilməmişdir. Yuxarıda göstərilənlərə istinad olaraq, yəni İddiaçı xidmətdə olduğu laboratoriyalar (bölmələr) döyüş şəraitində olmadığından (döyüşən hərbi hissə hesab edilmədiyindən), habelə iddiaçının 70N, N və N nömrəli hərbi hissələrdə xidmətdə deyil, ezamiyyətdə deyil, yalnız ərzaq təminatında olması səbəbindən, onun həmin hərbi hissələrdə ərzaq təminatında olduğu müddətlərin güzəştli qaydada, yəni bir günü uç gün kimi, və bir günü iki gün kimi sayılmasını məqsədə uyğun hesab edilmir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında çıxış edən iddiaçının vəkili X16 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun vəkili cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.N-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 18.07.N9-cu il tarixli, 12/22N0 saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablanmada heç bir səhvə yol verilməmişdir. İddiaçının xidmət illəri təqvimlə 25 il 02 ay 28 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 04 il 06 ay 0N gün, ümumi xidmət illəri isə 29 il 09 ay 01 gün təşkil edir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 15.02.1996-cı il tarixli, 02NN saylı əmrindən çıxarışa əsasən Tibb xidməti leytenantı İddiaçı Bəhmən oğlu N illik müddətinə Azərbaycan Respublikası Silahlı Qvvələrində həqiqi hərbi xidmətə çağırılması qərara alınmışdır. İş materiallarında olan, 01.06.1996-cı il tarixli xidmət dəftərçəsinə əsasən İddiaçı 08.1987-ci ildən 10.1987-ci ilə kimi N1690 saylı hərbi hissədə kursant, 10.1987-ci ildən 24.05.1989-cuilə kimi N saylı hərbi hissədə operator, 15.02.1996-cı ildən 07.05.2007-ci ilə kimi Müdafiə Nazirliyi MMTE Ərazi Məhkəmə Tibbi Laboratoriyasının rəsisi, -7.-5.2007-ci ildən 21.01.N1-ci ilə kimi regional məhkəmə tibbi laboratoriyasının rəisi, 21.01.N1-ci ildən 28.10.N2-ci ilə kimi regional məhkəmə tibbi ekspertiza laboratoriyasının rəisi, 28.10.N2-ci ildən 0N.09.NN-cü ilə kimi Füzuli regional məhkəmə X12 rəisi, 0N.09.NN-cü ildən 08.01.N8-ci ilə kimi komissiyon və təkra ekspertiza bölməsinin rəisi məhkəmə tibbi eksperti və N1.12.N7ci il tarixdən həqiqi hərbi xidmətdə saxlanılmış və 08.01.N8-ci ildən 06.02.N9-cu ilə kimi müalicə profilaktika şöbəsinin baş zabiti olmuşdur. İş materiallarında olan, MN Məhkəmə Tibbi Ekspertiza Mərkəzi üzrə 27.08.2009-cu il tarixli, 8N nömrəli əmrdən çıxarışa əsasən T/X mayoru İddiaçı 70N saylı hərbi hissə başqa əraziyə köçüüldüyü üçün, ərzaq təminatından çıxarılması və 28.08.2009-cu il tarixdən etibarən N saylı hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır. İş materiallarında olan, N saylı Hərbi hissə komandirinin 01.09.2009-cu il tarixli, 254 saylı əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ regional MTL-nin rəisi tibb xidməti mayoru İddiaçı 01 sentyabr 2009-cu il tarixdən etibarən N saylı hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır. İş materiallarında olan, Müdafiə Nazirliyi Məhkəmə X11 rəisinin 01.04.N0-cu il tarixli, 29 saylı əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ Regional MTL-nin rəisi tibb xidməti mayoru X17 10 aprel N0-cu il tarixdən dəyişdirilməsi və 01.04.N0-cu il tarixdən N saylı hərbi hissədən bütün təminatlardan çıxarılması və 01.04.N0-cu il tarixdən N saylı hərbi hissədə bütün təminatlara qoyulması qərara alınmışdır. İş materiallarında olan, N saylı hərbi hissə komandirinin 12.10.N0-cu il tarixli 10N saylı əmrindən çıxarış iə Müdafiə Nazirliyinin Məhkəmə X11 rəsinin 01 aprel N0-cu il tarixli 29 nömrəli əmri ilə Füzuli Regional Məhkəmə Tibbi Laboratoriyasının rəisi vəzifəsinə təyin olunmuş tibb xidməti mayoru İddiaçı 12 aprel N0-cu il tarixdən qazan təminatına qoyulması qərara alınmışdır. İş materiallarında olan, N saylı hərbi hissə komandirinin 09.09.NN-cü il tarixli 264 saylı əmrindən çıxarışa əsasən N saylı hərbi hissənin qazan təminatında olan Füzuli Regional Məhkəmə Tibbi laboratosiyasının rəisi tibb xidməti mayoru İddiaçı Bhəman oğlu 10 sentyabr NN-cü il tarixdən qazn təminatında çıxarılması və ərzaq atestatı ilə təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 70N saylı hərbi hissənin 21.09.N7-ci il tarixli, N175 saylı məktubundan görünür ki, tibb xidməti polkovnikleytenantı İddiaçı Müdafiə nazirinin 15.01.1996-cı il 02NN saylı əmrinə əsasən 1996-cı ilin fevral ayından N nömrəli hərbi hissənin qazan təminatında durmuş və 2009-cu ilin avqust ayının 29-dan qazan təminatından çıxarılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəsinin 29.08.N8-ci il tarixli, 1015 saylı arayışına əsasən İddiaçı 1996-cı ildən N0-cu ilə qədər Tərtər Regional Məhkəmə X12 rəisi vəzifəsində, N0-cu ildən NN-cü ilə qədər Füzuli regional Məhkəmə X12 rəisi vəzifəsində hərbi xidmət etdiyi, Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza bölməsi 1996-cı ildə N nömrəli hərbi hissənin bazasında, Füzuli regional Məhkəmə Tibbi ekspertiza bölməsi isə 1996-cı ildə N nömrəli hərbi hissəsinin bazasında yaradıldığı, göstəriən xidmət müddəti ərzində 2009-cu ilə qədər N nömrəli hərbi hissədə, 2009-N0-cu il tarixdə N nömrəli hərbi hissədə təminata qoyulmuş, N0-NN-cü il tarixlərdə isə Füzuli regional məhkəmə X12 rəisi vəzifəsində xidmət müddəti ərzində N nömrəli hərbi hissədə təminata qoyulmuşdur. Tibb xidməti polkovnik-leytenantə İddiaçı N nömrəli, N nömrəli və N nömrəli hərbi hissənin zabitləri kimi xidmət müddəti ərzində müvafiq olaraq əvvəl üç qat, daha sonra isə iki qaz əmək haqqı alaraq, öz xidməti vəzifəsini döyüş şəraitində yerinə yetirdiyi, N6-cı ilin yanvar ayından etibarən Tərtər və Füzuli regional məhkəmə X12 zabitlərinin əmək haqqı bir qat yarım hesabı ilə verilmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 552 saylı 22.06.2020-ci il tarixli «Arayış»ında qeyd olunmuşdur ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı Bəhmən oğlu həqiqətən 15.02.1996-cı il tarixdən - aprel N0-cu il tarixədək Tərtər-Qarabağ regional Məhkəmə-X12 rəisi, aprel N0-cu il tarixdən NN- cü ilin sentyabr ayına qədər isə Füzuli regional Məhkəmə-X12 rəisi vəzifəsində ön cəbhə bölgəsində, 70N və N nömrəli hərbi hissələrin bazasında ərzaq təminatında olmaqla hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Eksprtiza və XN saxlanılan «zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara pul təminatının ödənilməsi üzrə» 1N saylı forma paylama cədvəllərinə əsasən İddiaçı N1.05.1998-ci ilədək N (üç) üçqat, 01.06.1998-ci ildən sonra 2 (iki) ikiqat pul təminatı ödənilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdiklər bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları ilə iddiaçı X1 Nazirliyinin Mərkəzi Məhkəmə-X6-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsində xidmət etdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə qeyd edilən laboratoriyalar müdafiə nazirinin müvafiq əmrlərində «döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan»hərbi hissələrin siyahısında qeyd edilməsə də, həmin laboratoriyalar işin tədqiqatına görə faktiki olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələr kimi fəaliyyət göstərmişlər və məhkəmə belə nəticəyə gəlmişdir ki, inzibati orqan iddiaçının xidməti illərini iddiaçının arzusuna əsasən hesablamamaqla onun qanunla qorunan huquqlarını pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 25.11.2020-ci il tarixli 2-1(102)-N9/2020 qərarı ilə hazırki iş üzrə iddiaçının xidmət illərinin bir gününün üç gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmiş, iddiaçının xidmət illərinin bir gününün iki gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində iddiası təmin edilməmişdir. Ona görə də məhkəmə kollegiyası iddianın xidmət illərinin bir gününün üç gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsinə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq araşdırma aparmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının xidmət etdiyi regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə X12 ərzaq təminatında olduğu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin tabeliyində, həmin hərbi hissələrin şəxsi heyətinin siyahısında olub-olmaması, regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə X12 səlahiyyətinin yalnız iddiaçının ərzaq təminatında olduğu hərbi hissəyə, yoxsa döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olmayan hərbi hissələrə də xidmət etməsi, regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə X12 hansı 10 quruma tabe olması, iddiaçının hansı qurum (hərbi hissə, hərbi vəzifəli şəxs) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin ərzaq təminatına qoyulması barədə məlumatın alınması ilə bağlı AR Müdafiə Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq AR Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 01.06.2021-ci il tarixli, 524 saylı məktubunda aşağıdakılar bildirilmişdir: - hazırda ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı 15.02.1996-cı ildən 01.04.N0-cu ilə kimi Tərtər rayonunda, döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin ərazisində yerləşən Ərazi Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. - tibb xidməti polkovnik-leytenantı İddiaçı 01.04.N0-cu ildən 28.10.N2-ci il tarixədək Füzuli rayonunda, döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin ərazisində yerləşən Regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində, 28.10.N2-ci ildən 0N.09.NN-cü il tarixədək Füzuli Regional Məhkəmə X12 rəisi vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. - tibb xidməti polkovnik-leytenantı R. Bayramov hərbi xidmət etdiyi ərazi (regional) Məhkəmə Tibbi Ekspertiza laboratoriyalarda (bölmədə) yalnız ərzaq təminatında olduğu hərbi hissələrə deyil, həmin ərazilər üzrə döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyən bütün hərbi hissələrə xidmət göstərmiş və həmin illər ərzində hərbi xidmətinə görə üçqat və ikiqat əmək haqqı ödənilmişdir. - Regional Məhkəmə X1N Məhkəmə-Tibbi Ekspertiza və X2 struktur bölmələri olub, müvafiq ərazilərdə (rayonlarda) yerləşirlər. Hərbi qulluqçular Regional Məhkəmə-X8 Azərbaycan Respublikası Müdafiə nazirinin yaxud Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinə əsasən vəzifəyə təyin edilə və ya azad oluna bilər. Məhkəmə-Tibbi Ekspertiza və XN aparılmış təşkilatistruktur dəyişikliyinə uyğun olaraq, regional bölmələr əvvəl ərazi məhkəmə-tibbi ekspertiza laboratoriyaları, sonra regional məhkəmə-tibbi ekspertiza laboratoriyaları, daha sonra isə regional məhkəmə-X1N adlandırılmışdır. Tərtər və Füzuli Regional Məhkəmə X4 hərbi qulluqçularına 2004-cü ilin sentyabr ayınadək N (üçqat), 2004-cü ilin sentyabr ayından N6-cı ilin yanvar ayınadək 2 (ikiqat), N6-cı ilin yanvar ayından isə 1,5 (bir onda beş) qat ödənilmişdir. - N5-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən Tərtər və Füzüli Regional Məhkəmə X1N döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısında olmaqla, N (bir) ay xidmət ili Tərtər Regiona! Məhkəmə X12 hərbi qulluqçuları üçün 2 (iki) ay kimi, Füzuli Regional Məhkəmə X12 hərbi qulluqçuları üçün 1,5 (bir tam onda beş) ay kimi hesablanır və əmək haqqı ödənilir. N5-ci ilə qədər isə əvvəlki Mərkəz rəisləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması yaddan çıxdığından, Regional Məhkəmə X1N döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısına salınmamışdır. Göründüyü kimi həmin məktubla və işdə olan digər sənədlərlə hazırda ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı 15.02.1996-cı ildən 01.04.N0-cu ilə kimi Tərtər rayonunda, döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin ərazisində yerləşən Ərazi Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmət etdiyi, N nömrəli hərbi hissədə ərzaq təminatında olduğu, hərbi xidmət etdiyi ərazi (regional) Məhkəmə Tibbi Ekspertiza laboratoriyalarda (bölmədə) yalnız ərzaq təminatında olduğu hərbi hissələrə deyil, həmin ərazilər üzrə döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyən bütün hərbi hissələrə xidmət göstərdiyi, həmçinin, Regional Məhkəmə X1N Məhkəmə-Tibbi Ekspertiza və X2 struktur bölmələri olub, müvafiq ərazilərdə (rayonlarda) yerləşdiyi, hərbi qulluqçular Regional Məhkəmə-X8 Azərbaycan Respublikası Müdafiə nazirinin yaxud Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinə əsasən vəzifəyə təyin edildiyi və ya azad edildiyi, N5-ci ilə qədər əvvəlki Mərkəz rəisləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması yaddan çıxdığından, Regional Məhkəmə X1N döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısına salınmadığı, yalnız N5-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən Tərtər və Füzuli Regional Məhkəmə X1N döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısında olduğu müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası cavabdehin onun əmrlərində iddiaçının xidmət etdiyi laboratoriya və bölmə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin siyahısında qeyd edilməməsi səbəbindən iddiaçıya pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay uzun müddətə xidmətə güzəştli şərtlərlə aid edilməməsi dəlillərini əsassız hesab edir. AR Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının qaydası haqqında” 2N.11.1992-ci il tarixli, 6N1 saylı Qərarının 1-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. Həmin Qərarın 01.07.2005-ci ilə qədər qüvvədə olan 2-ci bəndinin a) yarımbəndinin redaksiyasına görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay uzun müddətə xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.11.1992-ci il 6N1 saylı qərarına uyğun olaraq cavabdeh tərəfindən mütəmadi olaraq “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” verilmiş əmrlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə xidmət edən, habelə bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə araşdırılan hallar nəzərə alınmalı, iddiaçıya münasibətdə ona pensiya təyin edilməsi üçün AR Nazirlər Kabinetinin 2N.11.1992-ci il tarixli, 6N1 saylı Qərarın qüvvədə olan zaman 2-ci bəndinin a) yarımbəndi tətbiq edilməli və ona Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay uzun müddətə xidmətə güzəştli şərtlərlə aid edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin iddiaçıya 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin N (bir) günün N(üç) kimi hesablanması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli, 2-1(82)-N1N4/2020 saylı qərarı - iddia tələbinin İddiaçı 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N(üç) gün kimi hesablanması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N0 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 119N-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar