Məhkəmə qərarları › İş №2-1(103)-976/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-976/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-976/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün Torpağın yerləşmə sxeminin (cizgisinin) verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2198/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün Torpağın yerləşmə sxeminin (cizgisinin) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Qaradağ RİH başçısının xx.xx.1998-ci il tarixli 1080 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Sahil qəsəbəsinin şimalqərbindəki yeni yaşayış massivindən 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Sonradan Qaradağ RİH tərəfindən həmin sahəyə saxta 1193 saylı xx.xx.2000-ci il tarixli sərəncam verilmişdir. Saxta sərəncamın etibarsızlığının tanınması barədə iddiaçının verdiyi iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-149/2013 saylı iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qərarı ilə təmin edilmişdir. Bu günə kimi Qaradağ RİH məhkəmə qərarlarını icra etmir və iddiaçıya məxsus torpağa çıxarış almaq üçün lazım olan sənədləri vermir. Cаvаbdеhin iddiaya qarşı yazılı etirazının əsaslarına görə, 1 saylı Bаkı İnzibаti- İqtisаdi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-1490/2013 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı Qaradağ RİH başçısının 1193 saylı xx.xx.2000-ci il tarixli sərəncamının etibarsızlığı tanınmış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1-inz(103)- 1582/2013 saylı qərarı ilə eyni iddia təmin edilmişdir. Qaradağ RİH başçısının xx.xx.2003cü il tarixli 127 saylı sərəncamı ilə məhkəmə qərarlarının icrası təmin edilmiş və Qaradağ RİH başçısının 1193 saylı xx.xx.2000-ci il tarixli sərəncamı etibarsız sayılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Beləliklə yuxarıda sadalanan məhkəmə aktlarından məlum olur ki, iddaçı İddiaçı torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx xxxxxxxx 1998-ci il tarixli,1080 saylı sərəncamı Cavabdeh başçısının 1193 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncamı ilə etibarsız sayılmışdır. Cavabdeh başçısının 1193 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncamı isə hal-hazırda qüvvədədir. İddiaçı hazırkı iddia ilə etibarsız sayılmış (yeni qüvvədə olmayan) Cavabdeh başçısının xx xxxxxxxx 1998-ci il tarixli,1080 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün Torpağın yerləşmə sxeminin (cizgisinin) verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi iddia tələbi əsassızdır.” Apellyasiya şikayətinin dəlillərinə görə, heç bir məhkəmə qərarında ona verilmiş xx.xx.1998 ci il tarixli sərəncamın etibarsızlığı tanınmamışdır. Sərəncam bu gün də qanuni qüvvədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli R-12-091 nömrəli məktubunda göstərilmişdir ki, onun Ümid qəsəbəsində 600 kv.m. torpaq sahəsinin xəritədə yerləşmə cizgisinin verilməsi barədə müraciətinə baxılmışdır. Qaradağ RİH başçısının xx.xx.1998-ci il tarixli 1080 nömrəli sərəncamına əsasən ona Ümid qəsəbəsində torpaq sahəsi ayrılan zaman torpağın yerləşmə cizgisi verilmişdir. Cizginin yenidən verilməsi məqsədəmüvafiq hesab olunmur. Məhkəmə kollegiyası bildirir ki, iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan (İPM-2.2.3, 34.1), mübahisəyə maddi hüquqi əsas kimi məhkəmə qərarının çıxarıldığı vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, bu növ iddialarda məhkəmə qərarı ilə inzibati orqanların üzərinə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan vəzifə və öhdəliklər qoyulur. Nə qədər ki, mübahisəli vəzifə və öhdəlik qanunvericiliklə təsbit olunmamışdır (yaxud artıq qüvvədən düşmüşdür), inzibati orqanların bu vəzifə və öhdəlikləri icra etmək məcburiyyəti və səlahiyyəti yoxdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası məhz bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin xəritədə yerləşmə sxeminin (cizgisinin) verilməsi kimi bir səlahiyyəti müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsinin xəritədə yerləşmə cizgisinin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə ümumən düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-87.6), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2198/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar