Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-976/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" X10 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X15rşı (3-cü şəxs AR Maliyyə Nazirliyi cəlb edilməklə) kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" X14 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 1993-cü il tarixli 694 nömrəli sərəcamı ilə ayrılmış 0,136 ha torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması nəticəsində kompensasiya olaraq 0,136 ha torpaq sahəsinin hər sotu üçün 10 000 manat məbləğində pul vəsaitinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən ona hesablanacaq 20% əlavənin, həmçinin əldən çıxmış faydaya görə 10.000 manatın dövlət büdcəsindən iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-6870/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 aprel 1993-cü il tarixli 694 nömrəli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 9083 saylı inşaat pasportuna əsasən torpağın qəbuluna dair 24 may 1994-cü il tarixli 93/502 aktla rəhbəri iddiaçıya “Qayğı yaradıcılıq evi” inzibati binasını tikmək üçün Nərimanov rayonu, 205-ci qəsəbədə 0,136 ha torpaq sahəsi ayrılmış, sahənin sxemi 1:500 miqyasında tərtib edilmiş, qeyd olunan sahədə iddiaçı inzibati bina inşa etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixli 25/24- 03772 nömrəli məktubla “Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbədə iddiaçıya məxsus daşınmaz əmlakın tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barəsində” xx.xx.2011-ci il tarixli YTNƏŞ-964 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tərtib olunmuş layihə sənədləri qüvvədə olan 2.6- 1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin; 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nin; 2.02.01- 97 “Bina və qurğuların yanğın təhkükəsizliyi” DTNnin; 2.04.02-84 4iSu təchizatı. Xarici xəttlər və qurğular” TN və Q-nin; 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nin; “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğundur. Bununla yanaşı, obyektdə yanğın xəbərverici siqnalizasiya sisteminin quraşdırılması Dövlət yanğın nəzarəti xidmətindən xüsusi razılıq (lisenziya) almış təşkilatlar tərəfindən həyata keçirilməlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2011-ci il tarixli 04-22/7-2361 nömrəli rəyi ilə iddiaçıya məxsus ofis yaradıcılıq evinin işçi layihəsini “Sanitariya epidemioloji salamatlıq haqqında” Qanunun 34-cü maddəsinə əsasən razılaşdırmış, tikinti işlərinin Azərbaycan Respublikasının mövcud sanitariya qanunvericiliyinə uyğun həyata keçirilməsi və obyekt layihədə nəzərdə tutulan təyinatı üzrə istifadə edilməsi şərti ilə razılaşdırmışdır. Qanuni "xxxx" MKM-nə ayrılmış və Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbədə 0,136 ha torpaq sahəsində smeta sənədlərə əsasən 450000 manata başa gələn ikimərtəbəli daşınmaz əmlak inşa etmişdir. Həmin tikilinin birinci mərtəbəsi yaşayış, ikinci mərtəbəsi isə qeyri-yaşayış sahəsi kimi istifadə edilmişdır. İddiaçının qanuni əsaslarla istifadəsinə ayrılmış torpaq sahəsi təxminən 13,6 sotdan artıq təşkil etmiş və bu barədə verilmiş sərəncam qanuni qüvvəsində olmaqla, hər hansı təşkilat tərəfindən ləğv edilməmişdir. Həmçinin, həmin sərəncamla Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbədə 0,136 ha torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi qərəra alındığından göstərilən torpaq sahəsinin üzərində istifadə hüququna malik olmuş və torpaq sahəsinin müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, iddiaçının həmin əmlaka mülkiyyət hüququnu istisna etmir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən “Gənclik” meydanından “Koroğlu” metrosunadək Ziya Bünyadov prospektinə paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolun hissəsilə əlaqədar tikinti altına düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədilə qanuni əsaslarla sərəncamla iddiaçının istifadəsinə ayrılmış 0,136 ha torpaq sahəsi tikinti altına düşmüşdür. Lakin torpaq sahəsinə dair iddiaçıya indiyə qədər kompensasiya ödənilməmişdir. Cavabdehə sonuncu müraciət etdikdə, rəsmi qaydada cavab verilməsə də, iddiaçıya məhkəməyə müraciət etməyi və məhkəmə qərarı əsasında iddiaçıya kompensasiyanın ödəniləcəyi bildirilmişdir. Buna görə də iddiaçı istifadəsində olmuş 0,136 ha torpaq sahəsinin bir sotunun dəyəri hazırki bazar qiymətinə uyğun qiymətlə qiymətləndirilməli, yəni 0,136 ha torpaq sahəsinin bir sotu dəyəri 100.000 manat hesablanmaqla (0,136 ha x 100000 manat =1.360 000 manat) müəyyən edilməlidir. Sadalanan normalardan göründüyü kimi, kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. Torpaqdan (və ya onunla bağlı daşınmaz əmlakdan) hətta belə qanuni hüquqları olmayan şəxslərin yalnız faktiki sahiblik hüququnun olması kifayət edir ki, onlar alınmanın təsirinə məruz qalan şəxs hesab edilsinlər. Bundan əlavə bu növ işlərdə qanunun analogiyasını tətbiq edərək müəssisəyə məxsus torpaq sahəsinin bazar qiymətinin 20 faiz miqdarında satınalma qiyməti də ödənilməlidir. Yəni istifadəsində olmuş torpağı 20% əlavəsi ilə birlikdə dəyəri (1.360 000 manat + 272 000 manat = 1.632000) manat məbləğində qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008- ci il tarixli Sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən “Böyük Şor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi ilə əlaqədar yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrin, yaşayış və qeyriyaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə iddiaçı X5 məxsus ünvan 1 ünvanda yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m mülkiyyətində olan 0,136 ha torpaq sahəsində yerləşən daşınmaz əmlak tikinti altına düşmüşdür. Əmlakın özgəninkiləşdirilməsi vaxtı qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2015-ci ilə olan tarixinə bazar dəyəri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə, ümumilikdə 286148 manat dəyərində müəyyən edilmiş, həmin vəsait "xxxx" ASC (alıcı) ilə iddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması məqsədi ilə xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcı daşımaz əmlakı 286148 manat 00 qəpik qiymətinə satır, alıcı isə həmin qiymətə alır. Həmçinin, müqavilənin 9-cu bəndinə əsasən satıcı həmin daşınmaz əmlakı ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ola bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. Qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmiş və bundan sonra əmlakı sökülmüşdür. Əmlakın qiymətləndirilməsində "xxxx" ASC hər-hansı məsuliyyət daşımır. Dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Alqı-satqı müqaviləsi tərəflərin könüllü iradəsi əsasında bağlanmış və tərəflər qiymət barədə qarşılıqlı razılaşaraq müqavilə imzalamışlar. Müqavilənin 9-cu bəndinə əsasən satıcı həmin daşınmaz əmlakı ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Hal-hazırda həmin müqavilə qüvvədədir. Müvafiq daşınmaz əmlaka görə ödəniləcək kompensasiyanın qarşılıqlı razılaşma əsasında qiymətinin təzahür etməsinin nəticəsi kimi tərəflər öz aralarında alqı-satqı müqaviləsini bağlamışlar və notarial qaydada təsdiq edilmişdir. Daşınmaz əmlakla bağlı iddiaçının könüllü iradə ifadəsi olmaqla konkret müqavilə ilə satılmış və gələcəkdə məhkəmə mübahisəsinin olmayacağı ilə bağlı satıcı (iddiaçı) tərəfindən təminat verilmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus olmuş daşınmaz əmlakı cavabdehə satarkən gələcəkdə məhkəmə mübahisələrinin olmayacağına təminat verdiyi halda, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə iddiaçı iddia ərizəsinə əsasən onun daşınmaz əmlakının altındakı torpaq sahəsinə görə kompensasiya tələb edir. İddiaçının mübahisə açdığı əmlakının yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008- 2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən “Böyük Şor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi ilə əlaqədar yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə iddiaçı X5 daşınmaz əmlakının tikinti altına düşməsi barədə əmlakının ona məxsus olması barədə hüquqmüəyyən edici sənədlərinin 3 (üç) iş günü ərzində alan orqana təqdim edilməsinin təmin edilməsinə dair iddiaçıya bildiriş göndərilmişdir. İddiaçının mülkiyyətində olan tikili və mülkiyyətində olmayan torpaq sahəsi dövlət ehtiyacları üçün sökülmüşdür. İddiaçıya mülkiyyətində olan əmlak və ya mülkiyyətində olmayan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə müqavilə bağladığından, qiymətlə razılaşmaqla və həmin məbləği qəbul etməklə fərdi yaşayış evi üzərində mülkiyyət hüququndan imtina etdiyindən o hazırki, tələbində irəli sürdüyü həmin evin yerləşdiyi 0,136 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu da əldə edənə vermişdir. Faktiki olaraq ödənilmiş kompensasiya həm fərdi yaşayış evinə, həm də onun yerləşdiyi 0,136 ha torpaq sahəsinə görə ödənilmiş kompensasiya olmuşdur. İddiaçı həmin əmlakı üzərindəki bütün hüquqlarını itirdiyindən və bu hüquqlar cavabdehə keçdiyindən iddiaçının əlavə olaraq torpaq sahəsi ilə bağlı ona kompensasiya ödənilməsinə dair və onunla bağlı hazırki tələbi əsassızdır. Sonda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iş materiallarında olan X11 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarili müqavilədən görünür ki, Bakı şəhəri Gənclik meydanından Koroğlu metrosunadaək Ziya Bünyadov prospektinə paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolu hissəsində tikinti altına düşən maneələrin köçürülməsi ətrafında yolun tikintisi ilə əlaqədar tikinti altına ayrılmış torpaq sahələri və onlar üzərində olan yaşayış və qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması məqsədilə iddiaçı daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan ünvan 1 ünvanında yerləşən (layihə 5) əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasardan ibarət sahədən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə "xxxx" ASC-nin xeyrinə imtina etmişdir. İddiaçı 286.148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiya almaqla yaşayş sahəsindən "xxxx" ASC-nin xeyrinə imtina etmişdir. Həmin müqavilədə torpaq sahəsi ilə bağlı hər hansı bir müddəa yoxdur və torpaq sahəsinə görə iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. İddiaçının da hazırki tələbi yaşayış sahələri ilə deyil, torpaq sahəsi ilə bağlıdır. Cavabdehin nümayəndəsi tərəfindən daxil olmuş 13 iyun 2022-ci il tarixli apellyasiya şikayətinə dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi uzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən “Böyük Şor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yolların tunellərin və piyada keçidlərinin tikintisi ilə əlaqədar yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə iddiaçı - X5 məxsus ünvan 2 ünvanda yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m mülkiyyətində olan 0,136 ha torpaq sahəsində yerləşən daşınmaz əmlak tikinti altına düşmüşdür. Əmlakın özgəninkiləşdirilməsi vaxtı qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2015-ci ilə olan tarixinə olan bazar dəyəri Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci ıl tarixli fərmanına əsasən 20% əlavə, ümumilikdə 286148 manat dəyərində müəyyən edilmiş həmin vəsait "xxxx" ASC (alıcı) ilə iddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş və ünvan 3 ünvanda yerləşən daşınmaz dövlət ehtiyacları üçün alınması məqsədi ilə 01 05 2015-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcı daşımaz əmlakı 286148 manat 00 qəpik qiymətinə satır, alıcı isə həmin qiymətə alır. Həmçının, müqavilənin 9-cu bəndinə əsasən satıcı həmin daşınmaz əmlakı ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmiş və bundan sonra əmlakı sökülmüşdür. Əmlakın qiymətləndirilməsində "xxxx" ASC hər hansı məsuliyyət daşımır. Dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Alqı-satqı müqaviləsi tərəflərin könüllü iradəsi əsasında bağlanmış və tərəflər qiymət barədə qarşılıqlı razılaşaraq müqavilə imzalamışlar. Müqavilənin 9-cu bəndinə əsasən satıcı həmin daşınmaz əmlakı ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Hal -hazırda həmin müqavilə qüvvədədir. Müvafiq daşınmaz əmlaka görə ödəniləcək kompensasiyanın qarşılıqlı razılaşma əsasında qiymətinin təzahür etməsinin nəticəsi kımı tərəflər öz aralarında alqı-satqı müqaviləsini bağlamışlar və notarial qaydada təsdiq edilmişdir. İddiaçı ona məxsus olmuş daşınmaz əmlakı cavabdehə satarkən gəlcəkdə məhkəmə mübahisələrinin olmayacağına təminat verdiyi halda, hazırki iddia ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakının altındakı torpaq sahəsinə görə kompensasiya tələb etmişdir. Halbuki, iddiaçının mübahisə açdığı əmlakının yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İddiaçıya mülkiyyətində olan əmlak və ya mülkiyyətində olmayan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə müqavilə bağladığından, qiymətlə razılaşmaqla və həmin məbləği qəbul etməklə fərdi yaşayış evi üzərində mülkiyyət hüququndan imtina etdiyindən o hazırki, tələbində irəli sürdüyü həmin evin yerləşdiyi 0,136 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu da əldə edənə vermişdir. Faktiki olaraq ödənilmiş kompensasiya həm fərdi yaşayış evinə, həm də onun yerləşdiyi 0,136 ha torpaq sahəsinə görə ödənilmiş kompensasiya olmuşdur. İddiaçı həmin əmlakı üzərindəki bütün hüquqlarını itirdiyindən və bu hüquqlar cavabdehə keçdiyindən iddiaçının əlavə olaraq torpaq sahəsi ilə bağlı ona kompensasiya ödənilməsinə dair və onunla bağlı hazırki tələbi əsassızdır. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsni, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış B-3/16-2120 saylı, 13 mart 2020-ci il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsinin əvəzlənməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Sözügedən daşınmaz əmlak Agentlik tərəfindən həyata keçirilən “Bakı şəhəri, Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel olaraq 7 kilometrlik 6 zolaqlı yolun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Siyahıyaalma zamanı təqdim etdiyi sənədlərə əsasən sözügedən daşınmaz əmlak iddiçının adına (X11) qeydə alınmış və 2015-ci il 01 may tarixində notarial qaydada müqavilə imzalandıqdan sonra 286148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiya ödənilmişdir. - "xxxx" ASC tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış B-3/16- 3550 saylı, xx.xx.2016-cı il tarixli məktubda bildirilmişdir ki, ünvanladığı ərizəyə aidiyyəti üzrə baxılmışdır. Ərizədə qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi məqsədilə sözügedən torpaq sahələrinə aid hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin Cəmiyyətə təqdim edilməsi xahiş edilmişdir. - "xxxx" ASC tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış B-3/16-4401 saylı, xx.xx.2016-cı il tarixli məktubda bildirilmişdir ki, sözügedən daşınmaz əmlak "xxxx" ASC tərəfindən həyata keçirilən “Bakı şəhəri, Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel olaraq 7 kilometrlik 6 zolaqlı yolun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Siyahıya alma zamanı təqdim etdiyi sənədlərə əsasən sözügedən daşınmaz əmlak adına (X11) qeydə alınmış və 2015-ci il 01 may tarixində notariat qaydada müqavilə imzalandıqdan sonra 286148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiya ödənilmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Kol-416-2189 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, “Bakı şəhəri, Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel olaraq 7km uzunluğunda 6 zolaqlı yolun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrin hər biri üçün (hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri və torpaq sahələri) ƏMDK Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən kadastr planı və onlardan çıxarış sənədləri hazırlandıqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən yerində baxış keçirilərək qiymətləndirilir. - Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 694 saylı Sərəncamından görünür ki, "xxxx" kiçik müəssisəsinin xx.xx.1992-ci il tarixli, 1/18 №li məktubu nəzərə alınaraq, Nərimanov rayonu 205 qəsəbəsində inzibati bina layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2092/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından görünür ki, "xxxx" X14nə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbədə inzibati bina üçün ayrılmış 0,136 hektar torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. - xx.xx.2015-ci il tarixli "xxxx" ASC-nin Binəqədi filialının ödəniş tapşırığından görünür ki, X5 286.148 manat kompensasiya pulu ödənmişdir. - X11 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolu (00 km + 000m-00 km + 907m) hissəsində yolun tikintisi altına düşın maneələrin köçürülməsi ətrafında yolun tikintisi ilə əlaqadar tikinti altına ayrılmış torpaq sahələri və onlar üzərində olan yaşayış və qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması məqsədilə iddiaçı daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan ünvan 4 ünvanında yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahədən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə "xxxx" ASC-nin xeyrinə imtina etmişdir. İddiaçı 286.148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən "xxxx" ASC-nin imtina etmişdir. İddiaçı gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. - X4, X9, X6, X7 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi-yaşayış evinin "xxxx" tərəfindən sökülməsi və ödəniləcək məbləğin X8 götürməsinə etiraz etməmişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********83 saylı məktubundan görünür ki, "xxxx" X13 adına Bakı şəhərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus “əmlak” dövlət ehtiyacları üçün dövlət orqanı tərəfindən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında alınmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 694 saylı Sərəncamı ilə Nərimanov rayonu 205 qəsəbəsində inzibati bina layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsində ünvan 4 əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahədən olan əmlakın dövlət ehtiyacları üçün alınması zamanı iddiaçının vahid “əmlakı” kimi qiymətləndirilərək kompensasiya ödənilmişdir. Əlavə topaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olması barədə isə məhkəməyə iddiaçı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən “Böyük Şor qəsəbəsində yeni inşa olunan stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi ilə əlaqədar yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrin, yaşayış və qeyriyaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m daşınmaz əmlak tikinti altına düşmüşdür. X11 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ilə iddiaçı dövlət ehtiyacları üçün alınması məqsədilə daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan ünvan 4 ünvanında yerləşən əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahədən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 286.148 (iki yüz səksən altı min yüz qırx səkkiz) manat məbləğində kompensasiyaya görə "xxxx" ASC-nin xeyrinə imtina etmişdir. İddiaçı gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Həmin kompensasiya məbləgi iddiaçı tərəfindən götürülmüşdür. Hazırki iddiasında isə iddiaçı əlavə olaraq cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X12 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 1993-cü il tarixli 694 nömrəli sərəcamı ilə ayrılmış 0,136 ha torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması nəticəsində kompensasiya olaraq 0,136 ha torpaq sahəsinin hər sotu üçün 10 000 manat məbləğində pul vəsaitinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən ona hesablanacaq 20% əlavənin, həmçinin əldən çıxmış faydaya görə 10.000 manatın dövlət büdcəsindən ödənilməsini xahiş edir. Mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Avropa Məhkəməsinin presedent hüququnda ətraflı şəkildə müəyyən edilmişdir (bax Gladysheva, §§ 64-68). Avropa Məhkəməsi qeyd etmişdir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi iləqorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Konkret halda tərəflər Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həmin əmlakın iddiaçının “əmlakı” olubolmaması məsələsi üzərində razılığa gəliblər, yəni iddiaçı Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada əmlakın sahibi idi (Gladysheva, 69-cu maddədə göstərilib və Sociedad Anonima del Ucieza İspaniyaya qarşı, no: 38963/08, paraqraf 78- 79, 4 noyabr 2014). Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər iddiaçının istifadəsində olmuş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 694 saylı Sərəncamı ilə Nərimanov rayonu 205 qəsəbəsində inzibati bina layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsində ünvan 4 əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahədən olan əmlakın dövlət ehtiyacları üçün alınması zamanı iddiaçının “əmlakı” olması üzərində razılığa gəlmişlər. Bu faktı qüvvədə olan və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və iddiaçının bank vasitəsi ilə qəbul etdiyi kompesasiya məbləgi sübut edir. Müdaxilənin xarakterinə gəlincə, Avropa Məhkəməsi analoji işlərdə qeyd etmişdir ki, qüvvədə olan məhkəmə qərarları ərizəçinin əmlakı üzərində mülkiyyət hüququnun qəti və birdəfəlik ləğv edilməsi anlamını daşıyır, məhkəmə eyni zamanda hesab edir ki, bu tədbir 1 saylı Protokolun birinci maddəsinin birinci paraqrafının ikinci cümləsində ifadə edilən mənada mülkiyyət hüququndan məhrum olunma kimi qəbul edilir. Hazırki müdaxilənin qanuniliyi və qanuni məqsədinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, müdaxilə “qanunda nəzərdə tutulan şərtlərdə”, yəni milli qanunvericiliyə və Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həyata keçirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında yerli orqanlar tərəfindən ictimai mənafenin qorunması ilə bağlı hər hansı fikir ayrılığı olmamışdır. İş materiallarından göründüyü kimi iddiaçıya məxsus “əmlak” dövlət ehtiyacları üçün dövlət orqanı tərəfindən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında alınmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 694 saylı Sərəncamı ilə Nərimanov rayonu 205 qəsəbəsində inzibati bina layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsində ünvan 4 əsas sahə 150.12 kv.m, köməkçi sahə 53.76 kv.m, 2-ci mərtəbə təmirsiz 201.74 kv.m, 56 ədəd ağac, 62 kv.m daş hasar ibarət sahədən olan əmlakın dövlət ehtiyacları üçün alınması zamanı iddiaçının vahid “əmlakı” kimi qiymətləndirilərək kompensasiya ödənilmişdir. Əlavə topaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olması barədə isə məhkəməyə iddiaçı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi və ya kompensasiya məbləğinin artırılması əsasları, həmçinin Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinin pozulması müəyyən edilmədiyindən iddiaçı "xxxx" X10 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X15rşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 1993-cü il tarixli 694 nömrəli sərəncamı ilə ayrılmış 0,136 ha torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması nəticəsində kompensasiya olaraq 0,136 ha torpaq sahəsinin hər sotu üçün 10 000 manat məbləğində pul vəsaitinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən ona hesablanacaq 20% əlavənin, həmçinin əldən çıxmış faydaya görə 10.000 manatın dövlət büdcəsindən iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı iddiasının təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbinin əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində ona məxsus əmlakın sökülməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya ödənilməli olması təşkil etdiyindən və onun iddia tələbinin təmin olunmasına dair əsaslar müəyyən edilmədiyindən iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 17 noyabr 2021-ci il qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-976/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-976/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver