Məhkəmə qərarları › İş №2-1(103)-977/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-977/2020

19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-977/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X8, İddiaçının nümayəndə və vəkilləri Vəkil2, Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin ( VÖEN – **********;Hüquqi ünvanı – AZ1095, ünvan 1 ; Qanuni təmsilçisi – Sadıg Mamedov; əvvəlki qanuni təmsilçi – X10; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2007-ci il) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-389/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” MMC xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********172603 saylı inzibati aktın ləğv ediməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2017-ci il tarixli, **********125227 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı ilə cəmiyyətdə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2018-ci il tarixli, **********147083 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********172603 nömrəli qərarla vergi ödəyicisinə 75,794,017.5 manat məbləğində əlavə vergi hesablanmış və 37,842,019.33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən qərar ilə bağlı aşkar edilmiş faktlar üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin X5 Araşdırılması Baş idarəsi tərəfindən "İddiaçı" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2- ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və hal-hazırda həmin cinayət işi üzrə icraat davam etdilir. Buna görə də, hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-389/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) hazırkı iş üzrə icraat iddiaçının dövlət büdcəsinə külli miqdarda vergilərin ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə (məhkəmə cinayət işi üzrə) icraat başa çatana kimi dayandırılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-389/2020 nömrəli qərardadının ləğv edilməsini, inzibati işin baxılması üçün həmin Məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət təqibi məhz mübahisələndirilən inzibati akt üzrə yaranan vergi borcuna görə həyata keçirilir. İnzibati məhkəmə icraatı üzrə yekun məhkəmə aktı ilə inzibati akt ləğv olunduğu (dəyişdirildiyi) halda cinayət tərkibi də aradan qalxacaq və cinayət təqibinə Cinayət Prosessual Məcəllənin 39.1.1-ci (ibtidai istintaq dövründə) və ya 42.1.1-ci (məhkəmə baxışı zamanı) maddəsinə əsasən xitam veriləcəkdir. Belə olan halda cinayət işinin aparılması həmin inzibati işin davam etdirilməsinə necə əngəl ola bilər?! Hansının hansına təsiri olduğu aşkar müəyyən olunur. Bir halda ki, inzibati işin nəticəsi (vergilərin azaldılması və ya iddianın rəddi) cinayət hadisəsinin taleyinə aydınlıq gətirəcək, demək ki, cinayət işinin nəticəsi inzibati işdən asılıdır. Digər tərəfdən isə mübahisələndirilən inzibati akt üzrə hesablanan vergi borcuna görə yalnız fakt üzrə cinayət işi başlanılmışdır və həmin iş üzrə məhkəmənin yekun qüvvəyə minən hər hansı hökmü yoxdur ki, orada müəyyən olunan halların inzibati məhkəmə icraatında preyudisial əhəmiyyəti olsun. Belə hökm olsaydı da, o halda məhkəmə tərəfindən həmin əsaslara istinad olaraq işə mahiyyəti üzrə baxılarkən münasibət bildirilə bilərdi. Göründüyü kimi, hər bir yanaşmada məhkəmənin belə qərardadla inzibati iş üzrə icraatı dayandırması tamamilə qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri Vəkil2, Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, inzibati işin baxılması üçün həmin Məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq, Vəkil2 səyyar vergi yoxlaması aktında 75.794.017, 50 manat ƏDV üzrə vergilərin azaldılmasını qanunsuz olaraq İddiaçı MMC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərin (zavodun) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 2(81)-701/2016 saylı qətnaməsinin əsas götürüldüyünü bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı qətnaməsi ilə (hakim A.Hüseyn) iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər İddiaçı MMC-yə, “xxxxmpani” QSC-уə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair ilk, iddiaçılar İddiaçı MMC və “xxxxmpani” QSC-nin cavabdehlər “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ilkin iddianın rədd olunması, iddia müddətinin tətbiq olunması və “xxxx” QSC-nin qarşısında olan bütün öhdəliklərə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə ilk iddia tələbləri təmin edilmiş, cavabdeh İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 494.919.738,04 manat borcu İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksinə və Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlaklar üzərində İddiaçı mülkiyyət hüququ ləğv edilmiş və “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququ tanınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə “xxxx” QSC-nin həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə əlaqədar hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. “xxxx” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçındən tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, cavabdeh “Azərbaycan Metanol” Kompani Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 332.600.851,05 manat borcu “xxxxmpani” QSC-yə məxsus Bakı şəhəri,Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak üzərində “xxxxmpani” QSC-nin mülkiyyət hüququnun ləğv edilməsi, “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə “xxxx” QSC-nin həmin əmlak kompleksinin yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə əlaqədar hərəkətlərin edilməsi öhdəliyi qoyulmuş, cavabdeh “Azərbaycan Metanol” Kompani Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “xxxx» QSC-nin xx xxxx 2016-cı il tarixli rəyi ilə qiymətləndirilmiş 73.000.000 ABŞ Dolları – 113.741.300 manat məbləğində dəyəri çıxıldıqdan sonra qalan 218.859.551,05 manat məbləğ İddiaçı MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksi və Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosessinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasının “xxxx» QSCnin xx xxxx 2016-cı il tarixli rəyi ilə qiymətləndirilmiş 447.000.000 ABŞ Dolları – 696.470.700 manat məbləğində dəyərindən həmin müəssisənin “xxxx” QSC-yə olan 494.919.738,04 manat məbləğində borcu çıxıldıqdan sonra artıq qalan (201.550.961,96 manat) hissəsinə və “ xxxxmpani” QSC-nin digər əmlaklarına, o, cümlədən debitor borclarına yönəldilərək həmin əmlaklar və vəsaitlər hesabına tutularaq “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, “xxxx” QSC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi “ xxxxmpani” QSC-dən tutularaq “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi üzrə “ İddiaçı” MMC və “xxxxmpani” QSC tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(81)-701/2016 saylı qərardadı ilə (hakim A.Hüseyn) İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər “İddiaçı" MMC-yə, “xxxxmpani” QSC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı" tələbinə dair ilk, iddiaçılar “İddiaçı" MMC və “xxxxmpani" QSC-nin cavabdehlər “xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ilkin iddianın rədd olunması, iddia müddətinin tətbiq olunması və “xxxx" QSC-nin qarşısında olan bütün öhdəliklərə xitam verilməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81 )-701/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin izah edilməsinə dair tələbkar “xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi tərəfindən verilmiş ərizə üzrə - ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)- 701/2016 saylı qətnaməsi aşağıdakı kimi başa düşülmüşdür: Qətnamənin icra edilməyə başladığı gün, yəni xx xxxxxxxx 2016-cı il tarixə mövcud olmuş ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi ilə, yəni 1 ABŞ dolları = 1.6292 AZN rəhbər tutulmaqla icra hərəkətləri edilsin. Qətnamədə “Делойт и Туш СНГ"' Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2016-cı ilə tarixli rəyində göstərilən 520 milyon ABŞ dolları qətnamənin icrası üçün 847.184.000 AZN (1,6292 x 520000000) kimi qəbul edilsin. Qətnamədə qeyd edilmiş məbləğlərin müvafiq məzənnə ilə qəbul edilməsi zamanı borclular “xxxx” MMC və “xxxxmpani” QSC-nin xeyrinə yaranan 19.663.410,91 manat qalıq məbləğ, cavabdehlərin iddiaçıya 22.874.264.95 manat məbləğində faiz borcu ilə əvəzləşdirilsin. Cavabdehlərin iddiaçıya qalan 3.210.854.04 manat məbləğində borcu cavabdehlərin digər əmlaklarına və debitor borclarına yönəldilsin. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 İddiaçı MMCdə keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********172603 nömrəli qərarı ilə Cəmiyyətə 75794017.5 manat məbləğində əlavə vergi hesablanmış və 37842019.33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətin səyyar vergi yoxlamasının nəticələrinə dair şikayətləri nazirliyin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2019-cu il tarixli **********466400 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan Cəmiyyətin verdiyi şikayət nazirliyin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli **********076600 nömrəli qərarı ilə təmin olunmamışdır. Cəmiyyət Prezident yanında Apellyasiya Şurasına şikayət edərək Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli Qərarının və Nazirliyin yanında Bakı şəhəri X4 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 25.12 2018-ci il tarixli Qərarının tamamilə ləğv olunması, 23.11 2018-ci il tarixli vergi yoxlaması aktının isə müvafiq hissəsində etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X5 X1 və X6 şöbəsinin baş təhqiqatçısı, ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş xx xxxx 2019cu il tarixli, Q1901222 saylı “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Vergilər Nazirliyi yanında X5 və X6 şöbəsi tərəfindən “İddiaçı" MMCdə 75,794,017.5 manat məbləğində, yəni külli miqdarda əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanması və ibtidai araşdırmanın aparılması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli, 12 №-li qərarı ilə (sədrlik edən E.Nuriyev) “İddiaçı" MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli **********076600 nömrəli qərarından verilmiş şikayəti üzrə başlanılmış icraata xitam verilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli **********076600 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X5 X1 və X6 şöbəsinin baş təhqiqatçısı, ədliyyə müşaviri X2 tərəfindən başlanmış cinayət işinin tərəflər arasında olan hazırkı mübahisənin həllinə təsir edə biləcək. Məhkəmə kollegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Eyni zamanda, “Johanesson və digərləri İslandiyaya qarşı” işində Avropa Məhkəməsi (xx xxx 2017- ci il) qeyd etmişdir ki, həm inzibati məsuliyyət, həm cinayət məsuliyyəti birgə icraatın tərkib hissələri olduqda- başqa sözlə eyni təhqiqatın nəticəsi olaraq tətbiq edildikdə, eyni qanuna əsaslandıqda, qanunvericilikdə vergi ödəyicisinə hər iki məsuliyyətin tətbiq ediləcəyi aydın şəkildə ifadə olunduqda – həm inzibati məsuliyyətin, həm cinayət məsuliyyətinin (birgə icraat qaydasında) tətbiq edilməsi yol veriləndir. Birgə icraatın mövcudluğu o vaxt müəyyən olunur ki, ilk növbədə bu dövlətdaxili qanunvericilikdə aydın şəkildə öz əksini tapmalıdır. Belə ki, vergi ödəyicisi yol verdiyi qanunpozuntusu nəticəsində ona həm maliyyə sanksiyasının tətbiq ediləcəyini, həm də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini bilməlidir. Bundan əlavə, inzibati qaydada aparılan icraat və cinayət icraatı vaxt və mahiyyət baxımından əlaqəli və yaxın olmalıdır. Yəni eyni faktlara əsaslanmalı, paralel olaraq aparılmalıdır. Bununla yanaşı, vergi ödəyicindən alınmış izahatlar, təyin edilmiş ekspertizalar hər icraatda ayrıca qaydada aparılmamalıdır. Başqa sözlə, inzibati orqan və istintaq orqanı özünün müstəqil təhqiqatını aparmamalıdır. Biri tərəfindən əldə edilmiş məlumatlar digəri üçün sübut əhəmiyyətli olmalı və şübhə altına alınmamalıdır. Həmçinin, hər iki icraat nəticəsində vahid yekun akt qəbul edilməlidir. Beləliklə, əgər dövlət daxili qanunvericilik vergi hüquqpozmalarına görə inzibati icraatı və cinayət icraatını “birgə icraat” kimi qiymətləndirirsə, inzibati icraatın nəticələri cinayət icraatı qaydasında yenidən nəzərdən keçirilmirsə, məsələn yenidən izahat alınmır, ekspertiza təyin edilmir və s. bu zaman Konvensiyanın 7-ci Protokolunun 4-cü maddəsinin pozuntusundan söhbət gedə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-389/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar