Məhkəmə qərarları › İş №2-1(103)-977/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-977/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-977/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək kirayə haqqı ilə təmin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin 29 noyabr 2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək kirayə haqqı ilə təmin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4333/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Rspublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin 108 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1999-cu ildə xx.xx.2021-ci ilədək hərbi xidmətdə olmuş və Müdafiə Nazirliyinin 0170 saylı xx.xx.2021-ci i tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtyata buraxılmışdır. Cavabdeh Başçısının 188 saylı xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır və 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev Ömər) ilə birgə təsərrüfat aparırlar. O, Cavabdehnə müraciətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi qulluq etdiyini, hazırda isə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatda olduğunu bildirərək yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş imtiyazları nəzərə alıb, güzəştli mənzil növbəsinə qəbul olunması üçün sərəncam verilməsini xahiş etmiş və mənzil növbəsinə qəbul olunması üçün tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Vətəndaş İddiaçı və onun ailə üzvlərinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınması məqsədəmüvafiq hesab edilərək Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev Ömər) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülsün və ehtiyatda olan hərbi qulluqçuların (zabit) güzəştli mənzil- uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 188 saylı xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, Cavabdeh Başçısının 188 saylı xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən vətəndaş İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil uçot siyahısına daxil edilmişdir. O, Cavabdehnə müraciət edərək Azərbaycan Respublikasının müdafiəsi uğrunda İİ Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyini, İİ qrup Qarabağ müharibəsi əlili olduğunu bildirmiş və yaşayış şəraitinin yaxşılaşdırılması mənzil növbəsinin İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilməsini xahiş etmiş və tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən Cavabdeh Başçısının 188 saylı xx.xx.2021-ci il tarixli Sərəncamına dəyişiklik edilərək, İddiaçı mənzil növbəsi İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmiş, İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva U duzan, oğulları Nağıyev Ülvi, Nağıyev ömər) ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Cavabdeh Başçısı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, yaşayış yeri üzrə Cavabdeh Başçısının 188 saylı xx.xx.2021-ci il tarixli sərəncamı əsasında ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. 188 saylı 15 11.2021-ci il tarixli sərəncamla mənzil növbəsi İİ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmişdir. Qarabağ müharibəsi əlillərinin yaşayış sahəsi ilə təmin edilməsi növbəlilik prinsipi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Kirayə haqqı yalnız ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçot siyahısına alınan vətəndaşlara ödənilir. Onun mənzil növbəsi Qarabağ müharibəsi əlilərinin güzəştli mənzil uçot siyahısına keçirildiyindən kirayə haqqı ödənilməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün deyildir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin 29 noyabr 2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək kirayə haqqı ilə təmin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 1999-2021-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, polkovnik-leytenant rütbəsinə kimi yüksəlmiş, 22 il boyunca layiqincə vətənə xidmət etmişdir. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0170 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq ordu sıralarından tərxis olunmuşdur. O və ailə üzvləri- həyat yoldaşı, iki oğlu ünvan 5 ünvanında qeydiyyatda olduğundan ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh Başçısının 11 iyun 2021 -ci il tarixli, 188 nömrəli Sərəncamı ilə o, 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Daha sonra isə xəstəliyi ilə əlaqədar olaraq İİ qrup Qarabağ müharibəsi əlili olduğu üçün ərizə ilə Cavabdehnə müraciət edərək müharibə əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh Başçısının 05 noyabr 2021-ci il tarixli, 393 nömrəli Sərəncamı ilə Cavabdeh Başçısının 11 iyun 2021-ci il tarixli, 188 nömrəli Sərəncamına dəyişiklik edilərək o və 4 nəfər ailə tərkibi ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmişdir. Bundan sonra hər ay ödənilən kirayə pulunun verilməsi dayandırıldı. "Hərbi qulluqçuların statusu haqqında" qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 saylı qərarına əsasən mənzil alanadək mənzil uçotuna götürülmüş hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi mövcud olmadığından Cavabdeh Başçısının 11 iyun 2021-ci il tarixli, 188 nömrəli sərəncamı qüvvədə olan zaman rayon İcra Hakimiyyəti tərəfindən hər ay mənzil kirayə pulu ilə təmin olunmuşdur. Hal-hazırda ailə üzvlərilə birlikdə ünvan 6 ünvanında kirayə yaşayır. Eyni zamanda Cavabdehnə müraciət edərək İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsində olsa da ehtiyyatda olan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 29 noyabr 2021-ci il tarixdə imtina cavabı verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4333/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Göründüyü kimi, qanunvericiliyin normalarının tələbinə əməl olunmayaraq Bakı İnzibati Məhkəməsində iddiası təmin olunmamışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilədək Azərbaycar Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin 0170 sayl xx.xx.2021-ci il tarixli əmrinə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülməsi üçün cavabdehə müraciət etmiş və Cavabdeh 188 nömrəli xx.xx.2021- ci il tarixli Sərəncamı ilə İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev Ömər) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş, ehtiyatda olan hərbi qulluqçuların (zabit) güzəştli mənzil- uçot siyahısına daxil edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında Cavabdeh 393 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə Cavabdeh 188 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı ilə Cavabdeh başçısının 188 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına dəyişiklik edilərək, İddiaçı mənzil növbəsi İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına keçirilmiş və İddiaçı 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Nağıyeva Ulduzan, oğulları Nağıyev Ülvi, Nağıyev ömər) ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. İddiaçıya hər ay ödənilən kirayə pulunun verilməsi dayandırıldığından, iddiaçı bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh 188 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə İİ qrup Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına, qanunvericilikdə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan şəxslərə mənzil kirayə xərclərinin ödənilməsinin nəzərdə tutulmamasına, həmçinin mövcud qanunvericiliyə əsasən kirayə haqqının yalnız ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşlara ödənilməsinə, iddiaçının hazırkı tələbinin əsassız olmasına istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə və inzibati orqana şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İşin faktiki hallarına görə, İddiaçı əvvəlcə icra hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına daxil edilmiş, daha sonra iddiaçının müraciəti əsasında icra hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə xx.xx.2021-ci il tarixli sərəncamına dəyişiklik edilərək İddiaçı mənzil növbəsi İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısına keçirilmiş və iddiaçı 4 nəfər ailə tərkibi ilə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsi siyahısında saxlanılmışdır. Bu səbəbdən iddiaçıya hər ay ödənilən mənzil kirayə haqqının verilməsi dayandırılmışdır. Beləliklə, iddiaçının sonuncu dəfə müraciəti əsasında onun İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısına keçirilməsi barədə icra hakimiyyəti orqanının xx.xx.2021-ci il tarixli sərəncamı qüvvədədir. Hazırki vəziyyətdə iddiaçı onun hərbi qulluqçu statusunun olmasına istinad edərək onun İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısına keçirilməsinə baxmayaraq hərbi qulluqçu statuslu şəxs kimi ona cavabdeh orqan tərəfindən mənzil verilənədək kirayə haqqı ilə təmin edilməsini tələb edir. Yəni, göründüyü kimi, iddiaçının hüquqi marağı ona İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısına əsasən mənzil verilənədək cavabdeh tərəfindən ona kirayə haqlarının ödənilməsindən ibarətdir. Bununla bağlı Kollegiya vurğulayır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan da görünür ki, güzəştli mənzil uçotu siyahısında olan şəxslərə kirayə haqqının verilməsi o zaman mümkündür ki, həmin şəxs hərbi qulluqçu kimi mənzil uçotu siyahısında olan şəxs olsun. Yəni, qanunvericilikdə bu statusda olan şəxs əlil kimi mənzil uçotu siyahısına dayandığı halda da ona mənzillə təmin olunacağı vaxtadək mənzil kirayə haqlarının ödənilməsi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı onun müraciəti əsasında İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısına keçirilməsi barədə cavabdeh orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli sərəncamını mübahisələndirməmişdir. Hazırki vəziyyətdə məhkəmə kollegiyası iddiaçıya bu yöndə iddia tələbini dəqiqləşdirməklə bağlı hüquqi yardımın edilməsini də uğursuz sayır. Odur ki, iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülərək onun kirayə haqları ilə təmin olunması barədə iddiası cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli sərəncamı qüvvədə olduğu üçün təmin oluna bilməz. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli 188 nömrəli sərəncamı ilə İİ qrup Qarabağ müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından, qanunvericilikdə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan şəxslərə isə mənzil kirayə xərclərinin ödənilməsi nəzərə tutulmadığından, həmçinin mövcud qanunvericiliyə əsasən kirayə haqqı yalnız ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşlara ödənildiyindən, iddiaçının hazırkı tələbi əsassızdır və birinci instansiya məhkəməsi onun tələbinin təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsi ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4333/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4333/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar