Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-98/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi X10 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2150/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2019-cu il tarixli, AN-İ № 07826115 nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1ən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını, iddiaçının adına reyestrdən çıxarış və torpaq sahəsinin planölçüsünün verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1ən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinin plan-ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, 07826115 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X6 Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsind yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin dəyərini tam ödəməklə almışdır. Qeyd olunan alğı-satqı müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notarial qaydada təsdiq edilmiş və bu zaman əmlak üzərinə hər hansı bir məhdudiyyət qeydə alınmamışdır. Alqı-satqı müqaviləsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Əmlak Məsələləri Xidməti”nə müraicət etmiş, lakin əsassız olaraq, alqı-satqı müqaviləsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, əmlak hüquqlarının qeydiyyata alınmasından əsasız olaraq imtina edilmişdir Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyündən müraciətin təmin edilməsi tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********90 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Daha sonra, ünvan 1ən, 0.03 ha torpaq sahəsinə dair iddiaçının adına ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Həmçinin, məhkəmənin diqqətinə çatdırmışlar ki, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 daşınmaz əmlakı X1 və sonuncunun adına ********** nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış və xx.xx.2009-cu il tarixli plan-ölçü verilmişdir. X8 ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncunun adına ********** nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. X14 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncunun adına ********** nömrəli, xx.xx.2019- cu il tarixli çıxarış verilmişdir. Eyni zamanda, X20 ilə X29 və X21 arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncuların adına, müvafiq olaraq 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəli və 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(82)-1465/2012 nömrəli qərarı ilə iddia təmin edilmiş, ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçı X18 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18080 nömrəli vərəqində **********95 reyestr nömrəsi ilə, 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0,015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X22 verilməsi və ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyata haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X12 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18079 nömrəli vərəqində **********93 reyestr nömrəsi ilə, 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0,015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X15 verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr xx.xx.2020-ci il tarixli, 2inz(82)-1465/2012 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir (**********89/xx.xx.2013). Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 may 2013-cü il tarixli, 2-1inz(103)-709/2013 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-1465/2012 saylı, 28 dekabr 2012-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2013-cü il tarixli, 2- 1inz(103)-709/2013 nömrəli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmişdir (**********54/xx.xx.2013). Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 865/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli, qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2013-cü il tarixli, 2-1inz(103)-709/2013 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)- 1465/2012 saylı, 28 dekabr 2012-ci il tarixli qərarı tərəflərindən icra edilərək, X15 **********93 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli, X22 **********95 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli “torpaq sahəsinin plan və ölçüsü” tərtib edilərək təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2150/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X20 ünvan 1ən 0.03 ha torpaq sahəsini X1 və sonuncunun adına ********** nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış və xx.xx.2009-cu il tarixli plan-ölçü verilmişdir. X8 xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini X2 və həmin müqavilə əsasında X9 adına ********** nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Eyni zamanda X9 adına sözügedən torpaq sahəsinə dair **********86 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X14 isə sözügedən torpaq sahəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, sonuncunun adına ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. X20 mülkiyyətində olan həmin ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini X16 və X15 xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmış və sonuncuların adına 09 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli və 09 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Sonradan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(82)-1465/2012 saylı qərarı ilə ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” a əsasən iddiaçı X18 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18080 nömrəli vərəqində **********95 reyestr nömrəsi ilə, 09 aprel 2009-cu ildə ********** qeydiuyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0.015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X22 verilməsi və ******* nömrəli, MH seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X12 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18079 nömrəli vərəqində, **********93 reyestr nömrəsi ilə, 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0.015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X15 verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən qərar icra edilərək, X17 **********93 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli, X22 **********95 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli “torpaq sahəsinin plan və ölçüsü” tərtib edilərək təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2019cu il tarixli, **********90 nömrəli imtina bildirişinin surətindən görünür ki, iddiaçının mübahisəli torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyündən müraciətin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 öz izahatında bildirmişdir ki, sözügedən ünvanda olan torpaq sahəsini satan Rizvandır. Torpaq sahəsinə dair plan-ölçüsünü 7-8 ildir ki, almışdır. Orada həm onun, həm də, Ofelyanın sənədləri var. Dedilər ki, bütün vətəndaşlara çıxarış veriləcək. Ona öz yerini versinlər. Hardan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlak hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 139-1.1; 139-1.1.3-cü, eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0; 8.0.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.23-9.25-ci bəndlərindən görünür ki, üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış evi, bağ evləri və müəsisələlr olan sahələrin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) bu sahənin planının və ölçüsünün çəkilməsini təmin etmək, bağ evlərin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydalarının 1-ci hissəsinin 2-ci bəndindən görünür ki, Bu Qaydalar Xidmətin ərazi idarələri (bundan sonra “ərazi idarələri” adlanacaq) tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsinə dair proseduraları tənzimləyir. Qaydaların 2-ci hissəsinin 1-ci bəndindən isə görünür ki, daşınmaz əmlak üzərində texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi üçün ərizəçilər Xidmətin ərazi idarələrinə, bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən müvafiq ərizə forması ilə birlikdə bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən və həmin ərizənin məzmununa uyğun olan sənədləri təqdim etməlidirlər. Qaydaların 1 nömrəli Əlavəsindən isə göründüyü kimi ərizəyə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən alqı-satqı müqaviləsi, reyestrdən çıxarış, torpaq sahəsinin plan-sxemi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilir. Qaydaların 3-cü hissəsinin 13-24-cü bəndlərinin və 4-cü hissəsinin 27-31 bəndlərinin məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatım aparan Xidmətin ərazi idarələri daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarışla yanaşı, həmin əmlaka texniki sənədləri, o cümlədən, daşınmaz əmlakın plan və ölçüsünü də (texniki paspartunu) də hazırlayıb ərizəçiyə verməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan istər inzibati icraat zamanı, istərsə də, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, iddiaçının plan-ölçünün tərtib edilib ona verilməsi barədə müvafiq müraciətinin təmin edilməsindən heç bir qanuni əsas olmadan imtina etmişdir. Hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair əvvəllər X4 və X9 adına müvafiq olaraq xx.xx.2009-cu il tarixli və xx.xx.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü mövcud olmuşdur. Cavabdehin imtinasında qeyd etdiyi digər şəxslərə (X13 və X15) məxsus torpaq sahələrinin isə iddiaçıya məxsus torpaq sahəsi ilə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahələrinə dair torpaq sahəsinin plan və ölçüsü məhkəmə qərarı ilə sözügedən digər şəxslərə (X13 və X15) sonradan (2012-ci ildən sonra) verilmiş, həmin torpaq sahələrinin koordinatları əvvəlcədən məlum olmamışdır. İddiaçıya məxsus olmuş torpaq sahəsinin isə koordinatları, plan və ölçüsü əvvəlcədən məlum olmuş və buna dair müvafiq hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh imtinanın əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 1ən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinin plan-ölçüsünün verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan ünvan 2 ünvanında yerləşən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsi naturada mövcud olub-olmaması, mövcuddursa faktiki ölçüsü, torpaq sahəsinin yerquruluşu planın yerləşmə mövqeyi (koordinatları) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olması, faktiki istifadədə olan torpaq sahəsinin naturadakı döngə nöqtələrinin koordinatları torpaq sahəsinə dair hazırlanmış ilkin yerquruluşu planında torpağın yerləşmə mövqeyi ilə üst-üstə düşübdüşməməsi, qeyd edilən torpaq sahəsinin elektron bazada başqa fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçib-keçməməsi, torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində **********93 nömrə ilə qeydə alınmış X21 və **********95 nömrə ilə qeydə alınmış X22 məxsus torpaq sahələrinin koordinatları üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin təqdim olunmaması əsası ilə məhkəmə mühəndis-texniki ekpertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli məlumat inzibati işlə birlikdə məhkəməyə daxil olmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2150/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-98/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-98/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver