Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-98/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1455 saylı xx.xx.2019-cu il tarixli qərara əsasən İddiaçı MMC-yə məxsus AZ1069, ünvan 3 ünvanında yerləşən “MONES” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. “Azərekspertiza” Birliyinin 137 saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən mağazada alış qiyməti ilə 750 445,00 manat məbləğində mal qalığının mövcud olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən malların alışına dair yük gömrük bəyannamələri, hesab-fakturalar və "xxxx" MMC ilə İddiaçı MMC arasında “Malların qəbul və təhvil” aktı götürülmüşdür. Mağazada tərtib edilmiş malların adlı siyahısı yük gömrük bəyannamələri və hesab-fakturalarla üzləşdirilərkən müəyyən olundu ki, 750 445,00 manat məbləğində mallardan 111 910,00 məbləğində malların sənədləri mövcuddur. Operativ vergi nəzarəti tədbiri zamanı 638535,00 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1873 saylı xx.xx.2019-cu il tarixli Qərara əsasən AZ1106, Bakı şəhəri Nərimanov rayonu, X7 1978, Zirzəmidə İddiaçı MMC VÖEN ********** “MONES” mağazasına məxsus, qeydiyyatda olmayan (uçotsuz) malların saxlanılması üçün istifadə olunan anbar aşkar edilmişdi. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar təqdim edilməsinə baxmayaraq zəruri sənədlər heç bir səbəb göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-yə məxsus AZ1069, ünvan 4 ünvanında yerləşən “MONES” mağazasına məxsus Zirzəmidə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 079 309,00 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində ’’Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4731 saylı xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyəcisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləsinin 130.1- 1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 63853.50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2019-ci il tarixədək 63853.50 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********5450 saylı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyəcisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1- 1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 107930.90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2019-ci il tarixədək 107930.90 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “**********4731 saylı xx.xx.2019-cu il tarixli və **********5450 saylı xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədədir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh **********1873 saylı xx.xx.2019cu il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, iddiaçıda operativ vergi nəzarətini həyata keçirmişdir. Aparılmış yoxlama nəticəsində vergi orqanı iddiaçıya 173.125,03 AZN məbləğində qanunsuz maliyyə sanksiyası hesablanmışdır. Vergi orqanı “Azərekspertiza” Birliyinin təqdim etdiyi rəyə əsaslanaraq, İddiaçı MMC-nin anbarında sənədsiz olaraq qalan mallarının bazar dəyərini 1.731.250,30 AZN müəyyən etmişdir. Halbuki, vergi orqanlarının malların bazar qiymətləri ilə anbarda olan malların qiymətləndirilməsi düzgün deyil. Çünki qiymətləri müəyyən edilən mallar brend mallar olduğuna görə həmin malların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh bu malların maya dəyərinə uyğun hesablama aparmalı idi. Bundan əlavə, vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinin hesablamalarının yanlış olmasını sübutetmə öhdəliyi var. Qanunvericiliyin tələbindən görünür ki, birinci vergi orqanı hesablamanın səhv olmasını sübut etməlidir. Yalnız bundan sonra əlavə hesablama aparmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1455 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus AZ1069, ünvan 4 ünvanında yerləşən “MONES” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. “Azərekspertiza” Birliyinin verdiyi xx.xx.2019-cu il 137 nömrəli rəyə əsasən mağazada alış qiyməti ilə 750.445,00 manat məbləğində mal qalığı mövcud olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən malların alışına dair yük gömrük bəyannamələri, hesab-fakturalar və "xxxx" MMC ilə İddiaçı MMC arasında “Malların qəbul və təhvil” aktı götürülmüşdür. Mağazada tərtib edilmiş malların adlı siyahısı yük gömrük bəyannamələri və hesab-fakturalarla üzləşdirilərkən müəyyən olunmuşdur ki, 750.445 manat məbləğində mallardan 111.910 məbləğində malların sənədləri mövcuddur. Operativ vergi nəzarəti tədbiri zamanı 638.535 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Həmçinin cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1873 nömrəli qərarına əsasən AZ1106, Bakı şəhəri Nərimanov rayonu, X7 1978, Zirzəmidə İddiaçı MMC VÖEN ********** “MONES” mağazasına məxsus, qeydiyyatda olmayan (uçotsuz) malların saxlanılması üçün istifadə olunan anbar aşkar edilmişdir. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar təqdim edilməsinə baxmayaraq zəruri sənədlər heç bir səbəb göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-yə məxsus AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev ev.25V ünvanında yerləşən “MONES” mağazasına məxsus zirzəmidə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.079.309 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. İddiaçı müəssisə təsis edilərkən hüquqi şəxsin təsisçisi olan "xxxx" MMC tərəfindən 450.000 manat məbləğində əmlak şəklində pay qoyulduğunu bildirmişdir. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən "xxxx" MMC-dən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron qaimə faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMCyə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Lakin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi 450.000 manatlıq malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən operativ vergi nəzarətinə təqdim edilmiş “Malların qəbul və təhvil” aktı malların alışına dair sənəd kimi qəbul edilməmişdir. Malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən "Baza” MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir. Həmçinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına əsas verən sənədlər xx.xx.2019-cu il tarixli **********800700 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. İddiaçı MMC-yə məxsus AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev ev.25V ünvanında yerləşən “MONES” mağazasında keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə əsasən qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarla tətbiq edilmiş maliyyə sanksiyası qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixli **********1873 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, iddiaçıda operativ vergi nəzarətini həyata keçirmişdir. Aparılmış yoxlama nəticəsində vergi orqanı iddiaçıya 173.125,03 AZN məbləğində qanunsuz maliyyə sanksiyası hesablamışdır. Vergi orqanı borc hesablayarkən “Azərekspertiza” Birliyinin təqdim etdiyi rəyə əsaslanaraq, İddiaçı MMC-nin anbarında sənədsiz olaraq qalan mallarının bazar dəyərini 1.731.250,30 AZN müəyyən etmişdir. Halbuki, vergi orqanlarının malların bazar qiymətləri ilə anbarda olan malların qiymətləndirilməsi düzgün deyil. Çünki qiymətləri müəyyən edilən mallar brend mallar olduğuna görə həmin malların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh bu malların maya dəyərinə uyğun hesablama aparmalı idi. Bundan əlavə, vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinin hesablamalarının yanlış olmasını sübut etmə öhdəliyi var. Qanunvericiliyin tələbindən görsənir ki, birinci vergi orqanı hesablamanın səhv olmasını sübut etməlidir. Yalnız bundan sonra əlavə hesablama aparmalıdır. İşin hallarından görünür ki, vergi orqanı heç bir halı sübut edə bilmədiyi halda iddiaçı vicdanlı vergi ödəyicisi olaraq öz dəlillərini cavabdeh və məhkəmə qarşısında irəli sürmüşdür. Təqdim edilmiş sübutların mötəbərliyi isə heç bir halda şübhə altına düşmür. Malların dəyərinin şişirdilməsinin sübutlarından biri də odur ki, İddiaçı MMC-nin təsisçisi "xxxx" MMC-də Vergi Cinayətləri Departamenti tərəfindən cinayət işi açılaraq istintaq aparılmış və həmin cinayət işində təsdiq edilmişdir ki, bu malların dəyəri 450.000 manat məbləğindədir və təsisçi payı olaraq İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. Vergi orqanı isə təsisçi payı kimi qoyulan malların dəyərinin 450.000 manat olduğunu təsdiq edərək qeydiyyata almışdır. Belə olduğu halda, vergi orqanının gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı MMC təsis edilərkən hüquqi şəxsin təsisçisi olan "xxxx" MMC tərəfindən 450.000 məbləğində əmlak şəklində pay qoyulmuşdur. Qoyulmuş əmlakların dəyərinin 450.000 manat olduğu xx.xx.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlaması ilə öz təsdiqini tapır. Hal-hazırda anbarda qalan mal qalığı və vergi orqanı tərəfindən dəyəri artıq hesablanmış mallar, təsisçi tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş malların qalığıdır. Belə olan halda qalıq malların dəyərinin 1.731.250,30 AZN müəyyən edilməsi və bunun əsasında vergi hesablanması qanunsuzdur. Bunlardan əlavə olaraq, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan da aydın olur ki, sözügedən malların dəyəri 450.000 manat məbləğindədir və təsisçi payı şəklində İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuşdur. Həmin qərar məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı tərəfindən 10-26 aprel 2019-cu il tarixləri arasında iddiaçının fəaliyyət göstərdiyi obyektdə xronometraj keçirmişdir. Həmin dövrdə satılmış malların bir qismi sonradan geri qaytarılmışdır. Yəni, faktiki olaraq həmin satışlar ləğv edilmişdir. Buna baxmayaraq vergi orqanı ləğv olunmuş həmin əməliyyatları satış kimi tanımışdır. Məhkəmə prosesinin gedişatı zamanı iddiaçı tərəfindən yetərincə dəlillər və sübutlar təqdim edilsə də, bu sübutlar yetərincə araşdırılmamış, maddi və prosessual hüquq normaları ciddi şəkildə pozularaq qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır ki, işə əlavə edilmiş xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük xx.xx.2019-cu ilı tarixli 029489 saylı akta əsasən günlük müşahidə nəticəsində malların satış dövriyyəsi VRF-in günlük Z hesabatına əsasən 150 manat təşkil etdiyi, Z hesabatından tarix xx.xx.2019-cu il tarixli göstərişinə baxmayaraq faktiki xx.xx.2019-ci il tarixli dövriyyəsi və əsaslanıb NKA-dakı uyğunsuzluqlar var. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına mübasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2019-cu il tarixli 010590 saylı akta əsasən Azərekspertiza birliyinin təqdim etdiyi 150 saylı rəyə əsasən anbarda alış qiyməti ilə 1.079.309 manat məbləğində mal qalığı mövcud olduğu, operativ vergi nəzarətinə malların alışına dair heç bir sənəd təqdim edilmədiyi, 1.079.309 manat məbləğində malların alış sənədilə öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2019-cu il tarixli 010590 saylı akta əsasən anbarda alış qiyməti ilə 1.079.302 manat məbləğində mal qalığı mövcuddur. Operativ vergi nəzarətinə malların alışına dair heç bir sənəd təqdim edilmədi. 1.079.309 manat məbləğində malların alışı sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edildi. Malların dəyərinə münasibətdə isə malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir. Həmçinin, iddiaçı barəsində vergilərin hesablanmasına əsas verən sənədlər xx.xx.2019-cu il tarixli **********800700 nömrəli məktubla məhkəməyə təqdim edilmişdir. Məhkəmənin gəldiyi bu mövqe ilə qəti razılaşmayaraq vəkil bildirdi ki, nizamnamə kapitalına qoyulmuş əmlakların dəyərinin 450.000 manat olduğu xx.xx.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlaması ilə öz təsdiqini tapır. Audit rəyinin açıqlamasında malların adları və kodları qeyd olunur. Belə olan halda adları qeyd olunan mallar ilə hazırda qalıq mallarına baxış keçirdikdə eyni mallar olduğu açıq-aydın görsənir. Apellyasiya instansiyasının diqqətinə çatdırmaq istərdi ki, sözügedən audit rəyi Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsi tərəfindən tanınmış və təsdiq edilmişdir. İstər vergi orqanı, istərsə də məhkəmə xx.xx.2017-ci il tarixli audit rəyi və audit rəyinin açıqlamasında qeyd olunan malların operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğində mallar ilə eyniliyi sübut etmir qənaətinə gələrkən heç bir mötəbər sübuta istinad etməmişlər. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-979/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, malların təhvil-təslim aktı operativ vergi nəzarəti zamanı müəyyən edilmiş 1.717.844 manat məbləğdə sənədi olmayan malların həqiqətən İddiaçı MMC-nin nizamnamə kapitalına qoyulmuş 450.000 manat məbləğdə mallar ilə eyniliyi sübut olunmur. Məhkəmə kollegiyası satış üçün nəzərdə tutulan gündəlik istehlak və məişət mallarının nizamnamə kapitalına qoyulmasına dair auditor rəyi ilə həyata keçirilən əməliyyatın mötəbərliyinə münasibət bildirmədən qeyd edir ki, belə bir eyniliyin təsdiqini tapdığı fərz olunsa, o halda Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən malların təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verilməsi kimi qanunun imperativ tələbi yerinə yetirilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-20/2021 saylı 03 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 979/2020 saylı 11 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1475/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq iddiaçının dəlilinin həlli üçün onun istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4-də aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş malların olub-olmamasını araşdırmışdır. Bu məqsədlə iddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi siyahıda, audit rəyində qiymətləndirilmiş malların cavabdeh tərəfindən tərtib olunmuş siyahılarla tutuşdurulmuş siyahısı (həmin malların həm mağazada, həm də anbarda aşkar edilmiş mallarla eyni olduğu göstərilir) əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı məhkəmə tərəfindən malların eyni olduğu, audit rəyinin açıqlanmasında əksini tapmış bütün malların (adları və kodları qeyd olunub) ekspert tərəfindən qiymətləndirildiyi, bu qiymətlərin ekspert rəyində olan malların qiymətinin audit rəyində əksini tapmış malların qiymətləri ilə uyğun gəlmədiyi, ekspert rəyində malların qiymətlərinin şişirdilmiş olduğu müəyyən olunur. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-297/2022 saylı 22 fevral 2022- ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1475/2021 saylı 24 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarları məhkəmə icraatı dövründə mübahisələndirdiyini, ilk dəfə iddia ilə məhkəməyə isə xx.xx.2019-cu il tarixdə müraciət etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1455 nömrəli Qərarına əsasən İddiaçı MMCyə məxsus AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev ev.25V ünvanında yerləşən “MONES” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmişdir. “Azərekspertiza” Birliyinin verdiyi xx.xx.2019-cu il 137 nömrəli rəyə əsasən mağazada alış qiyməti ilə 750 445,00 manat məbləğində mal qalığının mövcud olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən malların alışına dair yük gömrük bəyannamələri, hesab-fakturalar və "xxxx" MMC ilə İddiaçı MMC arasında “Malların qəbul və təhvil” aktı götürülmüşdür. Mağazada tərtib edilmiş malların adlı siyahısı yük gömrük bəyannamələri və hesab-fakturalarla üzləşdirilərkən müəyyən olundu ki, 750 445,00 manat məbləğində mallardan 111 910,00 məbləğində malların sənədləri mövcuddur. Operativ vergi nəzarəti tədbiri zamanı 638535,00 manat məbləğində mal qalığının sənədsiz olduğu aşkar edilmiş və vergi ödəyicisi barəsində "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********1873 nömrəli Qərara əsasən AZ1106, Bakı şəhəri Nərimanov rayonu, X7 1978, Zirzəmidə İddiaçı MMC VÖEN ********** “MONES” mağazasına məxsus, qeydiyyatda olmayan (uçotsuz) malların saxlanılması üçün istifadə olunan anbar aşkar edilmişdi. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına mübasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2019-cu il tarixli, 010590 saylı akta əsasən anbarda alış qiyməti ilə ********* manat məbləğində mal qalığı mövcuddur. Operativ vergi nəzarətinə malların alışına dair heç bir sənəd təqdim edilmədiyi 1079309.00 manat məbləğində malların alışı sənədləri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********4731 qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyəcisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi oqan tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 63853.50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2019-cu il tarixədək 63853.50 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********5450 saylı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyəcisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi oqan tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 107930.90 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2019-ci il tarixədək 107930.90 manat məbləin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********5977 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında” qərarla Baza MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilməsi qərara alınmışdır. “Vergi borcunun ödənilməsinə dair” **********735600 saylı xx.xx.2019-cu il tarixli bidirişə əsasən Baza MMC-nin xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 175.017,70 manat, o cümlədən vergilər üzrə 1812,53 manat, maliyyə sanksiyaları üzrə 173.125,03 manat və faizlər üzrə 90,14 manat borcu vardır. Hazırda iddiaçının tələbi MMC-yə maliyyə sanksiyasının və faizlərin hesablanmasına səbəb olmuş xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli qərarların ləğv edilməsi barədədir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-297/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “hazırkı işə ilk dəfə kassasiya instansiya məhkəməsində baxılarkən qəbul edilən qərarda qeyd edilmişdir ki, iddiaçının əməllərinin VM-nin 58.8-ci maddəsinin təsiri altına düşdüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür (Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən "xxxx" MMC-dən İddiaçı MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu malların elektron-qaimə faktura ilə əldə olunmasını istisna etmir. Malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən İddiaçı MMC-yə qoyuluşu Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Belə ki, iddiaçı tərəfindən mallara dair sənədlərin təqdim edilməməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Lakin, tətbiq edilən maliyyə sanksiyasının həcmi həm də malların dəyərindən asılı olduğundan işə baxan apellyasiya instansiya məhkəməsi malların dəyərinin düzgün müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı idi. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev, məhəllə 1978 ünvanda yerləşən zirzəmidə aşkar olunan 795 adda və ünvan 4-də aşkar olunan 1087 adda malların içərisində auditor tərəfindən qiymətləndirilmiş mallar olubolmamasını araşdıraraq (bu məqsədlə iddiaçının kassasiya məhkəməsinə təqdim etdiyi siyahıda, audit rəyində qiymətləndirilmiş malların cavabdeh tərəfindən tərtib olunmuş siyahılarla tutuşdurulmuş siyahısı (həmin malların həm mağazada, həm də anbarda aşkar edilmiş mallarla eyni olduğu göstərilir) əsasında araşdırma aparılmışdır) qeyd etmişdir ki, araşdırma zamanı məhkəmə tərəfindən malların eyni olduğu, audit rəyinin açıqlanmasında əksini tapmış bütün malların (adları və kodları qeyd olunub) ekspert tərəfindən qiymətləndirildiyi, bu qiymətlərin ekspert rəyində olan malların qiymətinin audit rəyində əksini tapmış malların qiymətləri ilə uyğun gəlmədiyi, ekspert rəyində malların qiymətlərinin şişirdilmiş olduğu müəyyən edilir. Kassasiya instansiya məhkəməsinin göstərişləri işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən icra edilməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmçinin işə yenidən apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, FCHAİN Audit MMC-nin xx.xx.2017-ci il tarixli rəyi ilə “Azərekspertiza” Birliyinin 137 sylı xx.xx.2019-cu il tarixli rəyində göstərilən malların eyni mallar olub-olmadığının hər iki siyahıya uyğunlaşdırılmaqla və malın sıra sayı göstərilməklə müəyyən edilməsinə zərurət vardır, bu səbəbdən də məhkəmənin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/949 saylı 13 fevral 2023-cü il tarixli məktuba əlavə edilmiş “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, qoyulmuş suallar əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı üçün Mərkəzdə tədqiqat aparılmamışdır. Bu səbəbdən işin təkrar apellyasiya baxışı davam etdirilmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsasların mövcud olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə görə vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməlidir. Həmin Məcəllənin 23.1.5 və 23.1.6-cı maddələrində qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək və müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiya-ları-nın və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənil-məsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.1.12-ci və 50.1.13-ci maddələrinə əsasən vergi orqanları malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 16.1.11-6-ci maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-7. pərakəndə ticarət və (və yp) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura təqdim etmək; 16.1.11-8. qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək; 16.1.11-9. məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədi ilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək. Hazırki işdə tərəflər arasında işin mübahisələndirilən halları yoxlama zamanı aşkar edilmiş malların nizamnamə kapitalına pay kimi qoyulmuş mallar olub-olmaması (başqa sözlə, nizamnamə kapitalına qoyulmuş malların aşkar edilmiş mallarla eyniliyinin müəyyən edilməsi) və həmin malların dəyəri ilə bağlıdır. Bundan əvvəlki apellyasiya baxışı zamanı məhkəmə nizamnamə kapitalına qoyulmuş malların aşkar edilmiş mallarla eyniliyinin müəyyən olunduğu qənaətinə gəlmişdir. Halbuki işdə olan auditor rəyində ("xxxx" MMC tərəfindən verilmiş) açıqlanan eyni markaya aid malların təkcə sıra ilə ilk on iki növünü ekspert rəylərində əksini tapan mallar ilə müqayisə edərkən aydın görünür ki, auditor rəyində əks olunan malların, yəni ilk on iki sayda əks olunan malların cəmi ikisi ekspert rəyində əks olunmuşdur, 10 sayda mal barədə isə ekspert rəyində heç bir məlumat mövcud deyildir. Auditor rəyində əks olunan Bernadotte markalı və müxtəlif növlü mallardan təkcə, Bernadotte Liqueur və X6 markalı mallar “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli, 150 saylı ekspert rəyində əks olunmuşdur ki, bu mallar üzrə də say baxımından fərq aşkar olunur. Belə ki, Bernadotte Liqueur markalı malların sayı auditor rəyində 6 olduğu halda, ekspert rəyində 7 sayda olduğu müəyyən olunur. Həmçinin, X6 markalı mallar auditor rəyində 6 sayda olduğu halda, ekspert rəyində 3 sayda olduğu müəyyən olunur. Digər tərəfdən, Bernadotte Dof markalı mal ekspert rəyində qiymətləndirilmişdir, auditor rəyində isə bu marka barədə heç bir məlumat yoxdur. Bernadotte markalı digər mallar barədə ekspert rəyində heç bir məlumat əks olunmamışdır. Beləliklə, auditor rəyinin sıra sayı ilə ilk on ikilik üzrə malları belə müqayisə edəndə aydın görünür ki, malların tam eyniliyi müəyyən edilmir. Oxşar iş üzrə kassasiya instansiyası məhkəməsinin 2-1(102)-437/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdi ki, “vergi orqanı tərəfindən həyata keçirilən operativ vergi nəzarəti zamanı iddiaçı MMC-nin təsərrüfat subyektlərində (anbar və mağaza) aşkar olunmuş qalıq malların iddiaçının təsisçisinin nizamnamə kapitalına pay qoyuluşu kimi təqdim etdiyi mallarla eynilik təşkil etməsi birmənalı görünmür. Çünki, bir tərəfdən nizamnamə kapitalının artırılması kimi malların qoyuluşu barədə vergi ödəyicisi iddiaçı MMC-nin müraciətində həmin malların çeşidi, miqdarı və s. əlamətləri geniş əks olunmamışdır, digər tərəfdən isə həmin mallar iddiaçının fəaliyyət istiqaməti üzrə satışını həyata keçirdiyi mallarla eyni təyinatlıdır. Sadalanan iki hal, həmin malların qurumun satış dövriyyəsinə dolayısı yolla sənədsiz daxil olmasını nəinki istisna etmir, hətta buna şərait yaratmış olur.” Bundan əlavə, adı çəkilən kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmuşdu ki, “malların nizamnamə kapitalı kimi təsisçi tərəfindən MMC-yə qoyulması Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılır. Malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi qeyd olunmuşdur. Lakin təsisçi tərəfindən MMC-yə nizamnamə kapitalı kimi malların qoyuluşu zamanı elektron qaimə faktura təqdim edilməmiş, bu malların nə zaman və hansı sənəd əsasında əldə olunması məlum olmadığından müstəqil auditor rəyinin bu mallara şamil edilməsinə hüququ əsas vermir.” Beləliklə, hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən tam sübuta yetirilir. İddiaçı tərəfindən onun təsərrüfat subyektlərində (anbar və mağaza) aşkar olunmuş qalıq malların MMC-nin təsisçisinin nizamnamə kapitalına pay qoyuluşu kimi təqdim etdiyi mallarla eynilik təşkil etməsi sübuta yetirilmədiyi üçün mübahisələndirilən inzibati aktların ləğvi üçün də hər hansı əsas yaranmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2709/2019 saylı 05 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-98/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-98/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver