Məhkəmə qərarları › İş №2-1(103)-98/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-98/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-98/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2404/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2009-cu ildən tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə öhdəliyi qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. 15 avqust 1975-ci il tarixli əmək kitabçasına və arxiv arayışına əsasən əmək fəaliyyətinə xx.xx.1975-ci il tarixdə başlamışdır. xx.xx.1986-cı ildə dənizdə neft və qazçıxarma fəaliyyəti ilə məşğul olan Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Dizel elektrik stansiyasının kirayə-təmir sahəsinə (sonrakı adı Dizel elektrik stansiyaları sexi) 3-cü dərəcəli daxiliyanma mühərriki maşinisti peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İBnin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası” NQÇİ adlandırılmışdır. xx.xx.2010-cu ildə “Qum adası” NQÇİ ləğv edilərək “Bahar Enerji Limited” şirkəti yaradılmışdır. Hal-hazırda da “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində işləyir. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1997ci il tarixə kimi 22 il 18 gün ümumi əmək stajı vardır. xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək daxiliyanma mühərriki maşinisti peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 11 il 2 ay xüsusi stajı vardır. Ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajı mövcud olmuşdur. İşlədiyi daxiliyanma mühərriki maşinisti peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı“nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 199 nömrəli qərarına əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əlavə edilmişdir. Daxiliyanma mühərriki maşinisti peşəsində işlədiyi müddətdə əmək haqqına əlavə 8 % zərərli iş əmsalı ödənilmişdir. Eyni zamanda zərərli işə görə əlavə olaraq 6 gün zərərli məzuniyyəti verilmişdir. İşlədiyi daxiliyanma mühərriki maşinisti peşəsi xüsusi zərərli iş şəraitində olduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin Siyahısına uyğundur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2009-cu il tarixində qazanmış və buna görə də ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Hesab edir ki, cavabdeh inzibati orqanın ərizəni təmin etməməsi əsassızdır və hüquqları pozulmuşdur. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 147761/2023 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda bildirmişdir ki, iddiaçının güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı M.X2 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının olmadığı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2404/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdiyi 15 avqust 1975-ci il tarixli əmək kitabçasına və arxiv arayışına əsasən əmək fəaliyyətinə xx.xx.1975ci il tarixdə başlamışdır. xx.xx.1986-cı ildə dənizdə neft və qazçıxarma fəaliyyəti ilə məşğul olan Serebrovski adma Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Dizel elektrik stansiyasının kirayə-təmir sahəsinə (sonrakı adı Dizel elektrik stansiyaları sexi) 3-cü dərəcəli daxiliyanma mühərriki maşinisti peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İBnin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası” NQÇİ adlandırıbmışdır. xx.xx.2010-cu ildə “Qum adası” NQÇİ ləğv edilərək “Bahar Enerji Limited” şirkəti yaradılmışdır. Hal-hazırda da “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində işləyir. Onun xx.xx.1975-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi 22 il 18 gün ümumi əmək stajı vardır. xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixədək daxiliyanma mühərriki maşinisti peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 11 il 2 ay xüsusi stajı vardır. Ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajı mövcud olmuşdur. İşlədiyi daxiliyanma mühərriki maşinisti peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyalıısı“nın təsdiq edilməsi barədə“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 199 nömrəli qərarına əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əlavə edilmişdir. Daxiliyanma mühərriki maşinisti peşəsində işlədiyi müddətdə əmək haqqıma əlavə 8 % zərərli iş əmsalı ödənilmişdir. Eyni zamanda zərərli işə görə əlavə olaraq 6 gün zərərlilik məzuniyyəti verilmişdir. İşlədiyi daxiliyanma mühərriki maşinisti peşəsi xüsusi zərərli iş şəraitində olduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin Siyahısına uyğundur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2009-cu il tarixində qazanmışdır və buna görə də ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh əsassız olaraq mənə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən də əsaslı araşdırma aparılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 25 iyun 2023-cü il tarixli, 3-17-1/2-A-147761/2023 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik otduqda, müddətin azı 12 il 6 ayını həmin İşlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə ahnmrş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, xx.xx.1986-cı ildən xx.xx.2010-cu ilədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi daxiliyanma mühərrikinin maşinisti peşəsində çalışmışdır. İddiaçı hazırki tələbində işlədiyi daxiliyanma mühərriki maşinisti peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 199 nömrəli qərarına əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əlavə edilməsini, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin Siyahısına uyğun olduğunu əsas gətirərək ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsini xahiş edir. İş materiallarında olan X6 Şirkəti “SOCAR” Baş ofisin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli arxiv arayışa əsasən: SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1959cu il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1986-cı ildə (əmr № 280/k, xx.xx.1986-cı il) Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Dizel elektrik stansiyasının kirayə-təmir sahəsinə (sonrakı adı Dizel elektrik stansiyaları sexi) 3-cü dərəcəli daxiliyanma mühərriki maşinisti peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası” NQÇİ adlandırılmışdır. Haqqhesab cədvəlində göstərilən qeydə əsasən xx.xx.1991-ci ildə (əmr № 301) 4-cü dərəcəli daxiliyanma mühərriki maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2002-ci ildə (əmr № 166/ş, xx.xx.2002-ci il) 5-ci dərəcəli daxiliyanma mühərriki maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 1114/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. X6 Şirkəti “SOCAR” Baş ofisin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli “iş stajı haqqında” məktubuna əsasən: SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1959cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1986-cı ildə (əmr № 280/k, xx.xx.1986-cı il) “Qum adası” NQÇİ-nin Dizel elektrik stasiyasının təmir-kirayə sahəsinə 3- cü dərəcəli daxili yanma mühərriki ( DYM ) maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci ildə (əmr № 301/1, xx.xx.1991 -ci il) Dizel elektrik stansiyaları sexinə 4- cü dərəcəli DYM maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2002-ci ildə (əmr № 166/ş, xx.xx.2002-ci il) 5-ci dərəcəli DYM maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 1114/k, xx.xx.2010-cu il) AR ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. İddia tələbini və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə kişilərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə kişilərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: kişilər - 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcuddursa. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara və ya əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara nəzərən 1 və 2 nömrəli (iddiaçıya nəzərən 1 nömrəli) siyahıda olan kodlara uyğun nəzərə alınmalıdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir:

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: daxiliyanma mühərriklərinin maşinistləri; Qeyd olunan qanunvericilik normalarının tələbindən də göründüyü kimi xx.xx.2006ci il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərin 50 yaşına çatması və azı 20 il iş stajı olması, bu müddətin azı 10 ilini həmin işlərdə çalışması tələbi qoyulmuşdur. Hazırda iddiaçının iddia etdiyi daxiliyanma mühərriki maşinisti peşəsi isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli Qərarla təsdiq olunan 1 nömrəli siyahısında göstərilməmişdir. Həmin peşə yalnız Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya əlavə edilmişdir. Həmçinin apellyasiya intansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədi ilə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı işlədiyi daxiliyanma mühərriki maşinisti vəzifəsinin vəzifə təlimatları, işlədiyi dövrdə ağır iş səraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin (süd, qatıq və.s verilməsi) verilib-verilməməsi, həmin vəzifənin şəxsin işlədiyi dövrdə (xx.xx.1986-cı ildən xx.xx.2010cu ilədək) dəniz neftçisi vəzifəsi sayılıb-sayılmaması, işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 17 sentyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsində xx.xx.1986-cı il tarixdən xx.xx.2010-cu il tarixədək (24 il 3 ay 29 gün) işlədiyi daxili yanma mühərriklərinin maşinisti peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “ Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində qeyd edilən daxiliyanma mühərriklərinin maşinistəri” peşəsi ilə eynilik təşkil edir. Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə yenidən sorğu ünvanlanaraq xx.xx.1959-cu il təvəllüdlü İddiaçı daxiliyanma mühərriki maşinisti vəzifəsində işlədiyi dövrdə ağır iş səraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin (süd, qatıq və.s verilməsi) verilib-verilməməsi, həmin vəzifənin şəxsin işlədiyi dövrdə (xx.xx.1986-cı ildən xx.xx.2010-cu ilədək) dəniz neftçisi vəzifəsi sayılıb-sayılmaması, işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarında nəzərdə tutulmuş hər hansı peşəyə uyğun olub-olmaması barədə, uyğun olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 01 mart 2023-cü il tarixli 14-2/2-A-124-1/2023-501 nömrəli arxiv arayışında xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki Serebrovski adına NQÇİ) Dizel elektrik stansiyasının kirayə-təmir sahəsində xx.xx.1986-ci il tarixdən xx.xx.2010-cu il tarixədək daxiliyanma mühərriklərinin maşinisti peşəsində işlədiyi qeyd olunub. Sorğu məktubunda qeyd edilən “İddiaçı daxiliyanma mühərriklərinin maşinisti peşəsində işlədiyi dövrdə ağır iş şəraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin verilibverilməməsi, həmin vəzifənin şəxsin işlədiyi dövrdə dəniz neftçisi sayılıb-sayılmaması ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi” ilə bağlı bildirirlər ki, SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərinin siyahısında “Qum adası” NQÇİ-nin “iş yerlərinin attestasiyası”nın nəticələri haqqında sənədlər aşkarlanmamışdır. SOCAR-ın Mərkəzi arxivində saxlanılan “Qum adası” NQÇİ-nin işçilərinin əmək haqqı cədvəllərində İddiaçı daxiliyanma mühərriklərinin maşinisti peşəsində işlədiyi dövrdə onun tarif maaşına zərərli əmək şəraitində çalışdığına görə 1,08 (8 faiz), Xəzər dənizində yerləşən obyektlərdə çalışdığına görə isə 1,65 (65 faiz) artım əmsalı tətbiq edildiyi qeyd edilmişdir. Həmçinin bildirirlər ki, “Qum adası” NQÇİ-nin sənədlərinin Mərkəzi arxivə təhvil verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Resbulikası Milli Arxiv İdarəsi Kollegiyasının 24 noyabr 2004cü il tarixdə təsdiq etdiyi 24 noyabr 2004-cü il tarixli “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda məzuniyyət əmrlərinin saxlanma müddəti 3 (üç) il olduğuna görə sözügedən NQÇİ-nin məzuniyyət əmrləri SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında mövcud deyildir. Bu səbəbdən də İddiaçı daxiliyanma mühərriklərinin maşinisti peşəsində işlədiyi dövrdə (xx.xx.1986-ci il tarixdən xx.xx.2010-cu il tarixədək) əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə ona əlavə məzuniyyət verilib- verilməməsi ilə bağlı məlumat təqdim etmək imkanları xaricindədir. Sorğu məktubunda qeyd edilən digər məsələ “İddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi daxiliyanma mühərriklərinin maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahılarında nəzərdə tutulmuş peşələrə uyğun olub-olmaması haqqında məlumatın məhkəməyə təqdim edilməsi” ilə bağlı bildirirlər ki, İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsində xx.xx.1986-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi daxiliyanma mühərriklərinin maşinisti peşəsi sözügedən qərarla təsdiq edilmiş 1 və 2 nömrəli Siyahıların “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr” bölmələrində nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etmir. Eyni zamanda bildirirlər ki, İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsində xx.xx.1986-ci il tarixdən xx.xx.2010-cu il tarixədək (24 il 03 ay 29 gün) işlədiyi daxiliyanma mühərriklərinin maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli, 199 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərarının 1.1-ci bəndi ilə əlavə edilmiş “daxiliyanma mühərriklərinin maşinistləri” peşəsi ilə uyğunluq təşkil edir. Beləliklə, apellyasiya baxışı zamanı verilmiş sorğularla da müəyyən edilmişdir ki, iddiaçının “Qum adası” Neft və Qazçıxarma İdarəsində xx.xx.1986-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi daxiliyanma mühərriklərinin maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş məhz 1 nömrəli Siyahının “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr” bölmələrində nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etmir, daxiliyanma mühərriki maşinisti peşəsi yalnız Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya əlavə edilmişdir. Eyni zamanda iddiaçının vəziyyətini yüngülləşdirən hal kimi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının geriyə qüvvəsi yoxdur, qərar xx.xx.2007-ci il tarixdən (qüvvəyə mindikdən) sonra həmin işlərdə çalışan şəxslərə şamil edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarının 1 nömrəli siyahı ilə pensiya təyin edilməsi üçün əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajının mövcud olmaması əsası ilə iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2404/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar