Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-980/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X1 ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Cavabdehin 16 iyul 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Cavabdeh başçısının 619 saylı 08 noyabr 2005-ci il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 saylı evin 106 saylı mənzili yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən xahişinin təmin edilməsi imkan xaricindədir. Belə ki, sözügedən sərəncamla iddiaçıya məxsus mənzildən yalnız ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 iyun 2024-cü il tarixli məktubu ilə Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 619 saylı sərəncamının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir.
3. Bakı şəhəri Cavabdeh Başçısının 08 noyabr 2005-ci il tarixli, 619 nömrəli Sərəncamı ilə vətəndaş X4 Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı evin, 106 saylı mənzilindən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Vətəndaş Q.M.Hüseynova fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq obyektdə sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmasının təmin edilməsi tapşırılmışdır.
4. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2, mənzil 106 iddiaçının xüsusi mülkiyyətindədir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən ünvan 2, mənzil 106-ya dair xx.xx.2018-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
6. “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 172 saylı mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən 106 saylı mənzil faktiki (Obyekt) qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi göstərilən ünvanda yerləşən “Ticarət obyekti”nin (mənzilin) gediş-gəliş yolu Sülh küçəsi istiqamətindədir. Mövcud gediş-gəliş yolu qonşu mənzil (Obyekt) mülkiyyətçilərinin mülkiyyətlərindən istifadəyə hər hansı maneçilik törətmir. ünvan 2 ünvanında yerləşən 106 saylı mənzilin (Obyektin) bloka açılan qapısı faktiki istifadə olunmur. Həmin binanın 1-ci mərtəbəsində yerləşən tədqiq olunan obyektlə qonşu sırada yerləşən digər mənzillər faktiki qeyri-yaşayış sahəsi kimi istifadə olunur.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) dair cizgi (plan ölçü) və müvafiq komissiyanın rəyinin verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı evdə yerləşən, sahəsi 51,4 kv.metr olan, 106 saylı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan mənzil DƏDRX-nin ******* nömrəli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən 619 nömrəli, 08 noyabr 2005-ci il tarixli Sərəncam əsasında ona məxsus mənzildən “Ticarət obyekti” kimi istifadə olunmağına icazə verilmişdir. Həmin vaxtdan da mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir və bugünədək də qonşulardan və digərlərindən mənzili “Ticarət obyekti” kimi istifadə etməyi ilə bağlı heç bir şikayət olmamışdır. Qanunvericiliyə uyğun olaraq sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən müvafiq sənədləri toplayarkən cavabdehə müraciət edərək cizgi (plan-ölçü) və müvafiq komissiyanın rəyinin təqdim olunmasını xahiş etmişdir. Cavabdehin 5-18/2- M-356-091/2024 nömrəli,16 iyul 2024-cü il tarixli məktubu ilə ona bildirilib ki, sözügedən mənzil yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə keçirilmədiyindən müraciətinin müsbət həlli imkan xaricindədir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, ona məxsus mənzildən “Ticarət obyekti” kimi istifadə olunmağına icazə verildikdən sonra faktiki mənzil yaşayış sahəsi kimi deyil qeyriyaşayış sahəsi kimi istifadə olunub. Hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşı mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hazırda iddiaçının iddia etdiyi yaşayış sahəsi faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçının qeyriyaşayış sahəsinə keçirmək istədiyi mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin bina 9 mərtəbədən ibarət olmaqla panel konstruksiyadan yığılmış binadır. Buna görə də, həmin binada yerləşən hər hansı mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması aidiyyatı qurumlarla razılaşdırılmaq şərti ilə texniki normaların təhlükəsizlik sahəsində qanunvericiliyin ilk növbədə gözlənilməsi şərti ilə aparılmasına yol verilir. Lakin iddiaçı qanunvericiliyin tələblərinə əməl etmədən özbaşına yenidən qurma işləri aparmışdır. Aparılmış yenidən qurma işləri binanın dayanaqlığına, habelə orada yaşayan sakinlərin təhlükəsizliyinə nə dərəcədə cavab verdiyi sual altındadır. İddiaçı heç bir razılıq almadan mənzilə gediş-gəliş üçün yeni qapı açaraq şəhərsalma haqqında qanunvericiliyin tələblərini pozmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ekspertiza təyin edilməmiş mənzilin faktiki vəziyəti ilə texniki pasortunda qeyd edilən göstəricilər arasında uyğunsuzluğun olub- olmaması, qeyd edilən mənzildə hər hansı dəyişiklik edilmişdirsə bu mənzilin və binanın təhlükəsizliyinə xələl gətirib-gətirməməsinin müəyyən edilməsi və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin texniki cəhətdən mümkün olub-olmaması araşdırılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
15. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılması məhkəmədən xahiş etdi.
16. Məhkəmədə cavabdehin nümayəndəsi X7 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3.Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 saylı binada yerləşən sahəsi 51,4 kv.metr olan qeyri-yaşayış sahəsinə (mənzilə) dair cizgi (plan ölçü) və müvafiq komissiyanın rəyinin verilməsini tələb edir.
25. Cavabdeh orqan isə iddiaçının müvafiq icazə almadan həmin ünvanda yenidənqurma işlərinin aparılmasına əsaslanaraq ona imtina cavabı vermişdir.
26. İş materiallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən 106 saylı mənzil iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil yaşayış sahəsi olsa da faktiki olaraq qeyri-yaşayış sahəsi (obyekt) kimi istifadə olunur.
27. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-980/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
28. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13.0.2025ci il tarixli, 10/1052 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 106 saylı mənzilin üç hissədən ibarət olmaqla faktiki olaraq qeyri yaşayış sahəsi kimi (bər-bər, qadın salonu və stomatoloq) istifadə olunduğu müəyyən olunmuşdur. ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan mənzilə dair tərtib edilmiş “Texniki Pasport” sənədində 1 və 7 rəqəmləri ilə işarələnmiş, sahələri müvafiq olaraq 16.59kv.m və 6.6kv.m olan otaqlar arasındakı qapı boşluğunun bağlandığı, 1 nömrəsi ilə işarələnmiş, sahəsi 6.6 kv.m olan otaqda arakəsmənin əlavə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü bəndində qeyd olunanları və mübahisə predmeti olan mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşdiyini həmçinin, faktiki olaraq qeyri yaşayış sahəsi kimi istifadə olunduğunu nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 106 saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur.
29. İddiaçı tərəfindən həmin binanın altında yerləşən X5 və X6 məxsus qeyrı yaşayış sahələrinə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların surətindən görünür ki, qeyd olunan binanın altında olan daşınmaz əmlaklar qeyrı-yaşayış sahələri kimi qeydiyyatdan keçmişdirlər.
30. Göründüyü kimi cavabdeh həmin yaşayış sahəsində özbaşına yenidənqurma işlərinin aparıldığını bildirsə də, həmin yenidənqurma işlərinin nədən ibarət olması və tikinti normaları ilə hansı ziddiyyət təşkil etməsini əsaslandırmamışdır.
31. Odur ki, iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etdiyindən, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.