Məhkəmə qərarları › İş №2-1(103)-981/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-981/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-981/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən iddiaçıya məxsus 20 nömrəli qarajın daşınmaz əmlakın dövlət resytrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2218/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, “Красный Восток” hərbi şəhərciyinin sakinləri “Красная Звезда” qaraj-tikinti kooperativini yaradaraq, onun nizamnaməsini qəbul etmişlər. Kooperativin qeydiyyatdan keçirilməsi, həmçinin, zəruri möhür və ştamplarının hazırlanması və «Соцкультбанк»-ın Oktyabr şöbəsində bank hesabının açılmasına icazə verilməsinə dair ərizə ilə Bakı şəhəri Oktyabr İcraiyyə komitəsinin sədri yol. Səmədova müraciət etmişlər. “Красный Восток” hərbi şəhərciyində “Красная Звезда” qaraj-tikinti kooperativininin nizamnaməsinin təşkili və qeydiyyatı barədə Oktyabr rayon X5 İcraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli, 12/2 nömrəli qərarına əsasən Kooperativin təşkilati iclasının xx.xx.1989-cu il tarixli, 1 saylı protokoluna uyğun olaraq 18 qaraj boksun tikintisinə icazə verilmişdir. Oktyabr rayon X5 İcraiyyə komitəsinin 12/9 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ilə “Fərdi sahiblərinin nəqliyyat vasitələri üçün kollektiv qarajların tikintisi və istismarı üzrə “Красная Звезда” kooperatinin nizamnaməsi təsdiq olunmuşdur. xx.xx.1993-cü il tarixli “Красный Восток” hərbi şəhərciyində, prokurorluğun həyətində tikilmiş “Красная Звезда” qaraj-tikinti kooperativinin üzvlərinin siyahısına əsasən İddiaçı 334 saylı evin sahibi kimi 20 saylı qarajın sahibi olduğu müəyyən edilmişdir. Baxılan iş üzrə təyin edilmiş xx.xx.2019-cu il tarixli, 25141 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən 20 nömrəli qarajın faktiki sahəsinin 20,9 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Baxılan iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən iddiaçıya məxsus 20 nömrəli qarajın daşınmaz əmlakın dövlət resytrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxx 1989-cu ildə üzv olduğu “Qızıl Ulduz” qaraj-tikinti kooperativi yaradılıb və Kooperativin Nizamnaməsi Bakı şəhəri, Oktyabr (hazırda Yasamal)rayon XDS İcraiyyə Komitəsinin 12/9 nömrəli 1989-cu il tarixli qərarı ilə qeydiyyata alınıb. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1990-cı il tarixli 3/96 nömrəli qərarı ilə Hərbi trubunalın həyətində 596-cı məhəllədə kooperativ üçün torpaq sahəsinin ayrılması qərara alınıb. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxx 1990-cı il tarixli 3/96 nömrəli qərarına uyğun olaraq Şəhərsalma və Arxitektura Baş İdarəsi tərəfindən tikinti üçün memarlıq plan-cizgisi çəkilib verilib.”Qızıl Ulduz” qaraj-tikinti kooperativinin xx xxxx 1993-cü il tarixli protokoluna uyğun olaraq, kooperativ üzvlərinin adlı siyahısı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx xxxx 1993-cü ildə təsdiq edilib.Həmin siyahıda 3-cü sırada göstərilən şəxs iddiaçı X4r. Müdafiə Nazirliyi Bakı rayonu Mənzil-İstismar Hissəsi 1 saylı Evlər İdarəsi tərəfindən 108 nömrəli arayış verilərək bildirilib ki, vətəndaş İddiaçı “Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən 20 nömrəli qarajın sahibidir. Müdafiə Nazirliyi Bakı rayon Mənzil-İstismar Hissəsi 1 saylı Evlər İdarəsinın çəkdiyi qarajların sxemində 29 ədəd qaraj olmaqla standart olaraq 375x545=20,1 kv metr olduğu təsdiqlənib. xx xxxx 2019-cu il tarixində iddiaçı cavabdehə müraciət edərək “Qızıl Ulduz” kooperativinin üzvü kimi iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Hərbi şəhərcik, Hərbi Məhkəmənin (10 sayli bina) arxa hissəsində yerləşən 20 saylı qarajınnı daşınmaz əmlakın dövlət resystrində qeydə almaqla mülkiyyət hüququna dair çıxarış verilməsi xahiş edib. xx xxxx 2019-cu il tarixində cavabdeh ARƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi ünvana gelərək 20 saylı qarajın sahəsini ölçüb. Cavabdeh xx xxxxx 2019-cu il tarixli **********74saylı məktubu ilə iddiaçının qarajının daşınmaz əmlakın dövlət restrində qeydə almaqla mülkiyyət hüququna dair çıxarış və texniki pasportun verilməsindən imtina edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2218/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçının adına verilmiş hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmayıb. Belə ki, təqdim olunmuş sənədlər iddiaçının adına deyil, “Qızıl Ulduz” qaraj-tikinti kooperativinin adına verilib. Həmin sənədlər əsasında müvafiq qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Sözügedən sənədlər əsasında müvafiq qeyri-yaşayış binasına qaraj kimi yalnız texniki pasport verilə bilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2218/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək şikayətin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2218/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsinin izahatına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsini, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanununun1.0.1, 2.1, 8.0, 12.1, 15.1ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən iddiaçıya məxsus 20 nömrəli (qarajın) qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət resytrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində Azərbaycan Respublikasın vətəndaşının şəxsiyyət vəsiqəsi, Oktyabr rayonu X5 İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli,12/2 nömrəli qərarı, Bakı şəhəri X5 İcraiyyə Komitəsinin xx xxx 1990ci il tarixli, 3/96 nömrəli qərarı, “Qırmızı Ulduz” qaraj-tikinti kooperativinin nizamnaməsi, kooperativin üzvlərin ərizələri, “Qırmızı Şərq-1 hərbi şəhərciyi 10 saylı Hərbi Məhkəmə binasının arxa hissəsindəki qərajların sxemi”, Müdafiə Nazirliyi Bakı şəhər Mənzil İstismar hissəsi 1 saylı Mənzil İstismar Sahəsinin arayışları, X3 adına verilmiş Bakı şəhəri,Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən qeyriyaşayış sahəsinə (qaraja) xx.xx.2012-ci il tarixli, inventar nömrəsi 11/941 saylı, X2 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596cı məhəllə, 10 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) xx.xx.2012-ci il tarixli, inventar nömrəsi 11/1343 saylı texniki pasportları təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25141 nömrəli ekspertiza rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi,596-ci məhəllə 10 saylı evin arxasında yerlşən 20 nömrəli qarajın faktiki sahəsi 20.9 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində qeyd edilən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmə əsaslarını məhkəməyə bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən 20 nömrəli (qarajın) qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət resytrində qeydə alınmaqla mülkiyyət hüququna dair texniki pasportun verilməsi hissəsində qanuni və əsaslı nəticəyə gəlsə də, iddianın mübahisəli sahəyə çıxarışın verilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçının kooperativə qoşulduğu zaman qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin 94-cü maddəsinə əsasən Kolxozlar və digər kooperativ təşkilatları, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətində olan əmlak üzərində sərəncam hüququ ancaq mülkiyyətçiyə məxsusdur. Kooperativin nizamnaməsinin 10-cu bəndinə əsasən qarajlar kooperativin mülkiyyəti hesab olunur və satıla, yaxud nə bütövlükdə, nə də hissələr şəklində (ayrıca bokslar.ş dayanacaq yerləri) nə təşkilatlara, nə də şəxslərə ötürülə bilməz, kooperativin ləğvində həyata keçirilən verilişlər istisna olmaqla. Daşınmaz Əmlakın Dövlət reyestri haqında Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından göründüyü kimi nə kooperativin ləğv olunması, nə də ki, Kooperativin ümumi yığıncağının qarajın iddiaçının mülkiyyətinə verilməsi barədə qərarı müəyyən olunmamışdır. Ona görə də Kollegiye hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın iddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596-cı məhəllə, 10 saylı evin arxasında yerləşən 20 nömrəli (qarajın) qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət resytrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin olunmamalı, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRAR ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2218/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı iddianın İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, 596cı məhəllə, 10 saylı evin arxasında yerləşən 20 nömrəli (qarajın) qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət resytrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar