Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-981/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının hüqüqi varisi (həyat yoldaşı) X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4527/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddaçı İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 25.05.1976-cı il tarixli hətbi biletdən görünür ki, o, 25.05.1976-cı ildən 20.06.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İT seriyalı ******* saylı 13.11.1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, 01.09.1973-cü ildən 21.05.1976-cı ilə qədər təhsil almış, hərbi xidməti başa vurduqdan sonra 01.07.1978-ci ildən 25.07.1978-ci ilə qədər təhsilini davam etdirmiş, 27.07.1978-ci ildən 25.01.1979-cu ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Tikinti İdarəsində rəngsaz, 12.03.1979-cu ildən 23.10.1980-cı ilə qədər «Neft Daşları» NQÇİ-də təmirçiçilingər, 23.10.1980-cı ildən 12.11.2014-cü ilə qədər əmtəə-operatoru vəzifəsində, 2014-cü ildən ildən 13.06.2020-ci ilə qədər isə «NEft Daşları» NQÇİ-də neftin yığılması, hazırlanması və nəqli xidməti sahəsində 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 14.08.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçı tərəfindən göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlər təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşı tamam olduğu tarixdən, yəni 20.11.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12.11.2014-cü ildən hazırki vaxta qədər «NEft Daşları» NQÇİ-də neftin yığılması, hazırlanması və nəqli xidməti sahəsində 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 32 il 1 ay 26 gün ümumi iş stajı, 26 il 9 ay 21 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət, 52 yaşı tamam olan tarixdən, yəni 20.11.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. İşlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının 3cü yarımbölməsinin 11000000-18559 – 1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər və 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü Yarımbölməsinin 2130301a- 16085 – əmtəə operatorları peşələrinə uyğundur. Göründüyü kimi, ilk işlədiyi təmirçi çilingər vəzifəsi 1 №-li Siyahıda, əmtəə operatoru vəzifəsi isə 2 №-li Siyahıda qeyd olunmuşdur. Lakin, o, neft sahəsində yalnız «Neft Daşları» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəaları tətbiq olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya hüququ pozulmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan 01.09.1973-cü ildən 1992-ci ilədək (sıra nömrələri 01-15) xarici dildə tərtib edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi aydın deyil. Həmin əmək kitabçasından göründüyü kimi, 16-cı sırada qeyd edilmişdir ki, Dövlət Neft şirkətinin 31.01.2003-cü il tarixli 25 nömrəli əmri əsasında Dənizdə və Quruda Neft və Qaz Çıxarma istehsalat Birliyinin bazasında “Azneft” İB-yi yaradılmışdır. 18 nömrə ilə əmək kitabçasında olan qeyddən aydın olur ki, iddiaçı həmin tarixdə 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsinə keçirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun işlədiyi “təmirçi çilingər” və “əmtəə operatoru” vəzifələri AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısını 3-cu yarımbolməsının 11000000- 18559 sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingər və 2 nömrəli siyahısının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin ******* a- 16085-əmtəə operatoru peşələrinə uyğundur. İddiaçı təmirçi çilingər və əmtəə-operatoru vəzifələrində işləməsini qeyd etsə də, həmin vəzifələrdə işləməsi hər-hansı bir subutla sübuta yetirilməmişdir. Onun əmək kitabçasında qeyd edilən peşələr qeyd edilməmişdir. Həmin əmək kitabçasında qeyd edilən susuzlaşdırma və dıızsuzlaşdırma qurğusunun operatoru isə həmin siyahılarda göstərilməmişdir. Nümayəndə və vəkil həmçinin onu da qeyd etdi ki, AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş siyahılarda neftçilərin iş şəraitlərinə görə 1 saylı siyahısında dənizdə çalışan neftçilərə 2 saylı siyahısında isə quruda olan neftçilərin güzəştli şərtlərlə pensiya hüququ verən peşələri qeyd edilmişdir. Lakin, iddiaçının vermiş olduğu əmək kitabçasında onun quruda və ya dənizdə işləməsi qeyd edilməmişdir. Həmçinin, iddiaçının özünün təqdim etdiyi iddia ərizəsində həmin peşələrin həm 21.06.1993-cü il tarixli 320 Nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılarında olmasını qeyd etmiş və bununla da özünün iddia tələbində qeyd etdiyi 52 yaşı ilə pensiya hüququnun olmamasını təsdiq etmişdir. Belə ki, qeyd edilən hüququ ancaq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "a" bəndində qeyd edilən şərtlər daxilində mümkündür. Yəni, həmin maddədə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən peşələr 1 nömrəli siyahıda göstərilməlidir. İddiaçının təqdim etdiyi atestatdan göründüyü kimi, o 01.09.1979-cu ildən 19 iyul 1980-ci ilədək Bakı şəhəri 12 nömrəli texniki peşə məktəbində kinomexanik peşəsi üzrə təhsil almışdır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinin iddiaçıya tətbiq edilməsi üçün onun 60 yaşı olmalıdır. Lakin, iddiaçı 14.07.1961-ci ildə anadan olduğundan hal- hazırda onun 58 yaşı olduğundan ona ƏPH qanunun 9.1-ci maddəsi tətbiq edilə bilməz. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, “Qanunun mənasına görə 1997-ci il avqust ayının 01-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun surətdə təyin edilir”. Bununla da iddiaçı özünün pensiya hüququnun məhz qeyd etdiyi qanunla yarandığını bildirmişdir. Nümayəndə və vəkil onu da bildirdi ki, iddiaçı iddia ərizəsində qeyd edilən tələblərin təmin edilməsi barədə cavabdeh orqandan imtina barədə hər hansı bir məktub almamışdır. İddiaçının müraciəti əsasında İdarədən cavabdehə ünvanlanan 14 avqust 2019-cu il tarixli cavabda iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 2 nömrəli əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri, həmçinin “Əmək Pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərə yaşa görə penisiya təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədləri qəbul günlərində (həftənin 2 və 5 günləri) idarənin Qəbul Mərkəzinə yaxınlaşaraq təqdim edildikdən sonra baxıla bilər. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4527/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 20.11.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının işlədiyi «təmirçi çilingər» və «əmtəə operatoru» vəzifələri AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının X Bölməsinin 3-cü yarımbölməsinin 11000000-18559 – «1 №-li Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi çilingərlər» və X Bölməsinin 2-ci Yarımbölməsinin 1100000a-15824 – “neft və qaz hasilatı üzrə operatorlar” şifrinə uyğun olmasına, iddiaçının neft sahəsində yalnız «Neft Daşları» NQÇİ-də işlədiyinə görə və həmin idarə açıq dənizdə yerləşdiyindən ona münasibətdə 1 №-li Siyahının müddəalarının tətbiq edilməli olunmasına, iddiaçının işlədiyi «əmtəə operatoru» peşəsinin 1 №-li Siyahıda qeyd olunmasa da, onun «Neftin çıxarılması sexində» işləməsinin əmək kitabçası ilə müəyyən edilməsinə, 1 №-li Siyahıda «neft və qaz hasilatı üzrə operatorlar» peşəsinin mövcud olmasına, neftin də bir əmtəə olmasına və onun hasilatı üzrə operator vəzifəsində işləmiş şəxsin də güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olmasına istinad etmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4527/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ 2009-cu il tarixdə yarandığından məhkəmənin istinad etdiyi qaydalar tətbiq edilə bilməz. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müəddəlarına görə də tələb olunurdu. İddiaçının əmək kitabçasında olan peşələrin güzəştli pensiya hüququ verən peşələr olması barədə hər hansı qeyd olmadığı halda belə arayış iddiaçı tərəfindən təqdim edilməmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-4527/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2179/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-439/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının hüqüqi varisi (həyat yoldaşı) Simuzər Alxasovanın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 24 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh bu barədə xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 14.08.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 18.10.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. Apellyasiya baxışı zamanı təqdim edilmiş AZ-İİ seriyalı 091498 saylı 19.06.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 13 iyun 2020-ci il tarixdə vəfat etmişdir. 14 dekabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı vərəsəsi onun arvadı X3r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Bununla bağlı məhkəmə tərəfindən mərhum iddiaçının həyat yoldaşı Simuzər Alxasova iddiaçının hüquqi varisi qismində tanınmışdır. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşı tamam olduğu tarixdən, yəni 20.11.2009-cu ildən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinin tələbləri əsas götürülməklə 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən qanunvericilikdə tələb olunan sənədlər təqdim edildikdən sonra pensiyanın təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddanın təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da kassasiya instansiya məhkəməsi fərqli hüquqi mövqedən çıxış edərək işi təkrar baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edilməsi” ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İşdən görünür ki, mərhum iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə mərhum iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçasını təqdim etmişdi. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 25.05.1976-cı ildən 20.06.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, 01.09.1973-cü ildən 21.05.1976cı il qədər peşə məktəbində təhsil almış, hərbi xidməti başa vurduqdan sonra 01.07.1978ci ildən 25.07.1978-ci ilə qədər təhsilini davam etdirmiş, 27.07.1978-ci ildən 25.01.1979-cu ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Tikinti İdarəsində rəngsaz, 12.03.1979cu ildən 23.10.1980-cı ilə qədər «Neft Daşları» NQÇİ-də təmirçi-çilingər, 23.10.1980-cı ildən 12.11.2014-cü ilə qədər əmtəə-operatoru vəzifəsində, 2014-cü ildən ildən 13.06.2020-ci ilə qədər isə «Neft Daşları» NQÇİ-də neftin yığılması, hazırlanması və nəqli xidməti sahəsində 5-ci dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində işləmişdir. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq verdiyi 01.08.2019-cu il tarixli məktubun imtina kimi qəbul edilməməsini bildirsə də, sonradan iddiaya dair etirazın və apellyasiya şikayətinin məzmununda iddiaçının ümumi və güzəştli iş stajını mübahisələndirmişdir. Yuxarıda qeyd olunanlardan və əmək kitabçasından da görünür ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi stajı olmuşdur. Güzəştli iş stajı ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Kollegiya iddiaçının 52 yaşdan güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyini nəzərə alaraq Qanunda müəyyən edilən və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2179/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 1 №-li Siyahı üzrə güzəştli şərtlə pensiya hüququ qazanmaq üçün zəruri olan iş stajına (10 il) malik olduğunu hesab etsə də, bu hal iş materialları ilə təsdiq edilmir. İş materiallarından görünür ki, iddiaçının 23.10.1980 – 12.11.2014-cü illərdə işlədiyi “əmtəə operatoru” peşəsi AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısında nəzərdə tutulmamışdır. İddiaçı özü iddia ərizəsində də bildirir ki, onun işlədiyi “çilingər” peşəsi 1 №li Siyahıda, “əmtəə operatorları” peşəsi isə 2 №-li Siyahıda nəzərdə tutulmuşdur. Həmçinin Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin QM 02-01/91 saylı 08.03.2020-ci il tarixli məktubundan qeyd edilmişdir ki, İddiaçı 23.10.1980-12.11.2014-cü il tarixlərdə NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi əmtəə operatoru peşəsi AR Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft,qaz və qaz kondenasatının hasilatı” yarımbölməsinin “a” bəndindəki peşələr siyahısında əksini tapmayıb. İşə baxan apelyasiya instansiyası məhkəməsi belə olan halda təkrar sorğu verməklə, eləcə də müvafiq vəzifə təlimatlarını tədqiq etməklə iddiaçının işlədiyi “əmtəə operatoru” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olub-olmamasını aydınlaşdırmalı idi. Eyni zamanda iddiaçının rus-dilində yazılmış əmək kitabçasının Azərbaycan dilinə tərcümə olunub notarial qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iddiaçının 23.10.1980-ci ildən 12.11.2014-cü ilə qədər “Azneft” İB-nin NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi əmtəə operatoru peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında nəzərdə tutulan hansı peşənin funksiyası ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 18.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş “Azneft” İB “Neft Daşları” NQÇİ-nin məktubundan görünür ki, NQÇİ-nin sabiq mərhum işçisi X4 İdarədə 23.10.1980-12.11.2014-cü il tarixlərdə Neftin kompleks hazırlanması və nəqli sahəsində işlədiyi əmtəə operatoru peşəsi Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd edilməmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mərhum iddiaçının 23.10.1980-12.11.2014-cü il tarixlərdə işlədiyi peşə güzəştli şərtlərlə ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən peşə sayılmır. Mərhum iddiaçının 12.03.1979cu ildən 23.10.1980-cı ilə qədər «Neft Daşları» NQÇİ-də təmirçi-çilingər işlədiyi müddət isə ona tələb etdiyi növdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yetərli deyil. Belə olan halda iddiaçının ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz. Odur ki, iddiaçının digər- ona güzəştli şərtlərlə əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla təyin edilməsi və hazırki dövrə yaranmış fərqin ödənilməsi barədə tələbləri də əsas tələbin təmin olunmama əsası ilə təmin edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4527/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4527/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-981/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-981/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver