Məhkəmə qərarları › İş №2-1(103)-982/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-982/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-982/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi) “dam örtüyünün əsaslı təmir olunması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2- 1(112)-317/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün 20 metr enində və 25 metr uzunluğundakı sahəsinə mühafizə örtüyünün çəkilməsi və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunaraq öz əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadları ilə "xxxx" MMC, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, "xxxx" MMC və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi hazırkı iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin, həmçinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının əsaslı təmir olunması vəzifəsinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinin, Cavabdeh2, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin müvafiq qərardadları ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdeh qismində məhkəmə icraatına cəlb edilərək üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında 2 mərtəbəli binanın birinci mərtəbəsində sahəsi 74,8 kv.m olan qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. Qeyri-yaşayış sahəsi olaraq, giriş-çıxışı Ə.Cavad küçəsindən olduğundan ünvanı Ə.Cavad küçəsi 24A kimi, "xxxx" MMC-nin mənzili isə yaşayış sahəsi olduğundan onun ünvanı İstiqlaliyyət küçəsi, ev 47, mənzil 33 kimi adlanır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 78 saylı Sərəncamı ilə ünvan 2 ünvanındakı binanın sökülərək yerində 7 mərtəbəli ofis və otel binasının tikilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Odur ki, "xxxx" MMC binadakı bir çox yaşayış və qeyri-yaşayış sahələrini alıb öz mülkiyyətinə keçirib. Aldığı mənzillərdən biri də 33 saylı mənzildir. "xxxx" MMC Mənzil Məcəlləsinin 27 və 28-ci maddələrinin tələblərinin ziddinə olaraq, ona məxsus 33 saylı mənzilində özbaşına yenidənqurma və yenidənplanlaşdırma işləri apararaq sanitariya, tikinti-texniki norma və qaydalarını kobul şəkildə pozmuşdur. Belə ki, o mənzilnin tavanının üzərində quraşdırılmış dam örtüyünün üç yerində uzunluğu 1,5 metr eni 1 metr ölçüsündə olan sahələri uçurub dağıtmışdır, (faktı təsdiqələyən foto şəkillər və ekspert rəyi ərizəyə əlavə olunub). Bunun nəticəsidir ki, tavanın zədələnmiş taxtaları 2018ci ildən bəri (şikayət ərizələri işə əlavə olunub) intensiv yağan yağış və qar sularının təsirindən çürüyərək tavan yararsız hala düşərək çöküb vanna forması aldığından oraya çoxlu miqdarda su kütləsi yığılır. Bu yığılmış su kütləsi dam örtüyündən ikinci mərtəbədəki yaşayışı olmayan "xxxx" MMC-yə məxsus 33 saylı mənzilə, oradan da fasiləsiz olaraq iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Binanın dam örtüyündə yığılan yağış və qar suları hər biri 5 metr məsafədə quraşdırılmış novlar vasitəsi ilə dam örtüyündən yerə axıb tökülür. 33 saylı mənzilin tavanı çökdüyündən oraya yığılan sular bu novlara doğru deyil təbii ki, 33 saylı mənzilin içərisinə oradan da iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Bu səbəbdən qeyri-yaşayış sahəsinin təmiri, daxilindəki qiymətli əşyalar yararsız hala düşüb xarab olmuşdur. Bunun qarşısı vaxtında alınmazsa iddiaçının da qeyri-yaşayış sahəsinin tavanı çürüyüb uçar, qısa elektrik qapanmadan yanğın, su basma və sair kimi bədbəxt hadisələr baş verə bilər. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin və həmin binanın sökülməsinə, həmin sahədə hər hansı inşaat işlərinin aparılması, ərazinin hasarlanması, binaya giriş-çıxışın məhdudlaşdırılması, kommunikasiya xətlərinin kəsilməsi, binanın bilvasitə yaxınlığına ağır texnikaların yerləşdirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə, "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilib (qərardad ərizəyə əlavə edilir). Lakin buna baxmayaraq, "xxxx" MMC bütün bu kobud qanun pozuntularını törətməyə davam edir. Və bunu o məqsədlə edir ki, mülkiyyətində olan mənzildən aşağıda yerləşən qeyri-yaşayış sahələrini qəzalı vəziyyətə salsın, dəyərsizləşdirib həmin sahələri ələ keçirsin. Bu qəzalı vəziyyətin yaranmasında iddiaçının heç bir günahının, məsuliyyətinin olmamasına baxmayaraq, məcburiyyət qarşısında qalıb onun qarşısını müvəqqəti olaraq almaq üçün 2018 və 2019-cu illərdə dam örtüyünün su buraxan yerlərinə öz vəsaiti hesabına ruberoid (tol) çəkdirmişdir. 2020-ci ildə yenə də su axıb töküldüyündən bu dəfə əraziyə xidmət göstərən 9 saylı Mənzil-Kommunal İstismar Sahəsi (bundan sonra MKİS) həmin dam örtüyünün su buraxan hissələrinə ruberoid (tol) çəkdirmişdir. Lakin belə cari, yüngül, sadə təmir işləri ilə dam örtüyündən su axmasının qarşısını birdəfəlik almaq qeyri-mümkündür. Hazırkı qəzalı vəziyyətin qarşısını birdəfəlik olaraq almaq üçün, yalnız 33 saylı mənzilin tavanını əhatə edən dam örtüyünün təxminən 20 metr enində və 25 metr uzunluğundakı sahəsinə mühafizə örtüyü çəkməklə yerinə yetirmək olar. Əgər bu mühafizə örtüyü çəkilməzsə həmin tavan tezliklə uçub dağılacaqdır. Odur ki, dam örtüyündə təcili olaraq əsaslı təmir işləri görüb qəzalı vəziyyətin birdəfəlik aradan qaldırılması üçün Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra MKTD), Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (bundan sonra MKTB), Cavabdeh2nə və "xxxx" MMC-yə ərizə ilə müraciət etmişdir. Cavabdeh2 ona ünvanlanmış ərizəni tədbir görülməsi üçün MKTB-yə göndərmişdir. MKTB isə iddiaçıya və Cavabdeh2nə Dax “2”-174 saylı xx.xx.2021-ci il tarixli imtina cavabı vermişdir. Məktubda qeyd edilib: “Apardığımız araşdırmanın nəticəsi olaraq Sizə məxsus qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün binanın 9 saylı MKİS-in verdiyi arayışa əsasən, təmir olunması təklifi Sizin tərəfinizdən qəbul görməmişdir. Danışıqlar zamanı Sizin bildirdiyinizə görə "xxxx" MMC ilə apardığınız danışıqların nəticəsi olaraq dam örtüyünün təmiri "xxxx" MMC tərəfindən bütövlükdə həyata keçiriləcəkdir”. Təbii ki, MKTB-nin bu cavabı tamamilə absurddur, yalandır. Əksinə, iddiaçı MKTB-nin tabeliyində olan MKİS-dən xahiş etmişdir ki, "xxxx" MMC-nin 33 saylı mənzilinə və qeyriyaşayış sahəsinə baxış keçirib akt tərtib olunsun. Baxış keçirilib bu barədə akt tərtib edilmişdir. 30 ildən çoxdur ki, MKTB-nin balansında olan binanın saxlanılmasına dam örtüyünün təmirinə xidmət haqqı olaraq həmin təşkilatın büdcəsinə ildə 44,88 manat pul ödəyir (qəbz ərizəyə əlavə olunur). Bu ödənişi 30 ildən çoxdur ki, binanın bütün sakinləri ödəyirlər. MKTD-nin MKTB-yə və iddiaçıya verdiyi A-88 saylı, xx.xx.2021-ci il tarixli imtina cavab məktubunda bildirilib: “Vətəndaş İddiaçı Departamentə daxil olmuş ərizəsi baxılması və vətəndaşa cavab verilməsi üçün Sizə göndərilir”. İddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci ildə poçt vasitəsi ilə ərizə ilə müraciət etsə də, onlar ərizəni rəsmi qaydada alsalar da, bu günə qədər cavablandırmayıblar. Bakı Şəhər İcra Hakimiyyətinin iddiaçıya verdiyi A-443- 069 saylı xx.xx.2021-ci il tarixli imtina cavab məktubunda bildirilib: “Müraciətinizdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Cavabdeh2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC-yə məktub göndərilmişdir”. Hazırkı iddia tələbi ilə bağlı iddiaçı ilk dəfə olaraq Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi işə baxıb tikinti-texniki ekspertizası təyin etdi. Ekspert rəyini aldıqdan sonra (ekspert rəyi ərizəyə əlavə olunub) cavabdehlərin inzibati orqanlar olduğunu nəzərə alaraq işin baxılmamış saxlanılması barədə qərardad qəbul edildi və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məsləhət görüldü. Ekspert də rəyində təsdiq edir ki, dam örtüyünün bir hissəsinin istifadəyə yarasız olması və çökməsi səbəbindən yağış, qar suları 33 saylı mənzilə oradan da iddiaçının qeyri-yaşayış sahəsinə axıb tökülməkdədir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, həmin Birliyin 9 saylı Mənzil-kommunal istismar sahəsinin xidmət dairəsindədir. Binanın qorunub saxlanılması və idarəçiliyinin həyata keçirilməsi həmin təşkilat tərəfindən təmin edilir. Ona görə də, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti hazırkı inzibati iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı "binanın damına mühafizə örtüyünün çəkilməsi, qeyri-yaşayış sahəsinin divar və tavanının təmir olunaraq əvvəlki vəziyyətə qaytarılmasına dair" iddia tələbi üzrə istinad olunan halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə qeyd edilən binanın balanssaxlayan təşkilatının cavabdeh qismində işə cəlb edilməsi məqsədəmüvafiq hesab edilir. Cavabdeh Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassızdır, təmin edilməməlidir. ünvan 5 ünvanında yerləşən bina Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 40 saylı, xx.xx.2000-ci il tarixli Qərarında binanın saxlanılmasına görə kommunal xidmət haqqı məbləğləri müəyyənləşdirilib. Hər iki normativ hüquqi aktın məzmunundan görünür ki, binanın ümumi istifadədə olan yerlərinin saxlanılması ilə bağlı xidmətləri MKİS-lər həyata keçirir. Bunun üçün də yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında kommunal xidmət haqqı məbləğləri müəyyənləşdirilib. Binanın ümumi istifadədə olan yerlərinin saxlanılması üçün tələb olunan məbləğ binanın mülkiyyətçilərinin ödədiyi vəsait hesabına formalaşır. Lakin qeyd edilən binada mülkiyyətçilərin əksəriyyəti, hətta hazırkı iş üzrə "xxxx" MMC illərdir tələb olunan kommunal xidmət haqlarını ödəmirlər, ödəməkdən yayınırlar. Mülkiyyətçilər isə tələb olunan kommunal xidmət haqlarını ödəmədikdə binanın ümumi istifadədə yerlərinin saxlanılması üçün tələb olunan vəsait formalaşmır. Lakin buna baxmayaraq, Səbail rayon MKTB iddiaçının müraciətinə əsasən binanın dam örtüyünü təmir etmişdir. Həmçinin, hazırki iddia ərizəsində qeyd olunan binanın damının təmir olunması tələbi qoyulub. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarlarında da göstərilir ki, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Mənzil-Kommunal İstismar Sahələri binanın ümumi istifadədə olan yerlərinin saxlanılması ilə bağlı xidmətləri həyata keçirir. Əksər mülkiyyətçilər tərəfindən xidmət haqqı məbləğlərinin ödənilməməsinə baxmayaraq, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və struktur vahidləri olan Mənzil-Kommunal İstismar Sahələri qanunvericilikdə qeyd olunan kommunal xidmətləri səmərələri həyata keçirir. Lakin Səbail rayon MKTB və MKİS-lər binanın saxlanılması üçün xidmətləri həyata keçirir. Qeyd olunan binanın texniki layihəsində onun damının təmiri nəzərdə tutulmayıb, əks olunmayıb. Bu halda Səbail rayon MKTB və MKİS-lər binanın dam örtüyünün sökülərək layihədə nəzərdə tutulmayan təmirini həyata keçirə bilməz və səlahiyyəti daxilində deyildir. İddia ərizəsinə qoşma sənədlərdə isə qeyd olunan binanın dam örtüyünün təmiri ilə bağlı yeni layihənin təsdiq olunması və mövcud olunması ilə bağlı hər hansısa bir sənədə rast gəlinmir. Bu əsasa görə də, iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi Səbail rayon MKTB binanın saxlanılması ilə bağlı xidməti həyata keçirir, binanın layihədə mövcud olmayan hər hansısa bir hissəsinin rekonstruksiya (layihədə mövcud olmayən dəyişikliyin edilməsi) edilməsi ilə bağlı səlahiyyəti yoxdur və buna görə öhdəlik daşımır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 78 saylı sərəncamı ilə ünvan 5 ünvanındakı binanın yerində yeni bina tikintisinin həyata keçirilməsi üçün "xxxx" MMC-yə həvalə edilmişdir (qeyd olunan sərəncam MKİS-də aşkar olunmamışdır). Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, "xxxx" MMC həmin binanın 33 saylı mənzilində yenidənqurma işləri aparmışdır, mənzilin tavanının üzərindəki dam örtüyünü uçurub dağıtmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Hesab edilir ki, iddiaçının iddia ərizəsində qeyd olunan bu məlumatlar da dəqiqləşdirilməlidir ki, dam örtüyü kənar təsirlə əlaqədar yararsız hala salınıbmı? Çünki 9 saylı MKİS dəfələrlə edilən müraciətlərə əsasən həmin binanın dam örtüyünə şüşəli ruberoid çəkmişdir, problem aradan qaldırılmışdır. ünvan 5 ünvanında yerləşən binanın istismarına nəzarəti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı Mənzil- Kommunal İstismar Sahəsi nəzarəti həyata keçirir. Bu səbəbdən qeyd olunan məsələ ilə bağlı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı Mənzil-Kommunal İstismar Sahəsindən məlumat əldə edilmişdir. 9 saylı MKİS-in qeyd etdiyinə əsasən ünvan 7 ünvanında yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi İddiaçı şikayəti əsasında qeyd olunan ünvana baxış keçirilmişdir. xx.xx.2021-ci ildə 9 saylı MKİS tərəfindən ünvan 9 ünvanında yerləşən binanın İddiaçı məxsus qeyri-yaşayış sahəsinə aid hissəsinin dam örtüyünə şüşə ruberoid vurulmuşdur. Həmçinin, ünvan 9 ünvanındakı binanın dam örtüyünün əsaslı təmir olunması ilə bağlı 2021-2022-ci illərdə titul siyahısı 9 saylı MKİS tərəfindən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində yerləşən yaşayış evlərinin 2022-ci il ərzində əsaslı təmirə ehtiyacı olan titul siyahısı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 31 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmişdir. 9 saylı MKİS-in təqdim etdiyi cədvələ əsasən ünvan 9 ünvanında yerləşən binanın dam örtüyünün əsaslı təmir olunması ilə bağlı məsələ də həmin məktuba qoşma siyahıda öz əksini tapmışdır. Həmçinin 9 saylı MKİS qeyd etmişdir ki, ünvan 9 ünvanında yerləşən binanın dam örtüyünün əsaslı təmir olunması məsələsi 2023-cü ildə də titul siyahısına salınacaqdır. Qeyd olunanlara əsasən hesab edilir ki, iddia ərizəsi təmin edilməməlidir. Odur ki, göstərilənlərə əsasən İddiaçı Cavabdeh2nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün 20 metr enində və 25 metr uzunluğundakı sahəsinin təmir olunması, yəni oraya mühafizə örtüyünün çəkilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması, qeyri-yaşayış sahəsinin ləkələnmiş divarın və tavanın təmir olunaraq öz əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh2 tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, qaldırılan məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumat aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, bir müddət əvvəl Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən sözügedən ünvana yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sözügedən dam örtüyü 2020-ci ildə Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ruberoid örtüyü ilə təmir edilmiş və dam örtüyünün əsaslı təmiri 2023-cü ilin titul siyahısına salınmışdır. Üçüncü şəxs "xxxx" MMC tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, həmin işlə bağlı Səbail Rayon Məhkəməsinin qərardadına əsasən məhkəmə ekspertizası təyin olunmuş və ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, əmələ gəlmiş qüsurların səbəbi qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 33 saylı mənzildən deyil, dam örtüyünün bir hissəsinin istifadəyə yararsız vəziyyətdə olmasıdır. Daha sonra ekspert baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə məxsus ünvan 19 döşəməsi diktlə üzlənmiş, divarları və tavanı boya ilə rənglənmişdir. Yerində baxış keçirilən zaman qeyd olunanlar öz təsdiqini tapmışdır. Binanın dam örtüyünün ruberoid örtüklə örtülməsi onların səlahiyyətində deyil. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubundan da göründüyü kimi qeyd olunan bina tarixi bina olaraq 2023-cü ilin əsaslı təmirə ehtiyacı olan Titul siyahısına salınmışdır. Odur ki, yuxarıda qeyd olunanları və ekspert rəyini nəzərə alaraq İddiaçı cavabdehlər Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Cavabdeh2nə, üçüncü şəxslər Səbail rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və "xxxx" MMC-ə qarşı “binanın damına mühafizə örtüyünün çəkilməsi, qeyri-yaşayış sahəsinin divar və tavanının təmir olunaraq əvvəlki vəziyyətinə qaytarılması” dair işə üçüncü şəxsin iştirakı olmadan baxılması və İddiaçı iddiasının "xxxx" MMC-ə qarşı olan hissəsinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs "xxxx" MMC tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən sifarişçi qismində dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işləri balanssaxlayıcı Mənzil-Kommunal Təsərrüfatı təşkilatlarının birgə tərtib etdiyi müvafiq siyahı əsasında yerinə yetirilir. Cari il üçün qeyd edilən işlərlə bağlı titul siyahısının təsdiq edildiyi nəzərə çatdırılaraq bildirilir ki, gələcəkdə bu məqsədlərlə bağlı maliyyə vəsaiti ayrılacağı, habelə texniki və iqtisadi baxımdan təmirbərpası səmərəli hesab olunan yaşayış binaları ilə birlikdə sözügedən ünvan da həmin siyahıya daxil ediləcəyi təqdirdə digər ünvanlarla birgə mərhələli şəkildə və müəyyən ardıcıllıq əsasında ünvan 11 ünvanında yerləşən binanın dam örtüyündə layihəyə uyğun təmir işləri aparıla bilər. Eyni zamanda məlum edilir ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işlərinin aparılması üçün müvafiq təyinat üzrə ayrılmış vəsait hesabına vətəndaşların şəxsi mülkiyyətində olan qeyri-yaşayış obyektlərində təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulmadığından yuxarıda qeyd edilən ünvandakı obyektin divar və tavanında təmir işlərinin aparılması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2 və Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-317/2024 saylı qərarı ilə (hakim T.Məlikov) iddianın qismən təmin edilməsi, ünvan 12 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-317/2024 saylı qərarının iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyəti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın balanssaxlayıcısı məhz cavabdeh orqan olduğundan, həmin orqan tərəfindən binanın saxlanması üçün illərdir xidmət haqqı yığıldığından, cavabdeh orqan şikayətləri ilə bağlı ziddiyyətli də olsa, ona və məhkəməyə təqdim etdiyi məktublarında binanın dam örtüyünün əsaslı təmirinin 2022-ci ilin (bəzi məktublarda 2023-cü ilin) titul siyahısına salındığını bildirsə də, bu günə qədər dam örtüyünün əsaslı təmirini həyata keçirməyib. Bu fakt aşağıdakı nəticələr yaradır: Birincisi, cavabdeh orqanın binanın dam örtüyünü əsaslı təmir etməsi öhdəliyinin mövcudluğu, eləcə də onun bu tələbi ona qarşı irəli sürmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğu tam sübuta yetirilib. İkincisi, cavabdeh orqan məktublarında binanın dam örtüyünün əsaslı təmirinin 2022-ci ilin (bəzi məktublarda 2023-cü ilin) titul siyahısına salındığını bildirməsi ilə faktiki olaraq binanın dam örtüyünü əsaslı təmir etmək öhdəliyinin olmasını etiraf edib. Üçüncüsü, cavabdeh orqan bu günə qədər binanın dam örtüyünü əsaslı təmir etməməklə öhdəliyin icrasından qanunsuz olaraq yayınıb. Bütün bu faktlar birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmədiyi hissədə tamamilə qanunsuz və əsassız olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsinin iddianın bir hissəsinin təmin edilməməsi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi sözügedən dam örtüyünün şüşəli ruberoid (tol) ilə təmir edilməsini iddiaçının təkzib etməməsi və hazırda həmin hissədə hər hansı su axıntısının və təhlükənin olmamasını bildirməyi ilə bağlı fikirlərini tamamilə təhrif edib. Belə ki, o məhkəməyə verdiyi izahatlarında bildirib ki, binanın dam örtüyü şüşəli ruberoid (tol) ilə təmir edilsə də, bununla problemin tam aradan qaldırılması mümkün deyildi. Çünki, damda yaranan qəzalı vəziyyətin tam aradan qaldırılması yalnız əsaslı təmirlə mümkündür, lakin əsaslı təmir üçün daha çox vəsait tələb olunduğundan və cavabdeh bu qədər vəsaiti çəkməmək üçün dam örtüyünə şüşəli ruberoid (tol) çəkməklə “təmir” görüntüsü yaradıb. Nəticədə həmin təmirdən sonrakı ilk yağışda əvvəlki kimi yağış sularının onun əmlakına axması təsdiq etdi ki, cavabdeh orqanın gördüyü təmir işi yalnız görüntüdən ibarət olub. Hazırda həmin hissədə hər hansı su axıntısının və təhlükənin olmaması ilə bağlı fikirləri isə ondan ibarət olub ki, həmin izahatı verərkən havalar isti keçdiyindən və yağıntı olmadığından qəzalı damdan hər hansı axıntı mövcud deyildi, lakin yağışın yağması ilə axıntıların başlanması qaçırılmazdır. Birinci instansiya məhkəməsinin “iddiaçının hazırkı tələbi gələcəyə münasibətdə yarana biləcək təhlükənin qarşısını almaqdan ibarətdir” arqumenti isə tamamilə absurddur və bu arqument əsasında iddianın qismən təmin edilməsi birinci instansiya məhkəməsinin işi səthi araşdırmasının bariz sübutudur. Məhkəmənin mövqeyindən belə çıxır ki, o yalnız yağıntılı havalarda damın əsaslı təmir edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər və bu zaman iddia əsaslı hesab edilməlidir, lakin yağıntıların kəsməsiylə iddianın təmin edilməsi mümkünsüzə çevrilir. Ümumiyyətlə, tələbinin gələcəyə münasibətdə yarana biləcək təhlükənin qarşısını almaq üçün iddia irəli sürməyinin qanunsuz olması barədə məhkəmənin gəldiyi nəticə legitim deyil. Çünki dam çökmüş və yararsız vəziyyətdə olduğundan orada yağış və qar sularının yığılması elektrik qısa qapanmalarına, yanğına, tavanın tamamilə çürüyüb çökməsinə və başqa bədbəxt hadisələrə səbəb ola biləcəyindən iddia tələbi əsasında onun həm özümün, həm əmlakının, həm də ətrafdakıların təhlükəsizliyinin təmin edilməsi üçün bu iddianı irəli sürməkdə subyektiv hüququ var. İstinad olunan maddi hüquq normaları iddianın tam qanuni və əsaslı olduğunu və iddianın təmin edilməli olduğunu təsdiq etdiyindən hesab edir ki, bu maddi hüquq normalarına istinad edilməklə iddia tam həcmdə təmin edilməlidir. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ qanunvericilikdə müəyyən edilmiş formada və səlahiyyətli dövlət orqanı tərəfindən dövlət qeydiyyatına alınıb. Lakin cavabdeh dövlət orqanın qanunsuz hərəkətsizliyi səbəbindən uzun illərdir xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın dam hissəsi yararsız vəziyyətdə olduğundan oradan axan yağış və qar suları əmlakına zərər vurur. Məhkəmə araşdırması zamanı tam sübuta yetirilib ki, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dəyən zərər birbaşa olaraq dam örtüyünün çökmüş və yararsız vəziyyətdə olması, bunun nəticəsində oradan yağış və qar sularının axaraq əmlakına tökülməsi ilə bağlıdır. Bütün bu faktlar işin mübahisələndirilməyən halını təşkil edir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi çökmüş və yararsız vəziyyətdə olan dam örtüyünün əsaslı təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianı təmin etməyib. Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) Çıx-53 saylı, xx.xx.2023-cü il tarixli Titul siyahısına istinad edərək məhkəmənin sorğusuna verdiyi 3-52-13/2-292/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edib: “Səbail rayon MKTB tərəfindən balansındakı təmirə ehtiyacı olan yaşayış binalarının, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən yaşayış binası da siyahıya daxil edilməklə aidiyyəti üzrə təqdim edilmişdir. Maliyyə vəsaiti ayrıldıqdan sonra həmin ünvanda təmir işlərinin həyata keçirilməsi mümkün olacaqdır. Qeyd edilən yaşayış binası dövlət mənzil fonduna aiddir”. Bu yalan məlumat cavabdeh orqanın tabeliyində olan MKTB tərəfindən ona verilən Dax 2-174 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda da göstərilib: “Məlumat üçün bildiririk ki, müraciətiniz ilə əlaqədar ünvan 13 ünvanına tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı 9 saylı MKİS-nin verdiyi arayışda bildirilir ki, Əhməd Cavad küçəsi 24A ünvanındakı 2 mərtəbəli binanın birinci mərtəbəsində qeyriyaşayış sahəsinin sahibi İddiaçı şikayəti xx.xx.2021-ci ildə təmin olunmuşdur. Belə ki, binanın dam örtüyü həmin vaxt şüşəli ruberoidlə (tol) cari təmir edilmişdir. Onu da nəzərinizə çatdırırıq ki, binanın dam örtüyünün əsaslı təmir olunması 2022-ci ilin Titul siyahısına salınmışdır”. Cavabdehin və tabeliyində olan MKTB-nin cavab məktublarında binanın dam örtüyünün Titul siyahısına salınması ilə bağlı verdiyi məlumatın yalan olması Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" MMC-nin məhkəməyə verdiyi 3-52-3/2- 441 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təsdiq olunur. Həmin məktubda qeyd edilib: “BŞİHƏTT MMC tərəfindən sifarişçi qismində dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işləri balansaxlayıcı Mənzil-Kommunal Təsərrüfatı təşkilatlarının birgə tərtib etdiyi müvafiq siyahı əsasında yerinə yetirilir. Cari il üçün qeyd edilən işlərlə bağlı Titul siyahısının təsdiq edildiyini nəzərinizə çatdıraraq bildirilir ki, gələcəkdə bu məqsədlərlə bağlı maliyyə vəsaiti ayrılacağı, habelə texniki və iqtisadi baxımdan təmir-bərpası səmərəli hesab olunan yaşayış binaları ilə birlikdə sözügedən ünvanda həmin siyahıya daxil ediləcəyi təqdirdə digər ünvanlarla mərhələli şəkildə və müəyyən ardıcıllıq əsasında Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən binanın dam örtüyündə layihəyə uyğun təmir işləri aparıla bilər”. Göründüyü kimi cavabdehin və tabeliyində olan MKTB-nin cavab məktublarında dam örtüyünün əsaslı təmir edilməsi Titul siyahısına salındığı qeyd edilsə də, BŞİHƏTT MMC cavab məktubunda bu faktın mövcudluğunu inkar edir. Məhz cavabdehin və tabeliyində olan qurumların bu cür ziddiyyətli və yalan məlumatları, eləcə də qanunsuz hərəkətsizliyi nəticəsində Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərinin mərkəzində yerləşən binanın dam örtüyünün yararsız olması və səlahiyyətli dövlət orqanlarının laqeydsizliyi səbəbindən yağış sularının vurduğu ziyanı o hər il öz vəsaiti hesabına aradan qaldırmaq məcburiyyətində qalır. Ailəsinin yeganə qazanc yeri olan qeyri-yaşayış sahəsini hər il öz vəsaiti hesabına təmir etmək məcburiyyətində qalmağı onu və ailəni ağır maddi çətinliklərə salır. Dam örtüyünün əsaslı təmir edilməsinin gah 2022-ci ilin, gah da 2023-cü ilin Titul siyahısına daxil edildiyini iddia edən cavabdeh orqan 2024-cü ilin sonu olduğu halda hələ də problemin həlli üçün heç bir tədbir görmür. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1479 saylı ekspert rəyi ilə də tam təsdiq edilib ki, xüsusi mülkiyyətində olan əmlaka dəyən ziyan birbaşa olaraq binanın çökmüş və yararsız vəziyyətdə olan dam örtüyündən axan yağıntı sularının iddiaçının əmlakına axması ilə bağlıdır. Bu sübutla da bir daha təsdiq edilir ki, iddiaçının əmlakına dəyən ziyan məhz binanın damının çökmüş və yararsız olması, əsaslı təmirə ehtiyacı olması ilə bağlıdır. Eyni zamanda, iş materiallarındakı çökmüş və yararsız vəziyyətdə olan dam örtüyünün foto şəkillərindən də ekspert rəyinin əsaslı olması tam təsdiq edilir. Bütün bunlara baxmayaraq, birinci instansiyası məhkəməsi bu sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdıraraq onlara hüquqi qiymət verərək iddianın təmin edilməsi barədə qərar qəbul etmək əvəzinə cavabdeh orqanın uzun illərdir qanunsuz hərəkətsizliyinə absurd arqumentlərlə haqq qazandıraraq iddianı həmin hissədə təmin etməyib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxslərin nümayəndələrinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən sahəsi 74,8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 19 "xxxx" MMC-nin mülkiyyətindədir - Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətində qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün Cavabdeh2nə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və "xxxx" MMC-yə məktub göndərilmişdir. - Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə Departamentə daxil olmuş müraciət ərizəsi baxılması və cavab verilməsi üçün Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. - Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar Ə.Cavad küçəsi 24A (İstiqlaliyyət 47) ünvana baxış keçirilmişdir. Baxış zamanı 9 saylı MKİS-in verdiyi arayışda bildirilir ki, Əhməd Cavad küçəsi 24A ünvanındakı 2 mərtəbəli binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin sahibi İddiaçı şikayəti xx.xx.2021-ci ildə təmin olunmuşdur. Belə ki, binanın dam örtüyü həmin vaxt şüşəli ruberoidlə cari təmir edilmişdir. Binanın dam örtüyünün əsaslı təmir olunması 2022-ci ilin titul siyahısına salınmışdır. - Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən sözügedən ünvana yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, dam örtüyü 2020-ci ildə Səbail Rayon MKTB tərəfindən ruberoid örtüyü ilə təmir edilmiş və dam örtüyünün əsaslı təmiri 2022-ci ilin titul siyahısına salınmışdır. - Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 №-li arayışda bildirilmişdir ki, Əhməd Cavad küçəsi 24A ünvanındakı 2 mərtəbəli binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin sahibi İddiaçı şikayəti xx.xx.2021-ci ildə təmin olunmuşdur. Sakinin dam örtüyünə şüşəli ruberoid vurulmuşdur, 2021-2022-ci ilin əsaslı təmir olunmasına görə titul siyahısına salınmışdır və 2023-cü ilin titul siyahısına salınacaqdır. - Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Birliyin xidməti ərazisində yerləşən yaşayış sahələrinin 2023cü il ərzində əsaslı təmirə ehtiyacı olan Titul siyahısı təqdim edilmişdir. Həmin Titul siyahısından görünür ki, İstiqlaliyyət 47 ünvanında yerləşən, 1913-cü ildə inşa edilmiş 2 mərtəbəli yaşayış sahəsinin qır dam örtüyünün əsaslı təmiri nəzərdə tutulmuşdur. - Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Mənzil Kommunal Təsərüfat Departamentinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 1913-cü ildə inşa edilmiş İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən 2 mərtəbəli bina qır dam örtüyünün əsaslı təmiri üçün 2023-cü il ərzində əsaslı təmirə ehtiyacı olan yşayış evlərinin titul siyahısına əlavə edilmişdir. - Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı Mənzil-kommunal İstismar sahəsinin mühəndisi X3, sahə bələdçisi X5 və 9-cu polis bölməsinin sahə inspektoru X6 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın birinci mərtəbəsindəki qeyriyaşayış sahəsinin sahibi İddiaçı xx.xx.2021-ci ildə 9 saylı MKİS-ə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar onun qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı intensiv yağan yağış sularının dam örtüyündən ikinci mərtəbədəki yaşayışı olmayan 33 saylı mənzilə, oradan da sözgedən qeyri-yaşayış sahəsinə fasiləsiz olaraq axıb töküldüyü, həmçinin iddiaçının icarəyə verdiyi təmirli qeyri-yaşayış sahəsinin tavanı və divarlarının yuxarı mərtəbədən axan yağış suları nəticəsində yararsız vəziyyətə düşüb maddi ziyan dəydiyi aşkar edilmişdir İşin hallarından müəyyən edilir ki, ünvan 12 ünvanında yerləşən sahəsi 74,8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və ünvan 19 "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçının tələbi 2 hissədən ibarətdir:

1. ünvan 18 ünvanında yerləşən binanın dam örtüyünün istifadəyə yararsız sahəsinin əsaslı təmir olunması;

2. ünvan 18 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması; Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən - ünvan 18 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmişdir, qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 12 ünvanında yerləşən binanın dam örtüyünün təmir edilməsi ilə bağlı əsasın olması hazırkı halda öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Qərar iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3-52-13/2- 196/2023 nömrəli, 31 mart 2023-cü il tarixli məktubunda qeyd edilir ki, ünvan 4 ünvanında yerləşən, 1913-cü ildə inşa edilmiş 2 mərtəbəli yaşayış evi Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında, istismar edilməsi üçün həmin Birliyin 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla tarixi memarlıq abidəsi kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 avqust 2021-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məktublarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina dövlət mənzil fonduna aid olmaqla tarixi memarlıq abidəsi kimi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir, 2021-2022-ci ilin əsaslı təmir olunmasına görə titul siyahısına salınmış və 2023-cü ilin titul siyahısına salınacaqdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhəri mənzil-kommunal təsərrüfatının idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzilkommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti - əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil fondunun idarə olunmasını, istismarını, qorunmasını təşkil etmək, yaşayış sahəsindən istifadə, yaşayış evini və evətrafı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət edilməsi, şəhər ərazisinin sanitariya qaydalarına uyğun olaraq təmizlənməsi, bərk məişət tullantılarının yığılması, daşınması, payız-qış mövsümündə şəhərdaxili yolların yağıntılardan təmizlənməsi, küçələrin yuyulması, dezinfeksiya edilməsi, sahibsiz heyvanların sığınacaqlarda saxlanılmasının təmin edilməsi, struktur təşkilatların fəaliyyətinin əlaqələndirməsi və onlara rəhbərlik edilməsi, şəhərin məhəllədaxili yollarının və səkilərin istismarı, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması, təsərrüfat sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələrin istismarı, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 154 nömrəli sərəncamının 1 nömrəli əlavəsi ilə təsdiq edilmiş Mənzil-Kommunal Təsərrüfat Departamentinin Nizamnaməsinin 2.18-ci bəndinə əsasən, Departament əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti və investorlar tərəfindən ona verilmiş səlahiyyətlər dairəsində abadlıq və tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmir işlərini həyata keçirir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. - 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. - 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. - 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Mülki Məcəllənin 21.1-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.(Maddə 21.2) Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün yararsız hala düşməsi səbəbindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə zərər dəyməsi işdə olan sənədlərlə, foto şəkillərlə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, 33 saylı mənzilin tavanına ruberoid (tol) çəkilmiş, lakin yağan yağışlar və s.nəticəsində onun müəyyən hissəsi məhv olmuş, mənzilə yağış suları və s. daxil olması üçün müəyyən ölçüdə boşluq yaranmışdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/1479 nömrəli ekspert rəyində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsinin satış zalının ikinci hissəsinin, sahəsi 20.6 m2 (4,90×4,20) olan hissəsinin tavanına ziyanın dəydiyi müəyyən edilmişdir. Qeyd olunur ki, həmin hissənin tavanı üzərində sarımtıl su sızma ləkələri müşahidə olunmuşdur ünvan 19 ünvanında yerləşən mənzilin üzərində quraşdırılmış dam örtüyünün bir hissəsinin çökməsi nəticəsində (yağış, qar və s.) təbii çöküntülər yağdığı zaman damdan 33 saylı mənzilə axdığı, sonradan isə 33 saylı mənzildən iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinə suyun sızması nəticəsində qeyri-yaşayış sahəsində qüsurların yaranmasına səbəb olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurlar qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 33 saylı mənzilin təmirsiz vəziyyətdə saxlanılması səbəbindən deyil, ünvan 19 ünvanında yerləşən mənzilin üzərində quraşdırılmış dam örtüyünün bir hissəsinin istifadəyə yarasız vəziyyətdə olmasındandır. Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 24A ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın aradan qaldırılması mümkündür. Bunun üçün qeyri-yaşayış sahəsinin sahəsi 20.6 m2 (4,90×4,20) olan hissəsinin tavanı şpatlyovka materialı ilə üzlənməli və boya ilə rənglənməlidir. Qeyri-yaşayış sahəsində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmirbərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 261 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ekpert rəyindən də müəyyən edilir ki, ünvan 19 ünvanında yerləşən mənzilin üzərində quraşdırılmış dam örtüyünün bir hissəsi istifadəyə yararsız vəziyyətdədir, bu hal iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarlarının və tavanın yararsız hala gəlməsi ilə nəticələnir, dam örtüyü təmir edilmədən divarlarda və tavanda yaranmış qüsurların aradan qaldırılması ağlabatan deyil. Belə ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunacağı təqdirdə belə istifadəyə yararsız dam örtüyü səbəbindən eyni nəticə qaçılmazdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş “ünvan 20 ünvanlarda yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında 03 fevral 2023-cü il tarixli rəydə qeyd edilir ki, baxış zamanı yaşayış evlərində aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir, evlərin əsas yükdaşıyan divarlarında iri ölçülü bir və iki tərəfli çatlar yaranmışdır, birinci mərtəbədə torpaqla təmasda olan divarlarda rütubət izləri yaranmış, hörgü məhlulları isə aşınmışdır,...dam örtüyü bəzi sahələrdə yararsız vəziyyətdə olduğundan atmosfer suları mənzillərin daxilinə və ümumi sahələrə axaraq daxili bəzək elementlərini yararsız vəziyyətə salmışdır,...ünvan 20 ünvanlarda yerləşən yaşayış evləri (2 ədəd) texniki cəhətdən yolverilməz vəziyyətdədir, istismar üçün yararsızdır, yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırkı texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, binanın balanssaxlayıcısı cavabdeh inzibati orqan olduğundan və dövlət mənzil fonduna daxil olduğu üçün binanın qorunmasını təşkil etmək, abadlıq və tikinti, binanın əsaslı təmir işlərini həyata keçirmək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üzərinə düşür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-317/2024 saylı qərarı qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47, 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin əsaslı təmir olunması vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməli, qərar qalan hissədə (ünvan 12 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ləkələnmiş divarının və tavanının təmir olunması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(112)-317/2024 saylı qərarı qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 47 (Ə.Cavad küçəsi, 24A), 33 saylı mənzilin tavanının üzərində quraşdırılmış dam örtüyünün istifadəyə yararsız sahəsinin əsaslı təmir olunması vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar