Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-984/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsal və Xidmət X3rşı "əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İstehsal və Xidmət X3rşı "əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13308/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh İstehsal və Xidmət X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “27 m və 49 m saylı əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27m və 49m saylı icra sənədlərini kağız üzərində tərtib etmişdir. Lakin icraların heç birini həyata keçirməmişdir. Belə ki, pensiya ilə əlaqədar xx.xx.2022-ci il tarixdə DOST Xidmətinə müraciət etmişdir. DOST Xidməti şifahi məlumat vermişdir ki, xx.xx.1999-cu il tarixdən etibarən kadr olaraq heç yerdə qeydiyyatda yoxdur. xx.xx.2015-ci il köhnə tarixli 161m saylı əmri ilə Əmək Məcəlləsinin 70 “a” “müəssisənin ləğvi” maddəsi ilə 17 il daha köhnə tarixdən xx.xx.1999-cu il tarixdən tutduğu vəzifədən azad hesab edilmişdir. 161m saylı əmri keçmiş baş direktor F.Məlikov imzalasa da, əmri köhnə tarixə M.İmanov qeydiyyata salmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il, 2(102)-7711/17 saylı qərarı ilə əvvəlki qətnamələr ləğv edilmiş və iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/18 qərardadı ilə 161m saylı əmrdə əsas göstərilən 24 saylı əmrin əsas olmadığı, müəssisənin ləğv edilmədiyi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyinə təhvil verildiyi faktı öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015ci il tarixli əmr 161m ləğv edilməklə İddiaçı Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına tutduğu vəzifəsinin bərpa olunması qət edilmişdir. Ali Məhkəmənin 03 avqust 2018-ci il 2(102)-5152 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, iş 2(103)-2426/18 qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Baş direktor M.İmanov icra sənədi 27m saylı əmrdə yazır: İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli, 161m saylı əmri ləğv edilmiş və İddiaçı Bakı şəhəri, Suraxanı rayonunda yerlışən 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilmişdir (əsas: Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)- 5152/2018 saylı qərarı). Baş direktor M.İmanov icra sənədi olan 27m saylı əmri tərtib etdikdən bir saat sonra onu mülkiyyətçi dəyişdiyinə görə yeni əmr olan 28m saylı ilə tutduğu müdir vəzifəsindən yenidən azad etmişdir. Halbuki 161m saylı əmri tərib etmək üçün əsas olmamışdır. 161m saylı əmri F.Məlikov imzalasa da, M.İmanov həmin əmri köhnə tarixlərə reqistrasiya etdiyi üçün əmrin əsassız olduğunu bilirdi. Deməli, baş direktor M.İmanov müəssisənin ləğv olunmadığını, faktiki olaraq xx.xx.2020-ci il tarixinə qədər fasiləsiz onun sahibliyində olduğunu və həmçinin həmin tarixdə akt tərtib edilərək ondan alındığını biləbilə yazdığı 27m saylı əmri kağız üzərində qoymuş və heç bir əsas olmadan tərtib etdiyi köhnə tarixli xx.xx.2015-ci il tarixli 161m saylı və 17 il keçmiş tarixdən tutduğu vəzifəsindən azad etdiklərini bilə-bilə müəssisənin müdirini icra sənədi 27m saylı əmr yazsa da, müdiri tutduğu vəzifəsinə faktiki olaraq bərpa edilməmiş, əvəzində 28m saylı 27 sentyabr 2018-ci il tarixli yazmışdır: “İddiaçı mağazanın mülkiyyətçisi dəyişdiyi üçün 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilsin”. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4772/2018 saylı qətnaməsi ilə 28m saylı əmr ləğv edilmişdir. Bundan sonra, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru M.İmanov icra sənədi olan 49m saylı əmri tərtib etmişdir: “İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, 28m saylı əmr ləğv edilsin. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin kadr və kargüzarlıq şöbəsi İddiaçı şəxsi işinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın yeni mülkiyyətçisi X6 təhvil verilməsi təmin edilsin”. Belə olan halda necə olur ki, xx.xx.1999-cu il tarixdən sonra onun stajı olmur və 49 saylı icra sənədi də kağız üzərində qalır? Beləliklə, 27m və 49m saylı əmrlərin icrası faktiki olaraq həyata keçirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13308/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddiasının təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 saylı xx.xx.1999-cu il tarixli əmrinə əsasən Bakı şəhəri rayon ticarət və ictimai iaşə idarələri ləğv edilmiş, onların tabeliyində olan bütün müəssisə və obyektlər İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 161m saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasının müdiri İddiaçı müəssisə ləğv edildiyi üçün 20 iyun 1999-cu il tarixdən tutduğu vəzifəsindən azad olunmuş hesab edilmişdir. Sözügedən əmr İddiaçı tərəfindən mübahisələndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı “xx.xx.2015-ci il tarixli, 161M saylı əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbi təmin edilməsə də, həmin qətnamə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 saylı qətnaməsi ilə ləğv edilmiş və iş üzrə iddiaçının iddia tələbi təmin edilərək, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli, 161M saylı əmri ləğv edilməklə İddiaçı İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)- 5152/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən 27m saylı xx.xx.2018-ci il tarixli əmr qəbul edilmişdir. Lakin sonradan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 28m saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın müdiri İddiaçı göstərilən mağazanın mülkiyyətçisi dəyişdiyi üçün 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 49m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4772/2018 saylı qətnaməsi ilə iş üzrə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və qeyrilərinə qarşı “əmrin dəyişdirilməsi, əmrin ləğv edilməsi, hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, özünün 47 saylı mağazaya əmlak hüququnun tanınması və buna dair çıxarışın verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, İstehsal və Xidmət X2kənar əməllərinin istintaqa cəlb edilməsi tələbinə dair iddiası” qismən təmin edilərək, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli 28M saylı əmri ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5500/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4772/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 6386/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 5500/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(005)-4772/2018 saylı qətnaməsinin iddianın təmin edilən hissəsinin əsası kimi məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmiş və göstərmişdir ki, bu Məcəllənin qeyd olunan müddəalarına əsasən qanunverici mülkiyyətçi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında mövcud olan əmək münasibətlərinə birmənalı və imperativ qaydada xitam verilməsini təsbit etməsə də, mülkiyyətçi dəyişdikdən sonra işçi ilə əmək münasibətlərinə xitam verilməsi yeni mülkiyyətçinin səlahiyyətlərinə aid edilmiş və bu məsələdə hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır və bununla da iş üzrə cavabdeh İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi mübahisələndirilən əmri qəbul edərkən 47 saylı mağazanın mülkiyyətçisi olmamış və artıq öz səlahiyyətlərinə aid olmayan əmri qəbul etməklə hüquqi nəticə etibarı ilə həmin vaxt mağazanın mülkiyyətçisi olan X1 mənimsəmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışlar. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, 28m saylı əmr ləğv edilmiş və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin kadr və kargüzarlıq şöbəsi İddiaçı şəxsi işinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın yeni mülkiyyətçisi X6 təhvil verilməsi təmin edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış **********06 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4772/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinə və xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarına baxılmışdır. Haqqında bəhs olunan iş üzrə tələbkar İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə dair İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli 23M saylı əmri xx.xx.2019-cu il tarixli 49M nömrəli əmr ilə ləğv edilmiş, bununla da istinad edilən məhkəmə qətnaməsi könüllü icra edilmiş və barəsində “İcra vərəqəsi” verilənə qədər icrası tam təmin olunmuşdur. Aidiyyəti əmrin surəti göndərilərək “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinin nəzərə alınması və həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq icra sənədi üzrə icraata xitam verilməsi üçün müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnamələrinin icrası ilə bağlı olduğundan iddia inzibati məhkəmə icraatında qeyrimümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Hazırki işdən görünür ki, İddiaçı hüquqi marağı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2426/2018 saylı xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4772/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamələrinin məcburi icra edilməsinə yönəlmişdir. Çünki iddiaçının tələbi həmin məhkəmə qətnamələri ilə bağlı cavabdeh qurumun qəbul etdiyi 27m və 49m nömrəli əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi” barədədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13308/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13308/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Orucadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-984/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-984/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver