Məhkəmə qərarları › İş №2-1(103)-985/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-985/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-985/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)-313/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)-313/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya ixtisas dərəcəsinə görə əlavə haqq, vəzifə maaşının 3 misli müqabilində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardım nəzərə alınmaqla əmək pensiyası məbləğinin 01.04.2017-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Bakı şəhəri Yasamal rаyоn şöbəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 06.08.2019-cu il tarixli 2-1(103)-1030/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-313/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməmişdir (sədrlik edən və məruzəçi İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 23.10.2019-cu il tarixli 2-1(102)- 3137/2019 qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 06 avqust 2019-cu il tarixli, 2-1(103)-1030/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov). Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 15.01.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İK-nın 29.01.2020-ci il tarixli 2-1(103)-243/2020 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-313/2019 saylı, 23 yanvar 2019- cu il tarixli qərarı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya bir vəzifə maaşı həcmində müavinətin və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi M.Tağızadə, hakimlər K.Abiyeva və Ü.Mayılov). Həmin qərardan narazı qalan iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 11.11.2020-ci il tarixli 2-1(102)- 1192/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İK-nın 29.01.2020-ci il tarixli 2- 1(106)-243/2020 saylı qərarı “İddiaçı bir vəzifə maaşı həcmində müavinətin və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi” hissəsində və “3 vəzifə maaşı mislində mükafatın nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). Məhkəmə kollegiyasının 28.01.2021-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiаçı İddiaçı Xalid oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Bakı şəhəri Yasamal rаyоn şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ixtisas dərəcəsinə görə əlavə haqqın, dövlət qulluqçularına hər il verilən aylıq əmək haqqının 3 misli məbləğində mükafatın və növbəti məzuniyyətə çıxdıqda ödənilən bir aylıq vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğinin 01.04.2017-ci il tarixdən yenidən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildən müxtəlif müəssisələrdə və vəzifələrdə işləmişdir, həmçinin dövlət qulluqçusu kimi hakimiyyət səlahiyyətlərini icra etmişdir. 01.04.2017-ci ildən pensiyaya çıxmışdır. Lakin ona təyin olunan pensiya düzgün hesablanmamışdır.Belə ki, pensiya hesablanan zaman hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, ixtisas dərəcəsinə görə əlavə haqq, vəzifə maaşının 3 misli müqabilində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardım nəzərə alınmamışdır. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Odur ki, həmin imtinanı mübahisələndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən iddiaçıya mükafat və müavinətləri almasını təsdiq edən araşıyın təqdim olunması tələb olunsa da, iddiaçı həmin arayışı istər Şöbəyə istərsə də məhkəməyə təqdim etməmişdir. Lakin, məhkəmə həmin halı nəzərə almayaraq əsaslı olmayan iddia tələbini təmin etmişdir. Halbuki, Ali Məhkəmə tərəfindən pensiya mübahisələri üzrə məhkəmə işlərinin ümumiləşdirilməsi aparılan zaman belə bir nəticə əldə olunmuşdur ki, əgər şəxs dövlət qulluğunda işlədiyi zaman qanunvericiliklə nəzərdə tutulmuş mükafat və müavinətləri almamış, o cümlədən müvafiq ixtisas dərəcəsinə malik olmamışsa, o zaman həmin (normalar pensiya təyin olunan zaman iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir və həmin ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçının iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı həqiqətən də 28.10.1978-ci ildən 22.12.1980-ci ilədək Kirov rayon icraiyyə komitəsində təşkilatı şöbənin təlimatçısı, 21.09.1982-ci ildən 01.04.1991-ci ilə qədər Azərbaycan Kommunist Partiyasının Kirov rayon komitəsində təşkilati şöbənin insruktor, 04.01.1991-ci ildən 17.04.1991-ci ilə qədər orada partiyanın rayon şöbəsinin partiya təşkilatçısı vəzifələrində işləmişdir, həmin əmək kitabçasının birinci səhifəsinə cavabdeh tərəfindən vurulmuş ştampa əsasən iddiaçı pensiyaçıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.10.2018-ci il tarixli, **********4 nömrəli məktuba əsasən iddiaçıya bildirilmişdir ki, pensiya hesablanan zaman vəzifə maaşının üzərinə gəlməli olan mükafatlar, müavinətlər və 15% əlavələr iddiaçıya şamil edilə bilməz. İddiaçı işlədiyi dövrə uyğun olaraq aldığı mükafatları təsdiq edən sənəd təqdim etdikdən sonra onlar qanunvericiliklə nəzərdə tutulan vəzifə maaşına uyğun olaraq müasirləşdirilərək pensiyasının üzərinə hesablana bilər. İşin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən əmək pensiyası təyin edilmişdir, hazırda iddiaçı, ixtisas dərəcəsinə görə əlavə haqqın, vəzifə maaşının 3 misli müqabilində mükafatın və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardımın ona pensiya təyin edilərkən nəzərə alınmaması ilə pensiya hüququnun pozulduğunu bildirərək həmin məbləğlərin nəzərə alınması ilə əmək pensiyasının məbləğinin 01.04.2017-ci il tarixdən – pensiyaya çıxdığı vaxtdan yenidən hesablanmaqla ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir: “Əmək pеnsiyаlаrı hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pеnsiyаsı – bu qаnunlа nəzərdə tutulmuş qаydа və şərtlərlə müəyyən еdilən və məcburi dövlət sоsiаl sığоrtа оlunаnlаrın оnlаrа əmək pеnsiyаsı təyin оlunduqdаn əvvəl аldıqlаrı əmək hаqqı və digər gəlirlərin, yахud sığоrtа оlunаnlаrın ölümü ilə əlаqədаr оnlаrın аilə üzvlərinin itirdikləri gəlirlərin kоmpеnsаsiyаsı məqsədi ilə vətəndаşlаrа аylıq pul ödənişidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.7-ci maddəsinə görə dövlət qulluqçuları üçün pensiya və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanunun 23-cü maddəsinə görə dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 2017-ci ilin iyulun 01-dək qüvvədə olan 20.11.1-ci və 20.11.2-ci maddələrinin redaksiyalarına görə dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla ödənilir. Həmin Qanunun 2017-ci ilin iyulun 1-dən qüvvədə olan 20.11.1 və 20.11.2- ci maddələrinə görə dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.12-ci maddəsinə görə bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nın 1.6-cı bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında instruktor (təlimatçı) vəzifəsi rayon, şəhər və şəhərdə icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçisi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə görə dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında hesablanır. Həmin Qaydaların 6-cı bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmin Qaydaların 10-cu bəndinə görə dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Həmin Qaydaların 11-ci bəndinə görə dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Həmin Qaydaların 12-ci bəndinə görə dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları"nın 3-cü bəndinə görə fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Həmin Qaydaların 4-cü bəndinə görə mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçıya pensiya təyin edilərkən, ixtisas dərəcəsinə görə əlavə haqq, vəzifə maaşının 3 misli müqabilində mükafat və vəzifə maaşının 1 misli həcmində ildə bir dəfə maddi yardım nəzərə alınmamışdır. Bununla da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gəlsə də, qərarda dövlət qulluqçularına aid qanunvericiliyin müddəalarının iddiaçıya tətbiq olunması üçün həmin dövrdə iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu sayılması, ona pensiyanın dövlət qulluqçusu kimi təyin olunub-olunmamasını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə kollegiyası ilk növbədə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsində hüquqi yardım göstərmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 28.10.1978- 22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində təşkilati şöbənin təlimatçı vəzifəsini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısının 1.17-ci bəndində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçisi vəzifəsinə; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbəsinin instruktor vəzifəsini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısının 1.6-ci bəndində nəzərdə tutulmuş Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdıraraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın, bir vəzifə maaşı həcmində müavinətin, vəzifə maaşının 3 misli müqabilində mükafatın nəzərə alınması, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, inzibati orqandan iddiaçının pensiya işini tələb etmişdir Məhkəməyə təqdim edilmiş 404308 nömrəli pensiya işindən görünür ki, iddiaçıya AR DSMF Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 05.04.2017-ci il tarixli, 714 saylı qərarı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-20 maddələrinə müvafiq olaraq yaşa görə 30.03.2017-ci il tarixdən 168,30 manat məbləğində dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. İddiaçının əmək kitabçasının surətindən görünür ki, o, 28.10.1978-22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində təşkilati şöbənin təlimatçı; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbəsinin instruktor vəzifəsində işləmişdir, yəni, İddiaçı hakimiyyət səlahiyyətlərinin icrasını həyata keçirirdi. Lakin, ona 30.03.2017-cü ildə pensiya dövlət qulluğu stajı nəzərə alınmaqla təyin edilsə belə, pensiyanın hesablanması düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində təşkilati şöbənin təlimatçı vəzifəsini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.17-ci bəndində nəzərdə tutulmuş Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçisi vəzifəsinə; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbəsinin instruktor vəzifəsini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısının 1.6-ci bəndində nəzərdə tutulmuş Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmalıdır. AR Prezidentinin 04.08.2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş yerli icra hakimiyyəti (Bakı şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında “böyük məsləhətçisi” vəzifəsi inzibati vəzifələrinin yeddinci təsnifatına aid edilmişdir. AR Prezidentinin 02.12.2013-cü il tarixli,135 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 3 nömrəli Əlavənin “Yerli İcra Hakimiyyəti (Bakı şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının aparatında” c) ”böyük məsləhətçisi” vəzifəsinin maaşı - əhalisinin sayı 100 min nəfərdən çox olan - 305 manat; əhalisinin sayı 50-100 min nəfər olan - 300 manat; əhalisinin sayı 50 min nəfərədək olan - 295 manat təşkil edir. AR Prezidentinin 13.03.2018-cü il tarixli, 378 nömrəli sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 2 nömrəli Əlavənin 1.7.5.“Yerli İcra Hakimiyyəti (Bakı şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının aparatında”, 1.7.5.3. c) “böyük məsləhətçisi” vəzifəsinin maaşı - əhalisinin sayı 100 min nəfərdən çox olan - 335 manat; əhalisinin sayı 50-100 min nəfər olan - 330 manat; əhalisinin sayı 50 min nəfərədək olan - 325 manat təşkil edir. AR Prezidentinin 18.06.2019-cü il tarixli, 1268 nömrəli sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 2 nömrəli Əlavənin 1.7.5. “Yerli İcra Hakimiyyəti (Bakı şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçısının aparatında”, 1.7.5.3. c) “böyük məsləhətçisi” vəzifəsinin maaşı - əhalisinin sayı 100 min nəfərdən çox olan - 505 manat; əhalisinin sayı 50-100 min nəfər olan - 495 manat; əhalisinin sayı 50 min nəfərədək olan - 490 manat təşkil edir. Lakin pensiya işində olan məlumatlardan görünür ki, iddiaçıya qanunvericiliyin tələblərinə zidd olaraq 30.03.2017-ci il tarixdən pensiya dövlət qulluqçusu kimi 270 manat əmək haqqı nəzərə alınmaqla hesablanmışdır. Pensiya işində olan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 09.2019-cu il tarixli sərəncamından görünür ki, İddiaçı 01.09.2019-cu il tarixdən dövlət qulluqçusu kimi pensiya 239,70 manat məbləğində müəyyən edillsə də, hansı vəzifə maaşından hesablanması göstərilməmişdir. Həmçinin, pensiya işindən yuxarıda adı çəkilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi görünmür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən həmin Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsində əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun minimum vəzifə maaşının məbləği dəyişərsə, onun dövlət pensiyası və ömürlük müavinəti pensiyanın və müavinətin hesablandığı anda müəyyənləşdirilmiş maaşın həcmindəki dəyişikliklərə uyğun olaraq yenidən hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması” Qaydalarının 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Həmin Qaydaların 1-ci bəndinə görə bu qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. Qaydaların 10-cu bəndinə əsasən qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyası təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyasının hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15% əlavə haqqın ödənilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının iddia tələbinin dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən 1 vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla pensiyanın yenidən hesabanması hissəsi də əsaslıdır və qanunun tələblərinə uyğundur. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23.10.2003-cü il tarixli Fərmanında 2003-cü il 01 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuliyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta və vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən normativ hüquqi aktlar ilə dövlət qulluqçularına ödənilən hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən 15 faizlik əlavəni, habelə dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinəti iddiaçının uyğunlaşdırılmış dövlət qulluğu vəzifəsi üzrə onun əmək haqqında baş verən artımlar kimi qiymətləndirir. İşə baxan birinci instansiya məhkəməsi iddianı iddiaçıya əsas götürülən dövr üçün ilə 3 vəzifə maaşı həcmində mükafatın nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi hissəsində onun işlədiyi dövlət orqanında mükafatın alınmasına dair tələbini də təmin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyanın hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanması nəzərdə tutulmuşdur. İşdə olan (i.v.66-67) AR Prezidentinin İşlər İdarəsinin X2 məhkəməyə ünvanlandığı 13.06.2019-cu il tarixli, 146 nömrəli arayışda arxivdə saxlanılan maliyyə sənədlərinə əsasən H.X. Talıbovun 09.1982-04.1991-ci ilə kimi Kirov rayon partiya komitəsinin təlimatçısı və partiya təşkilatçısı vəzifələrində çalışdığı, cədvəl üzrə əmək haqqının (rubl) ilə aldığı, 1982- 1990-cu illərdə mükafatın (1982-ci ilin noyabr - 45, 1982-ci ilin aprel - 85, noyabr - 90, 1984cü ilin iyun - 130, oktaybr - 132, 1985-ci ilin aprel -200, oktyabr -200, 1986-cı ilin iyul – 310, dekabr – 310, 1987-ci aprel -200, noyabr - 200, 1988-ci ilin iyun-200, noyabr – 200, 1989-cu ilin iyun-200, dekabr -30, 1990-cu ilin iyun – 305, dekabr - 305 ) aldığı barədə bildirilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilərkən yuxarıda adı çəkilən qanunvericiliyin tələbləri pozulmaqla hesablandığı müəyyən edilir. Ona görə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)-313/2019 saylı qərarı dəyişdirilməli, iddia tələbinə dəqiqləşmə barədə ərizə nəzərə alınmaqla, İddiaçı 28.10.1978-22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində işlədiyi təşkilati şöbənin təlimatçı; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbəsinin instruktor vəzifələrini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının müvafiq olaraq 1.17-ci və 1.6-cı bəndlərində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçisi vəzifəsinə uyğunlaşdıraraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, bir vəzifə maaşı həcmində müavinət, vəzifə maaşının 3 misli müqabilində mükafat nəzərə alınaraq, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən - 30.03.2017-ci il tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.01.2019-cu il tarixli, 2-1(81)-313/2019 saylı qərarı dəyişdirilsin. İddia tələbinə dəqiqləşmə barədə ərizə nəzərə alınmaqla, İddiaçı 28.10.1978- 22.12.1980-ci illərdə Kirov rayon İcraiyyə Komitəsində işlədiyi təşkilati şöbənin təlimatçı; 21.09.1982-01.04.1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Kirov rayon Komitəsində təşkilati şöbəsinin instruktor vəzifələrini AR Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının müvafiq olaraq 1.17-ci və 1.6-cı bəndlərində nəzərdə tutulmuş rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçisi vəzifəsinə uyğunlaşdıraraq, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, bir vəzifə maaşı həcmində müavinət, vəzifə maaşının 3 misli müqabilində mükafat nəzərə alınaraq, dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən - 30.03.2017-ci il tarixdən pensiyanın yenidən hesablansın və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar