Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-985/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində Bərdə rayonunun Sərkərlər kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-ünvan 3espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3284/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiаçı İddiaçı 21.12.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin və 2 ay hərbi xidmət müddətinin iş stajına əlavə edilərək, pensiyasının 02.01.2013-cü il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani fakultəsinə daxil olub, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (1975-ci ildən Azərbaycan Politexnik İnstitutundan bir neçə fakultə ayrılaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitututu yaradılmışdır) bitirmiş və ona 13 sentyabr 1977-ci ildə ali təhsil haqqında diplom verilmişdir. 03.10.1977-ci ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif illərdə, müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışmışdır. 02.01.2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyası təyin edilmişdir. 2013-cü ildən pensiyaya çıxdıqdan sonrakı 6 (altı) il ərzində məcburi dövlət sosial sığortası üzrə iddiaçının fərdi hesabında toplanmış məbləğlər onun ərizəsi əsasında yenidən hesablanaraq 2019-cu ilin fevral ayından pensiyanın üzərinə əlavə edilmişdir. İddiaçı 2020-ci ilin sentyabr ayından müəyyən etmişdir ki, 02.01.2013-cü ildə ona pensiya hesablanarkən Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” 23.09.1992-ci il tarixli (01.01.2006-cı il tarixə kimi qüvvədə olmuşdur) Qanununun 67-ci maddəsinin tələbləri pozularaq onun ali təhsil müəssisəsində təhsil aldığı 5 illik müddəti ona iş stajı kimi hesablanmalı olduğu halda hesablanmamışdır. İddiaçı 28 sentyabr 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 5 (beş) il təhsil müddətinin iş stajı kimi nəzərə alınmasını və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin 18.11.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən onun təhsil müddəti əmək stajına daxil edilmədiyindən pensiyanın yenidən hesablanmasına baxıla bilməz. Bundan başqa 2011-ci il üçün ona görə köçürülmüş dövlət sosial sığorta haqqı onun şəxsi hesabına mədaxil edilməmiş və pensiya hesablanan zaman nəzərə alınmamışdır.Bunun da səbəbi iddiaçının adının “İddiaçı” əvəzinə “X6” kimi göstərilməsi olmuşdur.Bu barədə onun işlədiyi müəssisə tərəfindən cavabdehə arayış təqdim edilmişdir.İddiaçı həmin məsələ ilə də bağlı cavabdehə müraciət etsə də həmin hissədə müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”da iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının 02.01.2013-cü il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3284/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi təmin еdilmiş, İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, həmçinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq İddiaçı pensiyasının 02.01.2013-cü ildən yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 02.10.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********0 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılan inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, 02 yanvar 2013-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi təhsil müddəti əmək stajına daxil edilmir. İddiaçının iddia ərizəsində istinad etdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 06.03.2007-ci il tarixli Qanunla qüvvədən düşmüşdür. Hazırda Azərbaycan Respublikasında əmək pensiyalarının müəyyən edilməsi “Əmək pensiyaları haqqında” Qanunla həyata keçirilir. İddiaçı özü də ona əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən təyin olunduğunu qeyd edir və pensiya təyinatının əsasını mübahisələndirmir. Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə yaş və stajın hesablanması əvvəlki qanunvericiliyə uyğun aparıla bilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-3284/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçının cavabdehə ünvanlanmış ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək ali təhsil müddətinin və 2011-ci ildə ona görə köçürülmüş dövlət sosial sığorta haqqının da nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını cavabdehdən xahiş etmişdir. - İddiaçıya məxsus Q-İ seriyalı, 022068 nömrəli diploma əsasən iddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1977-ci ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı 01.10.1977-ci ildən 25.06.1990-cı ilə qədər,13.07.1990-cı ildən 19.02.1991-ci ilə qədər, 01.03.1991-ci ildən 02.09.1991-ci ilə qədər,16.09.1991-ci ildən 31.07.2007-ci ilə qədər müxtəlif iş yerlərində işləmişdir, 06.08.2007-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətində texniki şöbənin rəisi vəzifəsində işləyir. - Cavabdehin iddiaçıya ünvanlanmış 18.11.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya 02.01.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir,iddiaçının təhsil müddətinin əmək stajına daxil edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə ünvanlanmış 48/73 nömrəli, 23.05.2019-cu il tarixli məktubuna əsasən həmin Müdiriyyətin 06.08.2007-ci il tarixdən texniki şöbənin rəisi vəzifəsində işləyən İddiaçı adı 2011-ci il üzrə sığorta olunanlar haqqında məlumatlarda səhv olaraq X2 qeyd olunmuşdur, bu səbəbdən də 2011-ci il üzrə MDSS məlumatında X4 adına göstərilmiş 11791,57 manat bölüşdürlməmiş gəlir kimi təsdiq edilmişdir.Yuxarıda göstərilənlərə əsasən 2011-ci ildə MDSS məlumatında səhv olaraq X5 adına yazılmış 11791,57 manat gəlirin İddiaçı adına keçirilməsi xahiş olunmuşdur, həmin müəssisənin 48/72 nömrəli, 23.05.2019-cu il tarixli arayışına əsasən İddiaçı 2011-ci ildə əmək haqqı və ona bərabər tutulan ödənişləri 11791,57 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinə ünvanlanmış 11.06.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı 2011-ci il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarında X1 Sistemində dəyişikliklər edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir, qaldırılan məsələnin həlli ilə bağlı müvafiq işlər aparılır, nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/T, burada:SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:YH=PYK/T, burada:YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:P= SH+YH, burada:P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1972-ci ildən 1977-ci ilə qədər ali təhsil almışdır, 01.10.1977-ci ildən 25.06.1990-cı ilə qədər ,13.07.1990-cı ildən 19.02.1991-ci ilə qədər, 01.03.1991-ci ildən 02.09.1991-ci ilə qədər,16.09.1991-ci ildən 31.07.2007-ci ilə qədər müxtəlif iş yerlərində işləmişdir, 06.08.2007-ci ildən bu günə qədər də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətində işləyir, iddiaçıya 02.01.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir,iddiaçı ali təhsil müddətinin nəzərə alınmaqla, habelə 2011-ci ildə onunla bağlı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2011-ci il üçün iddiaçının işlədiyi yerdə məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənildiyindən, iddia 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçülmüş vəsait kimi nəzərə alınması hissəsində əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakultəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edildiyindən Azərbaycan Respublikası İPM-nin 67-ci maddəsinə əsasən məhkəmənin 22 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə bu hissədə xitam verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3284/2021 nömrəli qərarı (iddia tələbinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının 02.01.2013-cü ildən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi hissəsində) əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3284/2021 nömrəli qərarı (iddia tələbinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının 02.01.2013-cü ildən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-985/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-985/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver