Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-986/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (X19, X25, Əliyeva (Məmmədova) Xalidə Şahin qızı üçüncü şəxs qismində cəlb olunmaqla) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9, X11, X3, X10, X5 hazırda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(112)-7220/2021 nömrəli qərardadı ilə X19, X25, X12, X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdurlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, 1 saylı ev onun xüsusi mülkiyyətindədir. X19, X25, X12, X20, X15 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1-də qeydiyyatdadırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin iş üzrə cavabdehlərdən Təranə Məmmədova 1989-cu ildə X21 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və qayınatasına məxsus olan Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. İş üzrə cavabdeh Təranə Məmmədovanın övladları olan digər cavabdehlər - X4, X19, X25, X12 iddiaçıya məxsus evə köçməmiş və orada yaşamamışlar. Həmin tarixli qətnamə ilə ilk iddia üzrə cavabdehlər X1, X9, X11, X3 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 nömrəli evdən istifadə hüququ itirilmiş hesab edilmiş, qarşılıqlı iddia tələbi isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid olduğundan rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1284/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin Təranə Məmmədovaya münasibətdə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmiş ki, cavabdehlərdən Təranə Məmmədova 1989-cu ildən daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyi və 30 ildən artıq iddiaçıya məxsus evdə yaşamadığı üçün həmin evdən istifadə hüququnu itirmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini Təranə Məmmədovaya münasibətdə təmin etməkdə haqlı olmuşdur. Həmçinin hesab etmişdir ki, məhkəmə iddia tələbini digər cavabdehlər X13, X16 və X6 münasibətdə təmin etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh Təranə Məmmədovanın övladları olan digər cavabdehlər ilk iddiaçıya məxsus evə köçüb yaşamadıqlarından, bununla da onların bu evdən istifadə hüquqları əmələ gəlmədiyindən, onlara münasibətdə hazırkı tələb mövcud olmayan hüquq barədə olduğundan, ilk iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi X9, X11, X3, X10, X5 qeyd edilən evdə formal olaraq qeydiyyatda qalmaları artıq məhkəmələr tərəfindən müəyyən olunmuşdur. X9, X11, X3, X10, X5 qeyd edilən mənzildən (evdən) qeydiyyatdan çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Bakı şəhəri Xəzər rayonu Polis İdarəsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə 5-ci hissəsinin tələblərinə istinad edərək məsələnin həllindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: 3-cü şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,qeydiyyatda olduğu ev onun ulu babasının olmuş, hazırki iddiaçı onun ana babasıdır. Birgə nikaha daxil olduqdan sonra əmlak əldə etməmişdir. Hazırda onun və azyaşlı qızının yaşamaq üçün evə ehtiyacı vardır. Bu səbəbdən həmin evə köçürülmə barədə rayon məhkəməsində iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. 3-cü şəxslər X22 və X20 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qaydada qaldırılmış iddia tələbləri üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22.02.2021-ci il tarixli 2(103)-1284/2021 saylı qətnaməsi ilə “hazırki qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər X4, X19, X25 və X3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır” hissəsində ləğv edilmişdir. Bu əsasla birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq əsassız olaraq 3-cü şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətlərinə etiraz edərək, təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №-li, 31.01.2018ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 01.09.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Nümayəndə, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı, 23.01.1992-ci il təvəllüdlü X19, 24.03.1990-cı il təvəllüdlü X20, 30.04.2014-cü il təvəllüdlü X15, 24.03.1990-cı il təvəllüdlü X25, 28.03.1970-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(003)-22/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən ilk iddia qismən təmin edilmiş və ilk iddia üzrə cavabdehlər X1, X9, X11, X3 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 nömrəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar X1, X9, X11, X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmiş, hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər X1, X9, X11 və X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu göstərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.02.2021-ci il tarixli, 2(103)1284/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən apellyasiya şikayəti şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni “X9, X11 və X3 ilk iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi" hissəsində ləğv edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər X13, X16 və X6 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi" barədə iddia tələbinin təmin edilməməsi, qətnamənin “Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər X1, X9, X11 və X3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır.” hissəsində ləğv edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi tərəfindən Xəzər rayon İcra Şöbəsinə ünvanlanmış 09.08.2021-ci il tarixli, 055-16002-1221 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(103)-1284/2021 nömrəli icra vərəqinə əsasən X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 10.08.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı, xx.xx.1958-ci il təvəllüdlü Nümayəndə, 23.01.1992-ci il təvəllüdlü X19, 24.03.1990-cı il təvəllüdlü X20, 30.04.2014-cü il təvəllüdlü X15, 24.03.1990-cı il təvəllüdlü X25 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07.07.2021-ci il tarixli, **********71 №-li məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, 1 saylı fərdi yaşayış evinə dair sorğuda qeyd olunan şəxslərin (məhkəmə sorğusunda X26, X25, X12, X20 qeyd olunmuşdur) istifadə hüququnun qeydiyyata alınması haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. - Bakı şəhəri, Xəzər rayonu İcra Hakimiyyəti Başçısının X28 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş 03.11.2021-ci il tarixli 313 №-li məktubdan və ona əlavə edilmiş aktdan görünür ki, Buzovna Qəsəbə Nümayəndəliyinin mühəndisi X2, qonşular Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 119 ünvanında yaşayan X7, Buzovna qəsəbəsi, Natavan küçəsi, dalan 1, ev 4-də yaşayan X8, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 5 ünvanında yaşayan X27 aktı imzalayaraq təsdiq etmişdirlər ki, X19, X25, X20 və X15 heç vaxt Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşamamışdırlar. - Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 11.05.2021-ci il tarixli 055-8840M-3221 nömrəli məktubdan görünür ki, X9, X11, X10, X5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 11, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. Üçüncü şəxslər X19, X25, Əliyeva (Məmmədova) Xalidə Şahin qızı (X20 və X12 eyni şəxsdir) və yetkinlik yaşına çatmayan X15 mübahisəli yaşayış sahəsində qeydiyyatda olsalar da hal-hazırda həmin ünvanda yaşamırlar. Həmin şəxslərin iddiaçının mülkiyyətində olan evə istifadə hüquqlarının olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı mülkiyyətçisi olduğu fərdi yaşayış evində qeydiyyatda olan, lakin həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları tələb edilən şəxslərin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının yaranmasına dair iddiaçı ilə bağlanmış notariat qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin mübahisəli ünvanda istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxslər, həmçinin yetkinlik yaşına çatmayan X15 həmin evdə yaşamadıqlarından, eləcə də oların həmin mənzildə istifadə hüququnun olmaması sübuta yetirildiyindən həmin şəxslərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X25 və üçüncü şəxslər X22 və X20 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7220/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-986/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-986/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver