Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-986/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X11 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9819/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 1876 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Suraxanı Rayonu İcra Hakimiyyətinin 442 saylı xx.xx.1998-ci il tarixli sərəncamının 1-ci bəndində müvafiq dəyişiklik aparılmışdır: 1.1. X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2.1. Vətəndaş N.Cəfərovaya ayrılmış sahədə 185-000-İİİC nömrəli birtipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Kürsülük 2m müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası–X13; atası– X8). AZ-İİ seriyalı 164955 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 608376 saylı xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 (iddiaçının nənəsi) xx.xx.2013-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 260 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, mərhumə, X4 adına olan, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 442 saylı 10 aprel 1998-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinə və 1876 saylı 29 oktyabr 1998-ci il tarixli sərəncamına əsasən həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, Bakı şəhəri 10 saylı notariat ofisinə, mərhumənin nəvəsi- İddiaçı tərəfindən müraciət edilmişdir. Mərhumə, X4 xx.xx.2013-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mərhumə- X4 adına, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçı mərhum nənəsinə ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 5-20/2-C-13-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətin müsbət həlli səlahiyyətləri xaricindədir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 29 oktyabr 1998-ci il tarixli 1876 nömrəli sərəncamı ilə X5 Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin şərq hissəsində ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X18 (bir sıra sənədlərdə Narıc kimi də yazılmışdır) Şahlar qızına Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 29 oktyabr 1998ci il tarixli 1876 nömrəli sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 10 aprel 1998-ci il tarixli 442 saylı sərəncamında dəyişikliklər aparılaraq, həmin sərəncama əsasən X7 fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 600 (altı yüz) kv.m. torpaq sahəsi ayrılmışdır. X3 03 fevral 2013-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra vərəsəsi, oğlu, yəni atası X8 anasından miras qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 10 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Lakin onun vəfat etməsi mirasın qəbul olunmasına imkan verməmişdir. Buna görə də Bakı şəhəri 10 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi barədə müraciət etmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisinin notariusu Mirbaba Hadiyev 10 iyun 2022-ci il tarixli 260 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “X1 03 fevral 2013-cü ildə vəfatı ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. X1 adına Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin şərq hissəsində göstərilmiş cizgi əsasında ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış verilməsini xahiş edirik”. Notariat kontorunun bu məktubu və sənədlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, “torpaq sahəsinin yerləşdiyi ərazini göstərən cizgi təqdim edilmədiyinə görə” sənədin icra edilməsindən imtina edilmişdir. Bununla əlaqədar olaraq sərəncamların saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmiş, yalnız sərəncamın arxiv surəti ona verilsə də orada qeyd edilmişdir: “Sərəncama akt və cizgi sənədi əlavə edilməmişdir”. Bununla əlaqədar olaraq ərizə ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 29 oktyabr 1998-ci il tarixli 1876 saylı sərəncamı verilən zaman torpaq sahəsinin cizgisinin verilmədiyini nəzərə alıb, həmin torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 07 aprel 2023-cü il tarixli 5-20/2-C-13-091/2023 nömrəli cavab məktubunda yazılmışdır ki, “Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1876 saylı sərəncamı ilə Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evinin tikintisi üçün mərhum X5 ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon icra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir”. (həmin məktubu 12 aprel 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətindən almışdır). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) q bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırkı aparılan iş üzrə onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Həmçinin Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filalının xx.xx.2021-ci il tarixli məktubu ilə vətəndaş torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 1876 saylı sərəncamının təsdiq edilmiş ksero surəti təqdim edilmişdir. Sərəncamın “qeyd” hisəsində akt və cizgi sənədinin sərəncama əlavə edilmədiyi göstərilmişdir. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırkı işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Müraciəti ilə əlaqədar cavabdeh tərəfindən verilən imtina “İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır, çünki cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 07 aprel 2023-cü il tarixli 5-20/2-C-13-091 /2023 nömrəli yazılı imtinasında aydınlıq gətirməmiş, bir sözlə bu halı inzibati aktın rekvizitlərində tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti müraciətinə əsaslandırılmış cavab verməmişdir. Məqsədi ona ayrılmış torpaq sahəsini mövcud qanunlar daxilində sənədləşdirmək olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9819/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 29 oktyabr 1998-ci il tarixli 1876 nömrəli sərəncamı ilə X5 Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin şərq hissəsində ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə inzibati işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri, o cümlədən qaraj üçün sahələr ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair cizgilər (plan sxemin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1998-cu ildə ayrılmış torpaq sahəsinə 25 il ötdükdən sonra cizgisinin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi və ya məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarxli, 1876 nömrəli sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Prosessual hüquq normalarına gəldikdə isə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9819/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarxli, 1876 nömrəli sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində ayrılmış 600kv.m torpaq sahəsinə verilməsi öhdəliyinin cavabdeh Suraxanı RİH-in üzərinə qoyulmasını əsassız hesab edərək, apellyasiya şikayətinin verilməsini və qərarın ləğv edilməsini qanunamüvafiq hesab edirlər. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 1876 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Suraxanı Rayonu İcra Hakimiyyətinin 442 saylı xx.xx.1998-ci il tarixli sərəncamının 1-ci bəndində müvafiq dəyişiklik aparılaraq, X2 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsi ayrılmış və vətəndaş N.Cəfərovaya ayrılmış sahədə 185-000-İİİC nömrəli birtipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2013-cü il tarixdə X9 vəfat etmiş və onun adına olan, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 442 saylı 10 aprel 1998-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsinə və 1876 saylı 29 oktyabr 1998-ci il tarixli sərəncamına əsasən həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, Bakı şəhəri 10 saylı notariat ofisinə, mərhumənin nəvəsi- İddiaçı tərəfindən müraciət edilmişdir. Vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qeyd olunan ərazidə torpaq sahəsinin yerinin göstəricilərini əks etdirən plan cizgisinin verilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətlərinin nəzərdə tutulmaması əsas gətirilərək ona imtina cavabı verilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının mərhum nənəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamın qüvvədə olmasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin 5-20/2-1636/2023 saylı xx.xx.2023-cü il tarixli və 5-20/2-1637/2023 saylı xx.xx.2023-cü il tarixli məktubları ilə bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin ötən illərə, o cümlədən 2017-ci ilə və 1998-ci ilə dair sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyindən sorğunun cavablandırılması imkan xaricindədir. Lakin hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçının mərhum nənəsinə naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Həmin cizginin sərəncamın verildiyi dövrdə vətəndaşa təqdim edilməsi barədə cavabdehin dəlili isə iş materialları ilə təsdiqini tapmır və bu dəlilini cavabdeh əsaslandıra bilmir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-2246/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “1998-cu ildə ayrılmış torpaq sahəsinə 25 il ötdükdən sonra cizgisinin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi və ya məhkəmədə iddia qaldırması, həmçinin Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarxli, 1876 nömrəli sərəncamında qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmaması və zərurət yarandığı halda yerində baxış keçirilməməsi” barədə dəlilə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi onun göstərdiyi hansısa yerə plan sxem sənədinin verilməsi ilə bağlı deyil, onun tələbi müvafiq sərəncamla mərhum nənəsinə ayrılmış torpaq sahəsinin cizgisinin çəkilib verilməsi ilə bağlıdır. Hansı ki, belə cizginin çəkilməsi də qanunla cavabdeh inzibati orqanın vəzifəsinə aid edilmişdir və həmin cizgi məhz torpağın ayrıldığı dövrdə çəkilib verilməliydi, halbuki hazırki işdə cizginin həmin dövrdə çəkilib verilməsi nə sərəncamın məzmunundan müəyyən olunur, nə də cavabdehin dəlilləri ilə sübuta yetirilir. Belə olan halda torpaqayıran orqan kimi cavabdeh ayırdığı torpağın hansı ərazidə yerləşdiyinə uyğun olan cizginin çəkilib verilməsi öhdəliyini daşıdığından, bu vəzifəni vaxtında icra etməməsi hazırki vəziyyətdə vaxtında çəkilməmiş cizgiyə görə məsuliyyət məsələsinin iddiaçının üzərinə qoyulması üçün əsas ola bilməz. Odur ki, apelyantın həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9819/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9819/2023 saylı 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X19 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-986/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-986/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver