Məhkəmə qərarları › İş №2-1(103)-987/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-987/2019

22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-987/2019 22.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-733/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 05.12.2018-ci il tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək İddiaçı Rusiya Federasiyası Dağıstan Respublikasının “Yujdaq” İnstitutu tərəfindən verilmiş diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.01.2019-cu il tarixli qərardadı ilə (məhkəmənin sədri Çingiz Bəşirov) məhkəmənin hakimi X2 edilmiş etiraz təmin edilmiş və inzibati iş baxılması üçün başqa hakimə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-733/2019 saylı, 30 yanvar 2019cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, Rusiya Federasiyası Dağıstan Respublikasının “Yujdaq” İnstitutu tərəfindən İddiaçı Mirzəağa qızına verilmiş 29.06.2001ci il tarixli, ИBC seriyalı, ******* saylı diplom üzrə aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh 04.03.2019-cu il tarixində qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleqiyasının 2-1(103)-987/2019 saylı iş üzrə 04.06.2019-cu il tarixli qərardadı ilə İddiaçı İBC seriyalı, ******* saylı, 29.06.2001-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması vəekvivalentlik haqqında şəhadətnamənin verilməsi üzrə müraciətinə yenidən baxılaraq əsaslandırılmış imtina cavabının verilməsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmiş, iddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 1 (bir) ay müddət təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı 016927 və 016353 nömrəli şəhadətnamələrin təsdiq olunmuş surətlərini təqdim edib, iddiaçının tələbinin cavabdeh tərəfindən tam təmin olunduğunu, tərəflər arasında artıq heç bir mübahisənin qalmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclası barədə lazımı qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və vəkili X1 (3 saylı Vəkil Bürosu) və cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılır. İddiaçı tərəfindən təqdim edilmiş şəhadətnamələrdən göründüyü kimi “Şahvələdova (Kamilova) Şəfəq Mirzağa qızının adına 10 Oktyabr 2002-ci ildə “Yujdaq” İnstitutu tərəfindən verilmiş ali təhsil haqqında diplom (ixtisas həkim) “İBC” ******* Azərbaycan Respublikasında tanınmışdır.” Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, təqdim olunan şəhadətnamələri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-733/2019 saylı iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar