Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-987/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4944/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cuildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuşdur. xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə qədər Ermənistan SSR Kirovakan idman oyunları məktəbində çilingər-ocaqçı vəzifəsində işləmiş, xx.xx.1976cı il tarixdən xx.xx.1978-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sumqayıt Boru zavodunda boru yayma sexində çiliingər-təmirçi, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər Ermənistan SSR Kirovakan Kimyəvi liflər zavodunda izolyaçı, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər sənaye havalandırılmasının təmiri üçün çilingər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər sexdə isti bölgələrdə işləyən çilingər, xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilə qədər «Radio tikinti» BİB-də qəza-bərpa işləri üzrə çilingər, tənəkəçi, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə qədər Xətai r-nu 87 №-li MİS-də çilingər, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə qədər yenə həmin İdarədə çilingər, xx.xx.2000-ci ildən xx.xx.2003cü ilə qədər Mənzil İstismar Təmir Birliyiində çilingər vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər hərbi xidmət müddətləri də daxil olmaqla 20 ildən çox ümumi iş stajı, 10 ildən çox zərərli iş stajını tamamlamışdır. 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2019- cu il tarixli **********8 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Lakin, inzibati orqan ona münasibətdə bir nüansı nəzərindən qaçırır. Belə ki, pensiya hüququ yarandığı tarixdə, yəni xx.xx.2009-cü il tarixdən sonra AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Eyni zamanda, zərərli iş stajının böyük bir hissəsi Ermənistan Respublikasında yerləşən müəssisələrdə olduğundan və məlum səbəblərdən həmin arayışı əldə edə bilməz. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. İşlədiyi «təmirçi çilingər» vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının 3-cü yarımbölməsinin 11030400a-1750a şifrinə, «izolyasiyaçı» vəzifəsi 1080A00-17541 şifrinə uyğundur. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya hüququ pozulmuşdur. Cavabdeh inzibati orqan iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçı hər hansı bir imtina cavabı verilməmişdir. İddiaçıya yalnızca güzəştli arayışı əldə etdikdən sonra İdarəyə müraciət edə biləcəyi izah edilmişdir. Bu əsasdan iddiaçının hazırki iddia üzrə subyektiv hüququ yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4994/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 20 ildən çox ümumi stajı olsa da, onun güzəştli iş stajı 10 ildən az olmuş, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər sexdə isti bölgələrdə işləyən çilingər vəzifəsində çalışsa da, bu müddət məhkəmə tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1990-cı il kimi qeyd olunmuşdur. Bundan başqa iddiaçı özünün işlədiyi Yaroslavl Maşınqayırma Zavodunda sexdə isti bölgələrdə işləyən çilingər vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının 3-cü yarımbölməsinin 11030400a-1750a şifrinə uyğun gəldiyini qeyd etsə də, məhkəmə adıçəkilən vəzifəni 11030400a-1753a şifrinə uyğunlaşdırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Ermənistan SSR Quqark rayonunda doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə qədər Ermənistan SSR Kirovakan idman oyunları məktəbində çilingərocaqçı vəzifəsində işləmiş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sumqayıt Boru zavodunda boru yayma sexində çiliingər-təmirçi, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər Ermənistan SSR Kirovakan Kimyəvi liflər zavodunda izolyaçı, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər sənaye havalandırılmasının təmiri üçün çilingər, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər sexdə isti bölgələrdə işləyən çilingər, xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilə qədər «Radio tikinti» BİB-də qəza-bərpa işləri üzrə çilingər, tənəkəçi, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə qədər Xətai r-nu 87 №-li MİS-də çilingər, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə qədər yenə həmin İdarədə çilingər, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə qədər Mənzil İstismar Təmir Birliyiində çilingər vəzifəsində işləmişdir (əmək kitabçası, Arayış). İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli **********8 №-li məktub). İmtinaya səbəb kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sumqayıt Boru Zavodunda boru yayma sexində çilingər-təmirçi, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər Yaroslavl Maşınqayırma Zavodunda sexdə isti bölgələrdə işləyən çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının 3-cü yarımbölməsinin 11030400a-1753a şifrinə, xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə qədər Ermənistan SSR Kirovakan Kimyəvi liflər zavodunda izolyaçı vəzifəsi isə Vİİİ “Kimya İstehsalat” bölməsinin 1080A00-17541 şifrinə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinə uyğundur. Ona görə də birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Qanunvericiliyin tələbinə görə, xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatdığından güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar qəbul edilərkən şəxsin xüsusi əmək stajının müddəti və zəruri staja malik olmasının hüquqi nəticələrini müəyyən edən zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən çox umumi iş stajı olsa da, qeyd olunan dövrdə tələb olunan 10 il güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçının güzəştli iş stajının yalnız xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sumqayıt Boru Zavodunda boru yayma sexində çilingər-təmirçi və xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə qədər Ermənistan SSR Kirovakan Kimyəvi liflər zavodunda izolyaçı vəzifəsində çalışması hissələri iş materialları ilə təsdiq edilmişdir ki, onun burada işlədiyi dövrlər ümumilikdə 09 il 02 ay 06 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1988xx.xx.1990-cı illərdə sexdə isti bölgələrdə çilingər işlədiyi peşəni də güzəştli iş stajına daxil etsə də, iddiaçı tərəfindən bu dövrlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmiş, təqdim edilmiş əmək kitabçasında həmin dövrlə bağlı dəqiq olmayan-qaralama və düzəlişlər olan məlumatlarqeyd edilmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə güzəştli iş stajı ilə bağlı arayış təqdim edilməmiş, iddiaçının hansı müəssisədə isti bölgələrdə çilingər işləməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası işdə olan əmək kitabçasının surətinə qiymət verərək hesab edir ki, həmin əmək kitabçası mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin əmək kitabçasında yazılmış qeydlər oxunmur, əmək kitabçasının surəti notarial qaydada təsdiq olunmamışdır. İddiaçının vəkilinə əmək kitabçasının əslinin və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətinin təqdim olunması təklif olunsa da, həmin sənədlərin və iddiaçının güzəştli işi ilə bağlı arayışı təqdim edə bilməyəcəyini bildirmişdir. Belə olduğu halda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Dövlət Dəmir yolu Mənzil İstismar Təmir Birliyinin möhürü ilə təsdiq edilmiş imzasız əmək kitabçasının kserosurəti mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4994/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-987/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-987/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver