Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-987/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2016-cı il tarixli, 2-1(82)- 1601/2016 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2016-cı il tarixli, 2-1(82)- 1601/2016 saylı qərarı ilə iddia təmin edilməmişdir.(hakim Z.M.Tağıyev). Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2020 saylı, 04.08.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2016-cı il tarixli, 2-1(82)- 1601/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi V.Ağayev, hakimlər Ü.Mayılov, M.Tağızadə). Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2291/2020 saylı 16.12.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2020 saylı, 04.08.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir (sədrlik edən və məruzəçi R.Nəbizadə, hakimlər Z.Quliyev, İ.Şəfiyev). İşin halları: İddiaçılar "xxxx" ASC, "xxxx" MMC, İddiaçı Firması, “Ulduz-11” İKF, "xxxx" MMC, “Atropatena” TİF və fiziki şəxs X1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh3nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə) qarşı 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq "xxxx" ASC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 10.976.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 10.976.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 1.097.600 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 10.976.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, "xxxx" MMC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 6.240.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 6.240.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 624.030 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 6.240.300 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, İddiaçı Firmasına bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “Atropatena” TİF-ə bazar qiymətinə uyğun olaraq hesablanmış 240.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 240.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 240.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 24.000 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 240.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “Ulduz-11” İKF-ə bazar qiymətinə uyğun olaraq hesablanmış 1.125.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 1.125.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 1.125.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 112.530 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 1.125.300 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, "xxxx" MMC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 214.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 214.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 214.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 21.400 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 214.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını və ərazinin sökülməsinə əsas hesab edilmiş sənədlər və kompensasiyanın hesablanması ilə bağlı sənədlərin cavabdehdən tələb edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar "xxxx" ASC-nin, "xxxx" MMC-nin, İddiaçı Firmasının, “Ulduz-11” İKF-nin vəkili və nümayəndəsi, "xxxx" MMC-nin nümayəndəsi X4, iddia tələbinin dəqiqləşdirilməsi barədə 09 mart 2016-cı il tarixində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh3ndən tutularaq, "xxxx" ASC-yə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 10 ünvanda olan 10.976,6 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar "xxxx" ASC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 10.976.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 10.976.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 1.097.600 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 10.976.000 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 14 ünvanda olan 6.240,3 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 6.240.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 6.240.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 624.030 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 6.240.300 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, İddiaçı Firmasına ünvan 3 ünvanda olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “Ulduz-11” İKF-ə ünvan 4 ünvanda olan 1.125,3 kv.m tikilsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 1.125.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 1.125.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 1.125.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 112.530 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 1.125.300 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, "xxxx" MMC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 214.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 214.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, 01.09.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 214.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 21.400 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 214.000 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Həmçinin iddiaçılar "xxxx" ASC, "xxxx" MMC, İddiaçı Firması, “Ulduz-11” İKF, "xxxx" MMC vəsatət verərək, hazırki iş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Xətai rayon İcra Hakimiyyətinin cavabdeh qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 09.03.2016-cı il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Xətai rayon İcra Hakimiyyətinin cavabdeh qismində cəlb edilmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2-1(82)-597/2016 İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və iddiaçının nümayəndəsi və vəkilinin çıxışı: İddiaçının vəkili və nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,133 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22.04.1996-cı il tarixli 495 saylı sərəncamına əsasən İddiaçı firmasına ayrılıb. İddiaçı firması da məhz həmin sərəncam və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 6/156 nömrəli iş 9906 nömrəli inşaat pasportu əsasında qeyd edilən qeyri-yaşayış sahəsini inşa edib. Nəticədə iddiaçı 17 ildən çox müddətdə hər hansı dövlət orqanının etrazı olmadan ona ayrılmış torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsindən istifadə edib ona sahiblik edib. Qanuni əsaslarla İddiaçı firmasına məxsus olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacı üçün alınması və sökülməsi zamanı hər bir halda İddiaçı firmasına qeyri-yaşayış sahəsinin bazar dəyəri və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən ona 20% əlavə kompensasiya ödənilməli idi. Kompensasiyanın ödənilməsi ilə bağlı İddiaçı firmasının rəhbərliyinin Əmlak Məsələləri Dövlət Komitəsinə etdiyi müraciətlər Komitədən verilmiş 17.04.2018-ci il **********66, 18.05.2018-ci il **********729 saylı və 25.11.2019-cu il tarixli **********99 saylı məktublarla cavab verilmişdir ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü üçün əlavə tədbirlər planının və 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramının icrası olaraq 2013-cü ilin ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ilə Xəzər dənizi arasında Xəqani Rüstəmov küçəsinin kəsişməsində olan ərazidə yeni “Ağ şəhər bulvarı” və avtomobil yolu layihəsinin altına düşən müəssisə və obyektlər köçürüldüyü üçün özəl müəssisə və obyektlərin mülkiyyətçilərinə, İddiaçı firması da daxil olmaqla mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi üçün obyektlərin siyahısı, ərazinin kadastr xəritəsi və digər zəruri sənədlər aidiyyəti üzrə Maliyyə Nazirliyinə və Xətai rayon İcra Hakimniyyətinə təqdim edilmişdir. çməktubdan da göründüyü kimi, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının kompensasiya almaq hüququnun olmasını qəbul edib, hətta kompensasiya məbləğinin ödənilməsi üçün müvafiq sənədləri Maliyyə Nazirliyinə təqdim edib. Qeyd edilənlərə əsasən nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qırarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti, üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin 22.02.2007-ci il tarixli, 01/ç-759 saylı kommersiya təşkilatlarının Dövlət Reyestrindən çıxarışa əsasən “BİSON-S” firması 08.02.1996-cı il tarixində qeydiyyata alınmışdır. - AR ƏMDK-nın 17.12.2014-cü il tarixli, **********38 saylı Cavabdeh3nə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsi ilə bağlı ilkin hesablamalarının siyahısı və ərizənin kadastr xəritəsi təqdim edilmişdir. - Cavabdeh1nə ünvanlanmış 1314 saylı, 25.12.2014-cü il tarixli məktubda ƏMDKdən daxil olmuş **********38 saylı 17 dekabr 2014-cü il tarixli məktubda Azərbaycan Respublikasının Prezidentinin 04 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işinin müvafiq tapşırıq əsasında həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamlara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. Həmin ərazidə sökülmüş 25 subyekt mülkiyyətçilərinə indiyədək kompenmsasiya ödənilməməsi onların müxtəlif dövlət orqanlarına çox saylı müraciətləri ilə nəticələnmişdir. Obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsinə tələb olunan vəsait haqqında həmin məlumatların təqdim edilərək baxılması və məsələnin həllinə köməklik edilməsi xahiş olunmuşdur. - Xətai Rayon İcra Hakimiyyətinin başçısının N/B-8 saylı, 24.04.2015-ci il tarixli AR Baş Nazirinin müavininə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən sökülmüş obyektlərin ilkin sənədləri götürülərək mülkiyyətçilərə kompensasiya verilməsi üçün aidiyyəti üzrə 25.12.2014-cü il tarixində 1314 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmişdir. - Cavabdeh3 başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı 08.06.2015-ci il tarixli məktubdan göründüyü kimi Azərbaycan Respublikası Baş Nazirinin Müavini cənab A.Şərifovun 6 may 2015-ci il tarixli, 12/12/kol-61 saylı dərkənarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 30 aprel 2015-ci il tarixli, **********88 saylı məktubu birgə baxılıb həll olunması üçün Maliyyə Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2011-ci il tarixli 149-nömrəli sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və abtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin məktubuna əsasən müvafiq tapşırığa uyğun həyata keçirildiyi. Söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. - Xətai Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı 27.11.2015-ci il tarixli məktubunda Bakı Ağ şəhər layihəsi çərçivəsində yeni salınan Ağ şəhər Bulvarı və yol tikinti işləri ilə əlaqədar Nobel prospekti ilə dənizin əhatəsidnə yerləşən qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən söküldüyü qeyd olunmuşdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin topladığı sənədlər götürülərək Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə tərəfindən araşdırılmış. Müstəqil ekspert cəlb edilməklə sənədlər ekspertizadan keçirilmiş və mövcud qanunvericiliyə uyğun olaraq həmin obyektlərdən aidyyəti fiziki və hüquqi şəxslərin mülkiyyətində olmasını təsdiq edən sənədləri onların müvafiq qaydada qiymətləndirmişdir. Qiymətləndirilmiş 12 obyekt üzrə mülkiyyətçilərə 3446688,00 manat vəsait tələb olunur. Bununla yanaşı Nobel propekti ilə Babək prospektini birləşdirən yeni yol və yol qovşağının tikintisi ilə əlaqədar X.Rüstəmov küçsi boyunca Rayon İcra Hakimiyyəti tərəfindən 10 qeyri yaşayış obyekti müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və sökülmüşdür. 10 obyekt üzrə mülkiyyətçilərə 3976689,00 mana vəsait ödənilməlidir. Əlavə olaraq qiymətləndirici ilə bağlanmış müqavilə əsasənda ona 5500,00 manat, bank xərci 29715,00 manat olmaqla ümumilikdə 7458592,00 manat vəsait tələb olunur. - Azərbaycan Respublikası ƏMDK-nın 28 sentyabr 2016-cı il tarixli, **********69 saylı məktubunda qeyd olunmuşdur ki, dövlət əmlakının özəlləşdirilməsi qaydasında qeyriyaşayış sahəsi İddiaçı firmasının xüsusi mülkiyyətinə verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 7.1-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmçinin, məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 1996-cı il tarixli,495 N-li sərəncamının birinci bəndində “Bison-S” firmasının 10.02.1996-cı il tarixli, 1 N-li məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq, ona anbar layiləşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması göstərilmişdir. İşin hallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı mülkiyyət hüququ müəyyən edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş sorğuya verilmiş cavab məktubundan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı firmasının mülkiyyətində olmamışdır. Bundan başqa iddiaçı tərfindən də qeyd olunan qeyri-yaşayış sahəsinə dair mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materialları ilə mübahisəli qeyri-yaşayış sahəsinın və onun yerləşdiyi torpaq sahəsinin üzərində iddiaçının hər hansı mülkiyyət hüququnın mövcud olması, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq, işdə olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolaqların kəsişdiyi ərazidə Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq anbar layihələşdirilməsi və tikintisi üçün “Bison-S” firmasına torpaq sahəsinin ayrılmasına dair verilmiş 6/156 nömrəli inşaat pasportun mündəricatında göstərilən çizgi və ayrıc aktının təsdiq edilmiş surətlərini məhkəməyə göndərilməsini, həmçinin, həmin ərazidə “Bison-S” firmasının istifadəsində həqiqətən qeyri-yaşayış sahəsinin olubolmamasına dair məlumatın göndərilməsi xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanlandığı 02.07.2021-ci il tarixli, **********69 saylı məktubunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən “Bison-S” firmasının adına qeydiyyata alınmış daşınmaz əmlak və tərtib edilmiş inşaat pasportun aşkar edilmədiyi barədə bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2016-cı il tarixli, 2-1(82)-1601/2016 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-987/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-987/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver