Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-987/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının qanuni nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5997/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə başçısının itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə X11 ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il tarixdə İddiaçı adlı övladları doğulmuşdur. X11 xx.xx.2020-ci il tarixdə ağciyər çatışmazlığından 35 yaşında vəfat etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X11 ilə aralarındakı nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı onun himayəsinə verilmişdir. T.İsmayılov tərəfindən övladının saxlanması üçün 154 manat aliment ödənilirdi. Onun vəfatından sonra övladını saxlamaqda çətinlik çəkdiyindən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST mərkəzinə müraciət etmiş, müraciətinin cavablandırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli məktubu ilə ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi isə onun övladının atası X6 05299766 saylı əmək kitabçasında qeyd edilmiş sığorta stajının 5 il 11 ay olmaqla tələb edilən müddətdən (6 il 8 aydan) az olduğuna görə ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsinin qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, X11 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının QazNeft Mədən fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsinin TT060000 Neft-Qaz və X14 fiziki prosesləri istiqaməti üzrə İ kursa qəbul olunmuş (xx.xx.2002-ci il tarixli əmrlə) və 2006-cı ildə TT060100 Neft Qaz və X14 fiziki prosesləri ixtisası üzrə tədris planının tam yerinə yetirərək bakalavriat dərəcəsi almışdır. xx.xx.2006-xx.xx.2007-ci il tarixlərdə hərbi xidmətini başa vurmuşdur. xx.xx.2011-ci il tarixdə "xxxx" MMC-nin Sahil Tağıyev layihəsinə idarə işlər köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin 85 saylı Yol-istismarı MMC-nin Kadrlar Şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ilədək həmin müəssisədə işləmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti aparatının Daxili Təhlükəsizlik İdarəsi mühafizə şöbəsinin inspektoru vəzifəsinə müvəqqəti təyin edilmiş, xx.xx.2016-cı il tarixədək həmin vəzifədə çalışmış, sonra isə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilən hallardan da göründüyü kimi X2 6 il 8 aydan çoxdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı, atası X5 vəfat etdiyi xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5997/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı, onun atası X5 vəfat etdiyi xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı atası mərhum X5 X1 X17 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi biletinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (xx.xx.2006-ci il tarixdən xx.xx.2007-ci il tarixədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla ümumilikdə 5 il 11 ay sığorta stajı yaranmışdır. Həmin müddət tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu üçün T.İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmiçinin T.M.İsmayılov əyani təhsilini xx.xx.2006-cı il tarixindən sonrakı dövrdə tamamladığı üçün və həmin dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu üçün bu Qanunun tələblərinə uyğun olaraq T.M.İsmayılovun təhsil müddəti sosial sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Nümayəndə ünvanlanmış 03 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edlirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST” Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sizin xx.xx.2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququnuz yaranmışdır. Belə ki, övladınızın atası X6 05299766 saylı əmək kitabçasında qeyd edilmiş sığorta stajı 5 il 11 ay olmaqla tələb olunan müddətdən (6 il 8 aydan) az olduğuna görə Sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.5-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququnuz olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən Nümayəndə ünvanlanmış 18 mart 2021-ci il tarixli 08-76 saylı məktubda onun 01-1822 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, X11 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) “Qazneft mədən” fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsinin TT060000 - “Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri” istiqaməti üzrə İ kursa qəbul olunmuş (əmr № 02/508, xx.xx.2002-ci il) və 2006-cı ildə TT060100 - “Neft- qaz və dağmədən istehsalatının fiziki prosesləri” ixtisası üzrə tədris planını tam yerinə yetirərək bakalavr dərəcəsi almışdır (əmr № 02/1131, xx.xx.2006-cı il). - B seriyalı 067513 nömrəli diplomun surətindən görünür ki, Azərbaycan Dövlət Neft X4 Komissiyasının 15 nömrəli xx.xx.2006-cı il tarixli qərarı ilə X7 Neft-qaz və dağ-mədən istehsalının fiziki prosesləri ali peşə istiqaməti üzrə bakalavrdərəcəsi verilmişdir. - AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 772746 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X11, anası isə X9 qeyd edilmişdir. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 195767 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X9 arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 202 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına İbrahimova soyadı verilmişdir. - Qax rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş X-JQ seriyalı 373423 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1985ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası isə X3 qeyd edilmişdir. - Ukrayna Ədliyyə Nazirliyinin Mərkəzi regionlararası idarəsinin Kiyev şəhər ölümün dövlət qeydiyyatı şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş İBK seriyalı 543097 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X11 21 dekabr 2020-ci ildə 35 yaşında Ukrayna, Kiyev şəhərində ölmüşdür, bu barədə xx.xx.2020-ci il tarixdə 23447 saylı müvafiq akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 14 iyun 2021-ci il tarixli xidməti məktubda qeyd edilir: Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2021-ci il tarixində daxil olmuş **********8 nömrəli xidməti məktuba Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək) övladlarının başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmçinin bu Qanunun 32.3cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bildiririk ki, Nümayəndə övladı İddiaçı atası mərhum X5 X1 X17 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi biletinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla 5 il 11 ay sığorta stajı yaranmışdır ki, bu da tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu üçün Nümayəndə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunverciliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmiçinin bildiririk ki, T.İsmayılovun əyani təhsil müddəti 01.01 2006-cı il tarixindən sonrakı dövr olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.5.1-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Məlumat üçün bildiririk ki, xx.xx.2020-ci il tarixindən (T.İsmayılovun vəfat etdiyi vaxtdan) Nümayəndə ailə başçısını itirməyə görə 80 manat məbləğində aylıq müavinət təyin edilib və ödənilir. - X7 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, X11 xx.xx.2011ci ildə "xxxx" MMC-nin Sahil-Tağıyev layihəsinə idarə işlər köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC 85 saylı "xxxx" MMC-nin kadrlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə müəssisə ləğv edildiyi üçün əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Daxili Təhlükəsizlik İdarəsi mühafizə şöbəsinin inspektoru vəzifəsində müvəqqəti təyin edilmiş, xx.xx.2016-cı ildə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarında qeyd etmişdir ki, “ mərhum X5 ali məktəbdə aldığı təhsil müddəti sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunan dövr nəzərə alınmaqla X5 ümumi iş stajı 9 ildən artıq təşkil edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Hazırkı işin hallarından müəyyən edilir ki, X11 ilə Nümayəndə rəsmi nikah münasibətlərində olmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə İddiaçı doğulmuşdur. X11 xx.xx.1985-ci ildə doğulmuşdur və xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı qanuni nümayəndəsi Nümayəndə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, X5 (uşağın atası) əmək kitabçasında qeyd edilmiş sığorta stajının 5 il 11 ay olmaqla tələb olunan müddətdən (6 il 8 aydan) az olduğu əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan T.İsmayılovun əyani təhsil müddəti xx.xx.2006-cı il tarixindən sonrakı dövr olduğu üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası X5 təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin müddət sosial sığorta stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin «ğ» bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək atası Tural İsmayılovun 6 il 8 ay sığorta stajı tələb olunur ((35 yaş - 15 yaş) x 4 ay = 80 ay / 12 ay). İş materiallarından müəyyən edilir ki, İddiaçı atası mərhum X5 X1 X17 Sisteminə əsasən 3 il 3 ay sığorta stajı, hərbi biletinə əsasən 1 il hərbi xidmətdə olduğu dövr (xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək) və 1 il 8 ay tətbiq edilən güzəşt müddəti nəzərə alınmaqla 5 il 11 ay sığorta stajı vardır. Eyni zamanda X11 2002-2006-cı ildərdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) “Qaz-neft mədən” fakültəsinin bakalavriat səviyyəsinin əyani şöbəsində təhsil almışdır. Göründüyü kimi X5 təhsil müddəti də nəzərə alınmaqla ümumi iş stajı 9 ildən artıq olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin (eyni zamanda imtinasının) dəlili olan T.M.İsmayılov əyani təhsilini xx.xx.2006-cı il tarixindən sonrakı dövrdə tamamladığı üçün və həmin dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu üçün bu Qanunun tələblərinə uyğun olaraq T.M.İsmayılovun təhsil müddəti sosial sığorta stajına daxil edilməməsi ilə bağlı qeyd edir ki, şəxsin pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, təhsil alınan dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5997/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-987/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-987/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver