Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-987/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs AR ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “təqaüdün bərpa edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2-1(112)-9920/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız sayılması, iddiaçıya ödənilən Prezident təqaüdünün 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Füzuli rayonu uğrunda gedən döyüşlərdə sağlamlığında ciddi problemlər yaradacaq travma və xəsarətlər almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014- cü il tarixli 416 nömrəli qərarına əsasən ona “qəlpə yaralanmasından sonra ənsənin sol tərəfində, burun kökü nahiyyəsində, sol saidin aşağı 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin arxa-yan səthindən çapıqlar, burun sümüyünün köhnə bitişmiş sınığı, sağ baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə” diaqnozu verilmişdir. Həmin qərarla onun aldığı travmaların hərbi xidmət dövründə alındığı müəyyən edilmişdir (“travmadır, hərbi xidmət dövründə alınmışdır”). 2016-cı ildə iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli 823 nömrəli Fərmanına uyğun olaraq Prezident təqaüdü təyin edilmiş, 2021-ci ilin may ayında təqaüdün ödənişi dayandırılmışdır. İddiaçı 21 iyun 2021-ci il tarixdə Prezident təqaüdünün bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə müraciət etmişdir. Lakin Nazirlik Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli qərarında “travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin olmasına istinad edərək təqaüdün bərpa edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli 2-1(112)- 4071/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli qərarında “travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli 2-1(112)-4071/2022 nömrəli qərarına uyğun olaraq müvafiq düzəliş edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 02 avqust 2022-ci il tarixli 222 nömrəli qərarı qəbul edilmişdir. 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə iddiaçının əlilliyi müəyyən olunmuş və həmin tarixdən ona 330 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. İddiaçı 2023-cü ilin mart ayında Prezident təqaüdünün 09 mart 2023-ci il tarixdən deyil, həmin vaxtdan əvvəlki dövr üçün hesablanaraq ödənilməsindən ötrü cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixli 3-17-1/2- A76180/2023 saylı məktubla imtina cavabı verərək bildirmişdir ki, qeyd etdiyi dövr üçün təqaüdün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü” təyin edilmiş, 2021-ci ilin may ayında isə qeyd olunan ödəniş dayandırılmışdır. Hal-hazırki iddia ilə bağlı İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2021-ci il tarixdən (ARƏƏSMN-nə müraciət etdiyi tarixdən) Prezident təqdünün bərpa edilməsini xahiş etmişdir. xx.xx.2023cü il tarixli qərara əsasən qeyd olunan ödəniş xx.xx.2023-cü il tarixdən təyin edilmişdir. Bundan narazı qalan İddiaçı məhkəməyə müraciət etmişdir.Cavabdehin 10 aprel 2023-cü il tarixli, 3-17-1/2-A-76180/2023 nömrəli cavab məktubu iddiaçı tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü” təsis edilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 (beş yüz) manat; 2) orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 (dörd yüz) manat; 3) orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 330 (üç yüz otuz) manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.2.1 -ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının təkrar müayinə əsasında xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş və müvafiq olaraq həmin tarixdən İddiaçı 330 manat məbləğində olmaqla Prezident təqaüdü təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müavinə etibarsız hesab edildiyindən İddiaçı ərizəsində qeyd etdiyi dövrlər üzrə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2-1(112)-9920/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan iddiaçının iddiası təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Təqaüdü” təsis edilmişdir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir:
1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 (beş yüz) manat;
2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 (dörd yüz) manat;
3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 330 (üç yüz otuz) manat “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: -11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma. kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur.
Apellyasiya şikayətinin dəlilinə münasibət:
İş materiallarından görünür ki, İddiaçı 1992-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Füzuli rayonu uğrunda gedən döyüşlərdə sağlamlığında ciddi problemlər yaradacaq travma və xəsarətlər almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli Qərarına əsasən iddiaçıya “qəlpə yaralanmasından sonra ənsənin sol tərəfində, burun kökü nahiyyəsində, sol saidin aşağı 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin arxa-yan səthindən çapıqlar, burun sümüyünün kğhnə bitişmiş sınığı, sağ baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə” diaqnozu verilmişdir. Həmin Qərarla iddiaçının aldığı travmaların hərbi xidmət dövründə alındığı müəyyən edilmişdir (“travmadır, hərbi xidmət dövründə alınmışdır”). 2016-cı ildə iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli 823 nömrəli Fərmanına uyğun olaraq Prezident təqaüdü təyin edilmişdir, 2021-ci ilin may ayında təqaüdün ödənişi dayandırılmışdır. 21 iyun 2021-ci il tarixdə iddiaçı Prezident təqaüdünün bərpa edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin Nazirlik Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli Qərarında “travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin olmasına istinad edərək təqaüdün bərpa edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli 2-1(112)-4071/2022 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 09 sentyabr 2014-cü il tarixli 416 nömrəli Qərarında “travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli 2-1(112)-4071/2022 nömrəli Qərarına uyğun olaraq müvafiq düzəliş edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 02 avqust 2022-ci il tarixli 222 nömrəli Qərarı qəbul edilmişdir. 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə iddiaçının əlilliyi müəyyən olunmuş və həmin tarixdən iddiaçıya 330 AZN məbləğində Prezident təqaüdü təyin edilmişdir. 2023-cü ilin mart ayında iddiaçı Prezident təqaüdünün 09 mart 2023-ci il tarixdən deyil, 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixinədək yaranmış fərqin hesablanaraq ödənilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 10 aprel 2023-cü il tarixli 3-17- 1/2-A-76180/2023 saylı məktubla imtina cavabı verərək bildirmişdir ki, qeyd edilən dövr üçün təqaüdün ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hazırki tələbində ona ödənilən Prezident təqaüdünün 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilən sənədlərdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq əlilliyi müəyyən olunduğu halda “müayinə etibarsız hesab edilmə” əsası ilə müvafiq təminatın iddiaçıya şamil edilməməsi cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın ümumiyyətlə həyata keçirməməsindən xəbər verir. Belə ki, hər iki qurum (DTSERA və SÖMTF) eyni dövlət orqanın tərkibində fəaliyyət göstərdiyi və məlumatları əldə etmə imkanlarının daha operativ olaraq həyata keçirilməsi mümkün olduğu halda cavabdeh inzibati orqan tərəfindən müvafiq sorğular verilməmiş və bununla bağlı hər hansı inzibati araşdırma aparılmadan iddiaçının müraciətini təmin etməkdən imtina edilmişdir. Halbuki, iddiaçının həmin tarixdə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi səbəb-əlaqəli olan 2-ci dərəcəli əlillik statusu mövcud olmuşdur. Beləliklə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş təqaüdün ödənişinin dayandırılması ilə bağlı hərəkətləri iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi xx.xx.2023-cü il tarixindən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müayinəsi etibarsız hesab edildiyindən iddiaçının ərizəsində qeyd etdiyi dövrlər üzrə ona Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Sonradan əlilliyin səbəbi xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” kimi dəyişdirilmişdir. İddiaçı təyin edilmiş əlilliyin səbəbi xx.xx.2023-cü il tarixdə yenidən dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar” olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2021-ci ildən xx.xx.20223-cü ilədək əlilliyi səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı apellyasiya şikayətinin dəlillərinin və işin obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanaraq, 02.1973-cü il təvəllüdlü İddiaçı təyin edilmiş əlilliyin səbəbinin xx.xx.2023-cü il tarixdə yenidən dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar” olaraq üçüncü dərəcəli əlillik təyin edilməsinə əsas olmuş bütün inzibati icraat materiallarının (sənədlərin, məlumatların), həmçinin xx.xx.2021-ci il tarixində əlilliyin səbəbinin xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” olmasına səbəb olan halın etibarsız hesab edilib-edilməməsi ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 fevral 2024-cü il tarixli sorğuya cavab məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq İmkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi İlə əlaqədar səbəbindən (D.z: Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. Posttravmatik stress pozuntusu. Qabarıq asteno-nevrotik sindrom) beş il müddətinə (xx.xx.2021-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair 26 nömrəli Şəhər Poliniklinikası tərəfindən 2786003AAESA nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinin Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 416 nömrəli Qərarı, tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.20. bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən (D.z: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit) müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə R. Abbasovun əlillik vəziyyəti dövlət tibb müəssisəsinin Q00016902AİA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar seçilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunaraq natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə vətəndaş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin M00080986LQQ nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının yenilənmiş xx.xx.2022-ci il tarixli, 222 nömrəli Qərarı, tibbi sənədlər və müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarrnın 9.1.3. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən (D.z: İki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli koxlear nevrit, eşitmə pozğunluğu, ağır eşitmə İlə) müddətsiz orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri sorğuya cavab məktubuna əlavə edilmişdir. İddiaçı aid qiymətləndirmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunaraq, ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (Növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 avqust 2021-ci il tarixli, **********2 nömrəli protokolundan çıxarışdan görünür ki, Füzuli şəhəri sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 416 nömrəli Qərarı verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra ənsənin sol tərəfində, burun kökü nahiyyəsində, sol saidin aşağı 1/3-nin iş səthində, sağ baldırın yuxarı 1/3-nin arxa-yan səthində çapıqlar, burun sümüyünün köhnə bitişmiş sınığı, sağ baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sağ tərəfli İrinli otit, Sağ tərəfli xroniki mezotimpanit” diaqnozlu xəstəliyin səbəb-əlaqəsi isə “hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə eşitmə cihazından istifadə olunur. Digər ətraf və orqanlarda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. İddiaçı məxsus növbəti qiymətləndirmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunaraq, ona “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3- 969/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qərarına əsasən, Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAESA nömrəli göndərişi DTSERA əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və ona həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir (ESDAS:**********7). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi və əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, R. Abbasova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yenilənmiş xx.xx.2022-cİ il tarixli 222 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qəlpə yaralanmasından sonrakı ənsənin sol tərəfində, burun kökü nahiyəsində, sol saidin aşadı 1/3-nin iç səthində, sad baldırın yuxarı 1/3-nin arxayan səthində çapıqlar, burun sümüyünün köhnə bitişmiş sınıdı, sad baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə. İkitərəfli postkontuzion adıreşitmə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və "Sadtərəfli irinli otit. Sadtərəfli xroniki irinli mezotimpanit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, xx.xx.2021-ci il tarixdə obyektiv vəziyyətinin müayinəsi zamanı vətəndaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 416 nömrəli Qərarı təqdim etmişdir. Həmin qərarda "Qəlpə yaralanmasından sonra ənsənin sol tərəfində, burun kökü nahiyyəsində, sol saidin aşadı 1/3-nin iş səthində, sağ baldırın yuxarı 1/3-nin arxa-yan səthində çapıqlar, burun sümüyünün köhnə bitişmiş sınığı, sağ baldırın yumşaq toxumalarında bir ədəd metal qəlpə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və “Sağ tərəfli İrinli otit. Sağ tərəfli xroniki mezotimpanif diaqnozlu xəstəliyin səbəb-əlaqəsi isə “Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin həmin müayinəsi zamanı eşitmə cihazından istifadə olunması, digər ətraf və orqanlarda əlillik təyinatına əsas verən funksional pozuntuların olmaması, həmçinin təqdim olunmuş BERA testinin nəticəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü İlə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, halsızlıqdan, tez yorulmadan şikayətlənmişdir. “TƏBİB” Azərsutikinti Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 49425 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Keçirilmiş KBT davamlı qalıq əlaməti. Posttravmatik ensefalopatiya. Qabarıq asteno-nevrotik sindrom. Koqnitiv funksiya pozğunluğu. İkitərəfli koxlear nevrit. Eşitmə pozğunluğu, lll-İV ağır eşitmə. Boyun fəqərələrinin osteoxondrozu. Serviko-kranialqiaya" kimi müəyyənləşdirilmişdir, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. AR SN Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli Tibbi rəydə diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixli Bera testin nəticəsi "Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Eşitmənin protezləşməsi tövsiyə olunur” kimi qeyd edilmişdir. AR MN MHHK tərəfindən yenilənmiş xx.xx.2022-ci il tarixli 222 nömrəli Qərarla AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı Qərarı İlə təsdiqlənmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. maddəsinin a bəndinin uyğunsuzluğu aşkarlanmışdır. Bununla əlaqədar hərbi sənədlər araşdırılması üçün Müdafiə Nazirliyinə göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq, Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2022- ci il tarixli Qərarı Müdafiə Nazirliyinin reyestrinə daxil edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə məlumatlarından da görünür ki, iddiaçıya sonuncu dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə əlillik təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdeh inzibati orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində olan məlumatlara istinad edərək, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixdən müəyyən edildiyindən, həmçinin xx.xx.2021-ci il tarixli müayinə (səbəbli-əlaqə ilə bağlı) etibarsız hesab edildiyindən onun ərizəsində qeyd etdiyi dövr üzrə Prezident təqaüdünün təyin edilməsindən əsaslı olaraq imtina etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da görünür ki, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır və həmin sistemdəki məlumatların doğruluğu üzrə cavabdehlik daşıyan inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Hazırki iş üzrə iddiaçı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar ona müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərarı mübahisələndirməmişdir. Halbuki mübahisələndirilən dövr üzrə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli 823 nömrəli Fərmanına uyğun olaraq təyin edilmiş Prezident təqaüdünün dayandırılmasının və ödənilməməsinin səbəbi məhz əlilliyin səbəbli-əlaqəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli qərarı ilə dəyişdirilməsi olmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı AR ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 2016-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə iddiaçının əlilliyi olmuşdur. Daha sonra şəxs əlilliyin müddətinin bitməsi ilə əlaqədar olaraq müddətin uzadılması üçün yenidən TSEK-ə müraciət etmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair 26 nömrəli Şəhər Poliniklinikası tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında iddiaçı xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinin Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 416 nömrəli Qərarı, tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.20. bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxs tərəfindən təqdim edilən göndərişdə qeyd edilən göndəriş əsasında şəxs qiymətləndirilmiş və əlillik təyinatı aparılmışdır. TSEK-in 2021-ci il qərarı vətəndaş tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili də verdiyi izahatında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar iddiaçıya müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərarı mübahisələndirmədiklərini bildirmişdir. Beləliklə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2021-ci il tarixli iddiaçıya Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərarı mübahisələndirilən müddət ərzində ləğv olunmamışdır və iddiaçının əlilliyinin səbəbi xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi hərbi xidmət dövrü ilə əlaqədar olmuş və bu səbəbdən əlilliyi olan şəxs kimi hazırki iddia tələbinin qanuni əsası olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı çərçivəsində Prezident təqaüdü almaq hüququna malik olmamışdır. Belə ki, sözügedən Fərmanın təsir dairəsinə düşən şəxslərin dairəsi konkret müəyyən edilmişdir. Belə şəxslərin əlilliyi ya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarının itirilməsi ilə bağlı olmalıdır. Bu səbəbdən, nə qədər ki, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövrdəki əlilliyin səbəbli-əlaqəsi mübahisələndirilməmişdir, hazırki mərhələdə iddiaçının ona ödənilən Prezident təqaüdünün 21 iyun 2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən 09 mart 2023-cü il tarixədək yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsaslı hesab edilə və təmin edilə bilməz. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2-1(112)-9920/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “təqaüdün bərpa edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov