Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-988/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1768/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş 146.100 manat maddi zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1768/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 150 manat məbləğində prosessual xərc cavabdehdən tutularaq “xxxxxxxx” MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın iddianın təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı işə baxmış birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna dair qeydlər vermişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati iş apelyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2 və Mülki Prosessual Məcəllənin 274.1-ci maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Qeyd olunan maddənin tələbləri baxımından Məhkəmə hesab edir ki, inzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, birinci instansiya məhkəməsinin iclas protokollarına dair qeydlər həmin instansiya məhkəməsində baxılmalı olduğundan iş apelyasiya baxışından çıxarılaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 1.2, MPM-nin 274 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş apelyasiya baxışından çıxarılsın və Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-988/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-988/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver