Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-988/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X5 qızının katibliyi Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə (üçünçü şəxs X4) qarşı "evin təhvil verilməsi və sair" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 2, mənzil 1-in əsl cavabdehin vəsaiti hesabına tam olaraq əvvəlki vəziyyətinə gətirilib əşyalarla birlikdə evin sonrakı sahibi X3 təhvil verilməsi vəzifəsinin əsl cavabdehə həvalə olunması və X3 iddiaçının adında olduğu qaydada çıxarış verilməsinin "Asan" xidmətə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iş üzrə üçüncü şəxs X4 apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İşdən göründüyü kimi, hazırki iş üzrə üçüncü şəxs Ş.Əsədova İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin mümkünsüz sayılmasına dair qəbul edilmiş qərardaddan apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesba edir ki, üçüncü şəxsin qeyd edilən qərardaddan apelyasiya şikayəti vermək hüququ olmadığından şikayət mümkün sayılmamalıdır. İPM-in apellyasiya şikayəti vermək hüququna dair mərkəzi normaları qismində çıxış edən 81.2 və 90.2-ci maddələrinin müddəaları aşağıdakı kimidir: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normalarda hər hansı fərqləndirmə aparılmadan, mübahisə üzrə tərəflərin, həmçinin üçüncü şəxslərin şikayət vermək hüququna malik olduğu təsbit olunmuşdur. Bununla belə, icraatın bütün digər iştirakçıları kimi üçüncü şəxslərə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həm də digər həlledici şərt mövcud olmalı, yəni qəbul edilmiş məhkəmə qərarı ilə üçüncü şəxslərin tələblərinin təmin olunmaması halı baş verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadında qeyd edilir ki, “İnzibati məhkəmələrin qərar və qərardadlarından şikayət vermə hüququnu nəzərdə tutan İPM-in 81.2-ci maddəsinin məzmunu iddiaçıya münasibətdə mübahisə doğurmur. Belə ki, iddiaçının irəli sürdüyü tələb təmin olunduğu təqdirdə (qismən təmin olunduğu halda isə, təmin olunan hissədə), o, həmin məhkəmə aktından apellyasiya şikayəti verə bilməz. Bu norma hüquqi müdafiə ehtiyacının başqa bir formada ifadəsidir. ... İcraatın digər iştirakçılarına (cavabdehə və icraata cəlb olunmuş üçüncü şəxslərə) münasibətdə bu, ondan asılıdır ki, “tələblər” ifadəsi necə təfsir edilməlidir. ... İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. ... İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2-ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. ” Qeyd edilənlərdən göründüyü kimi, üçüncü şəxslərin şikayət vermə hüququnun əsasında üçüncü şəxsin mübahisələndirdiyi qərardadın qəbul edilməsi nəticəsində ziyan çəkməsi və hüquqi müdafiəyə ehtiyacı olması halı mövcud olmalıdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə qeyd edilən halların mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisələndirilən akt iddiaçının tələbinin mümkün sayılmaması nəticəsinə dair qəbul edilən qərardad olmaqla, üçüncü şəxsin hər hansı tələbi (ərizə, vəsatət və s.) təmin edilməməsi ilə bağlı olmamışdır. Qərardadın onun hüquq və ya maraqlarına toxunması və bu səbəbdən üçüncü şəxsin hüquqi müdafiəyə ehtiyacının olması işdən müəyyən edilmir. Eyni zamanda, kollegiya bildirir ki, AR İPM-in 29.1-ci maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Normanın dispozisiyasını hazırki işin hallarına tətbiq edən kollegiya bildirir ki, İddiaçı tələbinin mümkün sayılmadığı və bu nəticənin iddiaçının özü tərəfindən mübahisələndirilmədiyi təqdirdə Ş.Əsədovanın üçüncü şəxs qismində qanunla ona verilmiş hüquqi vasitələrdən istifadə və prosessual hərəkətləri həyata keçirmə imkanı məhdudlaşmış olur. AR İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, hazırda mübahisələndirilən qərardad üçüncü şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza edilməklə əldə edilmiş, apelyasiya şikayəti isə bakı inzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, üçüncü şəxs tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət də ötürülmüşdür. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya bildirir ki, şərh edilənlərdən də aydın olur ki, qanunvericiliyin qeyd edilən imperativ normalarına əsasən Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadının üçüncü şəxsin hüquqlarına toxunması halı müəyyən edilmədiyindən, üçüncü şəxs X2 apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, üçüncü şəxs X1 Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə (üçünçü şəxs X4) qarşı "evin təhvil verilməsi və sair" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7830/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-988/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-988/2023
13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver