Məhkəmə qərarları › İş №2-1(103)-989/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-989/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-989/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: І. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məcburetmə haqqında iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, 1998-ci ildən 2020-ci ilədək X2 LTD Şirkətində yarımbatan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən rəngsazların briqadiri vəzifəsində işləmiş, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıının 1 saylı X-bölmə, Neftin qazılması və hasilatı(dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 22 il 03 ay 15 gün təşkil edir. İddiaçı “X6”nda rəngsaz briqadiri vəzifəsində işlədiyi vaxt briqadada özündən başqa cəmi 2 fəhlə olub və onlar eyni funksiyaları yerinə yetirmiş, yəni faktiki olaraq fəhlə işləmiş, fəhlə vəzifəsi isə Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarında güzəştli şərtlərlə pensiya almaq hüququ verən şəxslərin siyahısına daxil edilmişdir. Ona görə də, hesab edir ki, cavabdehin n onun işlədyi rəngsaz briqadiri işinin həmin Siyahının “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) nəzərdə tutulmadığını əsas tutraq ona xx.xx.2021-ci il tarixli imtina cavbı verməsi tam qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianı qəbul etməmiş rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli İT 00723226 nömrəli əmək kitabçasında xx.xx.1998xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2005- ci il tarixindən bugünədək “X2 LTD”-nin Dədə xx.xx.2020-ci il tarixli HA-017-2020 nömrəli arayışında iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-3077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa oörə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, islərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi xx.xx.1978-ci il tarixli İT 00723226 nömrəli əmək kitabçanızda xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2005-ci il tarixindən buqünədək “X3 LTD”-rıin Dədə Qorqud qurdusunda rəngsaz peşəsində işlədiyi qeydə alınmışdır. Sözügedən müəssisənin xx.xx.2020-ci il tarixli HA-017-2020 nömrəli sizə dair arayışında rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, iddiaçının tələb olunan pensiya kapitalına və güzəştli iş stajına malik olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, konkret halda, mübahisənədirir ki, iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli İT 00723226 nömrəli əmək kitabçasında xx.xx.1998-xx.xx.2003 dövrü ərzində və xx.xx.2005-ci il tarixindən bu günədək “X3 LTD”-rıin X6nda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Odur ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə kollegiyası aşağıdakılara əsaslara görə cavabdehin qeyd olunan dəlilləri ilə razlaşmır. «Əmək pensiyaları haqqında» Qanunun, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixnədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Həmin Qaydanın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının iş materiallarında olan НЗ ******* № saylı hərbi biletinin və xx.xx.1978-ci il tarixli İT 00723226№-li əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1978 – xx.xx.1978 və xx.xx.1978 - xx.xx.1978: Bakı əlvan metal emalı zavodunda daşıyıcı 2 ay 12 gün; xx.xx.1978 - xx.xx.1980: müddətli həqiq hərbi xidmət -1 il 11 ay 18gün; xx.xx.1980 - xx.xx.1984: Bakı əlvan metal emalı zavodunda daşıyıcı – 3 il 4 ay 15 gün; xx.xx.1984 - xx.xx.1996: Bakı dayaq hissələri və stasionar dərin dəniz özüllərinin istehsalı zavodunda sapandçı (стропальщик) – 11 il 9 ay 5gün; xx.xx.1997- xx.xx.1996: “RESL” müəssisi - 3 ay 19 gün; xx.xx.1996- xx.xx.2000: Bakı Dərin Özülləri zavodunda sapandçı (стропальщик)- 4 il 4 ay (xx.xx.1998-ci ilə qədər 2 il 3ay 15 gün); xx.xx.1998-xx.xx.2003: “X3 LTD”-də rəngsaz- 4 il 10 ay14 gün; xx.xx.2003-xx.xx.2005: “X6”nda “takelajçı” – 1 il 5ay 12gün; xx.xx.2005-xx.xx.2020 (60 yaşının tpamam olduğu gün) -“X6”nda rəngsaz –15 il 3 ay 12 gün. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qanunvericiliyin qeyd olunann tələbləri nəzərə alınmaqla, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə 41 il 6 ay 2 gün iş sığorta stajı toplanır ki, həmin stajın da 12 il 6 aydan çoxunu qanunvericiliyə görə güzəştli pensiya hüququ verənə xüsusilə zərərli və ağır olan iş şəraitində çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35. Ümumi peşələr - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İş materialları üzrə “X2 LTD” tərəfindən iddiaçıya verilmiş güzəştli arayışda göstərilir: - İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Rəngsazların Briqadiri vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazilrər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 22 il 03 ay 15 gün təşkil edir. Arayışa əsasən iddiaçının xx.xx.2005-xx.xx.2020-ci illərdə işlədiyi vəzifə 23200000—13450- təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğundur. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna əsasən “X2 LTD” tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022- ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir: -İddiaçı "X4 Limited” MMC-də yarımdalma üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən “Rəngsazların briqadiri” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -cil il tarixli 12 nömrəli Qərarı ilə təsbit olunmuş 11.8. Rəngləmə işləri istehsalı 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələrin tətbiq olunduğu yerlərdəki işlərdə məşğul olan sahələrin ustaları, böyük ustalar katigoriyasına uyğun olan), vəzifəsində işləyir. Onun əmək funksiyaları aşağıdakılardır: Qurğunun bütün boya işlərinin təşkil edilməsi və nəzarəti; Bütün boyama avadanlıqlarının, boyaların, respiratorların, tapança çiləyicilərin, hava xortumlarının texniki xidməti və təhlükəsizlik yoxlamaları; Qurğuda boyamanın keyfiyyətli, səmərəli, lazımi qaydada və vaxtında, insanların, ətraf mühitin, avadanlığın təhlükəsizliyini lazımi şəkildə nəzərə almaqla yerinə yetirilməsi və nəzarət edilməsi. İşçi vaxta üsulu ilə 21 gün dəniz şəraitində qazma qurğusunda çalışır və iş vaxtı aşağıdakı zərərli maddələrlə işləyir: İNTERSEAL GREY -670, STORM GREY – 670 K 724, ALUMİNİUM – 670, RED-990, BLACK-990, QATMALAR, THİNNER – 220, THİNNER-713, THİNNER-822. İşçiyə zərərli olan işdə işləməsinə görə 6 gün əlavə məzuniyyət verilir və əmək haqqına 1.24 əmsalı ilə əlavə ödənilir. Qeyd olunan arayışlara aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən bir daha iddiaçının çalışdığı həmin qüruma təkrar sorğu göndərilmiş və həmin sorğuya "X4 Limited” MMC cavab olaraq məhkəməyə ünvanladığı 17 iyul 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, əvvəlki xx.xx.2022-ci il tarixli məktubunda göstərilən maddələrin təhlükəliliyinin 3-cü sinifdən aşağı olmayan maddələr olması - İnterseal 67OHSRAL7035 Lİgnt Gre TtA, “ GTA713 İNTERNATİONAL THİNNER-EQPTCLEANER Version Number 15 Revision Date 03/24/22 və s. adlı sənədələrə istinad edilərək müəyyən edilmişdir ( surətləri məhkəməyə təqdim olunmuşdur i.v.98-111 və s.) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «18» avqust 1993-cü il tarixli 6-2 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydası haqqında» Təlimata 5 saylı Əlavə olan "İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi"ndə (TEH) hazırkı iş üzrə işəgötürənin təqdim etdiyi arayış verilən İnterseal grey-670-in tərkibini təşkil edən etilenxlorhidrin, fenol maddəsinin təhlükəlilik sinifi 2-ci sinif, İnterseal grey -670-in tərkibini təşkil edən digər bir maddə olan etilbenzol, habelə Aluminium maddələrinin təhlükəlilik sinifi isə 3-cü sinif kimi müəyyən edilmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilir ki xx.xx.1960-cı il təvəllüdlü (şəxs.vəs: № 0*******) iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə - 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq edilən işlərdə rəngsaz kimi, sığorta stajı mövcuddur. Onun pensiya kapitalına gəldikdə isə cavabdeh birinci instansiya məhkəməsinin müvafiq sorğusuna ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20655,02 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 110040,17 manat olmaqla cəmi pensiya kapitalı 130696,19 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37800,00 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, iddiaçıya 60 yışından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qeyd olunan redaksiyasında sadalanan bütün şərtlər ödənilir. “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir https://www.eqanun.az/framework/11566 Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh iddiaçının tələb olunan güzəştli stajının mövcud olmadığını əsas tutaraq 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina etməsi, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə zidd olmuş, bununla da, iddiaçının hüquqlarını pozulmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar