Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-99/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs Firmasının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində İİ mədən küçəsi 73 ərazisində olan 3100 kv.m-dən ibarət torpaq sahəsini mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 23 noyabr 2007-ci il tarixli 1356/1 saylı Sərəncamına əsasən Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində İİ mədən korpus 73 ərazisində olan 5000 (beş min) kv.m-dən ibarət torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün alğı-satqı yolu ilə mərhum atasl X3 mülkiyyətinə verilmişdir. Qeyd edir ki, torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə və həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərkən təsdiq edilmişdir. Lakin, torpaq sahəsi naturada təhvil verilərkən sahəsi 5000 deyil 3100 kv.m təşkil edir. Atası 2015-ci ildə rəhmətə gedib. Atasının ölümündən sonra 53 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və həmin işdə atasının yeganə vərəsəsi odur. Lazımi sənədləri toplayıb qanun üzrə mərhum atasının vərəsəsi kimi cavabdeh təşkilata 3100 kv.m torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə ********** saylı ərizə ilə Əmlak Məsələləri Komitəsinin yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin, cavabdeh təşkilat xx.xx.2019 il tarixli **********27 saylı cavab məktubunda torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini qeyd edərək, torpaq sahəsinin özəlləşdirilməsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Bir müddət keçəndən sonra o, xx.xx.2022-ci il tarixdə yenidən torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin, Əmlak Məsələləri Komitəsinin yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi qanunla müəyyən olunmuş müddət ərzində heç bir cavab verməmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən mərhum atasından miras qalmış əmlaka dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 23 noyabr 2007-ci il tarixli 1356/1 saylı Sərəncamına əsasən Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində İİ mədən korpus 73 ərazisində olan 3100 kv.m ibarət torpaq sahəsi mərhum atası X3 mülkiyyətinə verilmişdir. Atası 2015-ci ildə rəhmətə gedəndən sonra o, onun vərəsəsi kimi həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin, mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən də, qanuni istifadəsində olan miras qalmış torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində İİ Mədən, korpus 73 ərazisində olan 2684 kv.m-dən ibarət torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə məxsus olması barədə çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarı təqdim edilməmişdir. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 5000 kv.m, faktiki ölçüsü isə 3984 kv.m təşkil edir. Bundan başqa, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 0.13 ha hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməklə, dövlət mülkiyyətində olan torpaqlardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində İİ Mədən, korpus 73 ərazisində olan 2684 kv.m-dən ibarət torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə məxsus olmasına dair çıxarışın (arayışın) İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN 700326621, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********00000003944, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından görünür ki; Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 1356/1 nömrəli 23 noyabr 2004-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, İİ Mədən korpus 73 ərazisində istifadə olan 5000 kv.m torpaq sahəsi sahibkarlıq fəlaiyyəti tikintisi üçün X3 alğısatqı qaydasında mülkiyyətinə ayrılmışdır. Torpaqların alğı-satqısına dair 14 dekabr 2008-ci il tarixli akt, torpaq sahəsinin yerləşmə cizgisi tərtib və təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” təsdiq edilmişdir. X7 kitabında xx.xx.2008-ci il tarixdə 8094 nömrə ilə uçota alınmışdır. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 53 nömrəli xx.xx.2019- cu il tarixli məktuba əsasən İddiaçı müraciətinə əsasən xx.xx.2015-ci ildə ölmüş X3 adına vərəsəlik işi açılmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli **********27 nömrəli məktuba əsasən bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli **********93 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, korpus 73 ərazisində yerləşən 5000 kv.m torpaq sahəsinin qeydiyyatdan keçməsi və İddiaçı adına verilmiş AN-002435 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-1250/2023 **********50 nömrəli məktubla iş üzrə mütəxəssis rəyi təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlərdə 5000.0 kv.m qeyd edilsə də, faktiki 3984 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarında göstərilən torpaq sahəsinin 1300.0 kv.m hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməklə, dövlət mülkiyyətində olan torpaqlardır. Bundan başqa göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Sözügedən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Bundan əlavə təqdim edilmiş cizgidə dəqiq istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 iyun 2023-cü il tarixli 10/3613 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli 3-21-3-30/2-1250/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, təqdim edilmiş cizgidə dəqiq istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmur. Həmçinin mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin ölçüsünün hüquqmüəyyənedici sənədlərdə 5000.0 kv.m qeyd edilsə də, faktiki 3984 kv.m təşkil etdiyi, göstərilən torpaq sahəsinin 1300.0 kv.m hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməklə, dövlət mülkiyyətdə olan torpaqlar olduğu, bundan başqa göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi, sözügedən sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyi müəyyən edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mərhum atasının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv, tam və hərtərəfli həlli məqsədi ilə müvafiq araşdırma aparılmamış, cavabdeh inzibati orqanın irəli sürdüyü dəlillər, həmçinin iş üçün əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı Maraqlı şəxs firması vəsatət təqdim edərək, hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərarı Maraqlı şəxs firmasının maraqlarına toxunur. 1990-cı ildən indiyədək Bakı şəhəri və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin qərarları əsasında Maraqlı şəxs firması Binəqədi rayonun Binəqədi qəsəbəsi ərazisində 0.4 hektar torpaq sahəsinin qanuni istifadəsindədir. 1991-ci ildə 14/323 saylı sərəncamı ilə Maraqlı şəxs firmasına istehsal ehtiyacları üçün bitişik ərazidən əlavə 1850 kv.m. istifadəyə verilmişdir. ünvan 1 ünvanında yerləşən və Bakı İnzibati Məhkəməsi tərəfindən İddiaçı mülkiyyətinə aid edilən 2684 kv.m. sahəsi olan torpaq sahəsi Maraqlı şəxs firmasının qanuni istifadəsində olan 0.4 hektar torpaq sahəsinin tərkib hissəsidir. Mübahisəli sahə heç vaxt Binəqədi bələdiyyəsinin mülkiyyətində olmayıb və ona görə də X1 bilməzdi. Vəsatətə əlavə olunmuş Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/223 saylı qərarına əsasən müəyyən edilir ki, “Kirov rayon X6 İcraiyyə Komitəsinin xahişi nəzərə alınaraq Maraqlı şəxs Kooperativi üçün Kirov rayonu,Binəqədi qəsəbəsinin cənub hissəsinin Binəqədi şosessində yerləşən çilçıraq və elektropatron hazırlayan sexlərin yenidən qurulmasına icazə verilmişdir. Əlavə olaraq işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Binəqədi RİH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 420 saylı sərəncamın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası Maraqlı şəxs firmasının müvafiq vəsatətini və əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs firması hazırkı iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası İPM-nin: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İşin təkrar birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar üçüncü şəxsin iştirakı ilə araşdırılmalı, həmçinin hazırkı qərarın digər şəxslərin hüquqlarına toxunub-toxunmaması məsələsi aydınlaşdırılmalı, zərurət olduğu təqdirdə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyasl apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Yadigar” firması hazırkı iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Hazırkı iş üzrə Maraqlı şəxs firması zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququna dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-99/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-99/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver